Bəstəkarlar İttifaqı Nizami Gəncəvinin 880 illiyi münasibətilə müsabiqə elan edib
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. 2021-ci ildə Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ili “Nizami Gəncəvi İli” elan edib. Azərbaycan Bəstəkarlar İttifaqı “Nizami Gəncəvi İli”nə həsr olunmuş qəzəl-romans müsabiqəsi elan edib.
İttifaqdan4AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd görkəmli bəstəkar, musiqişünas-alim, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” əsərləri ilə təməlini qoyduğu qəzəl-romans janrının ənənələrinin davam və inkişaf etdirilməsi, Nizami Gəncəvinin zəngin yaradıcılığının müasir dövrdə vokal əsərlərdə musiqi və mətnlərin vəhdəti ilə ədəbi-bədii meyarlara cavab verən yeni qəzəl-romansların aşkar edilməsidir.
Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni qəzəl-romanslar təqdim edilməlidir. Təqdim ediləcək əsərlər vokal ilə müxtəlif tərkibli instrumental ansambllar (2-3 alət) üçün nəzərdə tutularaq, 7-10 dəqiqəlik vaxt həcmində olmalıdır.
təqdim olunmalıdır. Müsabiqədə peşəkar bəstəkarlar iştirak edə bilərlər.
Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulur:
Fəxri diplom – 300 manat