20 Yanvar hadisələrinin 34-cü ildönümü

Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında 19 Yanvar 2024-cü il tarixində 1990-cı ilin faciəvi 20 Yanvar hadisələrinin 34-cü ildönümünə, Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirildi.

        Tədbiri giriş sözü ilə açan  Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə 1990-cı il 20 yanvarda Bakıda mülki əhaliyə qarşı törədilmiş dəhşətli cinayət haqda məlumat verərək, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bu dəhşətli cinayətlərə ilk dəfə siyasi qiymət verməsi, onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını da xüsusi vurğuladı.

       Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının professoru  Leyla Quliyeva “Azər Rzayevin “Bakı – 90” Simfoniyası haqqında”, Əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Azərbaycan bəstəkarlarının yaradıcılığında Şəhidllər mövzusu” adlı məruzə ilə çıxış etdilər.  

      Tədbirin sonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan unudulmaz bəstəkarımız Azər Rzayevin –  “Bakı – 90” Simfoniyasının  (1990. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri. Dirijor Xalq artisti Rauf Abdullayev) DVD lent yazısı  nümayiş olundu və  Sevda Məmmədlinin yeni – “Memories” –  piano üçün Pyesi (2021)  müəllif tərəfindən səsləndirildi.