2022 ABI Yeni uzvleri

5 oktyabr, 2022-ci il tarixində  Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin Sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadənin sədrliyi ilə keçən iclasın gündəliyində bir sıra məsələlər öz əksini tapmışdır.  Azərbaycan Bəstəkarlar İttifaqının 2022-ci ilin I yarım ilində keçirilmiş tədbirlərinin hesabatı dinlənilmiş, Azərbaycan Bəstəkarlar İttifaqının 2022-ci ilin sentyabr – dekabr ayları üçün nəzərdə tutulmuş yeni tədbirlər planının müzakirəsi keçirilmiş və Azərbaycan Bəstəkarlar İttifaqına yeni üzvlər qəbul edilmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının yeni tədbirlər planının müzakirəsində görkəmli Azərbaycan bəstəkarlarının yubileylərinə həsr olunmuş tədbirlərin keçirilməsi  xüsusi olaraq qeyd edilmişdir. Belə ki, Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Əşrəf Abbasovun və Rauf Hacıyevin  anadan olmasının100 illiyinə həsr olunmuş Konfrans və Konsertlərin keçirilməsi nəzərdə tutulur.

Həmçinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Almaniyada və İsveçrədə dahi bəstəkarımız Fikrət Əmirovun anadan olmasının100 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır.  

Qeyd etmək lazımdır ki, Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin preoritet istiqaməti olaraq, gənc bəstəkarların yaradıcılığına xüsusi diqqət göstərilir.  Belə ki, noyabr ayında Azərbaycan Bəstəkarlar İttifaqının “Zəfər Bayramı”na həsr olunmuş “Gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenum”un keçirilməsi nəzərdə tutulur.

 İdarə Heyətinin iclasında öz yaradıcılıqları ilə fərqlənən 5 nəfər gənc – o cümlərən, bəstəkarlar – Elvin Quliyev, Yusif Bayramov və Vəfa Bağırzadə, musiqişünaslar – Leyla Quliyeva və Həbibə Məmmədova  Azərbaycan Bəstəkarlar İttifaqına yeni üzv qəbul edilmişlər.