Qəzəl-romans janrında bəstəkarlıq müsabiqəsi
Azərbaycan Bəstəkarlar İttifaqı XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş qəzəl-romans janrında bəstəkarlıq müsabiqəsini yekunlaşdırdı. Müsabiqə görkəmli şairin anadan olmasının 880 illiyi münasibətilə Respublika Prezidentinin 2021-ci ili “Nizami ili” elan etməsi ilə əlaqədar olaraq keçirilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan bəstəkarı, musiqişünas-alim, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi … Read more