Azərbaycan Bəstəkarlar İttifaqının Sədrləri

Azərbaycan Bəstəkarlar İttifaqının Birinci Katibləri

Azərbaycan Bəstəkarlar İttifaqının 11 bölmələri fəaliyyət göstərir.
«Simfonik və xor musiqisi»,
«Kamera musiqisi»,
«Musiqili səhnə əsərləri»,
«Uşaq və gənclərin musiqi-estetik tərbiyəsi»,
«Musiqişünaslıq və tənqid»,
«Muğam və etnomusiqişünaslıq»,
«Mahnı»,
«Xalq çalğı alətləri üçün musiqi»,
«Gənclərlə iş»,
«Televiziya, radio və kino»,
«Caz musiqisi»

Azərbaycan Bəstəkarlar İttifaqının Təşkilat Quruluşu

1. Azərbaycan Bəstəkarlar İttifaqının Ali rəhbər orqanı 5 ildə bir dəfə çağırılan Qurultaydır.

2. Azərbaycan Bəstəkarlar İttifaqının Qurultayı:

a) Bəstəkarlar İttifaqı İdarə Heyətinin, Təftiş komissiyasının hesabatlarını dinləyir və təsdiq edir;

b) Azərbaycan musiqi sənətinin vəziyyəti və inkişafının vacib masələlərini müzakirəyə qoyur və təsdiq edir;

c) Bəstəkarlar İttifaqının fəaliyyətinin vəzifələrini və təşkilatın quruluşunu müəyyən edir;

d) Azərbaycan Bəstəkarlar İttifaqının Nizamnaməsini, Təftiş komissiyasının əsasnaməsini təsdiqləyir və onlarda dəyişikliklər edir;

e) Bəstəkarlar İttifaqı İdarə Heyətinin və Təftiş komissiyası üzvlərinin sayını müəyyənləşdirir və bu orqanları gizli və ya açıq səsvermə yolu ilə seçir;

3. Azərbaycan Bəstəkarlar İttifaqının icraçı orqanı Qurultayda gizli (və ya açıq) səsvermə yolu ilə seçilmiş Bəstəkarlar İttifaqının İdarə Heyətidir. O, qurultaylar arasında İttifaqın fəaliyyətinə bütünlüklə rəhbərlik edir.

4. Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyəti:

a) İttifaqın ictimai fəaliyyətini əlaqələndirir və onun yaradıcılıq yolunu istiqamətləndirir;

b) Respublika Qurultayı qərarlarının həyata keçirilməsi yollarını müəyyənləşdirir;

c) İdarə Heyətinin katibliyinin sayca tərkibini müəyyən edir, Sədri və Sədrin təqdimatı ilə katibləri açıq səsvermə ilə seçir;

d) özünü nüfuzdan salmış, eləcə də işdən uzqlaşmış üzvləri İdarə Heyəti tərkibindən çıxarmaq hüququna malikdir;

e) Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyəti Sədrinin təqdimatı ilə Təşkilat katibini təsdiq edir;

ə) katibliyin təklifi ilə komissiyaları, bölmələri və başqa təşkilatları təsis edir, həmçinin onların rəhbərlərini (sədr və
həmsədrlərini) açıq səsvermə yolu ilə seçir;

h) öz fəaliyyəti haqqında respublika Qurultayı qarşısında hesabat verir.

5. Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin Katibliyi İdarəı Heyətinin plenumları arasındakı dövrdə:

a) İttifaqın ideya-yaradıcılıq və təşkilat fəaliyyətini əlaqələndirir;

b) Musiqi əsərləri və musiqişünaslıq işlərini çap edən nəşriyyatlara həm yardım göstərir, həm də yaradıcılıq əlaqələri yaradır;

c) Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin qurultay və plenumları qərarlarının həyata keçirilməsini təşkil edir;

d) Azərbaycan Bəstəkarlar İttifaqını bütün Dövlət müəssisələrində və ictimai təşkilatlarda təmsil edir;

e) İttifaqın büdcə vəsaitini bölüşdürür və onun xərclənməsinə nəzərət edir.

6. İdarə Heyətinin Katibliyi Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin qarşısında öz işi haqqında hesabat verir.

7. Azərbaycan Bəstəkarlar İttifaqının növbədənkənar Qurultayı, həmçinin Plenumu Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyəti üzvlərinin yarasından az olmayan hissəsinin tələbi ilə, və yaxud Təftiş komissiyasının tələbi ilə çıxarıla bilər.

8. Qurultay, Plenum o zaman səlahiyyətli sayılır ki, onun işində iştirak edən İttifaq üzvlərinin ümumi sayı 2/3-dən az olmasın.

9. Azərbaycan Bəstəkarlar İttifaqı Qurultaylarının, Plenumlarının, İdarə Heyətinin və Katibliyin qərarları Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvləri və təşkilatları üçün məcburi sayılır.

10. Təftiş komissiyasının vəzifələrinə aşağıdakılar aiddir:

a) Azərbaycan Bəstəkarlar İttifaqının Nizamnaməsinin tələblərinə əməl edilməsinə, Qurultay, Plenum, İdarə Heyəti və Katibliyin çıxardığı qərarların yerinə yetirilməsinə nəzarət etmək; habelə İttifaqın tabeliyində olan idarə, təşkilat və İdarə Heyətinin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq və s.

11. Azərbaycan Bəstəkarlar İttifaqının bütün fəaliyyəti kollektiv rəhbərlik əsasında qurulur. Azərbaycan Bəstəkarlar İttifaqının rəhbər orqanının öz işinin öhdəsindən gəlməyən hər bir üzvü Bəstəkarlar təşkilatının ümumi iclasının ilk tələbi əsasında vaxtından əvvəl geri çağırılır.

Qəbul Qaydaları

Azərbaycan Bəstəkarlar İttifaqına bəstəkarlıq və ya musiqişünaslıq ixtisasları üzrə ali təhsiləmalik bəstəkar və musiqişünaslar qəbul olunurlar.

Azərbaycan Bəstəkarlar İttifaqına qəbul olunan şəxs İdarə heyətinə aşağıdakıları təqdim edir:

1) ərizə və tərcümeyi-hal;
2) musiqi əsərlərinin və ya musiqişünaslıq işlərinin yazıldığı, ifa və nəşr olunduğu tarix göstərilməklə siyağısı;
3) yaradıcılıq işləri:
bəstəkarlar üçün: ali məktəbi bitirdikdən sonra yazılmış, ifa və ya nəşr olunmuş musiqi əsərləri;
musiqişünaslar üçün: ali məktəbi bitirdikdən sonra dərc olunmuş elmi-tədqiqat, tənqidi və publisistik işlər, qəbul olunan şəxsin Azərbaycan musiqisinin təbliği sahəsindəki fəaliyyətini əks etdirən materiallar;
4) Azərbaycan Bəstəkarlar İttifaqının üzvlük stajı 5 ildən az olmayan iki üzvünün zəmanəti. Zəmanətdə 2-3 əhəmiyyəti iş haqqında rəy öz əksini tapmalıdır;
5) İttifaqa qəbul olunmaq barədə ərizə yəverildiyi gündən 3 ay müddətindən gec olmayaraq baxılmalıdır.
Bəstəkarlar İttifaqının üzvlük bileti təqdim olunur.