Ikinci Qarabağ müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunur
https://azcomposersunion.com.az/wp-content/uploads/2025/07/vic4.mp4 Bəstəkar: Firəngiz Əlizadə Rejissor: Cahangir Zeynallı
https://azcomposersunion.com.az/wp-content/uploads/2025/07/vic4.mp4 Bəstəkar: Firəngiz Əlizadə Rejissor: Cahangir Zeynallı
Bakı, 18 sentyabr, AZƏRTAC Bu gün adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümüdür. Bu gün həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür. Mədəniyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir bəyin məzarının ziyarət olunması … Read more
18 Sentyabr – Milli Musiqi Günü hər il olduğu kimi, bu il də ölkəmizdə geniş və təntənəli şəkildə qeyd edilir. Bu münasibətlə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.AZƏRTAC xəbər verir ki, … Read more
Milli bəstəkar məktəbinin gələcək inkişafı yeni yaradıcı qüvvələrin axını olmadan mümkün deyil Hər xalqın mədəniyyətinin və incəsənətinin formalaşmasında, inkişafında qabaqcıl fiqur – görkəmli şəxsiyyət böyük rol oynayır. O, gələcək nəsillər üçün ruhlandırıcı və yaradıcı “mayak” rolunda çıxış edir. Belə şəxsiyyətlər bədii düşüncənin istiqamətlərini formalaşdırır, mədəniyyət vektorlarını müəyyənləşdirir və milli incəsənətin daha da inkişafı üçün möhkəm … Read more
Sentyabrın 17-də AMEA-da “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyərlər və mənəvi-estetik zənginlik” mövzusunda elmi konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir AMEA Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə baş tutub. Konfrans çərçivəsində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən sərgi də təşkil olunub. Konfransı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin ölkə rəhbərinin … Read more
Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib. MEMİM-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan Bəstəkarlar İttifaqından keçirilən seminarda İttifaqın sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə və MEMİM-in direktor vəzifəsini icra … Read more
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkarlar Soltan Hacıbəyovunun anadan olmasının 105, İsmayıl Hacıbəyovun isə 75 illiyinə həsr edilmiş konsert keçirilib. Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə musiqişünas Vəfa Abbasova dinləyicilərə hər iki bəstəkarın yaradıcılığı haqqında məlumat verib və onları konsertlə bağlı məlumatlandırıb. Daha sonra bədii rəhbər və baş dirijor Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə … Read more
Fikrət Əmirov görkəmli Azərbaycan bəstəkarı, musiqi mədəniyyətinin aparıcı simalarından, müasir dünya musiqi mədəniyyəti xəzinəsinə qiymətli töhfələr vermiş sənətkardır. Görkəmli bəstəkarın irsi Dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Bu məqsədlə ölkəmizdə Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Gəncə Filarmoniyasının birgə təşkilatçılığı ilə mart aynın 4-dən 9-dək Gəncə Dövlət Filarmoniyasının yubileyinə həsr olunmuş Fikrət Əmirov adına I Ümumrespublika … Read more
Aprelin 5-də “Muzeydə musiqili gecələr” silsiləsi çərçivəsində bəstəkar Cəlal Abbasovun yaradıcılığına həsr olunmuş konsert-portret keçiriləcək. Tədbir Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə layihəsi çərçivəsində mərkəzin akt zalında baş tutacaq. AZƏRTAC xəbər verir ki, gecənin moderatoru bəstəkar Firudin Allahverdi olacaq. Konsert proqramında “Onsuz…”, “Meditations”, “2 nömrəli simli kvartet”, “Vokal silsilələr” kimi əsərlər səsləndiriləcək. İfaçılar arasında … Read more
Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında İdarə Heyətinin növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə 2024-cü və cari ilin İttifaqın iş planı haqqında ətraflı məlumat verib. Belə ki, Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsinin 5-ci ildönümünə həsr olunmuş müxtəlif tərkibli xor və orkestrlər üçün əsərlərin yazılması üzrə … Read more