Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Bakı, 18 sentyabr, AZƏRTAC
Bu gün adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümüdür. Bu gün həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür.
Mədəniyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir bəyin məzarının ziyarət olunması ilə başlanıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli mərasimə toplaşanları Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirib ki, 18 sentyabr mədəniyyətimizin ən əlamətdar günlərindən biridir. Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür.
“Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəylinin xatirəsini hər birimiz dərin hörmət və ehtiramla yad edirik. 2025-ci il fevralın 3-də Prezident İlham Əliyev Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Sərəncam imzalayıb. Ölkəmizdə bu əlamətdar tarix yüksək səviyyədə, təntənəli şəkildə keçirilir. Tədbirlər planı hazırlanıb. 140 illik yubiley çərçivəsində Azərbaycanın musiqi incilərinin ən gözəl nümunələri təkcə ölkəmizdə deyil, bütün dünyada geniş şəkildə səsləndirilir. Hətta İtaliya, Avstriya, Almaniya və Türkiyə kimi ölkələrdə də konsertlər təşkil olunur”, – deyə o qeyd edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan musiqisini heyrətamiz sürətlə inkişaf etdirdiyini qeyd edib: “Ancaq o, bu qədər yeniliklər yarada, möhtəşəm əsərlər bəstələyə və insanları öz ideyaları ətrafında birləşdirə bilərdi. Bütün bunlar Üzeyir Hacıbəylinin şəxsiyyətinin və yaradıcılığının nə qədər zəngin, əvəzsiz və təsirli olduğunu göstərir. Onun musiqisi təkcə milli mədəniyyətimizin deyil, həm də dünya musiqi xəzinəsinin incilərindəndir. Üzeyir bəyin gətirdiyi yeniliklər bu gün də Azərbaycan musiqiçilərinə, bəstəkarlarına və gənc istedadlara ilham verir. Onun yaradıcılığı milli kimliyimizin, musiqi irsimizin və mədəni dəyərlərimizin dünyaya tanıdılmasında misilsiz rol oynayıb və gələcək nəsillər üçün yol göstərən bir məktəb olaraq qalır”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar dahi bəstəkarın ölməz irsindən söz açıb. Bildirib ki, nə qədər ki, Azərbaycan xalqı var, dahi bəstəkarın ölməz irsi hər zaman yaşayacaq.
O vurğulayıb ki, Üzeyir Hacıbəyli Azərbaycan xalqının milli musiqi mədəniyyətinin bünövrəsini qoyan, onu dünyaya tanıdan və xalqın ruhunu musiqi ilə ifadə edən nadir şəxsiyyətlərdəndir.
Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Üzeyir Hacıbəyli barədə danışaraq bildirib ki, Üzeyir bəyin əsərləri milli ruhu, vətən sevgisini və humanist dəyərləri əks etdirərək bu gün də həm Azərbaycanda, həm də dünyada böyük maraq və rəğbətlə qarşılanır. Onun sənəti gələcək nəsillər üçün tükənməz ilham mənbəyidir.
Digər çıxış edənlər bildiriblər ki, Üzeyir Hacıbəylinin musiqi irsi yalnız Azərbaycan mədəniyyətinin inkişafına xidmət etməyib, həm də dünya musiqi xəzinəsinə misilsiz töhfədir. Onlar vurğulayıblar ki, onun yaradıcılığı gənc bəstəkarlar və musiqiçilər üçün əvəzsiz bir məktəbdir, milli musiqimizin zənginliyini, innovativliyini və estetik dəyərini nümayiş etdirir. Çıxışlarda, həmçinin qeyd olunub ki, Üzeyir bəyin əsərləri xalqımızın mənəvi dünyasını əks etdirir və onun ideyaları musiqi mədəniyyətimizin gələcək inkişafına istiqamət göstərir.
Çıxışlardan sonra mərasim iştirakçıları Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarlarını ziyarət ediblər.

 

В День национальной музыки почтена память Узеира Гаджибейли

Сегодня исполняется 140 лет со дня рождения великого композитора, музыковеда, педагога, публициста, общественного деятеля Узеира Гаджибейли, чье имя золотыми буквами вписано в летопись музыкальной культуры Азербайджана. Этот день также отмечается в нашей стране как День национальной музыки. Цикл мероприятий, посвященных этой знаменательной дате, традиционно начался с посещения могилы Узеир бека на Аллее почетного захоронения.
Как передает Day.Az со ссылкой на АЗЕРТАДЖ, в церемонии приняли участие министр культуры Адиль Каримли, ответственные сотрудники министерства, известные деятели культуры и искусства.
Поздравив собравшихся с Днем национальной музыки, министр культуры Адиль Керимли отметил, что 18 сентября является одной из самых знаменательных дат для культурной общественности страны.
“Мы все с глубоким уважением и почтением относимся к памяти Узеира Гаджибейли – основоположника азербайджанской композиторской школы. 3 февраля 2025 года Президент Ильхам Алиев подписал Распоряжение о праздновании 140-летия со дня рождения Узеира Гаджибейли – создателя первой оперы на Востоке, великого ученого-музыковеда. В нашей стране эта знаменательная дата отмечается торжественно, на высоком уровне. Был подготовлен план мероприятий. В рамках празднования 140-летнего юбилея прекрасные образцы азербайджанской музыкальной культуры звучат не только в нашей стране, но и по всему миру. Концерты организуются даже в таких странах, как Италия, Австрия, Германия и Турция”, – сказал он.
Председатель Союза композиторов Азербайджана, Народная артистка, член-корреспондент НАНА, профессор Фирангиз Ализаде в своем выступлении отметила, что творчество Узеира Гаджибейли способствовало развитию азербайджанской музыки с удивительной скоростью: “Только он мог внести столько новшеств, написать столь величественные произведения и объединить людей вокруг своих идей. Все это показывает, насколько богатыми, уникальными и влиятельными были личность и творчество Узеира Гаджибейли. Его музыка – это жемчужина не только нашей национальной культуры, но и мировой музыкальной сокровищницы. Новаторство Узеир бека и сегодня вдохновляет азербайджанских музыкантов, композиторов и молодых талантов. Его творчество сыграло бесценную роль в представлении миру нашей национальной идентичности, музыкального наследия и культурных ценностей и остается школой, указывающей ориентир будущим поколениям”.
Председатель Союза писателей Азербайджана, Народный писатель Анар отметил, что, пока существует азербайджанский народ, бессмертное наследие великого композитора всегда будет жить.
Он подчеркнул, что Узеир Гаджибейли – уникальная личность, заложившая основу национальной музыкальной культуры Азербайджана, представившая ее миру и выразившая душу народа через музыку.
Заместитель председателя Милли Меджлиса, директор Национального музея азербайджанской литературы имени Низами Гянджеви, академик Рафаэль Гусейнов, говоря об Узеире Гаджибейли, сказал, что произведения Узеир бека, отражая национальный дух, любовь к Родине и гуманистические ценности, и сегодня вызывают большой интерес и любимы как в Азербайджане, так и во всем мире. Его искусство является неиссякаемым источником вдохновения для грядущих поколений.
Другие выступившие подчеркнули, что творчество Узеира Гаджибейли послужило развитию азербайджанской культуры и в то же время является бесценным вкладом в мировое музыкальное наследие. Это уникальная школа для молодых композиторов и музыкантов, демонстрирующая богатство, инновационность и эстетическую ценность нашей национальной музыки. В выступлениях также говорилось о том, что произведения Узеир бека отражают нравственность нашего народа, а его идеи указывают путь для дальнейшего развития нашей музыкальной культуры.
После выступлений участники церемонии посетили также могилы корифеев азербайджанской музыки – Кара Караева, Фикрета Амирова, Бюльбюля, Рашида Бейбутова, Ниязи и Муслима Магомаева.