2021 ABI Yeni uzvleri
29 sentyabr 2021-ci il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilmişdir. İclasın gündəliyində Azərbaycan Bəstəkarlar İttifaqının 2021-ci ilin I yarım ilində keçirilmiş tədbirlərinin hesabatı dinlənilmiş, 2021-ci ilin sentyabr – dekabr ayları üçün nəzərdə tutulmuş tədbirlər planı müzakirə edilmiş və Azərbaycan Bəstəkarlar İttifaqına yeni üzvlər qəbul edilmişdir.
ABİ-na qəbul edilmiş yeni üzvlər:
- Vüqar Məmmədzadə — bəstəkar
- Sevinc Əliyeva-Qəmbərova – bəstəkar
- Aytac Rəhimova — musiqişünas
MƏMMƏDZADƏ VÜQAR ƏBDÜLƏLİ OĞLU
(25.10.1996-cı il təvəllüdlü)
Bəstəkar, 2019-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq (professor Aydın Əzimovun sinfi) və dirijorluq fakultələrinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Hazırda Bakı Musiqi Akademiyasının magistr pilləsində təhsilini davam etdirir.
- 07.2020 tarixində Milli Ordu sıralarına daxil olub, Vətən Müharibəsində iştirak etmiş, döyüşlərdə göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallar ilə təltif edilmişdir. Zəngilan uğrunda gedən döyüşlər zamanı yaralanmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müalicə almışdır.
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan “Gənclərə dəstək” layihəsi çərçivəsində keçirilən konsertlərdə (2017-2018-2019), Ümumilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konsert və Heydər Əliyev fondu tərəfindən keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı (2018), Şəki “İpək yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının təşkil etdiyi “Nəsimiyə ithaf” konserti (2019) əsərləri ifa edilmişdir.
- 2018-ci ilin dekabr ayında Türkiyədə təşkil olunan “Caspi Art” Uluslararası Sənət Yarışması bəstəkarların beynəlxalq müsabiqəsində“Qran pri” mükafatına layiq görülmüşdür.
- 2019-cu ilin may ayında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə təşkil etdiyi “Nəsimi romans” müsabiqəsində “Hardasan” romansı ilə diploma layiq görülmüşdür.
- 2019-cu ildə Malta Respublikasında təşkil olunan Bəstəkarların “Kvartet janrı” üzrə Beynəlxalq müsabiqəsində ikinci yerə layiq görülərək laureat adı qazanmışdır.
- 2020-ci ildən L.və M.Rostropoviçlərin Ev-Muzeyində elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Beynəlxalq Muzeylər Festivalında “Intermuseum 2020” layihəsinin ingilis dilində, onlayn keçirilən treyninqində iştirak etmişdir.
- 2021-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının təqimatı ilə Gənclər və İdman nazirliyinin “Gənclər mükafatı”na layiq görülmüş və “Qafqaz-Media” İctimai Birliyinin “Heydər zirvəzi” Medalı ilə təltif edilmişdir.
Əsərləri: “Zəfər marşı” (hərbi orkestr üçün); “İnsan” simfonik poeması (simfonik orkestr üçün); Kamera orkestri üçün Pyes; Simli alətlər üçün 3 hissəli kvartet; Fortepiano üçün 3 hissəli Sonatino; Klarnet və fortepiano üçün 12 Variasiya; “Ay üzlü nigarım” romansı (söz. N.Gəncəvi); “Hardasan” romansı (söz. İ.Nəsimi); Violin və fortepiano üçün Pyes; “A Dog’s Purpose” filminə əlavə musiqi və s.
ƏLİYEVA-QƏMBƏROVA SEVİNC ƏLİ QIZI
(30.09.1992-ci il təvəllüdlü)
- Bəstəkar, Azərbaycan Milli Konservatoriyasının 2016-cı ildə “bəstəkarlıq” ixtisası üzrə “bakalavr” pilləsini, 2018-cu ildə isə “bəstəkarlıq” ixtisası üzrə “magistr” pilləsini (prof. C.Abbasovun sinfi) bitirmişdir.
- 2013, 2016 və 2017 illərdə Azərbaycan Bəstəkarlar İttifaqının “Gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenum”larında əsərləri ifa olunmuşdur.
- 2017-ci ildə AzTV və “Mədəniyyət” Kanalının keçirdiyi romans müsabiqəsində “Dəniz” Romansı ilə laureat olmuşdur.
- 2019-cu ildə Maqomayev adına ADAF-da “Gənclər Günü”nə həsr olunmuş “Gəncliyə töhfə” Musiqi Festivalında Tar və Xalq Çalğı Alətləri Orkestri üçün Konsert-pyesi ifa olunmuşdur.
- 2019-cu ildə “Nəsimi ili” çərçivəsində keçirilən festivalda “Yanaram” romansı ilə iştirak etmişdir.
- 2019-cu ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində A.R.Mədəniyyət Nazirliyinin “Gənclərə dəstək” layihəsi və Gürcüstanın “Harmoniya” – Gürcü Folkloru və Klassik Musiqinin İnkişafının birgə təşkilatçılığı ilə keçirilmiş “Milad-Dostluq” Festivalında iştirak etmişdir.
- 2020-ci ildə Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının birgə tşkilatçılığı ilə “Evdə qal – evdə yarat” çərçivəsində Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş “Vətənpərvərlik mahnısı” müsabiqəsində “Azərbaycan bayrağı” mahnısı ilə Bəstəkarlar İttifaqının “Xüsusi Diplomu”na və mükafata layiq görülmüşdür.
- 2021-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının təqimatı ilə Gənclər və İdman nazirliyinin “Gənclər mükafatı”na layiq görülmüşdür.
- 2018-ci ildən Şuşa Humanitar Kollecində və G.Şaroyev ad. 11 illik musiqi məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır.
- Əsərləri: Tar və X.Ç.A. orkestri üçün Konsert-pyesi (2015), “Vətən” — Simfonik Poema (2016); Fortepiano və BSO üçün Konsert (2017-2018); İ.Nəsiminin sözlərinə “Yanaram” Qəzəl-Romansı (2019); Simfonik Süita (2019); Xor üçün “Azərbaycan bayrağı” (2020), müxtəlif xalq mahnılarının işləmələri, mahnı və romanslar.
RƏHİMOVA AYTAC ELXAN QIZI
(21. 01. 1975-ъi ил təvəllüdlü)
- Musiqişünas, 1997-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını “musiqişünaslıq” ihtisası üzrə bakalavr dərəcəsində fərqlənmə diplomu ilə bitirmişdir.
- 1999-ci ildə Ü.Hacıbəyli адына Bakı Musiqi Akademiyasını “musiqişünaslıq” ihtisası üzrə magistr dərəcəsində fərqlənmə diplomu ilə bitirmişdir.
- 2003-cü ildə “Azərbaycan musiqisində meyxana janrı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini (2004) almışdı
- 2007-ci ildə dosent elmi adını almışdı
- 2015-ci ildə “Şifahi ənənəli Azərbaycan musiqisinin bədii əlaqələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsini (2016) almışdı
- 2016-cı ildən BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının professorudur.
- 2021-ci ildə “Tərəqqi medalı” ilə təltif edilmişdir.
Əsas elmi işləri: “Azərbaycan musiqisində meyxana janrı”, “Azərbaycan xalq musiqisi bədii mədəniyyət kontekstində” adlı monoqrafiyaların, dərsliklərin, metodik vəsaitlərin və elmi məqalələrin müəllifidir. Respublika elmi jurnal və məcmuələrində məqalələri çap olunmuşdur. Respublikada keçirilmiş elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.