ABİ-nin İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) İdarə Heyətinin növbəti iclası keçirilib. Iclasda çıxış edən İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bu ilin son rübündə görülən işlər barədə məlumat verib. O, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən musiqi ictimaiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Qurumun təşkilatçılığı ilə sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının … Read more

“Ərtoğrol Cavid” 12 cildliyinin təqdimatı olub

 Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir Ərtoğrol Cavidin anadan olmasının 100 illiyinə həsr olunub.Təqdimatı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq bildirib ki, Ərtoğrol Cavid qısa ömür – 24 il yaşamasına baxmayaraq, çoxşaxəli və zəngin fəaliyyəti ilə tanınıb: “Ötən əsrin 20-30-cu illərinin ictimai-siyasi … Read more

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı

Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqı” mövzusunda konfrans keçiriləcək. Konfransda Ulu Öndərin ömür yolu, fəaliyyəti, mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdandanışılacaq və məruzələr dinləniləcək.   

I Beynəlxalq Muğam Festivalı keçirilmişdir

Martın 18-dən 25-dək Bakıda Heydər Əliyev Fondunun möhtəşəm «Muğam dünyası» layihəsi çərçivəsində Birinci Beynəlxalq Muğam Festivalı keçirilmişdir. İslam mədəniyyətinin paytaxtı Bakı bir həftə ərzində dunya mədəniyyətinin şah əsəri adlandırılan muğamın məkanına çevrilmiş, bir həftə ərzində Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəltmişdir. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, … Read more

Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayı keçirilmişdir

Müstəqillik dövrünün ən möhtəşəm və mühüm musiqi hadisəsi — Azərbaycan bəstəkarlarının VIII qurultayı oldu. 7 gün ərzində (2007-ci il 11-16 iyun və 20 iyun — hesabat seçki yığıncağı) respublikamızın paytaxtı Bakı şəhərinin ən mötəbər və nüfuzlu musiqi meydançaları — M.Maqomayev adına Azərbaycan Dövlət Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Kamera və Orqan … Read more

“Intizar” operasının yeni premyersı keçirildi

Xalq artisti Firəngiz Əlizadənin «İntizar» operasının yeni quruluşda premyerası olmuşdur Mayın 11-də Heydər Əliyev Sarayında Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operasının yeni quruluşda premyerası olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva premyeraya tamaşa etmişlər. Heydər Əliyev Fondu yeni Beynəlxalq musiqi … Read more

Azərbaycan Bəstəkarlar İttifaqının açılışı oldu

Sentyabrın 1-də Azərbaycan Bəstəkarlar İttifaqının, Xaqani küçəsi 27 ünvanında yerləşən binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə açılış mərasimi keçirilmişdir. Məlum səbəblərdən Azərbaycan Bəstəkarlar İttifaqının kollektivi öz doğma ünvanından uzaq düşmüş, 20 ilə yaxın müddət ərzində başqa-başqa ünvanlarda fəaliyyət göstərmişdir. Xalq artisti, professor Firəngiz xanım Əlizadənin ittifaqa sədr seçilməsindən sonra Azərbaycan Bəstəkarlar İttifaqının … Read more

Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayı

Noyabrın 20-22-də Gəncə Şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsinin plenumu keçirilmişdir. Bəstəkarlar İttifaqının üzvləri əməkdar incəsənət xadimləri Faiq Nağıyev, Aygün Səmədzadə, o cümlədən əməkdar müəllim Natiq Vəliyev plenumda iştirak etmək üçün Gəncə şəhərinə ezam olunmuşlar. Noyabrın 20-də plenumun birinci günü Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsinin üzvlərinin hazırladıqları geniş konsert proqramı dinlənildi. Konsertdə Gəncə Dövlət Kamera … Read more

2018 il

Yanvarın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım-tədbiri keçirilib. Tədbirdə ötən il aprelin 7-də Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin təqdim olunan “Nasimi Passion” əsərinin lent yazısı nümayiş olunub.Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət və elm xadimləri, xarici səfirliklərin … Read more

2017 il

Yanvarın 18-də Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında 20 Yanvar Faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Əvvəlcə 20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Bəstəkarlar İttifaqının Katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov ön sözlə çıxış edərək, Azərbaycan bəstəkarlarının  20 Yanvar Faciəsinə həsr olunmuş əsərləri haqqında geniş məlumat verdi, bu mövzunun aktuallığından … Read more