“Yaradıcı Qadınlar” ictimai birliyinin sərgisinin açılışı
Hörmətli dostlar! 24 avqust 2023-cü il tarixində saat 17:00-da Azərbaycan Rəssamlar İttifaqının Vyadjiya Səmədova adına sərgi salonunda “Yaradıcı Qadınlar” İctimai Birliyinin layihəsinin monitorinq sərgisinin açılışı olacaq. Xoş gəldiniz! Дорогие друзья! 24 августа 2023 года в 17:00 в выставочном зале имени Вяджии Самедовой Союза Художников Азербайджана откроется мониторинговая проектная выставка Общественной организации «Творческих женщин». Добро пожаловать! Dear friends! On August 24, 2023 at 17:00 in the exhibition hall named after Vyadzhiya Samadova of the Union of Artists of Azerbaijan, a monitoring project exhibition of the Creative Women Public Organization will open. Welcome!
Press-reliz
“Yaradıcı Qadınlar” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Aztəminatlı xanımlar üçün dekorativtətbiqi sənət kurslarının (milli keramika və milli qurama) təşkili” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.
Layihəninin əsas məqsədi Azərbaycan aztəminatlı xanımlar iki milli dekorativ-tətbiqi sənət növləri (milli keramika və milli qurama) kurslarını həyata keçirmək. Azərbaycanda incəsənətimizi inkişaf etmək, aztəminatlı xanımların iki milli dekorativ-tətbiqi sənət növləri (milli keramika və milli qurama) kurslarda əl işləri düzəltməyini öyrətmək. Milli suvenir kursları nəticəsində aztəminatlı xanımlar (faydalananları) təzə peşə öyrənib gələcəkdə milli əl işlərləri satıb maddi qazanc əldə etməyə şərait yaradır. Ölkədə turizm industriyasını əl işləri suveniri ilə təmin etməkdir.
Layihə çərçivəsində təşkilatın yüksək dərəcədə rəssam-müəlimləri xüsusi təlim sistemi ilə kursları aparırlar. Kursda hər iki milli dekorativ-tətbiqi sənət növlərində (milli keramika və milli qurama) yuksək dərəcəli əl işləri suvenirləri hazırlamağı öyrədilir. Kursun sonunda Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi salonunda satış sərgisinin keçirilməsi nəzərdə tutulub. Sərgidə ən gözəl əl işlərin monitorinq satış sərgisi nümayiş olunacaq və satılan işlərdən qazanc müəlliflərə veriləcəkdir. Layihənin müddəti 2 aydır.
“Yaradıcı Qadınlar” İctimai Birliyinin sədri Hüseynova Afaq Böyük-Ağa qızı