XV Beynəlxalq İpək Yolu Festivalının təntənəli açılış mərasimi keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Gəncədə XV Beynəlxalq İpək Yolu Festivalının təntənəli açılış mərasimi keçirilib.Açılış mərasimində çıxış edənlər XV Beynəlxalq İpək Yolu Festivalının müxtəlif xalqların mədəniyyətini və incəsənətini bir araya gətirən, beynəlxalq mədəni əməkdaşlığın inkişafına töhfə verən nüfuzlu mədəni platformalardan biri olduğunu vurğulayıblar. Bildirilib ki, festival xalqlar … Read more

Üzeyir Hacıbəylinin tələbələri – ilk qadın bəstəkarlar

Azərbaycan Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəylinin tələbələri – ilk qadın bəstəkarlar” mövzusunda konfrans keçirilibAzərbaycan Bəstəkarlar İttifaqında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində “Üzeyir Hacıbəylinin tələbələri – ilk qadın bəstəkarlar: Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Şəfiqə Axundova” mövzusunda elmi konfrans keçirilib.Tədbirdə tanınmış musiqi xadimləri, bəstəkarlar, sənətşünaslar və mədəniyyət nümayəndələri iştirak ediblər.Konfransın açılışında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, … Read more

Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı

Azərbaycan Bəstəkarlar İttifaqında “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bədii-musiqili proqram təqdim olunub.Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi uşaqların beynəlxalq müdafiəsi gününü qeyd etmək, gənc istedadların yaradıcılıq imkanlarını dəstəkləmək olub.Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz … Read more

Dünya şöhrətli bəstəkar – Firəngiz Əlizadə

Musiqi dilindən, dinindən, irqindən asılı olmayaraq bütün bəşəriyyətin ən həzin, ən səmimi universal sənət dilidir. Bu sənət dili vasitəsilə yazıb-yaradan incəsənət xadimlərimiz məhz möhtəşəm əsərləri ilə şöhrət qazanmışlar. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, UNESCO-nun “Sülh artisti” , Xalq artisti, professor Firəngiz Əlizadə həm fitri istedadı, həm də insani keyfiyyətləri ilə seçilən sənətkarlardandır. Firəngiz … Read more

Elnar Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş konsert proqramı

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnar Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib. Azərbaycan Bəstəkarlar İttifaqından verilən məlumata görə, tədbirdə İttifaqın sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə Elnar Məmmədovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılıq yolundan və … Read more

Qəhrəmanı Qara Qarayevin anım günü qeyd olunub

13 may tarixində Azərbaycanın görkəmli bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anım günü qeyd olunub.Bəstəkarın vəfatının 44-cü ildönümü münasibətilə tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Fəxri xiyabana gələrək onun xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir … Read more

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və musiqi mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib. ​Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Ulu öndərin Azərbaycan mədəniyyətinə, xüsusilə musiqi sənətinə göstərdiyi misilsiz qayğıdan bəhs … Read more

Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Bakı, 18 sentyabr, AZƏRTAC Bu gün adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümüdür. Bu gün həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür. Mədəniyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir bəyin məzarının ziyarət olunması … Read more

Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

18 Sentyabr – Milli Musiqi Günü hər il olduğu kimi, bu il də ölkəmizdə geniş və təntənəli şəkildə qeyd edilir. Bu münasibətlə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.AZƏRTAC xəbər verir ki, … Read more