Həqiqətdir: Bəstəkar Qara Qarayev
“Həqiqətdir: Bəstəkar Qara Qarayev” sənədli filmin bərpa olunmuş ingilis versiyasının premyerası keçirilib
İkinci Bakı Beynəlxalq Piano Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Oqtay Mirqasımovun “Həqiqətdir: Bəstəkar Qara Qarayev” (1968) sənədli filminin bərpa olunmuş ingilis versiyasının premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, film Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə nümayiş olunub.
İkinci bölmədə Qara Qarayevin fortepiano əsərləri – müxtəlif filmlərə yazdığı musiqilər pianoçu, Əməkdar artist Nərgiz Əliyevanın ifasında səsləndirilib.
Tədbirdə Bakı Piano Festivalının kino proqramlarının kuratoru Ülvi Mehdinin əməyi xüsusi qeyd edilib.
Daha sonra filmin müəllifi Oqtay Mirqasımov 55 il bundan əvvəl lentə alınmış filmin çəkiliş prosesindən danışıb.
Təqdimat mərasimində Qara Qarayevin sevimli tələbələrindən olan Firəngiz Əlizadə əfsanəvi 60-cı illərin təkrarolunmaz tələbə ab-havasını, dünya musiqisinin əfsanəsi ilə sanki bir kadrda təcəssüm etdirdiyinə görə kinorejissora təşəkkür edib.