AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI – “HEYDƏR ƏLİYEV – 100”

Cari ildə Azərbaycan Bəstəkarlar İttifaqında “Heydər Əliyev ili” ilə bağlı bir sıra maraqlı tədbirlər keçirilib. Ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar konsertlər, konfranslar, yeni kitabların təqdimatı olub.

Bu silsilədən Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli konsert salonunda Xalq artisti, professor Azər Dadaşovun fortepiano əsərlərindən ibarət Gənc İfaçıların VI Beynəlxalq müsabiqəsinin keçiriləcəyi nəzərdə tutulub. Müsabiqənin proqramına noyabrın 23-dən etibarən (2  hissədən ibarət) bəstəkar Azər Dadaşovun Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Fortepiano və orkestr üçün Poema”sı daxildir.  Müsabiqədə  Azərbaycan, Rusiya, Türkmənistan və İranın ali musiqi tədris müəssisələrini bitirmiş gənc ifaçılar iştirak edəcək.

Belə ki, müsabiqənin qalibləri Bəstəkarlar İttifaqının üzvlərindən ibarət münsiflər heyəti tərəfindən təyin olunacaq. Münsiflər heyətinin rəhbəri Xalq artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadədir.  Qaliblərə 3 yer nəzərdə tutulub, bununla yanaşı ifaları ilə fərqlənən qaliblərə isə xüsusi diplom və mükafatlar təqdim olunacaq.

Azərbaycan Bəstəkarlar ittifaqında Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirildi. Tədbir “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə Ü.Hacıbəyli Konsert salonunda təşkil olundu. 

Tədbiri giriş sözü ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi haqqında “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı açaraq dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin hərtərəfli bilik səviyyəsi, geniş dünyagörüşü, siyasi baxışları ilə xalqımızın mədəniyyəti, maariflənməsi yolunda nailiyyətlərini qeyd etdi. Musiqinin bütün janrlarına dərindən bələd olan və bütün bəstəkarların əsərlərini peşəkar bir musiqiçi kimi şərh etməsini xüsusi vurğuladı. Bununla yanaşı Səadət Təhmirazqızı il ərzində Bəstəkarlar ittifaqında Ulu öndərin yubileyi ilə əlaqədar keçirilən konsertlətin, elmi konfransın, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” kitabının təqdimatını da xüsusi vurğuladı.

      Tədbirdə Azərbaycan bəstəkarlarının xor, mahnı və instrumental əsərləri ifa olundu. Belə ki, Əfsər Cavanşirovin (“Heydər babamız” sözləri Hikmət Ziya), Elnarə Dadaşovanın (“Babamızın ad günü” sözləri müəllifindir), Arif Məlikovun (“Prelüdlər”), Cahangir Cahangirovun (“Alagöz” sözləri Zeynal Cabbarzadə), Lalə Cəfərovanın, (“Darıxıram” sözləri Leyla Əliyeva), Hacı Xanməmmədovun (“kamança ilə orkestr üçün 2 konsertinin II hissəsi),  Nailə Mirməmmədlinin (“Ulu öndər” sözləri Əziz Piriyev), Elza Seyidcahanın (“Ulu öndərə ithaf” sözləri Kamal Həsənli, “Bir millət iki dövlət” sözləri Bəxtiyar Vahabzadə) əsərləri ifa olundu.

        Tədbir Azərbaycan Bəstəkarlar ittifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Zəfər gününə həsr olunmuş və sözləri Firəngiz Əlizadəyə aid  “Zəfər marşı” ilə  möhtəşəm səslənərək tədbiri tamamladı.

        Tədbirdə “Bənövşə” uşaq xoru (bədii rəhbər Zülfiyyə İbrahimova), Azərbaycan Teleradiosunun C.Cahangirov adına xoru (bədii rəhbər və baş dirijor Respublika müsabiqələri laureatı Əfruz Süleymanova), solistlər – Fəxri Kazım Nicat, Şaban Cəfərov, Fatimə Məmmədova (vokal), Əməkdar artist Nərgiz Əliyeva (fortepiano), Fəridə Məlikova (kamança), Beynəlxalq müsabiqələr laureatı Mehriban Kərimova, Rəşidə Məmmədzadə, Fatimə Səlimova (fleyta), Cahan Hacıxanlı (violonçel) və qiraətçi, Əməkdar artist Azad Şükürov iştirak edirdilər. 

        “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində “Heydər Əliyevə həsr olunan musiqi əsərlərindən ibarət  tədbirin sonunda bütün iştirakçılara ifaçılara, bəstəkarlara diplom və sertifikatlar təqdim olundu.

         Ulu öndərə həsr olunmuş tədbir möhtəşəm, təntənəli və mübariz ruhda tamamlandı.