Üzeyir dünyası və Azərbaycan Bəstəkarlar İttifaqı
Dahi bəstəkar, musiqişünas alim, pedaqoq, dirijor, dramaturq, publisist, musiqi-ictimai xadim, XX əsr Azərbaycan musiqi mədəniyyətinin qurucusu, milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin adı xalqımız üçün, mədəniyyətimiz üçün müqəddəsdir. İstər musiqi xadimləri, istərsə də müxtəlif peşə yönümlü insanlar üçün, azərbaycanlılar və digər millətlərin nümayəndələri üçün Üzeyir Hacıbəyli yaradıcılığı yüksək zirvə, milli və klassik ənənələrin vəhdətindən yaranmış məktəb əhəmiyyəti daşıyır. Böyük bəstəkarımız Fikrət Əmirovun dediyikimi, “…biz hamımız Üzeyir məktəbindən çıxmışıq”. Bu, həqiqətən də belədir.
Üzeyir bəy öz dühası ilə Azərbaycan musiqi mədəniyyətinin inkişaf yollarını işıqlandırıb, dünya miqyasında tanınmasına rəvac verib. Üzeyir Hacıbəylinin şəxsiyyətinin və yaradıcılığının dünyada tanıdılması və təbliği də bizim borcumuzdur. Bu baxımdan Üzeyirşünaslıq sahəsində görülən işlər diqqətəlayiqdir. Azərbaycanda və onun hüdudlarından uzaqlarda Üzeyir Hacıbəyliyə həsr olunmuş konsertlərin, festivalların, layihələrin, kitab təqdimatlarının keçirilməsi, musiqili tamaşaların, kinofilmlərin nümayişi, musiqi əsərləri ilə yanaşı, rəssamlıq, heykəltaraşlıq üzrə əsərlərin yaradılması Üzeyir bəyin xatirəsinin yaşadılmasının bariz nümunəsidir. Bunun mühüm bir qolu da müasir informasiya texnologiyaları vasitəsilə həyata keçirilir. İnternet şəbəkəsində, ayrı-ayrı dillərdə — azərbaycan, rus, ingilis, alman, türk və s. dillərdə davamlı olaraq Üzeyir Hacıbəyli haqqında məlumat mənbəyinin yaradılması bunu sübut edir. Elə bu yaxınlarda “Mədəniyyət” qəzetində (12.06.2020) oxuduğum bir məlumat diqqətimi çəkdi: “Vikipediyada Üzeyir Hacıbəyli haqqında özbək dilində bölmə” yaradılıb. Bu, əlbəttə ki, bizim üçün çox əlamətdar bir haldır. Bu, onu göstərir ki, Üzeyir Hacıbəyli fenomeni hər zaman, hər yerdə diqqət çəkir və insanların maraq dairəsindədir. Bütün bu internet mənbələrinin əsas özəlliyi ondadır ki, dünyanın ən müxtəlif nöqtələrində, müxtəlif millətlərdən olan insanlar Azərbaycanın musiqi mədəniyyəti, Üzeyir bəyin yaradıcı fəaliyyəti, zəngin irsi haqqında məlumat alır, musiqisini dinləyir, tamaşaları izləyir, elmi-piblisistik əsərlərini mütaliə edir, bir sözlə, Üzeyir dünyası ilə təmasda olur.
Qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəylinin yaradıcılığı “ilk”lərlə əlamətdar olmuşdur: Şərq aləmində milli muğam operasının (“Leyli və Məcnun”), musiqili komediyanın (“Arşın mal alan”) və klassik operanın (“Koroğlu”), milli musiqinin məqam nəzəriyyəsinin (“Azərbaycan xalq musiqisinin əsasları”) yaradılması, musiqi təhsilinin qurulması, not sistemi üzrə xalq çalğı alətləri orkestrinin təşkili və s. onun adı ilə bağlıdır. Üzeyir bəyin bütün bu bədii kəşfləri keçmiş SSRİ məkanında müttəfiq respublikaların musiqi mədəniyyətinin yüksəlişinə də böyük təsir göstərmişdir. Bilavasitə xalq çalğı alətləri orkestrlərinin təşkili Orta Asiya respublikalarında da həyata keçirilmişdir. Əlamətdar faktlardan biri də ondan ibarətdir ki, Üzeyir Hacıbəyli 1945-ci ildə Azərbaycan SSR himnini yaratdıqdan sonra, bu istiqamətdə Özbəkistan və Tacikistan rəhbərliyi tərəfindən təşəbbüs göstərilərək, həmin respublikaların himninin yazılması üçün Üzeyir bəyə müraciət olunmuşdur. Lakin Üzeyir bəy hər bir respublikanın himninin milli bəstəkarlar tərəfindən yazılmalı olduğunu qeyd edərək, həmin ölkələrin bəstəkarlarından bu sahədə öz tövsiyələrini əsirgəməmişdir. Bütün bunlar tarixi faktlar olub, Üzeyirşünaslıqda mühüm əhəmiyyət kəsb edir və yəqin ki, özbək musiqişünasları üçün də maraqlı olar və internet məlumat bazasına daxil edilə bilər.
Azərbaycan Dövləti tərəfindən Üzeyir Hacıbəylinin xatirəsinin əbədiləşdirilməsi çox diqqətəlayiqdir. Belə ki, bu gün musiqi həyatımızın böyük bir hissəsi Üzeyir Hacıbəylinin adı ilə bağlı olub, möhtəşəm layihələr və festivallar həyata keçirilir. Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulmuş, ölkənin musiqi həyatında böyük rolu olan Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində də Üzeyir bəyin ənənələri hər zaman yaşadılır. Bu məqsədlə 2018-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Üzeyir Hacıbəyli” fəxri medalı təsis edilmişdir. Medalın ilk nüsxəsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük rolu olan Mehriban xanım Əliyevaya təqdim olunmuşdur. Təqdimatdan sonra Mehriban xanım Əliyevanın Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq artisti, YUNESKO-nun “Sülh artisti”, “Aga Khan” Fondunun mükafatçısı, professor Firəngiz xanım Əlizadəyə ünvanladığı məktubunda deyilir:
“Hörmətli Firəngiz xanım. Fəaliyyətində milli musiqi irsimizin və dünya musiqi mədəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanılması vəyeniləşdirilməsi prinsiplərini əsas götürən Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan klassik professional musiqisinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması, elmi cəhətdən öyrənilməsi, gələcək nəsillərə çatdırılması və dünyada təbliğində xüsusi rol oynayır. Bu baxımdan İttifaq tərəfindən “Üzeyir Hacıbəyli” Fəxri Medalının təsis edilməsini yüksək qiymətləndirir, medalın ilk nüsxəsinin mənə təqdim edilməsi qərarına görə Sizə təşəkkürümü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə, Mehriban Əliyeva, Heydər Əliyev Fondunun Prezidenti.” Həqiqətən də bu gün Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində əsas istiqamətlərdən biri Üzeyir Hacıbəyli irsinin qorunması, Azərbaycan musiqisinin dünyaya tanıdılması, beynəlxalq musiqi festivallarında iştirakla bağlıdır. Bu baxımdan Azərbaycan Bəstəkarlar İttifaqının Heydər Əliyev Fondu ilə əməkdaşlığı mühüm əhəmiyyətə malikdir. Müasir dövrdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə bir sıra layihələr və festivallar keçirilir. Bunlardan “Üzeyir dünyası” layihəsini qeyd etmək istərdik. Bu layihə özündə Üzeyir Hacıbəylinin əsərlərinin tam nəşrini – musiqi əsərlərinin notlarının partitura və klavir şəklində çapını, səsyazılarını və videoyazılarını, elmi və bədii-publisistik əsərlərinin, eləcə də Üzeyir Hacıbəyliyə həsr olunmuş elmi əsərlərin çapını əhatə edir. Layihənin məsul redaktoru Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operası ilk dəfə olaraq, partitura şəklində nəşr edilmiş, həmçinin, səhnədə yeni quruluşda bərpa olunmuşdur.Bu əsər bəstəkarın tolerantlıq hisslərinin təcəssümü, xalqımıza qarşı zaman-zaman törədilən qırğınlara bir etirazı idi və buetiraz bizim günlərdə də səngiməyərək, insanların qəlbində əks-səda doğurur. Eyni zamanda, Üzeyir bəyin yaratdığı sənət əsəri Azərbaycan xalqının multikultural dəyərlərini təcəssüm etdirərək, xalqımızın milli sərvətinə çevrilmişdir. “Əsli və Kərəm” operası yalnız 2010-cu ildə Heydər Əliyev Fondunun “Üzeyir dünyası” layihəsi çərçivəsində bərpa olunaraq, onun həm yeni səhnə quruluşu, həm də notları ərsəyə gəlmişdir. “Əsli və Kərəm” operasının tamaşası Heydər Əliyev Fondunun keçirdiyi “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının proqramına,həmçinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “İpək yolu” Beynəlxalq Musiqi Festivalının proqramına daxil olunaraq, tarixi məkanlarda – Bakıda “Şirvanşahlar sarayı”nda, İçərişəhərdəki “Muğam teatrı”nda nümayiş olunmuşdur. “Əsli və Kərəm” operasının notlarının çapı isə çətin bir proses olmuşdur, çünki yarandığı 100 ilə yaxın bir zaman ərzində əsərin əlyazma şəklində olan notları köhnəlmiş, pis vəziyyətə düşmüşdü ki, bu da onun nəşri üçün böyük çətinlik yaradırdı. “Üzeyir dünyası” layihəsinin iştirakçıları, başda professor Firəngiz xanım Əlizadə olmaqla, uzun illər boyu bu operaya dirijorluq etmiş Kazım Əliverdibəyovun və Bəstəkarlar İttifaqının əməkdaşlarının böyük əməyi və fədakarlığı sayəsində operanın musiqi materialı, demək olar ki, vərəq-vərəq toplanaraq, simfonik fraqmentləri, xor epizodları, muğam parçaları Üzeyir Hacıbəylinin librettosu əsasında yenidən tərtib olunmuşdur. Bununla da Heydər Əliyev Fondu tərəfindən “Əsli və Kərəm” operasının partitura şəklində ilk nəşri həyata keçirilmiş, Üzeyir bəyin irsinə qayğıkeşliklə yanaşaraq, onun qorunması vəgələcək nəsillərə ötürülməsi yolunda mühüm addım atılmışdır.
Hər ilin sentyabr ayı ənənəvi olaraq, Üzeyir Hacıbəyliyə həsr olunmuş 18 sentyabr Musiqi günündən başlayaraq, ayın sonuna kimi davam edən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilə yadda qalır (2009-2019-cu illər ərzində 11 festival keçirilmişdir). Bu festivalda Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərləri müxtəlif ölkələrdən dəvət olunmuş dirijorların, ifaçıların və musiqi kollektivlərinin ifasında səsləndirilir. Azərbaycan Bəstəkarlar İttifaqı bu festivala öz tədbirləri ilə qatılır. Bu sırada bilavasitə Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş elmi konfransları, yeni nəşrlərin təqdimat mərasimlərini və kamera konsertlərini göstərmək olar. Geniş məzmuna malik olan bütün bu tədbirlər Üzeyir Hacıbəylinin yaradıcılığına dair tədqiqatların əhatə dairəsini genişləndirərək, Üzeyirşünaslığa mühüm töhfə verir.Bununla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı özündə muğamla bağlı konsertləri və tamaşaları (muğam-dəstgah, muğam operaları, simfonik muğamlar, muğam-caz, xalq çalğı alətləri orkestri, kamera-instrumental və vokal ifaçılığı ilə bağlı), YUNESKO-nun İSTM “Magam” qrupu ilə birgə Beynəlxalq elmi simpoziumu, Beynəlxalq muğam müsabiqəsini və müxtəlif tədbirləri əhatə edir (2009-cu ildən başlayaraq, hər iki ildən bir olmaqla, 5 festival keçirilmişdir). Azərbaycan Bəstəkarlar İttifaqı festivalın təşkilatçılardan biri kimi çıxış edir. Festivalın bədii rəhbəri Firəngiz Əlizadənin zəngin təxəyyülü ilə təşkil olunan konsertlərin proqramında Üzeyir Hacıbəylinin əsərləri daimi yer tutur. Əlamətdar haldır ki, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri bu beynəlxalq miqyaslı tədbirlərdə fəal iştirak edirlər.Eyni zamanda, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı milli musiqimizin təbliğinə xidmət edir (2010-2019-cu illər ərzində 10 festival olmuşdur). Bu festivalın məramına uyğun olaraq, tamaşaların və konsertlərin açıq havada, tarixi məkanlarda keçirilməsi, dünyanın müxtəlif ölkələrini təmsil edən musiqi ifaçılarının milli geyimlərdə və milli musiqi alətlərinin müşayiətilə çıxışları rəngarəng ab-hava yaradır. Festivalın proqramında xüsusi yer tutan Üzeyir Hacıbəylinin opera və musiqili komediyalarının Şəki Xan sarayında, tarixi karvansara komplekslərində tamaşaya qoyulması insanları – yerli sakinləri və turistləri valeh edir. Belə ki, Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası Yuxarı Karvansarada, “Arşın mal alan” musiqili komediyası isə “Şəki Xan sarayı”nda nümayiş olunmuşdur. Bu Beynəlxalq Musiqi Festivalı dünyanın bir çox ölkələrindən musiqisevərlərin diqqətini Azərbaycana çəkir, eyni zamanda, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük rol oynayır. Azərbaycan Bəstəkarlar İttifaqının həyata keçirdiyi maraqlı layihələrdən biri də xarici ölkələrdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlərin təşkilindən ibarətdir. Bu məqsədlə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Türkiyədə, Ukraynada, Rusiyada, Vyetnamda Azərbaycan musiqisindən ibarət konsertlər təşkil olunmuşdur ki, həmin konsertlərdə Üzeyir Hacıbəylinin əsərləri proqramda mühüm yer tutmuşdur. 2019-cu ildə Berlində, Parisdə, Moskvadakeçirilən konsertlər müasir Azərbaycan musiqisinin təbliği baxımından böyük önəm kəsb edir. Bu layihənin əhəmiyyətli hissəsi Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr olunmuş broşürlərin konsertə gələn dinləyicilərə təqdim olunması ilə bağlıdır. Azərbaycan musiqişünasları tərəfindən yazılmış və ingilis dilində çap olunmuş bu broşürlər Üzeyir Hacıbəylinin yaradıcılığına və onun “Arşın mal alan” musiqili komediyasına, həmçinin Qara Qarayevin, Fikrət Əmirovun yaradıcılığına və müasir dövrdə Azərbaycan musiqi həyatına həsr olunmuşdur. Bu, çox vacib cəhətdir ki, Azərbaycan musiqisi dinlənilməklə yanaşı, həm də insanlara musiqi mədəniyyətimiz haqqında təsəvvürləri genişləndirən əyani məlumat çatdırılır. Azərbaycan Bəstəkarlar İttifaqının bu cür zəngin fəaliyyət dairəsi ölkənin musiqi həyatında böyük əks-səda doğurur.Bəli, Üzeyir dünyası bizim musiqi mədəniyyətimizin tarixi, bu günü, gələcəyi deməkdir. Biz bu dünyanın meyarlarını uca tutaraq, ölkəmizin musiqi mədəniyyətinin yüksəlişi naminə çalışırıq. Üzeyir Hacıbəylinin adı gündəlik həyatımızda anılır, əməllərimizdə yaşadılır. Üzeyir dünyası vasitəsilə milli musiqimiz dünyaya tanıdılır. Üzeyir dünyası müxtəlif ölkələrin musiqiçiləri və musiqi dəyərləri arasında ünsiyyətə, qarşılıqlı əməkdaşlığa geniş meydan açır. Üzeyir Hacıbəylinin adı ilə bağlı festivallarda musiqiçilər öz repertuarlarını, təfsirlərini ifadə etmək, dinləyicilərlə bölüşmək imkanları əldə edirlər. Bu il festivallar məlum səbəblərdən təxirə salınsa da, ümid edirik ki, sonrakı illərdə bizyenidən böyük musiqi bayramlarının sevincini yaşayacağıq.Cəmilə HəsənovaSənətşünaslıq üzrə elmlər doktoru, professor,Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi
kimi, “…biz hamımız Üzeyir məktəbindən çıxmışıq”. Bu, həqiqətən də belədir.
Üzeyir bəy öz dühası ilə Azərbaycan musiqi mədəniyyətinin inkişaf yollarını işıqlandırıb, dünya miqyasında tanınmasına rəvac verib. Üzeyir Hacıbəylinin şəxsiyyətinin və yaradıcılığının dünyada tanıdılması və təbliği də bizim borcumuzdur. Bu baxımdan Üzeyirşünaslıq sahəsində görülən işlər diqqətəlayiqdir. Azərbaycanda və onun hüdudlarından uzaqlarda Üzeyir Hacıbəyliyə həsr olunmuş konsertlərin, festivalların, layihələrin, kitab təqdimatlarının keçirilməsi, musiqili tamaşaların, kinofilmlərin nümayişi, musiqi əsərləri ilə yanaşı, rəssamlıq, heykəltaraşlıq üzrə əsərlərin yaradılması Üzeyir bəyin xatirəsinin yaşadılmasının bariz nümunəsidir. Bunun mühüm bir qolu da müasir informasiya texnologiyaları vasitəsilə həyata keçirilir. İnternet şəbəkəsində, ayrı-ayrı dillərdə — azərbaycan, rus, ingilis, alman, türk və s. dillərdə davamlı olaraq Üzeyir Hacıbəyli haqqında məlumat mənbəyinin yaradılması bunu sübut edir. Elə bu yaxınlarda “Mədəniyyət” qəzetində (12.06.2020) oxuduğum bir məlumat diqqətimi çəkdi: “Vikipediyada Üzeyir Hacıbəyli haqqında özbək dilində bölmə” yaradılıb. Bu, əlbəttə ki, bizim üçün çox əlamətdar bir haldır. Bu, onu göstərir ki, Üzeyir Hacıbəyli fenomeni hər zaman, hər yerdə diqqət çəkir və insanların maraq dairəsindədir. Bütün bu internet mənbələrinin əsas özəlliyi ondadır ki, dünyanın ən müxtəlif nöqtələrində, müxtəlif millətlərdən olan insanlar Azərbaycanın musiqi mədəniyyəti, Üzeyir bəyin yaradıcı fəaliyyəti, zəngin irsi haqqında məlumat alır, musiqisini dinləyir, tamaşaları izləyir, elmi-piblisistik əsərlərini mütaliə edir, bir sözlə, Üzeyir dünyası ilə təmasda olur.
Qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəylinin yaradıcılığı “ilk”lərlə əlamətdar olmuşdur: Şərq aləmində milli muğam operasının (“Leyli və Məcnun”), musiqili komediyanın (“Arşın mal alan”) və klassik operanın (“Koroğlu”), milli musiqinin məqam nəzəriyyəsinin (“Azərbaycan xalq musiqisinin əsasları”) yaradılması, musiqi təhsilinin qurulması, not sistemi üzrə xalq çalğı alətləri orkestrinin təşkili və s. onun adı ilə bağlıdır. Üzeyir bəyin bütün bu bədii kəşfləri keçmiş SSRİ məkanında müttəfiq respublikaların musiqi mədəniyyətinin yüksəlişinə də böyük təsir göstərmişdir. Bilavasitə xalq çalğı alətləri orkestrlərinin təşkili Orta Asiya respublikalarında da həyata keçirilmişdir. Əlamətdar faktlardan biri də ondan ibarətdir ki, Üzeyir Hacıbəyli 1945-ci ildə Azərbaycan SSR himnini yaratdıqdan sonra, bu istiqamətdə Özbəkistan və Tacikistan rəhbərliyi tərəfindən təşəbbüs göstərilərək, həmin respublikaların himninin yazılması üçün Üzeyir bəyə müraciət olunmuşdur. Lakin Üzeyir bəy hər bir respublikanın himninin milli bəstəkarlar tərəfindən yazılmalı olduğunu qeyd edərək, həmin ölkələrin bəstəkarlarından bu sahədə öz tövsiyələrini əsirgəməmişdir. Bütün bunlar tarixi faktlar olub, Üzeyirşünaslıqda mühüm əhəmiyyət kəsb edir və yəqin ki, özbək musiqişünasları üçün də maraqlı olar və internet məlumat bazasına daxil edilə bilər.
Azərbaycan Dövləti tərəfindən Üzeyir Hacıbəylinin xatirəsinin əbədiləşdirilməsi çox diqqətəlayiqdir. Belə ki, bu gün musiqi həyatımızın böyük bir hissəsi Üzeyir Hacıbəylinin adı ilə bağlı olub, möhtəşəm layihələr və festivallar həyata keçirilir. Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulmuş, ölkənin musiqi həyatında böyük rolu olan Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində də Üzeyir bəyin ənənələri hər zaman yaşadılır. Bu məqsədlə 2018-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Üzeyir Hacıbəyli” fəxri medalı təsis edilmişdir. Medalın ilk nüsxəsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük rolu olan Mehriban xanım Əliyevaya təqdim olunmuşdur. Təqdimatdan sonra Mehriban xanım Əliyevanın Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq artisti, YUNESKO-nun “Sülh artisti”, “Aga Khan” Fondunun mükafatçısı, professor Firəngiz xanım Əlizadəyə ünvanladığı məktubunda deyilir:
gələcək nəsillərə ötürülməsi yolunda mühüm addım atılmışdır.