2016 il
Yanvarın 20-də R.Behbudov adına Mahnı Teatrında müstəqil Azərbaycan tarixində iz salan “QanlıYanvar” faciəsi ilə bağlı matəm konserti təşkil olunub. Tədbirdə beynəlxalq müsabiqələr laueratı Cavad Tağızadənin rəhbərlik etdiyi, ABİ-nin “Baku- Sinfonietta” orkestrinin ifasında klassik musiqi, o cümlədən, Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. ***** Yanvarın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, bəstəkar Mobil Babayevin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova çıxış edərək bəstəkarın həyat və yaradıcılığından söz … Read more