Azərbaycan Bəstəkarlar İttifaqı

Azərbaycan Bəstəkarlar İttifaqı — professional bəstəkar və musiqişünasların müstəqil ictimai yaradıcılıq təşkilatıdır, Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunvericiliyinə və qəbul etdiyi Nizamnaməyə uyğun fəaliyyət göstərir.
İttifaq öz fəaliyyətində Azərbaycan musiqi sənətinin yaradıcılıq çoxcəhətliliyini, milli musiqi klassikasının və dünya musiqi mədəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanması və yeniləşdirilməsi prinsiplərini əsas götürür.
Azərbaycan Bəstəkarlar İttifaqı – yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub. Üzeyir Hacıbəylidən sonra İdarə heyətinin sədrləri və katibləri görkəmli bəstəkarlar – Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları həmişə bu təşkilata məhz yaradıcılıq proseslərinə təkan verən, bəstəkarlara dayaq olan, onların problemlərinin həllində kömək olan bir təşkilat kimi rəhbərlik ediblər.
ƏTRAFLI

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib

İlham Əliyev  “60 dəqiqə” proqramında

Üzeyir dünyası və Azərbaycan Bəstəkarlar İttifaqı

Azərbaycan və dünya mədəniyyətinin parlaq səhifəsi

Ruhəngiz Qasımova - 80

Səadət Təhmirazqızı - 50