Şəki növbəti dəfə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edəcək

İyulun 3-dən 7-dək Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. AZƏRTAC xəbər verir ki, ənənəvi festival Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq. Bu münasibətlə Azərbaycan Bəstəkarlar İttifaqında mətbuat konfransı təşkil olunub. Tədbir barədə məlumat verən festivalın rəhbəri, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə ənənəvi musiqi bayramının … Read more

“Əsil musiqi fədaisi” – Nərgiz Şəfiyeva

Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simalarından biri, Respublikanın Əməkdar incəsənət xadimi, musiqişünas,təcrübəli pedaqoq,  maarifpərvər   insan,   əsil   musiqi   fədaisi — Nərgiz Şəfiyevanınyaradıcılığı müasirmusiqi mədəniyyətimizdəözünəməxsus yer tutur. Ənənələrə sadiq olan, yüksək peşəkarlıq meyarlarına əsaslanan bəstəkarın əsərləri fərdi üslub xüsusiyyətləri ilə seçilərək, milli qaynaqlardan – Azərbaycan xalq mahnılarından və muğamlarımızdan bəhrələnən intonasiyaları ilə daima musiqisevərlərin diqqətini cəlb edir. N.Şəfiyevanın … Read more

Gənc bəstəkarların yeni uğurları

“Çox sevindirici haldır ki, Azərbaycanın böyük tarixə malik olan incəsənəti, musiqi sənəti hər il yeni istedadlar yetişdirir. Bu xalqımızın       mədəniyyətinin, incəsənətinin zənginliyini nümayiş etdirir. ” H.Əliyev. Mədəniyyət — xalqin mədəni-mənəvi göstəricisidir. Musiqi  estetik tərbiyyə vasutəsidir. O yetişən nəslin təfəkkür qabiliyyətinin inkişafında böyük rol oynayır. Azərbaycan xalqı çox istedadlı xalqdər. Son zamanlar hər bir sahədə gənclərə … Read more

Bura Şəkidir, Şəkidir, gözəl Şəkidir

Doğrudan da bir məşhur mahnının sözlərində deyildiyi kimi Şəkinin gözəlliyini vəsf etməklə bitməyən, Azərbaycanımızın dilbər guşəsi olan bu tarixi məkan, son illər dünya musiqi arenasına çıxaraq, nüfuzlu bir festivala ev sahibliyi edir. Artıq üçüncü ildir ki,  məşhur “ İpək yolu” beynəlxalq musiqi festivalı qədim Şəki şəhərində keçirilir. Bir zamanlar “ Yumor” şəhəri kimi tanınan Şəki … Read more

Firəngiz Əlizadənin «Dərviş» əsəri

(Şərq-Qərb kontekstində) Ey Nəsimi, çünki iş təqdir əlindən işlənirFariqəm dünyadəvü üqbadə qəmdən, biqəməm Əsrlər boyu hamını düşünməyə vadar edən «Qərb-Şərq» tandemi XX əsrdə özünü qabarıq şəkildə göstərməyə başlamışdır. Belə ki, bu qarşılıqlı əlaqələr çoxəsrlik tarixinə rağmən ayrı-ayrı çeşmədən damcı-damcı yığılan və cəmləşən dünya sivilizasiyasının iki müxtəlif axınıdır. Qərb öz rasional təfəkkürü, praktiki nəzəriyyəsi ilə fərqlənirsə, … Read more

Ədilə Hüseynzadə – 95

Aprelin 28 Azərbaycan  Bəstəkarlar İttifaqının Üz.Hacıbəyli adına konsert salonunda Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, respublikanın ilk qadın bəstəkarı olan Ədilə Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş konsert keçirildi. Konsertə tanınmış incəsənət, elm və mədəniyyət xadimləri təşrif buyurmuşdur. Ədilə Hüseynzadə Bül-bülün sinifində ifaçılıq dərsləri almış,  Ü.Hacıbəylinin sonuncu və ən sevimli tələbələrindən olmuş və Ən əsası Azərbaycan … Read more

Azərbaycan Bəstəkarlar İttifaqının Şəkidə yeni bölgəsi

2008-ci il Azərbaycan Bəstəkarlar İttifaqının tarixinə yeni bölgə təşkilatının açılması ilə də daxil oldu. Bu əlamətdar hadisə noyabrın 22-də, Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik qədim və dilbər guşələrindən biri — Şəkidə, Bəstəkarlar İttifaqının Sədri Firəngiz Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə baş tutdu. Beləliklə, Azərbaycan Bəstəkarlar İttifaqının Şuşa, Naxçıvan, Gəncə və Lənkəran zonalarını … Read more

Azərbaycanın fəxri

Hər bir insanın həyat yolu müəyyən mərhələlərdən ibarət olur. Arxaya dönüb baxanda bu yolda olan məşəqqətli günləri, uğurları, sevincləri, axtarışları görürsən. Görürsən və istər-istəməz özünə sual verirsən ki, daha nələr etmək olar, daha nələrə nail olmaq , hansı zirvələri fəth etmək olar. Mən bu kiçik yazımda Azərbaycanın xalq artisti, professor Firəngiz Əlizadənin yaradıcılıq yoluna nəzər … Read more

Firəngiz Əlizadə – portret cizgiləri

“Azərbaycan əsrlər boyu sivilizasiyalararası dialoqun aparılmasında mühüm rol oynamışdır. Ölkəmiz Şərqlə Qərbin qovuşduğu məkanda yerləşir”. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sözlərini, tam mənada, bu günlərdə yubileyini qeyd etdiyimiz Firəngiz xanım Əlizadənin yaradıcılığına şamil etmək olar. Azərbaycanın görkəmli bəstəkarı, UNESCO-nun Sülh artisti, Azərbaycan Respublikasının xalq artisti, professor Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin … Read more

Azərbaycan-Ukrayna musiqi əlaqələrinin yeni mərhələsi

Xalqımızın həyatına bayramlar ayı kimi daxil olan mart ayının artıq ilk günləri Azərbaycan musiqi mədəniyyəti üçün əlamətdar oldu. 2012-ci il 1-4 mart tarixində Azərbaycanda Ukrayna yeni musiqi günləri keçirildi. Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən bu musiqi bayramının özünəməxsus mənası vardır. Bu festival 20 … Read more