Фирангиз Ализаде: Период Великого Возрождения в Карабахе продемонстрирует миру благородство и возвышенность помыслов азербайджанского народа

БАКУ /Trend Life/ — Объявление Президентом Азербайджана Ильхамом Алиевым города Шуша культурной столицей Азербайджана принесло всем огромную радость и вдохновение. Об этом сказала Trend Life председатель Союза композиторов Азербайджана, народная артистка, кавалер орденов «Шохрат» и «Шараф», профессор, член-корреспондент НАНА, «Артист мира» ЮНЕСКО, лауреат премии «Aga Khan Music Awards-2019» Фирангиз Ализаде.

«Не только каждый гражданин Азербайджана, но и 50 миллионов азербайджанцев мира испытали чувство гордости и подлинного удовлетворения. Ведь это и есть прекрасные плоды нашей доблестной Победы, это и есть крепкая основа для новых планов и перспектив. Особенную радость и вдохновение эта весть принесла людям искусства, которые с удвоенной энергией будут создавать новые произведения, претворять в жизнь самые смелые замыслы.

Уже звучат в эфире десятки новых песен и маршей, воспевающих подвиг наших доблестных воинов во главе с Верховным главнокомандующим Вооруженными силами, Президентом Азербайджана Ильхамом Алиевым.

Самые престижные издания мира объявляют нашего Президента «Политиком Года», а опыт Отечественной войны изучается в военных академиях многих стран», — сказала она.

Фирангиз Ализаде подчеркивает, что после недавнего замечательного выступления главы государства цели и задачи стали еще более грандиозными и масштабными.

«Предстоит начать во вновь обретенном Карабахе период Великого Возрождения, который продемонстрирует миру благородство и возвышенность помыслов азербайджанского народа. Возобновление «Дней поэзии Моллы Панаха Вагифа», создание новых Центров мугама, возрождение и реставрация мечетей, музеев, Домов культуры превратят Шушу в привлекательный туристический маршрут, привлекут к нему новые инвестиции.

Но особенно затронула всех музыкантов перспектива возрождения Фестиваля «Хары бюльбюль». У всех еще живы воспоминания о грандиозных концертах под управлением Ниязи, победном кличе увертюры Узеира Гаджибейли из оперы «Кёроглы», который оглашал просторы Джыдыр дюзю. На предстоящих же фестивалях должны прозвучать новые произведения наших композиторов, достойно продолжающие великие традиции азербайджанской композиторской школы», — добавила председатель Союза композиторов Азербайджана.

Фирангиз Ализаде подчеркивает, что значимым событием является распоряжение Президента Азербайджана об объявлении 2021 года «Годом Низами Гянджеви».

«Великий азербайджанский поэт всю жизнь прожил и создавал свои шедевры в городе Гянджа, том самом городе, который подвергся ракетному обстрелу в ходе 44-дневной Отечественной войны. Как символично, что мы будем отмечать 880-летний юбилей Низами именно сейчас, подводя итоги Великой Победы. Поэзия Низами всегда была источником вдохновения для азербайджанских композиторов: достаточно вспомнить газели-романсы Узеира Гаджибейли, балет Гара Гараева «Семь красавиц» или симфонию «Низами» Фикрета Амирова.

Уверена, что и этот юбилей принесет нам новые достижения, вдохновленные поэзией Низами. И эти произведения будут нести на себе печать совершенно нового, современного витка истории Азербайджана, освященного Победой над злом Добра и Справедливости», — отметила народная артистка Азербайджана.

(Автор: Джани Бабаева)

Hər bir insanın bir “ömür kitabı” var və o biz dünyaya gəlməzdən  öncə yazılır. Biz isə doğulduqdan sonra həm o “ömür kitabı”nda yazılanları yaşayır, həm də öz əməllərimizlə həmin kitabın yeni səhifələrini  yazırıq. Amma, bizim yazdıqlarımız da bizim üçün  yazılanlardan rişələnir. Odur ki, “ömür kitabı” oxunaqlı olanlar Tanrının sevib-seçdiyi insanlardır. O insanlar ki, onların “ömür kitabı”nda özlərinin də kitab yazmaq qabiliyyəti təcəssüm olunub. Elə biz də həm maraqlı “ömür kitabı”ndan, həm də neçə-neçə kitablar yazan bir musiqişünas ömrünün bəzi səhifələrinə nəzər salacayıq. Belə ki, sənətşünaslıq üzrə elmlər doktoru, əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyevanın  “ömür kitabı”ndan bəzi səhifələri vərəqləyəcəyik.                                             

Əfəndiyeva İmruz Məmməd Sadıx qızı 1935-ci il, dekabrın 16-da Bakıda anadan olub. Atası əslən Şəkili olan Məmməd Sadıx müəllim tanınmış elm və incəsənət xadimlərindən olub. Belə ki, o, görkəmli teatrşünas-alim, maarifçi və dövlət xadimi kimi mühüm işlər görmüşdür. O, “Literaturnıy Azerbayjan” qəzetinin baş redaktoru, Filarmoniyanın direktoru, Azərbaycan Opera və Balet Teatrında direktor müavini vəzifələrində çalışıb. Məmməd Sadıx müəllim 1941-45-ci Böyük Vətən müharibəsinə çağrılıb və həmin müharibədə həlak olub. İmruz xanım və qardaşı anası Müsalat xanımın himayəsində böyüyüblər. Uşaq həkimi olan  Müsalat xanım övladlarına mükəmməl təhsil və tərbiyə vermək üçün daim onların üzərində xüsusi diqqət və qayğı nümayiş etdirib. O, həyat yoldaşının incəsənətə olan marağını da övladlarına aşılayıb. Çünki Məmməd Sadıx müəllim həqiqətən incəsənətə xüsusən də musiqiyə böyük maraq göstərib. O, hətta Üzeyir Hacıbəylinin “Koroğlu” operasının premyerasından sonra əsər haqqında ilk resenziyanı yazmışdır ki, həmin yazıda əsərin musiqi xarakteristikasını da açmağa və təhlil etməyə nail olmuşdur. Görünür musiqiyə maraq və sevgi də İmruz xanıma elə atasından keçib.

Beləliklə, İmruz xanım da lap erkən yaşlarından musiqi sənətinə qədəm qoyur. Belə ki, 1951-ci ildə Bakı şəhər 189 saylı məktəbi bitirdikdən sonra təhsilini A.Zeynallı adına  orta ixtisas musiqi texnikumunda davam etdirərək 1955-ci ildə oranı Fərqlənmə diplomu ilə bitirir. Öz həyatının uğurlarını musiqi sənətində tapmaq niyyəti və musiqiyə olan sevgisi onu Ü.Hacıbəyov adına  Azərbaycan Dövlət Konservatoriyasına gətirir. Bəli, indiki Ü.Hacıbəyli adına  BMA — 1955-ci ildən İmruz xanımın  evinə, ocağına çevrilir. Bəlkə də bir vaxtlar atası Məmməd Sadıx müəllimin Üzeyir bəylə  yaxından tanışlığı ruhən İmruz xanımı bu ocağa bağlayıb. Bəlkə də “ömür kitabı”nın yazısı olan musiqişünaslıq sənəti onu bu məkanda məskunlaşdırıb. Bu bəlkələrin fövqündə duran bir amil var. İmruz xanımın müdhiş musiqi  sevgisi. O, illər ərzində musiqidə keçən mənalı ömrünü də məhz bu sevgi ilə yaşayıb və yaşayır. Görünür sənət seçimi də insanın “ömür kitabı”na yazılırmış. Əgər belə olmasaydı İmruz xanım da belə çətin bir sənətə yiyələnməzdi, bu sənətə qarşı içində belə sonsuz sevgi olmazdı. Çünki musiqişünaslıq heç də asan peşə deyil. Musiqişünaslıq musiqi ilə bahəm, elmin, zəkanın, fəlsəfənin, məntiqin, təfəkkürün birgə vəhdətinin yazıda təzahürüdür. Musiqişünaslıq musiqi haqqında elmdir. Elm isə daimi axtarışlar sayəsində dərin biliklərə yiyələnməyi, onların məntiqi təhlilini və dürüst nəticəsini tələb edir. Bu istiqamətlər də musiqinin tarixi və nəzəriyyəsi, musiqi estetikası, musiqi tənqidi, folklorşünaslıq, etnomusiqişünaslıq və bu kimi sahələrdə öz əksini tapır. Bu sahələrin hər biri musiqişünaslığın mühüm tədqiqat obyektidir. Odur ki, insanlara xoş təsir bağışlayıb, onların ruhuna mənəvi qida verən musiqinin dərin köklərə malik olan zəngin elmi var. Bu elmin araşdırılması da hələ 13-cü əsrdən Səfiəddin Ürməvinin yaradıcılığından başlayıb. Məhz bununla da Şərq musiqişünaslığının əsası qoyulub. 20-ci əsrin müasir musiqişünaslığı isə dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz Üzeyir bəydən sonra böyük bir musiqişünas nəsli yetişmişdir ki, İmruz xanım da həmin nəslin görkəmli nümayəndələrindəndir.

İmruz xanım musiqişünas və pedaqoq kimi 1960-cı ildən başlayan fəaliyyəti ilə musiqi sənətinə və musiqi elminə bir çox dəyərli töhfələr verib. O, musiqişünas kimi musiqinin bir sıra janrları üzərində tədqiqatlar aparmış, öz elmi əsərləri və axtarışları sayəsində dəyərli elmi məqalələr, dərsliklər, monoqrafiya və kitablar yazmışdır. 1974-cü ildə Azərnəşrdə çapdan çıxan ilk kitabı “Новое в Азербайджанской песнe”  musiqişünasın gələcək uğurlarına sanki bir körpü oldu. Belə ki, o, 1982-ci ildə “Azərbaycan covet mahnısı” mövzusu əsasında sənətşünaslıq namizədi alimlik dərəcəsi almaq üçün Tbilisidə dissertasiya müdafiə edir. Amma, bu İmruz xanımın sadəcə elmi ad almaq üçün atdığı addım deyildi. O, özünün bütün şüurlu həyatını yalnız və yalnız musiqi elminə həsr edib. Bunun üçün də gecə-gündüz yorulmadan tədqiqatlar aparıb, məqalələr yazıb, elmi konfranslarda çıxışlar edib, bəstəkarların həyat və yaradıcılığına dair monoqrafiyalar yazıb, onların əsərlərinin təhlilinə öz yaradıcılığında geniş yer verib. Bir sözlə, İmruz Əfəndiyeva Azərbaycan musiqişünaslığında öz izini qoyub, öz üslubunu yaradıb. 2006-cı ildə sənətşünaslıq üzrə elmlər doktoru elmi adını alana qədər bəlkə də o, bir neçə doktorluq işinə bərabər mövzulara imza atmışdı. Musiqişünasın solfecio və harmoniya fənlərinə dair hazırladığı tədris proqramları, sekvensiyaları ali və orta ixtisas musiqi məktəbləri üçün dəyərli əyani vəsait olaraq tədris repertuarında geniş yer tutur. Onun Telman Hacıyev, Əşrəf Abbasov, Vasif Adıgözəlov, Rauf Hacıyev, Emin Sabitoğlu, Cövdət Hacıyev, Süleyman Ələsgərov, Arif Məlikov, Şəfiqə Axundova, Sevda İbrahimova, Firəngiz Əlizadə və daha neçə-neçə bəstəkarlarımıza həsr olunan kitab və məqalələri musiqi tariximiz üçün dəyərli mənbələrdir. İmruz xanımın qələmə aldığı çoxlu sayda məqalələr də var. Azərbaycan və rus dillərində yazılan  məqalələr müxtəlif başqa dillərə də  tərcümə edilib. Ümumiyyətlə, mətbuatla sıx əməkdaşlıq edən musiqişünasın yazıları həm ölkəmizin,  həm də digər ölkələrin mətbuat səhifələrində işıq üzü görüb. Hətta, onun məqalələrindən də tədrisdə geniş istifadə olunur. Bu da İmruz xanımın musiqişünas qələminin dərin elmi köklərə bağlı olmasından, elmi müddəalarla zənginliyindən irəli gəlir. Belə ki, musiqişünas öyrəndiklərini həm də öz təbirincə öyrədir. Bu yerdə İmruz xanımın pedaqoji fəaliyyətinə də nəzər salaq.

İmruz Əfəndiyeva Konservatoriyanı bitirdiyi 1960-cı ildən elə oradada müəllimlik fəaliyyətinə başlayıb. Baş müəllim, kafedra müdiri, dosent və professor elmi dərəcəsinə qədər yüksəlişi məhz pedaqoji fəaliyyəti ilə bağlıdır. Onun rəhbərliyi altında bir neçə alimlər yetişib. İmruz xanım pedaqoji xidmətlərinə görə 2005 və 2012-ci illərdə Azərbaycan RespublikasıTəhsil Nazirliyinin fəxri fərmanları ilə də təltif olunub. Ümumiyyətlə, özünün fəal elmi və ictimai fəaliyyətinə görə İmruz Əfəndiyeva daim yüksək diqqət və hörmətə layiq görülmüşdür. O, 2008-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb, 2019-cu ildən isə Prezident təqaüdçüsüdür.

Bütün bu deyilənlərlə biz İmruz xanımın həyat və yaradıcılıq yoluna qısa bir nəzər saldıq. Amma, onu yaxından tanıyan, tövsiyyələrindən bəhrələnən bir tələbəsi kimi bir qədər şəxsi keyfiyyətlərindən də danışmaq istərdim. İmruz xanım çox səmimi, mehriban, diqqətli, qayğıkeş bir insandır. O, yaşından asılı olmayaraq ünsiyyətdə olduğu hər bir insanla səmimi münasibət qurmağı bacarır. Çox yaxşı yol yoldaşlığı da  var. Onunla səfərlərdə olarkən son dərəcə diqqətliliyinin şahidi olmuşam. Sanki yol yoldaşına özündən çox diqqət göstərir. Maraqlı həmsöhbətdir. Söhbətlərinin əsas məğzi də elm və sənətlə bağlıdır. Bu sahələri öz şəxsi həyatından da üstün tutan İmruz xanımı əsil elm və incəsənət fədaisi də adlandıra  bilərik. O, tələbkar insan və tələbkar müəllimdir. Məhz bu dəyərli keyfiyyətlərdir ki, onu hamıya sevdirib. Bu yerdə İmruz xanımın hal-hazırda da çalışdığı Ü.Hacıbəyli adına BMA-nın rektoru, xalq artisti, professor   Fərhad Bədəlbəylinin fikrlərini nəzərinizə çatdıraq:

“İmruz Əfəndiyeva gözəl alim, bacarıqlı müəllim, səmimi və təvazökar insan kimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim və tələbə heyətinin hörmət və rəğbətini qazanmışdır”.

Novbəti fikir isə xalq artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin dediklərindən:

“İmruz Əfəndiyeva 1968-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Hal-hazırda o, təşkilatın fəal üzvlərindən biridir. Bir musiqişünas kimi İttifaqın tədbirlərini mətbuatda, habelə televiziya və radio efirində işıqlandırmış, təşkilati və gündəlik işlərdə səylərini  əsirgəməmişdir. O, İttifaqın Estetik tərbiyə bölməsinin rəhbəridir. Bu bölmənin səyi ilə Bəstəkarlar İttifaqında uşaq  və gənclərin estetik tərbiyəsinə həsr olunmuş elmi-praktik konfranslar, konsertlər keçirilir. Bu işlərin hər birində İmruz xanım çox fəal iştirak edərək hamının sevimlisinə çevrilib”.

Bu yerdə unudulmaz sənətkarımız Qulu Əsgərovun oxuduğu mahnıdan bir misra düşür yadıma: “Sev ki, sevən mərd olar”.

Doğrudan da əsil sevgi insanı istədiyi zirvəyə çatdırır. Elə İmruz  xanımın da mənalı musiqişünas ömrünün əsas qayəsi həyata və sənətə olan sonsuz sevgisidir. O sevgi ki, 85 yaşında da İmruz xanımın ömrünü, həyatını rövnəqləndirir. Bir də bu sevginin bitib-tükənməməsi arzusu ilə deyirik. İmruz xanım, 85 illik yubileyiniz mübarək. Sizin musiqişünas ömrünüz 60 ildən çox xidmət göstərdiyiniz Azərbaycan musiqişünaslığı üçün əsil örnəkdir.

SƏADƏT TƏHMİRAZQIZI

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

əməkdar mədəniyyət işçisi

Axtarış yollarının bəhrəsi. İmruz Əfəndiyeva – 85

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü Əfəndiyeva İmruz Məmməd Sadıx qızını respublikamızın musiqi içtimaiyyəti yaxşı tanıyır.

O, 16 dekabr 1935 – ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası M.S.Əfəndiyev görkəmli dövlət xadimi, teatrşünas – alim, maarifçi və dramaturq olmuşdur. Anası Müsalət xanım – uşaq həkimi idi. 1955 – ci ildə İ.Əfəndiyeva Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. O, 1960 – cı ildə Konservatoriyanın tarix – nəzəriyyə fakultəsini uğurla bitirib və həmin ildən Musiqi tarixi və Musiqi nəzəriyyəsi kafedralarında işləməyə başlayıb.

1965 – ci ildə İ.Əfəndiyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) nəzdində olan Memarlıq və İncəsənət İnstitutunun aspiranturasını bitirib. 1982 – ci ildə İ.Əfəndiyeva “Azərbaycan sovet mahnısı” mövzusunda sənətşünaslıq namizədi dissertasiyasını Tibilisi şəhərində uğurla müdafiə edir. Onun elmi rəhbəri Leninqrad Dövlət Konservatoriyasının professoru, sənətşünaslıq doktoru, dünya şöhrətli alim Arnold Naumoviç Soxor idi.

İ.Əfəndiyeva Moskvada çap olunan “Советская музыка”, “Музыкальная жизнь”, “Они пишут для детей”, “Музыка в школе”, “Советская культура” və digər jurnallarda, məcmuələrdə, qəzetlərdə fəal iştrak edir. O, həmçinin başqa respublikalarda çap olunan məcmuələrdə, qəzetlərdə vaxtaşırı çıxış edirdi: «Музыка республик Закавказья», «Традиции музыкальных культур народов Ближнего, Среднего Востока и современность», «Советская Молдавия», «Советская Киркизия», «Туркменская искра» və b. Azərbaycanda çap olunan bir sıra jurnal və qəzet səhifələrində bu gündə də fəal çıxış edir: «Учёные записки» (Azərbaycan Dövlət Konservatoriyanın jurnalı), Azərbaycan Respublikasının Elmlər Akademiyasının “Xəbərləri”, daha sonra “Musiqi dünyası”, “Azərbaycan”, «Литературный Азербайджан», “Ulduz”, “Elm və həyat”, “Azərbaycan qadını”, “Pəncərə”, “Discoveri”, “İrs”, “Mədəniyyət”, “Ədəbiyyat”, “525 – ci qəzet”, “Yeni Azərbaycan”, “Kaspiy” və s. Təqdim olunan məqalələr Azərbaycan musiqisinin müxtəlif problemlərinə və təbliğinə həsr olunur.

İ.Əfəndiyeva Azərbaycan Bəstəkarlar ittifaqının xətti ilə çap olunan məcmuələrdə tez – tez çıxış edir. “Uşaq musiqisi, onun inkişafı, problemləri və estetik tərbiyyəsi” adlı seksiyanın müdiridir. Ümumiyyətlə, burada keçirilən plenum, simpozium və konfranslasrda İ.Əfəndiyeva daima çıxış edir.

İ.Əfəndiyevanın Azərbaycan xalq harmoniyasının tədqiqi problemlərinə aid maraqlı elmi məqalələri müxtəlif məcmuələrdə çap olunmuşdur. Apardığı fənnlər üzrə: “Harmoniya”, “Solfecio”, “Harmoniyanın tarixi”, “Metodika”, “Musiqi nəzəriyyə sistemləri” üzrə o proqramlar və metodik tövsiyyələr yazmışdır. Misal üçün, İ.Əfəndiyevanın xalq harmoniyası, milli musiqimizin janrları əsasında bəstələnmiş 200 sekvensiya çap olunmuşdur və dərslik kimi istifadə olunur.

İ.Əfəndiyevanın çap olunmuş kitab və monoqrafiyalarında Azərbaycan musiqisi tarixi və nəzəri aspektdə araşdırılır: «Новое в Азербайджанской песне» rus dil. (Bakı: Azərnəşr, 1974); «Азербайджанская советская песня» rus dil. (Bakı: Yazıçı 1981); Телман Гаджиев (композитор) rus dil. (Bakı: İşıq, 1983) ); «Гордость Азербайджанского народа» (Məq. top. Tərtibçi və 3 ç.v. həcmində məq. müəllifi : R.Behbudov haqqında) (Bakı: “Şərq – Qərb”,1996), “Vasif Adıgözəlov” monoqrafiyası rus dil. (Bakı: “Şur”,1999), «Детская музыка в творчестве Севды Ибрагимовой» rus dil. (Bakı: Elm, 2002), “Axtarış yollarının bəhrəsi” («Пути исканий и её плоды». Məqalələr toplusu. Azərb. və rus. dil. Bakı: “Zərdabi”, 2014, 522 səh.), “Emin Sabitoğlu” (Azərb.dil). Bakı – “Şərq – Qərb”, 2014; “Musiqi mədəniyyətimiz və müasirlik” (Музыкальная культура и современность). Seçilmiş azərb. və rus. dil. məqalələr.– Bakı: — “Rennesans — A” Nəşr Evi, 2016, 253 s. İ.Əfəndiyeva 2005 – ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə edir (Mövzusu: “Vasif Adıgözəlovun yaradıcılığı milli ənənələr kontekstində”) və sənətşünaslıq üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülür.

Xüsusilə qeyd etməliyik ki, 1968 – ci ildən başlayaraq milli televiziya və radioda mütəmadi olaraq maraqlı verilişlərə dəvət olunur. 80 – ci illərdə onun müəllif verilişi Azərbaycan bəstəkarlarının mahnı yaradıcılığına həsr olunmuşdur. İ.Əfəndiyevanın məqalələri, elmi işləri müasir musiqimizin təhlilinə həsr olunmuşdur. Bu baxımdan aşağıdakı bəstəkarların adları çəkilməlidir: Ü.Hacıbəyli, Q.Qarayev, C.Hacıyev, F.Əlizadə, T.Quliyev, R.Hacıyev, C.Cahangirov, V.Adıgözəlov, Fidan və Xuraman bacıları Qasımovalar, F.Bədəlbəyli, R.Behbudov, M.Maqomayev və b. Bu bəstəkarların və ifaçıların yaradıcılığında musiqişünas müxtəlif problemlərə toxunur: ənənə və novatorluq, milli mədəniyyətimizlə dərin bağlılığ, estetik baxışlar, onların dünya miqyasında tanınması məsələsi. İ.Əfəndiyevanın təşəbbüsü ilə tələbələrin Ümumittifaq və Respublika konfransları keçirilmişdir.

1983 – cü ildən başlayaraq İ.Əfəndiyeva Tələbə Elmi cəmiyyətin Sədri və elmi rəhbəridir. Onun tələbələri Lalə Kərimova, Kəmalə Həşimova Ümumittifaq musiqişünaslıq müsabiqəsində Moskvada diplomla təltif olunmuşdurlar.İ.Əfəndiyeva 1986, 2005, 2012, 2016 – cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir. Azərbaycan Rerspublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşəbbüsü ilə İmruz Əfəndiyeva haqqında “Musiqidə keçən ömür” kitabı çap olunmuşdur (biblioqrafik göstəricisi). Kitab İ.Əfəndiyevanın 75 illiyinə həsr edilmişdir. Burada İ.Əfəndiyevanın həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında dəyərli fikirləri, musiqişünas – alimin əsərləri və haqqında çap olunmuş materialların biblioqrafik göztəricisi öz əksini tapmışdır.kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

İ.Əfəndiyeva 2 dəfə Moskvada keçmiş Sovet İttifaqında Moskva Dövlət Konservatoriyasında ixtisasını artırmaq məqsədilə 1974 və 1979 – cu illərdə ixtisasartırma kurslarında olmuşdur. İstedadlı musiqişünas İ.Əfəndiyeva Akademiyamızın professor – müəllim heyətinin hörmətini qazanmışdı. Səmimi qəlbdən onu 85 yaşı münasibətilə təbrik edir, can sağlığı, işində və yaradıcılığında uğurlar arzulayırıq.

 

Ülviyyə İmanova – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
“Musiqi tarixi”kafedrasının müdiri, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü,
sənətşünaslıq namizədi, professor, Əməkdar müəllim

 

Fruits of Path to strive. Imruz Afandiyeva – 85

 

 

 

Imruz Mammad Sadikh gyzy Afandiyeva, professor of the “Music Theory” department of the Baku Music Academy after Uzeyir Hajibayli, Doctor of Arts, Honored Art Worker of the Republic of Azerbaijan, holder of Presidential Scholarship, member of the board of the Union of Composers of Azerbaijan is well known in the music community. She was born on December 16, 1935 in Baku in an intellectual family. Her father, M.S. Afandiyev was a prominent statesman, eminent theater critic and scholar, educator and playwright. Her mother, Mrs. Musalat was a pediatrician. In 1955, I. Afandiyeva entered the Azerbaijan State Conservatory after U. Hajibayov. She successfully graduated from the Conservatory’s Faculty of History and Theory in 1960 and from that year began working in the Departments of Music History and Music Theory.

 

In 1965, I. Afandiyeva graduated from the post-graduate course at the Institute of Architecture and Art under the Academy of Sciences of the Republic of Azerbaijan (presently, the Azerbaijan National Academy of Sciences). In 1982, I. Afandiyeva successfully defended her Ph.D. thesis on «Azerbaijani Soviet song» in Tbilisi. Her scientific adviser was Arnold Naumovich Sokhor, professor of the Leningrad State Conservatory, doctor of art history, world-famous scholar. I. Afandiyeva was an active author of the magazines, collections and newspapers published in Moscow, such as, “Soviet Music”, “Life of Music”, “They write for children”, “Music at School”, “Soviet Culture” and so on. She also appeared regularly in magazines and newspapers published in other republics with intersting articles: “Music of the Transcaucasian Republic”, “Traditions of musical cultures of the peoples of the Middle East and modernity”, “Soviet Moldavia”, “Soviet Kyrgyzstan”, “Turkmen Spark”. She is still active in a number of magazines and newspapers published in Azerbaijan: “Scientific Notes” (Journal of the Azerbaijan State Conservatory), “News” of the Academy of Sciences of the Republic of Azerbaijan, then “World of Music”, “Azerbaijan”, “Literary Azerbaijan”, “Star”, ”Science and life”, ”Azerbaijani woman”, “Window”, “Discovery”, “Heritage”, “Culture”, “Literature”, “525th newspaper”, “New Azerbaijan”, “Caspian” and others. The presented articles are devoted to various problems and promotion of Azerbaijani music. I. Afandiyeva is often published in collections sponsored by the Union of Composers of Azerbaijan. She is the head of the section «Children’s music, its development, problems and aesthetic education». In general, I. Afandiyeva always participates in plenums, symposiums and conferences held here. I.Afandiyeva’s interesting scientific articles on the problems of researching the harmony of the Azerbaijani music have been published in various journals. He wrote programs and methodical recommendations on the subjects she taught: «Harmony», “Solfeggio”, “History of Harmony”, “Methodology”, “Systems of Music Theory”.

 

For example, I.Afandiyeva’s 200 sequences based on folk harmony, genres of national music have been published and used as a textbook. In the published books and monographs of I. Afandiyeva, Azerbaijani music is studied from the historical and theoretical point of view: «New in Azerbaijan song» in Russian (Baku: Azerneshr, 1974); «Azerbaijani Soviet Song» in Russian (Baku: Yazichi, 1981); Telman Hajiyev (composer) in Russian (Baku: Ishik, 1983)); «Pride of the Azerbaijani people» (Collection of articles, Compiler and author of 3 printed sheets: about R. Behbudov) (Baku: «East — West», 1996), monograph «Vasif Adigozalov» in Russian (Baku: «Shur», 1999 ), «Children’s music in the works of Sevda Ibrahimova» in Russian (Baku: «Elm», 2002), «The fruit of the search ways» («Puti iskaniy i eyo plody». Collection of articles. In Azerbaijani and in Russian languages, Baku: «Zardabi», 2014, 522 pages), “Emin Sabitoglu” (in the Azerbaijani language). Baku — «East — West», 2014; «Our musical culture and modernity» (Музыкальная культура и современность). Selected articles, in Azerbaijani and in Russian languages. — Baku: — «Renaissance — A» , 2016, 253 pages. I.Afandiyeva successfully defended her doctoral thesis in 2005 (Subject: “Vasif Adigozalov’s creativity in the context of national traditions”) and was conferred the degree of Doctor of Arts.

 

It should be noted that since 1968, she has been regularly invited to interesting programs on national television and radio. In the 80s, her author’s program was dedicated to the songwriting of Azerbaijani composers. I.Afandiyeva’s articles and scientific works are devoted to the analysis of our modern music. In this regard, the names of the following composers should be mentioned: U.Hajibayli, G.Garayev, J.Hajiyev, F.Alizade, T.Guliyev, R.Hajiyev, J.Jahangirov, V.Adigozalov, sisters Fidan and Khuraman Gasimova, F.Badalbeyli, R .Behbudov, M.Magomayev and others. In the works of these composers and performers, the musicologist touches on various problems: tradition and innovation, deeply related to our national culture, aesthetic views, and the issue of their global recognition. Various all-Union and Republican conferences of students were held on the initiative of I.Afandiyeva. Since 1983, I. Afandiyeva has been the Chairman and Scientific Supervisor of the Student Scientific Society. Her students Lala Karimova and Kamala Hashimova were awarded diplomas at the All-Union Musicology Competition in Moscow. I.Afandiyeva was awarded Honorary Decrees by the Ministry of Education of the Republic of Azerbaijan in 1986, 2005, 2012 and 2016. By the decision of the Ministry of Culture and Tourism of the Republic of Azerbaijan and on the initiative of the Azerbaijan National Library after M.F.Akhundzade, the book “Life in Music” (bibliography) about Imruz Afandiyeva was published. The book is dedicated to the 75th anniversary of I. Afandiyeva. The main dates of I.Afandiyeva’s life and activity, valuable opinions of prominent personalities about her, works of musicologist-scholars and bibliographic review of published materials about her are reflected here. The book is intended for professionals and the general public. I.Afandiyeva twice attended the advanced training courses at the Moscow State Conservatory in the former Soviet Union in 1974 and 1979. Talented musicologist I.Afandiyeva has won the respect of the teaching staff of our Academy. We sincerely congratulate her on her 85th birthday and wish her good health, success in her work and creativity.

 

 

Ulviya Imanova,

Head of the Department of “History of Music”

of the Baku Music Academy after U.Hajibayli,

member of the Union of Composers of Azerbaijan,

Ph.D. in Arts, Professor, and Honored Teacher

Görkəmli bəstəkarımız, Azərbaycan Respublikasının xalq artisti, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanovun anadan olmasının 90 illiyi, yaradıcılıq fəaliyyətinin isə 70 illiyi tamam olur. Sənətkarlığın kamillik zirvəsində olan Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən bəstəkar, mahir ifaçılıq imkanlarına malik skripkaçı, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoq, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, musiqimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim kimi tanınmışdır.

T.Bakıxanovun həyat və yaradıcılıq yolunda onun nəsil şəcərəsinə və ənənələrə bağlılığı özünü qabarıq büruzə verir və bu bağlılıq əlamətdar hadisələrdə təzahür edir. T.Bakıxanov Azərbaycanın məşhur nəsillərindən biri kimi tarixə görkəmli şəxsiyyətlər vermiş Bakıxanovlar nəslinin nümayəndəsidir. Abbasqulu Ağa Bakıxanovun nəticəsi olan Tofiq Bakıxanov öz yaradıcılığında onun Qüdsi təxəllüsü ilə yazdığı şeirlərə müraciət etmiş, bu şeirləri öz musiqisi ilə rövnəqləndirmiş, “Qüdsinin musiqi dünyasını” yaratmışdır. Məhz bu vokal əsərlərinə görə o, dəfələrlə Abbasqulu Ağa Bakıxanov mükafatına layiq görülmüşdür.

Tofiq müəllim görkəmli tarzən-pedaqoq və muğam bilicisi Əhmədxan Bakıxanovun ailəsində dünyaya gəlmiş və muğam mühitində boya-başa çatmışdır.  Qan yaddaşı ilə ötürülmüş və hafizəsinə hopmuş muğamlar onun yaradıcılıq üslubunun bünövrəsinə çevrilmişdir. O, Əhmədxan Bakıxanovun ifaçılıq ənənələrini yaratdığı əsərlərdə əbədiləşdirmişdir: “Hümayun”, “Şahnaz”, “Dügah”, “Rəhab”, “Nəva” simfonik muğamlarını bəstələyərkən, o, məhz atasının ifa etdiyi muğamlardan bəhrələnmişdir. Ailə ənənələrinə bağlılıq onun yaradıcılığında tar alətinə maraq göstərməsində də təzahür edir. O, tar aləti üçün müxtəlif janrlarda əsərlər bəstələmişdir: bunlardan tar ilə simfonik orkestr üçün beş konsert solist tarzənlərin repertuarına daxil olmuşdur. Həmçinin, tar və violin ilə simfonik orkestr üçün ikili konsert, tar ilə simfonik orkestr üçün 8 saylı “Azərbaycan” simfoniyası da bu baxımdan böyük maraq kəsb edir və bu səpkidə ilk əsərlər kimi dəyərləndirilir.

T.Bakıxanovun sənət taleyində mühüm rol oynamış sənətkarlar olmuşdur. O, dahi bəstəkar və musiqişünas, Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xeyir-duası ilə musiqi sənətinə gəlmiş və məhz onun məsləhəti ilə skripka alətini seçmişdir. O vaxt Üzeyir Hacıbəyli Əhmədxan Bakıxanovun muğam ifaçılığını yüksək dəyərləndirib, onu konservatoriyada muğam fənnindən dərs demək üçün dəvət etmişdi. Bununla belə, Üzeyir bəy Azərbaycan musiqisinin dünya müstəvisində gələcək yüksəlişini təmin etmək üçün milli ifaçılıq məktəbinin yetişməsini zəruri sayırdı və bu baxımdan Ə.Bakıxanova oğlanlarının skripka və violonçel ixtisası üzrə təhsil almasını tövsiyə etmişdi. Bununla da skripka aləti Tofiq Bakıxanovun “sirdaşı” olur. Məhz skripka ifaçısı kimi Üzeyir Hacıbəylinin qarşısında çıxış etməsi onun həyatının unudulmaz anları kimi yaddaşına həkk olunur. O, Üzeyir bəyin ənənələrinin davamçısına və təbliğatçısına çevrilməklə, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalının laureatı olur.

Vaxtilə dahi Üzeyir Hacıbəyli Tofiq Bakıxanovun hələ onillik musiqi məktəbində oxuduğu illərdə çalğısını dinlədikdən sonra onun böyük gələcəyi olacağını söyləmişdi. Uzaqgörənliklə deyilmiş bu sözlər çox tezliklə həyata keçməyə başladı. N.İ.Simberov, S.L.Bretanitski, A.N.Amiton kimi professorlardan dərs almış T.Bakıxanov skripkaçı kimi sənətini təkmilləşdirərək, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin mahir ifaçısı kimi tanındı.

T.Bakıxanov zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin tələbəsi olmuş və bu adı ömrü boyu fəxrlə daşımışdır. Q.Qarayevin sinfində əxz etdiyi bəstəkarlıq üsulları onun sənətdə öz yolunu tapması, öz dəst-xəttini yaratması üçün geniş imkanlar açmışdır. T.Bakıxanovun öz sözlərilə desək, o, Qara Qarayevdən musiqinin incəliklərini öyrənmiş, bəstəkarlığın necə çətin və şərəfli bir sənət olduğunu dərindən duymuşdur. T.Bakıxanovun sənət zövqü, dünyagörüşü, yaradıcılıq üslubu bilavasitə Q.Qarayevin təsiri altında formalaşmış, professional keyfiyyətlər kəsb etmişdir. Məhz bu səbəbdəndir ki, T.Bakıxanovun yaradıcılıq üslubunda milli musiqi ilə dərin bağlılıq müasir bəstəkarlıq yazı texnikası ilə üzvi vəhdət yaratmışdır. Bütün bunlar onun Azərbaycan bəstəkarlıq məktəbinin qabaqcıl nümayəndəsi kimi ad-san qazanmasına gətirib çıxarmışdır.

T.Bakıxanovun yaradıcılığı çoxşaxəli və məhsuldardır. O, operadan başqa, musiqinin demək olar ki, bütün janrlarına müraciət etmiş və maraqlı əsərləri ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdir. T.Bakıxanovun bədii irsinə nəzər salsaq, çox samballı bir siyahı ilə rastlaşarıq. Bəstəkar skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün iyirmidən artıq sonatanın, trio, kvartet, kvintetlərin, müxtəlif alətlər ilə simfonik orkestr üçün 26 konsertin müəllifidir. Qeyd etmək lazımdır ki, Azərbaycan musiqisində viola, violonçel, fleyta üçün sonata və konsert janrına, o cümlədən, qoboy, klarnet, truba alətləri üçün konsert janrına ilk dəfə olaraq Tofiq Bakıxanov müraciət etmişdir. T.Bakıxanov, eyni zamanda, üç balet, üç musiqili komediya, 100-ə qədər mahnı və romanslar bəstələmişdir. Simfonik musiqi sahəsi isə bəstəkarın yaradıcılıq irsində səkkiz simfoniya, beş simfonik muğam, beş simfonik poema, simfonik süitalar, uvertyuralar və s. əsərlərlə təmsil olunmuşdur.

Tofiq Bakıxanov öz yaradıcılıq fəaliyyətində bəstəkarlıqla skripka ifaçılığını əlaqələndirməyə nail olmuşdur. O, 1950-ci illərdən başlayaraq, Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki trioda skripkaçı kimi fəaliyyət göstərmişdir. O, həm Azərbaycan bəstəkarlarının bir sıra əsərlərinin ilk ifaçısı olmuş, həm də öz əsərlərinin mahir təfsirçisi kimi tanınmışdır. Xüsusilə müəllif konsertləri ilə keçmiş SSRİ-nin – Moskva, Daşkənd, Tbilisi, Ufa, Xabarovsk şəhərlərində, eləcə də xaricdə – Sofiyada, Kiprdə, İstanbulda və İzmirdə çıxış etmişdir. 1988-ci ildə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında və 1990-cı ildə SSRİ Bəstəkarlar Ittifaqının konsert zalında iki hissədən ibarət müəllif konsertləri bəstəkarın yaradıcılıq yolunun yaddaqalan hadisələrindən olmuşdur.

T.Bakıxanovun pedaqoji fəaliyyəti də bu sahə ilə bağlıdır. Belə ki, o, uzun illər boyu Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera ansamblı kafedrasında, A.Zeynallı adına Bakı Musiqi Kollecinin simli alətlər şöbəsində dərs demiş, skripka və kamera ansamblı ixtisası üzrə musiqiçi kadrlar hazırlamışdır.

Elə ifaçılıq və pedaqoji fəaliyyətini bəstəkarlıqla əlaqələndirməsi də T.Bakıxanovun instrumental əsərlərinin meydana gəlməsi üçün zəmin olmuş və bu sahə onun yaradıcılığının aparıcı xəttinə çevrilmişdir. Təsadüfi deyil ki, kamera-instrumental əsərlər T.Bakıxanovun irsində mühüm yer tutur.

Kamera-instrumental musiqi janrlarına müntəzəm müraciət edən bəstəkar bu sahədə öz üslubunu daha dolğunluqla reallaşdıra bilmişdir. Hər bir əsər onun yaradıcılıq simasının müxtəlif tərəflərini açıqlamaqla yanaşı, həm də onun musiqi üslubunu, musiqi dilini yeni keyfiyyətlərlə, yeni cizgilərlə zənginləşdirmişdir. Bu əsərlərdə müasir kamera musiqisinin əsas xüsusiyyətləri bəstəkarın sərbəst ruhlu, zəngin və milli səciyyəli musiqi dili ilə üzvi surətdə qovuşmuşdur. Bu səbəbdəndir ki, T.Bakıxanovun kamera əsərləri ifaçılıq praktikasında və tədris repertuarında möhkəm yer tutmuşdur. Xatırlatmaq yerinə düşərdi ki, 1995-ci ildə bəstəkarın kamera əsərləri Moskvada keçirilmiş beynəlxalq festivalın proqramına, 1998-ci və 2000-ci illərdə Kiprdə keçirilən II və IV beynəlxalq musiqi festivallarının proqramına daxil edilmişdir.

Xüsusilə T.Bakıxanovun ən çox sevdiyi və kiçik yaşlarından bütün qəlbi ilə bağlandığı skripka aləti üçün yazdığı əsərləri böyük maraq kəsb edir. Bəstəkar bütün yaradıcılığı boyu mütəmadi olaraq, bu alət üçün kiçik həcmli pyeslərdən tutmuş, konsertə kimi bütün janrlarda əsərlər, o cümlədən, ondan artıq sonata və sonatina bəstələmişdir. Bunlardan “Şərq sonataları silsiləsi” diqqətəlayiqdir. Bu silsiləyə “Türk sonatası”, “İran sonatası”, “Ərəb sonatası”, “Azərbaycan sonatası” və s. daxildir ki, həmin əsərlərdə bəstəkar Şərq xalqlarının milli musiqisinə müraciət etmiş, bu ölkələrdə yaradıcılıq ezamiyyətində olarkən topladığı materiallar əsasında bəstələmişdir. O, hər bir xalqa məxsus milli koloriti təbiət təsvirləri, lirik-dramatik obrazlar vasitəsilə özünə xas bir tərzdə əks etdirmiş, xalq musiqi elementlərindən bacarıqla faydalanmışdır. Bundan başqa, T.Bakıxanov viola, violonçel, fleyta və fortepiano üçün də sonatalar bəstələmişdir. Onu da deyək ki, Azərbaycan musiqisində viola üçün sonata janrının yaranması T.Bakıxanovun adı ilə bağlıdır.

T.Bakıxanovun kamera-instrumental əsərləri onun simfonik yaradıcılığı ilə yanaşı inkişaf etmiş, buna görə də bu iki sahənin bir-birinə qarşılıqlı təsiri olmuşdur. Əgər kamera musiqisi T.Bakıxanovun üslubunun formalaşması üçün, bir növ, yaradıcılıq laboratoriyası idisə, simfonik musiqi onun sənətkarlıq səviyyəsinin göstəricisinə çevrilmişdir.

Bəstəkarın simfonik əsərləri onun iri həcmli formaya bələdçiliyini, professionallığını parlaq surətdə nümayiş etdirir. Müxtəlif illərdə yazılmış simfoniyaların partiturası milli koloriti, musiqi obrazlarının aydınlığı, emosional mövzuları ilə yanaşı, həm də bəstəkarın ifadə vasitələrindən məharətlə istifadə etməsini göstərir. Simfonik yaradıcılığında da bəstəkarın ömür yolunun təsirli anları öz əksini tapmışdır. 5 saylı “Nigar” simfoniyası bəstəkarın vaxtsız həyatdan getmiş qızına həsr olunub, psixoloji təsir qüvvəsinə, qəlbləri riqqətə gətirən musiqisinə görə milli simfonizmin gözəl nümunələri ilə bir sırada durur. Böyük simfonik orkestr üçün 6 saylı “Türk simfoniyası”, eləcə də kamera orkestri üçün “Quzey Kıbrıs fasılları” (“Şimali Kipr lövhələri”), “Quzey Kıbrıs” süitası bəstəkarın Türkiyəyə səfərlərinin zəngin təəssüratlarını əks etdirir.

T.Bakıxanov, həmçinin, çox sayda instrumental konsertlərin müəllifidir. Bunlardan skripka, viola, violonçel, fleyta, qoboy, klarnet, truba və tar üçün konsertləri musiqimizdə bu janr sahəsini zənginləşdirən əsərlərdir. T.Bakıxanovun bu alətlər üçün yazdığı konsertləri özünəməxsus səs koloriti, simfonik təfəkkürün dərin qatlarına varması ilə diqqəti cəlb edir. Xüsusilə bəstəkarın violonçel üçün birinci Konserti musiqi dilinin parlaq boyaları, ehtiraslı melodik inkişafı və emosional dolğunluğu ilə yaddaşlara həkk olunmuşdur.

Həmin Konsert ilk dəfə Moskvada professor S.Knuşevitskinin ifasında, sonra isə Bakıda professor S.Əliyevin ifasında səslənərək, böyük müvəffəqiyyət qazanmışdır. Əlamətdardır ki, 1958-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti tərəfindən T.Bakıxanovun violonçel ilə simfonik orkestr üçün birinci Konsertinin ilk dinləyişindən sonra Qara Qarayev bəstəkarı təbrik edərək demişdir: “T.Bakıxanov fəxr edə bilər ki, Azərbaycan musiqi tarixində ilk violonçel konsertinin müəllifidir”. Müəlliminin yüksək rəyindən ruhlanan T.Bakıxanov sonrakı illərdə də Azərbaycan musiqisində hələ istifadə olunmamış janrlara müraciət etmişdir. Bu qəbildən onun fleyta, qoboy, klarnet, truba, viola üçün konsertləri Azərbaycan musiqisində bu alətlər üçün yazılmış ilk konsertlər kimi qeyd olunmalıdır.

T.Bakıxanovun instrumental yaradıcılığında ikili konsertlər də mühüm yer tutur. Ümumiyyətlə, bəstəkarlar tərəfindən çox az müraciət olunan bu janrda T.Bakıxanov 2 əsər yaratmışdır: skripka və violonçel ilə simfonik orkestr üçün İkili konsert, həmçinin, tar və skripka ilə simfonik orkestr üçün İkili konsert. Sonuncu adını çəkdiyimiz əsər bəstəkarın Azərbaycan xalq çalğı aləti tarın və Avropa musiqi aləti skripkanın səslənmə və ifaçılıq imkanlarının uzlaşdırılması baxımından maraqlıdır. Bu, Şərq və Qərb musiqi ənənələrinin qovuşdurulması yolunda bəstəkarın uğurlu nailiyyətlərindəndir. Həmin konsertin ilk ifaçıları tarzən, əməkdar artist Həmid Vəkilov və skripkaçı Əlimuxtar Babayev olmuşlar. Lakin 2010-cu ildə bəstəkar bu əsərə yenidən qayıdaraq, onun yeni redaktədə ifasını əməkdar artistlər tarzən Sahib Paşazadəyə və slripkaçı Töhfə Babayevaya həvalə etmişdir.

T.Bakıxanovun instrumental konsertlərinə xas olan xüsusiyyətlərdən biri ifaçı üçün sərbəst improvizasiya imkanlarının yaradılmasıdır. Bu da bəstəkarın konsert janrının əsas xüsusiyyətini – solist ilə orkestr arasında yarışmanı gözəl duymasından və alətin texniki imkanlarını nümayiş etdirmək bacarığından irəli gəlir. Bu baxımdan bəstəkarın ifaçılar ilə yaradıcılıq ünsiyyəti gözəl bəhrə verir.

Ümumiyyətlə, T.Bakıxanov əsərlərini yaradarkən, janrından asılı olmayaraq, çox zaman konkret ifaçıları nəzərdə tutur və əsərin yaranma prosesində bu ifaçılarla aparılan iş diqqətəlayiq nəticələrə gətirib çıxarır. Bu qəbildən Tofiq Bakıxanovun instrumental əsərlərinin ifaçılarını — violonçelçalan Sabir Əliyev, Eldar İsgəndərov, skripkaçılar Azad Əliyev, Əlimuxtar Babayev, Sərvər Qəniyev, fleytaçılar Ələkbər İsgəndərov, Telman Hacıyev, pianoçular Zöhrab Adıgözəlzadə, Validə Vəkilova, Səidə Behbudova və başqalarını qeyd etmək olar. Onun əsərləri nəinki respublikamızın tanınmış ifaçıları, eləcə də S.Knuşevitski, V.Simon, E.Altman, T.Priymenko (violonçel, Moskva), Q.Baykov (skripka, Bolqariya), K.Korneyev (fleyta, Moskva), V.Oqlobin (fleyta, Novosibirsk), R.Branovskaya (fortepiano, Moskva), E.Pudoviçkin (skripka, Belqorod) kimi xarici ifaçılar tərəfindən geniş dinləyici kütləsinə çatdırılmışdır. Bəstəkarın əsərlərinin səsləndirilməsinə Ç.Hacıbəyov, R.Abdullayev, R.Məlikaslanov, K.Əliverdibəyov, Ə.İsrafilzadə, Ə.Cavanşir, İ.Şpiller (Moskva), C.Dalqat, K.Eliasberq (Sankt-Peterburq), L.Viqner (Vilnüs) kimi dirijorlar rəhbərlik etmişlər.

Bu, əlbəttə ki, T.Bakıxanovun əsərlərinin ifaçılarının tam siyahısı deyil. Daim tədris və konsert repertuarlarını bəzəyən T.Bakıxanovun əsərləri yeni ifaçı nəsillərinin yetişməsinə rəvac verir.

Tofiq Bakıxanov yaradıcılığı boyu səhnə janrlarına da müraciət etmiş, üç balet bəstələmişdir. Qeyd etmək lazımdır ki, bəstəkar bu sahədə də öncül olaraq, bir pərdəli baletlərin ilk nümunəsini yaratmışdır. Onun Xəzər neftçilərinin əməyindən bəhs edən “Xəzər balladası”, rus şairi Sergey Yeseninin həyat və yarıdıcılığına həsr olunmuş “Şərq poeması”, Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında “Xeyir və Şər” baletləri Azərbaycan balet sənətini zənginləşdirmişdir.

Xüsusilə musiqi tarixində dəniz neftçilərinin çətin və rəşadətli əməyinə həsr olunmuş ilk balet olan “Xəzər balladası” müəllifinə ölkəmizdə də, onun hüdudlarından kənarda da böyük şöhrət gətirmişdir. Bu bir pərdəli balet 1968-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrında tamaşaya qoyulduqdan sonra (baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədov) tezlikdə Moskva, Sankt-Peterburq, Kiyev və keçmiş SSRİ-nin digər şəhərlərində, eləcə də Fransanın bir neçə şəhərlərində, Lüksemburqda və Monte-Karloda göstərilmişdir. Əlamətdardır ki, “Xəzər balladası” baleti Moskvanın Qurultaylar Sarayında oynanılmışdır. Xaricdə isə bu balet 30 dəfədən çox nümayiş etdirilmiş, Fransanın Amyen, Bezanson, Dijon, Le-Krezo, Nansi, Eks-Provans, Monpelye şəhərlərində tamaşaya qoyulmuşdur. Əsər Parisdə keçirilən VII Beynəlxalq rəqs festivalında “Şan Elize” teatrında oynanılaraq böyük uğur qazanmışdır.

Müsahibələrinin birində Qara Qarayev qürurla qeyd edirdi ki, “Paris Azərbaycan baletinin varlığını etiraf etdi”. Həmin festivalda Fərəc Qarayevin “Qobustan kölgələri” və Rauf Hacıyevin “Azərbaycan süitası” bir pərdəli baletləri də böyük uğurla nümayiş etdirilmişdi. Və buna işarə edərək, Q. Qarayev deyirdi: “Paris tamaşaçıları qarşısında sanki qısa şəkildə xaqımızın tarixi – qədim Qobustandan başlamış Neft Daşlarına kimi inkişaf dövrü canlanır”.

Tofiq Bakıxanov bəstəkar Nəriman Məmmədovda birlikdə üç musiqili komediya bəstələmişdir. Bunlar “Altı qızın biri pəri” (librettosu Ə.Əlizadənindir), “Məmmədəli kurorta gedir” (librettosu A.Babayevindir), “Qız görüşə tələsir” (librettosu A.Babayevindir) musiqili komediyalarıdır. Mövzusu gündəlik həyatımızdan götürülən bu əsərlərdə məişətimizdə kök salmış eybəcər cəhətlər, mənfi tiplər, fırıldaqçılar satirik planda tənqid atəşinə tutulur. Vaxtilə Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bu əsərlər böyük uğurla səhnəyə qoyulmuşdu.

T.Bakıxanov rəngarəng məzmunlu, gözəl mahnı və romansların da müəllifidir. Onun “Sevməyir qoy sevməsin”, “Gözəlliklər məskəni”, “Özbək bacım”, “Sevən könül” mahnıları xalqımızın sevə-sevə dinlədikləri mahnılardandır. Vokal yaradıcılığında bəstəkar klassik və müasir Azərbaycan şairlərinin şeirlərinə müraciət edir. Bəstəkarın yaratdığı vokal məcmuələr də diqqətəlayiqdir. Bunlardan “Firdovsini yad edərkən”, “Nigar”, “Ürək sözü”, “Qüdsidən söz düşərkən”, 2 dəftərdən ibarət “Qüdsi” romanslar məcmuələrində incə zövqlü vokal miniatürlər toplanmışdır.

Tofiq Bakıxanovun yaradıcılığının mövzu dairəsi çox genişdir. Onun  Azərbaycanın müasir tarixinə, ölkəmizin həyatında baş verən hadisələrə, insanların arzu və istəklərinə həsr olunmuş əsərləri vətənpərvər bir sənətkarın duyğularını, baxışlarını əks etdirir. Bu baxımdan T.Bakıxanovun yaradıcılığında Vətənimizin gözəlliklərinin tərənnümü, igid oğullarının vəsfi xüsusilə önəmlidir. T.Bakıxanovun “Qarabağ harayı” simfoniyası bəstəkarın vətəndaşlıq mövqeyinin təzahürü olub, müasir tariximizin qanlı səhifələrini canlandıraraq, bəstəkarın düşüncələrini əks etdirir. Onun “Azərbaycan” simfoniyası, “Naxçıvan” simfoniyettası Vətənimizin möhtəşəm musiqi tablosudur.

T.Bakıxanovun yaradıcılığında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə həsr olunmuş əsərlər xüsusi yer tutur. “Dünya durduqca yaşa” – səs, xor və kamera orkestri üçün oda, “Həmişə bizimləsən” simfonik poeması, “Salam olsun” muğam-poeması Ulu Öndərin parlaq musiqi obrazını yaradan sənət əsərləridir.

Onu da deyək ki, millilik, insanpərvərlik, həyati mövzulara müraciət, lirik-dramatik səpkili obrazlar dairəsi T.Bakıxanovun yaradıcılıq dəst-xəttinin səciyyəvi xüsusiyyətləri kimi daim diqqəti cəlb edir. Bu da onun əsərlərinin ifaçılıq praktikasında və tədris repertuarında möhkəm yer tutmasını və Azərbaycandan kənarda da müvəffəqiyyətini təmin edən amildir.

T.Bakıxanov Azərbaycan musiqi sənətinin təbliği yolunda fəal çalışır. Onun Macarıstan, Rumıniya, Bolqariya, Türkiyə, İran, Avsriya, İsveçrə, Fransa, Almaniya, Belçika, İngiltərə, Şotlandiya və digər ölkələrə yaradıcılıq səfərləri sənət dostları ilə ünsiyyət qurmaqla yanaşı, həm də Azərbaycan musiqisini dünyaya tanıtmaq marağı ilə bağlı olmuş və o, musiqimizin layiqli təmsilçisi kimi tanınmışdır.

Bəstəkarın yaradıcılığı onun ömür yolu deməkdir. Biz bəstəkarın, ötəri də olsa, ömür yolunu vərəqlədik, yaradıcılıq mərhələlərini işıqlandırmağa çalışdıq.

Bu gün Tofiq Bakıxanov ömrünün kamil dövrünü yaşayır. Lakin o, əldə etdiyi uğurlarla qane olmayaraq, daim irəli getməyə çalışır, işgüzarcasına axtarışlar aparır, yaradıcılıq planları qurur. Azərbaycan Bəstəkarlar İttifaqının yığıncaqlarında, plenumlarında, respublikanın musiqi həyatında, keçirilən tədbirlərdə fəal iştirak edir.

Bu gün 90 yaşını qeyd edən sənətkarımıza uzun ömür, cansağlığı, Azərbaycan musiqi mədəniyyətinin yüksəlişi naminə yeni-yeni sənət uğurları arzulayırıq.

 

Cəmilə Həsənova

Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi,

Sənətşünaslıq üzrə elmlər doktoru, professor

Azərbaycan professional musiqisinin bünövrəsi dahi Üzeyir Hacıbəyli tərə­fin­dən qoyulmuş milli bəstəkarlıq məktəbimizin bugünkü mü­vəf­fə­qiy­yətlərində bir çox bəstəkarların böyük payı vardır. Üzeyir Hacı­bəy­li­dən başlayaraq, bəstəkarların bir neçə nəslinin istetadlı nüma­yən­də­ləri XX əsrdə  musiqimizin yüksələn xətlə inkişafını və ümümdünya miqyasında tanınıb nüfuz qazanmasını təmin et­miş­lər. Milli bəstəkarlıq məktəbimizin təşəkkül tapdığı zamandan indiyədək inkişaf edən gözəl ənənələrini bu gün, XXI əsrdə yaşadan və da­vam etdirən bəstəkarlar içərisində də müxtəlif nəsillərin nü­ma­yən­də­ləri vardır. Bəstəkarlarımızın yaşlı nəsli də, orta və gənc nəsilləri də bu gün həmin sağlam ənənələri hifz edərək, döv­rün tələblərini nəzərə alaraq, yeni cəhətlərlə zənginləşdirirlər.

Dahi Ü.Hacıbəyli tərəfindən əsası qoyulmuş professional bəstəkarlıq məktəbimizin nümayəndələrindən biri Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xa­dimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü, Üzeyir Hacıbəyli mükafatı laureatı, professor, Şöhrət ordenli bəstəkar Tofiq Bakıxanov çoxcə­hət­li fəaliyyəti ilə nəinki musiqi mədəniyyətimizdə, hətta dünya musiqi tarixində öz yerini tutmuş görkəmli musiqiçilərdən biridir. Bakı xanı nəslindən olan Tofiq Bakıxanov XIX əsr­də Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi-Qüdsi təxəllüsü ilə tanınan Abbasqulu Ağa Bakıxanovun nəticəsidir.

Biz T.Bakıxanovu misilsiz ifaçı, yüksək səviyyəli pedaqoq, yorulmaz tədqiqatçı, gözəl bəstəkar kimi tanıyırıq. Onun yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin səhifələrində xüsusi yer tutur.

Tofiq Əhməd Ağa oqlu Bakı­xa­nov 8 dekabr 1930-cu ildə Bakı şə­hərində anadan olub. Onun ata­sı Əhmədxan adı ilə tanınan, Əh­məd Ağa Bakıxanov məş­hur muğam ustadı, görkəmli tar­zən olmuşdur.

Uşaq yaşlarından incəsənətə böyük həvəs göstərən T.Bakıxanov Bülbül adına orta ixtisas musiqi məktəbinin skrip­ka sinfini, daha sonra ifaçılıq sənəti çərçivəsindən kənara çıxaraq bəs­tə­karlıqla məşğul olmağı qarşıya məqsəd qoymuş və bu arzusuna qovuşmuşdur. O skripka ixtisası üzrə respublikanın Əməkdar müəllimi N.İ.Tsim­b­e­rov­dan dərs almışdır. Tələbəlik illə­rindən onun yaradıcılıq hissiyatı, bacarığı özünü biruzə verir. Belə ki, möhtəşəm elm ocağı olan Azərbaycan Döv­lət Konservatoriyanı (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) iki ixtisas-1953-cü ildə professor A.N.Ami­to­nun  rəhbərliyi altında skripka ixtisası, 1957-ci ildə bəstəkarlıq üzrə dünya şöhrətli bəstəkar, içtimai xadim, alim və akademik Qara Qara­ye­vin sinfini bitirib.

T.Bakıxanov uşaqlıqdan Azərbaycan muğamlarının, mahnılarının, rəqslərinin, bəstəkar əsərlərinin ifa sirrlərini dərindən mənimsəmişdir.

1957-ci ildə bəstəkarlıq ixtisası üzrə təhsilini başa vuran T.Bakıxanov skripka ilə simfonik orkestr üçün iki konsert yazır, onlardan birinci konserti diplom işi olaraq təqdim edir. Gənc bəstəkarın violonçel və orkestr üçün «Elegiya»(1953), violonçel və fortepiano üçün Birinci sonata (1956), fortepiano üçün do major və fa minor variasiyaları, skripka, violonçel və fortepiano üçün üçlük, skripka ilə fortepiano üçün Andante (1954), skripka və fortepiano üçün Sonatina(1954), fortepiano üçün beş prelüd, doqquz fuqa, haboy və fortepiano üçün Melodiya (1954), simli kvartet, simfonik poema «Uzaq sahillərdə» skripka ilə fortepiano üçün 15 və 17 Azərbaycan xalq mahnısının işlənmələri bu illərdə yazılmışdır.

Tələbəlik illərində T.Ba­kı­xa­­nov ifaçılıq fəaliyyəti ilə məş­­ğul olaraq Azərbaycan Döv­lət Simfonik Orkestrində, həm­­çi­nin Azərbaycan radio­su­­nun simfonik orkestrində so­list ki­mi çalışmışdır.

1950-1953-cü illərdə Azər­bay­­can Dövlət Filarmoniyasında fortepiano üçlü­­yün­də skripkaçı vəzifə­sində çalı­şıb. 1953-cü ildən Ba­kı Mu­si­qi Texnikumunun (indiki Azərbaycan Milli Konservatoriyasının nəznində Musiqi Kolleci) simli alətlər şöbəsinin müdiri və müəllimi olub. 1968-ci ildən Azər­nəşrin not-musiqi ədə­biy­ya­tı­ və incəsənət redaksiyalarının şöbələrinə rəhbərlik edib. 1970-ci ildən T. Bakıxanov «Ka­mera ansamblı» kafed­ra­sında müəllim, ifaçılıq kafedrasının dekanı vəzifəsində çalışıb.

T.Bakıxanovun bu günə kimi qələmindən çıxmış əsərlər külliyatının həm obrazlı məz­mun cəhətdən, həm janr rəngarəngliyi baxımından zəngin və ma­raq­lı olması, başlıcası isə bu əsərlərdə bəstəkarın artıq təşəkkül tapıb in­ki­şaf etmiş dəst-xəttinin təzahür etməsi onun yaradıcılığı barədə ümu­mi­ləşdirilmiş müddəaların irəli sürülməsi zərurətini yaradır.

T.Bakıxanov yaradıcılığının hal-hazırda davam edən 65 illik fəaliyyəti müddətində çox maraqlı və rəngarəng əsərlərlə zəngindir. Həm təcəs­süm etdirdiyi mövzu və obrazlar dairəsi, həm janr müxtəlifliyi, həm dəst–xəttinin xüsusiyyətləri baxımından onun yaradıcılığı təd­qi­qat­çı üçün maraqlı bir sahədir.

Bildiyimiz kimi, Q.Qarayevin bir pedaqoq kimi uzaqgörənliyi və böyüklüyü ilk növbədə bunda olmuşdur ki, o, yetirmələrindən hər birinə peşəkarlığın sirrlərini öyrədir, lakin heç vaxt «özünü» onlara aşılamır, əksinə, onların fərdi istedadını, nadir təbiətini aşkara çıxartmağa çalışırdı. Məhz buna görə də Q.Qarayev sinfini bitirmiş bəstəkarların hamısı peşəkar hazırlıq baxımından yüksək səviyyədə olmaqla, müxtəlif dəst-xətt, üslub yarada bilmiş, öz fərdi yaradıcılıq simasını kəsb etmiş, milli ənənələri öz yolu ilə yaşadıb davam etdirmişlər.

1960-cı illərdən başlayaraq T.Bakıxanov həm yaradıcılıq sa­hə­sin­də, həm də pedaqoji sahədə dolğun fəaliyyət göstərmişdir. Müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır. Bütün dövrlərdə müəllimlər haqqında müdrik sözlər, kəlamlar söylənilib, müxtəlif bədii ədəbiyyat nümunələri təqdim olunub. Azərbaycanın ümummilli lideri Heydər Əliyev deyirdi: «Həqiqi müəllim adını daşıyan insan həmişə tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və mənəviyyatını hər şeydən yüksək tutubdur».

Azərbaycan müəllimləri uzun, şərəfli tarixi yol keçib. Onlar öz sələflərinin yolunu bu gün də yeni yaradıcılıq axtarışları apararaq uğurla davam etdirirlər.

T.Bakıxanov musiqinin demək olar ki, elə bir sahəsi yoxdur ki, bura­da qələmini sınamasın. Kamera-instru­men­tal və simfonik janrlı əsərlər onun yaradıcılığında önəmli yer tutur. O, 3 baletin-«Xəzər Balladası», «Şərq poeması»,»Xeyir və Şər», 8 sim­fo­niya­nın, 5 simfonik muğamın-“Nəva”, “Şahnaz”, “Ra­hab”, “Humayun”, “Dügah”, 6 simfonik poemanın  (Ümum­milli lider Heydər Əliyevə həsr olunmuş «Həmişə bizimləsən» adlı simfonik poema və «Uzaq sahillərdə»   dinləyicilər tərəfindən xüsusilə alqışlanır), sim­fo­nik uvertüranın və simfonik süitaların, 4 simfoniettanın (3-cü sim­fo­niet­ta­nın adı «Naxçıvan» adlanır), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 26 konsertin, 3 musiqili komediyanın -“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tə­ləsir” (bəstəkar Nəriman Məmmədovla birlikdə yazılıb), kamera ansamblı sahəsində 26 müxtəlif alətlər üçün sonataların, müx­təlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən çox mahnı və romansların müxtəlif alətlər üçün kiçik pyeslərin müəllifidir.

T.Bakıxanovun əsərləri Azərbaycanda, respublikamızın hü­dud­ların­dan kənarda Avstriya, Macarıstan, Yuqoslaviya, Fransa, İsveçrə, Bolqarıstan, Almaniya, Rumıniya, İngiltərə, Şotlandiya, İsveç, Türkiyyə, İran, Şimali Kiprdə və başqa ölkələrdə dəfələrlə ifa olunur.

T.Bakıxanov böyük sənət aləminə öz gərgin zəhməti ilə, pillə-pillə yüksəlmişdir. Belə ki, 1977-ci ildə dosent, 1983-cü ildə professor elmi adları almışdır.

1957-ci ildə T.Bakixanov ikinci Respublika gənclər festivalının laureatı olmuşdur. 1960-cı ildə Azərbacan Respublikasının  yaradılmasının 40 illiyinə həsr olunmuş müsabiqədə 1 saylı simfoniyası, Respublikanın yaradılmasının 60 illiyinə həsr olunmuş müsabiqədə isə «Viola və fortepiano üçün 1 saylı sonata»-sı, eyni zamanda, Nizami Gəncəvinin 850 illik yubileyinə həsr olunmuş və Moskvada keçirilən müsabiqədə «Xəzər» baletinə görə laureat adına və mükafatlara layiq görülmüşdür.

Qeyd edim ki, T.Bakıxanovun ilk müəllif konserti 1960-cı ildə Mingəçevirdən başlamışdır. Sonra bu fəaliyyət Azərbaycanın bir çox şəhər və rayonlarında SSR-nin bir çox respublikalarında uğurla davam etdirilmişdir.

1958-ci ildə Bəstəkarlar İttifaqının üzvü olan T.Bakıxanov Azərbaycan mədəniyyətinin inkişafındakı fədəkar əməyi yüksək qiymətləndirilərək  1973-cü ildə Azərbacan Respublikasının Əmək­dar incəsənət xadimi, 1990-ci ildə Azərbacan Respub­li­ka­sı­nın Xalq artisti, 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Əmək­dar incəsənət xadimi fəxri adlarına layıq görülmüşdür. 1983-cü ildə professor adı almışdır, 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Aka­de­miyasının İncəsənət  Doktoru seçilmişdir. 1994-2000-ci illərdə üç dəfə Ab­bas­qu­lu Ağa Bakıxanov adına mükafata layiq görülüb. Eləcə də, 2000-ci ildə «Şöhrət» ordeni ilə təltif olunmuşdur.1969-cu ildə Parisdə keç­i­ri­lən VII Beynalxalq rəqs festivalında göstərilən «Xəzər balladası» baleti sonra Paris, Lyuksenburq, Monte-Karloda, eləcə də, Moskva, Kiyev, Sankt-Peterburq və digər şəhərlərdə nümayiş etdirilmişdir. 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cumhuriyyətində II, IV, V Beynəlxalq «Bellapais» musiqi festival­la­rında müəllif konsertləri ilə cıxış etmişdir.

T.Bakıxanovun bir tədqiqatçı kimi maraq dairəsi çox genişdir.  Belə ki, «Prezidentin nitqində ulu öndərin vətənpərvərlik prinsiplərinin əsaslarını gördüm», «Ali mükafatlar və milyonların qəlbindəki inam, sevgi, etimad. Bunlar Azərbaycanın Birinci vitse-prezidentinin humanist fəaliyyətinə verilən qiymətdir», «Biz yaşlı nəsil belə paradı çox arzulamışdıq», «Milli ordumuz Azərbaycanın problemlərini həll etməyə qadirdir»,   eləcə də, «Böyük bəstəkar Üzeyir bəy Hacıbəylini xatırladığım anlar», «Dahilərin yolu əzablı, lakin unudulmaz olur «, «Ərtoğrul Cavid -100», «Görkəmli tarzən, gözəl insan (Həbib Bayramovun-90), «Görkəmli bəstəkar, qayğıkeş müəllim (Nəriman Məmmədov -80)», «Hacıbaba Əliyev haqqında xatirələrim», «Qara Qarayev–80», «Naxçıvan bəstəkarlarının uğurları», «Ölkəmiz inamla böyük uğurlara imza atır», «Tofiq Bakıxanov: Naxçıvanda yenə də böyük mədəniyyət bayramının şahidi olduq» adlı məqalələr onun qələmindən çıxmışdır. T.Bakıxanov eyni zamanda, bəstəkar Nazim Quliyevlə  həmmüəllif olduğu «Məmməd Nəsirbəyov», «Ərtoğrul Cavid-Natamam ömrün 100 illik təntənəsi» kitablarının və «T.Bakıxanov Xoş ovqatlı mahnılar» məcmuəsinin müəllifidir.

Deyirlər hər insan təkrarolunmazdır və özündə bir dünyanı əks etdirir. Bu mənada o öz müqəddəs peşəsinə sadiq qalaraq, çətinliklərə qatlaşaraq üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir. Gözünün nurunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verən T.Bakıxanov xeyir-duası ilə bir çox müəllimlər dəyərli kadr kimi yetişərək xalqın mənəvi sərvəti olublar.

Bütün bu deyilənlərin arxasında öz dövrünün və xalqının yük­sək düşüncə tərzinə, böyük insani keyfiyyətlərinə malik bir sima, ge­niş dünyagörüşlü bir şəxsiyyət durur. Qəlbinin  hökmü ilə əqlinin gücü­nü bir yerə toplayıb addım atanlardan olan T.Bakıxanov əməksevər, mehriban, köməyini əsirgəməyən ziyalılarımızdandır.

Keçilən ömür yolunun bəzi məqamlarını qələmə aldığımız, həyatının ən müdrik, ən kamil illərini yaşayan Tofiq Bakıxanovu 90 illik yubileyi münasibətilə tədris ocaqlarında çalışan həmkarları, tələbələri səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayır.

 

                                                     Nərgiz Qulamova

                                                          Musiqişünas

Vətən müharibəsində Azərbaycan xalqının böyük Qələbəsinə həsr olunmuş yeni musiqi əsərləri yaranacaq. Dekabrın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında bu mövzuya həsr  olunmuş dəyirmi masa keçirilib. Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirdə iştirak edib.

Dəyirmi masada çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə münasibətilə həmkarlarını təbrik edib, şəhidlərin müqəddəs ruhları qarşısında baş əyərək, yaralı əsgər və zabitlərimizə şəfalar diləyib.

F.Əlizadə qeyd edib ki, torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın dövrdə bəstəkarlarımız tərəfindən Azərbaycan xalqının milli azadlıq mübarizəsini, tariximizin faciəvi səhifələrini əks etdirən müxtəlif janrlı  musiqi əsərləri yaradılıb. Onların sırasında  Vasif Adıgözəlovun “Natəvan” operası, “Qarabağ şikəstəsi” oratoriyası, Məmməd Quliyevin Xocalı faciəsinə həsr olunmuş “Rekviyem”, Azər Rzayevin “Bakı – 90” simfoniyası, Tofiq Bakıxanovun “Qarabağ harayı” 7 saylı simfoniyasını xüsusi qeyd etmək lazımdır. Vurğulanıb ki, həmişə olduğu kimi, bu gün də Azərbaycan bəstəkarları öz qələmini yerə qoymayıb, xalqımızın bu böyük bayramını əks etdirən yeni əsərlər üzərində çalışacaqlar.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev öz çıxışında qeyd edib ki, şanlı Ordumuzun bu zəfəri eyni zamanda bütün türk dünyası üçün, bütün müsəlman aləmi üçün böyük mahiyyət kəsb edir. İncəsənətin rəsm, musiqi, heykəltəraşlıq və s. sahələrində fəaliyyət göstərən yaradıcı insanlar öz əsərlərində daima xalqın qəhrəmanlarını vəsf edən sənət nümunələri yaradıblar. Məsələn, Firəngiz Əlizadənin “İntizar” operasında öz təzahürünü tapan böyük xilaskar obrazı bugünkü qələbənin carçısıdır.

Vaqif Əliyev qeyd edib ki, Vətən müharibəsində tarixi Qələbənin qəhrəmanları haqqında da müxtəlif janrlı əsərlər yaranacaq. Bildirib ki, biz bəstəkarlarımızdan Azərbaycan musiqisini dünya miqyasında təmsil edə biləcək yeni möhtəşəm, irihəcmli musiqi əsərləri gözləyirik.

Müzakirələrdə iştirak edən bəstəkarlar – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, Xalq artistləri Azər Dadaşov, Sərdar Fərəcov, Vasif Allahverdiyev, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov., bəstəkarlar İlham Azmanlı və Fərid Fətullayev də öz düşüncələrini bölüşüb, yeni yaradıcılıq ideyaları haqqında fikir mübadiləsi aparıblar.

Azərbaycan Bəstəkarlar İttifaqının Sədri,
YUNESKO-nun “Sülh artisti” Firəngiz Əlizadə
YUNESKO-nun Baş direktoru Odre Azuleyə
müraciət ünvanlamışdır.

Müraciətdə deyilir:

“Möhtərəm xanım Azule,

Sizə dərin hörmətimi ifadə edən ən səmimi duyğularımı qəbul edin. Son dövrdə mən mətbuatda Azərbaycanın işğaldan azad olunmuş Qarabağ torpaqlarında xristian kilsələrinin və abidələrinin taleyinə görə narahatlıq keçirən bir çox mədəniyyət xadimlərinin YUNESKO-ya müraciətlərini böyük həyəcan hissilə oxuyuram. Bizim ölkəmizin müxtəlif dinlərə, konfessiyalara və abidələrə hər hansı bir hörmətsizlikdə günahlandırılmasından qəribə ittiham ola bilməz. Məlum faktlardır ki, bizim dövlətimiz təkcə ölkəmizdə deyil, həmçinin, Fransada, İtaliyada, Vatikanda, Rusiyada və digər dövlətlərdə müqəddəs dini abidələrin qorunması və bərpası ilə bağlı çoxsaylı xeyriyyəçilik aksiyaları həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva bu istiqamətdə apardığı çoxillik  və məhsuldar fəaliyyətinə görə dərin ehtiram və minnətdarlıq əlaməti olaraq, həmin ölkələrin orden və medalları ilə təltif olunmuşdur.  

Bununla belə, beynəlxalq mətbuatda geniş işıqlandırılan bütün bu məlum faktlar çoxsaylı təşkilatlara ünvanlanmış müraciətlərə, çağırışlara, şikayətlərə imza atan şəxslərin diqqətindən kənarda qalır. Bu şəxslər erməni tərəfinin yalançı göz yaşlarına və xahişlərinə inanaraq, problemin mahiyyətinə varmadan, şübhə doğuran sənədləri imzalayırlar. Artıq heç kimə sirr deyil ki, Ermənistan monomilli dövlətdir və burada digər millətlərdən və dinlərdən olan insanlara yer yoxdur. Onların qəribə bir inadkarlıqla “körpülər qurmaq” istəməməsi, münaqişənin digər tərəfi ilə dialoqa girməkdən çəkinməsi bizi hər zaman təəccübləndirib. Bu baxımdan, erməni ideoloqu Zori Balayanın antiarzərbaycan isteriyasının və əzəli Azərbaycan torpaqlarına bütün seperatçı tələblərin başlanğıcını qoyan “əsərlərini” oxuduqca, erməni şovinizminin sadizmə və rasizmə bərabər olan vəhşi mahiyyətini görmək olur.

Azərbaycan tərəfi 30 ildən artıq bir müddətdə ikitərəfli görüşlərin — hətta bir zamanlar  mədəniyyət sahəsində əməkdaşlıq edən incəsənət xadimləri səviyyəsində keçirilməsi təklifini irəli sürüb. Lakin erməni tərəfi  iki tədbirdən artıq davam gətirməyib, öz arqumentlərinin zəifliyini hiss edərək, dialoqun aparılmasından tamamilə imtina edib. İndi isə Azərbaycan ordusunun şanlı Qələbəsindən sonra onlar beynəlxalq ictimaiyyətə bütün xoşagəlməz yollarla təzyiq edərək, yalançı faktlarla və çoxsaylı feyklərlə insanların fikrini azdırır. Erməni oliqarxları tərəfindən müəyyən muzdla tutulmuş başabəla jurnalistlər media məkanını və sosial şəbəkələri öz sonsuz yalanları ilə doldurur, sözün əsl mənasında, “qaraya ağ” və əksinə deyirlər.

Ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarkən, törətdikləri yanğınlar fonunda müsahibə verməyə də utanmırlar, bu yanğınlar təkcə onların yaşadıqları evləri deyil, həmçinin, meşə massivlərini, otlaqları, mədəniyyət abidələrini, məktəbləri və uşaq bağçalarını əhatə edir. Bu vəhşi dağıntıların və külliklərin mənzərəsi apokalipsisi xatırladır. Ermənilər heyrət doğuran bir vərdişə malikdir, onlar gah özlərinin “böyük tarixi və minillik mədəniyyəti”, mifik “dənizdən-dənizə qədər yerləşmiş Böyük Ermənistan” haqqında məğrurluqla danışırlar, gah da varlı himayədarının əlindən tutub daim ağlayan yazıq minnətçiyə çevrilirlər.

Belə bir sual yaranır, nə üçün Ermənistanın bu “vətənpərvərləri” nəhayət ki öz kiçik say tərkibli əhaliyə (3 milyondan az) malik Vətənlərini qurub yaratmırlar, öz camaatını normal həyat şəraiti ilə təmin etmirlər? Bəlkə o zaman onlar Ermənistanı tərk etməyə tələsməz və emiqrasiya etməzlər, özgə ərazilərinə göz dikməzdilər? Bəlkə onlar, nəhayət ki, təmin olunmuş ölkəyə çevrilərək, heç kimi köməyinə və himayədarlığına möhtac qalmazdılar? Nəhayət, baxışlarını döndərib, özünə güzgüdə baxmağın, öz  bədbəxtliyinə görə bütün dünyanı deyil, özünü günahlandırmağın vaxtı çatmayıbmı?

Fikrimcə, ermənilər tərəfindən tərk edilmiş bizim şəhər və kəndlərimizdəki mədəniyyət abidələri YUNESKO-da daha böyük narahatlıq yaratmalıdır. Qarabağın münbit torpaqlarında böyük ekoloji fəlakət yaradan, 30 ildən artıq bir dövrdə bizim xalqımıza məxsus faydalı qazıntıları talan edən bu gəlmə adamlar hələ heç nədən xəbəri olmayan insanlara və müxtəlif təşkilatlara şikayət etməyə çalışırlar. Sonradan gərginlik və toqquşmaların yeni dalğasının başlanması üçünmü? 

Bizim Prezidentimiz və Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində və rəşadətli əsgərlərimizin, gözəl gənclərimizin Vətənə sonsuz məhəbbəti sayəsində başımızı uca tutaraq, Qarabağ torpağına qayıtmışıq. Biz heç kimdən heç nə istəmirik. Bizə yalnız sülh lazımdır ki, müharibənin yaralarını sağaldaq, Qarabağın keçmiş gözəlliyini bərpa edək, yenidən öz bəhrəli torpağımızda yaşayaq və yaradaq.  

Qarabağ elə bir ocaqdır ki, buradan Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolu başlanmışdır, məhz burada nadir Muğam sənəti yaranmışdır və dahi xanəndələrin — Seyid və Xan Şuşinskilərin səsləri bütün dünyaya yayılmışdır, burada görkəmli şair Vaqifin məzarı və məqbərəsi yerləşir. Bu adlar bizim üçün milli kimlik simvoludur. Azərbaycan xalqı heç zaman, hətta uzun müddət — 32 il keçməsinə baxmayaraq, bu itki ilə barışa bilməzdi!

İndi biz dağıdılmış, talan olunmuş, bununla belə, çox sevdiyimiz doğma torpaqlarımıza qayıtmışıq. Bütün çətinliklərə və itkilərə baxmayaraq, biz indi Vətənimizin tarixinin ən xoşbəxt dövrünü yaşayırıq. Düşmənin Həqiqətə və Ədalətə qarşı şər və böhtanları bizim böyük sevincimizə, Vətənimiz Azərbaycana və onun gözəl guşəsi Qarabağa olan saf və müqəddəs duyğularımıza  kölgə sala bilməz”.   

UNESCO

7, PLACE DE FONTENOY
75 352 PARIS 07 SP,
FRANCE

Ms. AUDRE AZOULAY
Director — General, UNESCO

 

Dear Madam Azoulay,

Please accept my most sincere assurances of deepest respect to you. | have recently read numerous appeals to UNESCO by cultural figures who are concerned about the fate of the Christian churches and monuments in Karabakh region liberated by Azerbaijan which caused my great concern. There is nothing more baseless than accusing our country of disrespect to various religions, confessions and cultural monuments. The numerous charitable actions of our state aimed at preserving, restoring religious shrines not only in our country, but also in France, Italy, Vatican City,Russia and other countries are well-known facts. As a sign of deep appreciation
and gratitude for many years of her service in this direction, the First Lady of Azerbaijan — Mehriban Aliyeva was awarded medals and orders from these very countries.

Nevertheless, all these facts, widely covered in international press remained unlisted by those who signed the appeals and complaints to different organizations regarding the matter. These individuals, having yielded to the tearful and fake requests of the Armenian side, have done so without examining the essence of the problem and put their signatures under these questionable documents.

Armenia being a mono-ethnic state is another well-known fact, where there is no place for people of other nationalities and religions. We were continuously surprised by their adamant unwillingness to «build bridges», establish a dialogue with the other side of the conflict. Moreover, if you read the «works» of the Armenian ideologue Zori Balayan, that serves as a source for anti-Azerbaijani hysteria and separatist claims to the ancesiral lands of Azerbaijan, you can see the essence of the Armenian chauvinism bordering on cruelty and racism.

For over 30 years, the Azerbaijani side has offered to hold bilateral meetings, aton the level of people who once collaborated in the field of art and culture. But the Armenian side could not endure this format , feeling the weakness of its arguments and refusing to engage in a dialogue. And now, after the noble victory of the Azerbaijani army, they are using all unseemly methods of pressure on the international community, misleading them with fake facts and appeals. The corrupt journalists hired by the Armenian oligarchs for a fee have flooded media and social networks with rampant lies, literally spreading disinformation.

The Armenians, leaving the occupied lands of Azerbaijan, do not hesitate to give interviews with blazing flames on the background of houses, forests, landscapes, cultural sites, schools and kindergartens they themselves set on fire. These pictures of barbaric destructions and ashes resemble the apocalypse. Moreover, the Armenians have an amazing ability to either proudly declare their «great history and thousand-year culture», the mythical «Great Armenia from sea to sea», or they turn into an always crying nation who asks for the helping hand of a patron.

The questions arise- why shouldn’t these «patriots» of Armenia provide their residents with normal living conditions, since it’s only a small population (less than 3 million). Maybe then they would not have sought to quickly escape Armenia and emigrate, or put claims forward against foreign territories? Could they finally become a self-sufficient country that did not need anyone’s help and patronage? Isn’t it time to finally turn thier gaze at themselves, look in the mirror and blame not the whole world for their troubles, but themselves?

In my opinion, our cultural sites in towns and villages abandoned by Armenians should be of much greater concern to UNESCO. Having generated a huge ecological catastrophe on the fruitful lands of Karabakh, illegally extracting minerals that are public property of my people for more than 30 years, these newcomers are still trying to gain pity of people and various organizations unfamiliar with the situation. And what for? To start a new round of tension and collisions?

We returned to the lands of Karabakh with our heads held high as a result of the strategic policy of our President and Commander-in-Chief, Ilham Aliyev, thanks to the courage and endless love for the Motherland of our heroic soldiers and our beautiful youth. We do not ask anyone for anything. We only need peace to heal the wounds of war, to restore the former beauty of Karabakh, to live and create again on our lands.

After all, Karabakh is the cradle of culture where the brilliant Azerbaijani composer Uzeyir Hajibeyli began his journey, the unique art of Mugam hails from, the voices of the great “khanende” singers — Seyid and Khan Shushinski sounded, the grave and mausoleum of the poet Vagif was housed. These names are a symbol of national identity for us. The Azerbaijani people could never come to terms with the occupation for all 32 years!

Now we have returned, although to the destroyed, but still beloved land. Despitethe hardships and irreparable losses we have experienced, now we live through the happiest times in our Homeland’s history. And no inference of the enemies of Truth and Justice can cast a shadow on our great prosperity, on the pure and holy feelings of love for the Motherland — Azerbaijan and its beautiful land — Karabakh.

With deep respect and kind regards,

Composer — Franghiz Alizadeh, “Artist for Peace” of UNESCO

F Minded

Tel.: +33 (0) 145 68 18 93

30 ildən artıqdır, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi davam edir. Erməni faşizminin işğalı nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar darmadağın edilmiş, 1 milyonadək dinc əhali öz dədə-baba yurdlarından didərgin düşmüşlər. Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli — 6 memarlıq və 7 arxeoloji; 292 ölkə əhəmiyyətli — 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli — 270 memarlıq, 22 muzey, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri məhv edilib. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan dövləti Azərbaycan torpaqlarına qarşı işğalçı siyasətini davam etdirir.

 Azərbaycan mədəniyyətinin,  musiqimizin beşiyi sayılan, bütün dünyada məşhur olan bir sıra görkəmli musiqiçilərimizin  – dahi Üzeyir Hacıbəyovun, Niyazinin, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun, Əfrasiyab Bədəlbəylinin, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun  və b.   doğulub boya-başa çatdığı qədim Şuşa şəhəri 30 ildir düşmən tapdağı altındadır.

Bu gün Azərbaycan xalqı öz tarixi torpaqlarını düşməndən  azad etmək üçün haqq mübarizəsinə qalxmışdır. Azərbaycan bəstəkarları da daima bu mübarizədə fəal iştirak edərək, Vətənin azadlıq mübarizəsinə, Qarabağa həsr olunmuş müxtəlif janrlı əsərlər yaratmışlar. Qocaman bəstəkarlardan tutmuş ən gənc  bəstəkarlaradək Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvləri – o cümlədən, tanınmış bəstəkarlar Polad Bülbüloğlu, Eldar Mansurov, Cavanşir Quliyev, Faiq Sücəddinov, Azad Zahid, Elza Seyidcahan, Vüqar Camalzadə, habelə gənc bəstəkarlar Tural Məmmədli, İlahə İsrafilova, Fərid Fətullayev və b. vətənpərvərlik mövzusunda mahnılar, marşlar yazmışlar və bu gün da yazmaqdadırlar. Bu əsərlər dərhal televiziya və radio kanallarında səsləndirilir, kliplər nümayiş etdirilir.

Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı şanlı ordumuza Yardım Fonduna 10 min manat ianə köçürərək, öz dəstəyini göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətlə vurğuladığı “Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” ifadələri bütün dünyaya bəyan edilməlidir.

Biz  Azərbaycan Bəstəkarlar İttifaqı olaraq, bu bəşəri cinayətləri törədən işğalçı Ermənistan rəhbərliyini və onun havadarlarını lənətləyir, beynəlxalq ictimaiyyətə, xüsusilə, bütün dünya musiqiçilərinə müraciət edərək, Azərbaycanın haqq işinə fəal dəstək olmağa, səsimizə səs verməyə çağırırıq!

 

 

Azərbaycan Bəstəkarlar İttifaqı

Azərbaycan Bəstəkarlar İttifaqı beynəlxalq hüquq normalarını kobudcasına pozan işğalçı erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin mülki əhalisinə qarşı törədilmiş vandalizm aktına qarşı öz kəskin etirazını bildirir. Humanitar atəşkəs rejiminə məhəl qoymayan ermənilər tərəfindən gecə saatlarında, dinc əhalinin öz evində yatdığı bir zamanda Gəncə şəhərinin ballistik raket ilə vurulması nəticəsində 10 nəfər mülki əhali, o cümlədən uşaqlar, qadınlar həlak olmuş, 34 nəfər yaralanmış, çoxsaylı mülki obyektlərə ciddi ziyan dəymişdir.

Gəncə əhalisinin sayına görə Azərbaycanın ikinci iri şəhəri olmaqla yanaşı, həmçinin  Respublikanın ən böyük mədəni mərkəzlərindən biridir. Gəncə XII əsrdə yaşayıb-yaratmış  dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətənidir. Burada çoxlu sayda qədim tarixi-memarlıq abidələri, o cümlədən, Nizami Gəncəvinin Məqbərəsi,  muzeylər, məscidlər, karvansaralar və s. mövcuddur. Gəncə şəhərinin  qədim musiqi ənənələrinə malik olması dahi şair Nizaminin şeirlərində öz əksini tapmışdır. Gəncə şəhəri həmçinin, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Fikrət Əmirov, Qəmbər Hüseynli və b. görkəmli şəxsiyyətlərin vətənidir.

Bu gün Gəncə öz fəal mədəni həyatına davam edir. Burada yeni tikilmiş F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası fəaliyyət göstərərək, klassik musiqidən ibarət konsertlərin, habelə maraqlı festivalların keçirildiyi məkana çevrilmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının Gəncədə Bölgə Təşkilatı fəaliyyət göstərir. Hazırda təşkilata istedadlı bəstəkar və gözəl musiqiçi, Respublikanın Əməkdar artisti Məmməd Cəfərov  rəhbərlik edərək, şəhərin musiqi-mədəni tədbirlərinin təşkilində əzmlə çalışır. Onun xidmətlərini nəzərə alaraq, Bəstəkarlar İttifaqı tərəfindən Bakıda bəstəkarın 60 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilmiş və bu tədbirlər Respublikanın mətbuat səhifələrində işıqlandırılmışdır. ABİ-nın Gəncə Bölgə Təşkilatında həmçinin, musiqişünas, sənətşünaslıq üzrə elmlər doktoru, Gəncənin musiqi mədəniyyəti və incəsənət xadimləri haqqında çoxlu sayda elmi tədqiqatların müəllifi olan Sevda Qurbanəliyeva geniş fəaliyyət göstərir. S.Qurbanəliyevanın Bəstəkarlar İttifaqının zalında keçirilən “Nizami və musiqi” adlı kitabının təqdimatı böyük maraq və əks-səda doğurmuşdur.

2019-cu ilin iyun ayında Gəncə şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 85 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində  Səyyar Plenum keçirilmişdir. Plenumda Xalq artisti, bəstəkar Sərdar Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Plenumun proqramında Azərbaycan bəstəkarları – Ü.Hacıbəyli, A.Zeynallı Q.Qarayev, F.Əmirov, Niyazi, T.Quliyev, T.Hacıyev, D.Dadaşov, F.Əlizadə, C.Abbasov, S.Fərəcov, M.Cəfərov, C.Allahverdiyev, F.Allahverdi, Q.Məmmədov və b. əsərləri ifa edilmişdir. Plenumun işinə yekun vuran musiqişünaslıq konfransı və dəyirmi masada Plenumun Gəncənin mədəni həyatında əhəmiyyəti qeyd olunmuşdur.

Bu qədim şəhərin elmi və mədəni həyatında böyük əhəmiyyət kəsb edən hadisələrdən biri də burada “Zəriflik” Beynəlxalq Musiqi Festivalının keçirilməsi oldu. Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş bu festivalda müxtəlif ölkələrdən məşhur opera müğənniləri Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış etmişlər.

Gəncənin zəngin mədəni həyatını əks etdirən bütün bu faktları xatırlayarkən, Ermənistanın Respublikamızın bu mühüm mədəni mərkəzinin dağıdılmasına və onun dinc əhalisinin məhv edilməsinə yönəlmiş barbarlıq hərəkətlərinə qarşı öz hiddətimizi və etirazımızı bildiririk.

Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvləri erməni işğalçılarını lənətləyir və doğma torpaqlarımızın azad edilməsi yolunda mübarizə aparan Azərbaycan Ordusunu  hər zaman dəstəkləyir. Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı şanlı ordumuza Yardım Fonduna 10 min manat ianə köçürmüşdür. Bütün bəstəkarlarımız  əsgərlərimizin döyüş ruhunu yüksəltmək üçün yeni mahnı və marşlar yazmağı özlərinə şərəfli vəzifə bilirlər. Respublika Radiosu və Televiziyası ilə verilən hər yeni informasiyadan sonra bəstəkarlarımızın yazdığı yeni  vətənpərvərlik əsərləri səsləndirilir. Lirik səciyyəli əsərlərdən qəhrəmanlıq marşlarınadək müxtəlif üslubları əhatə edən bu əsərlərin hər birində sonsuz qələbəyə inam hissi aşılanır.

  Azərbaycan Bəstəkarlar İttifaqı olaraq, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyevi dəstəkləyir, işğalçı erməni silahlı qüvvələri tərəfindən humanitar atəşkəs rejimindən sonra Gəncənin mülki əhalisinə qarşı törədilmiş bu vandalizm aktını lənətləyir, öz dərin hiddət və etirazımızı bəyan edirik.

“Qarabağ Azərbaycandır!”- deyə Prezidentimizin səsinə səs veririk!

 

 

Azərbaycan Bəstəkarlar İttifaqı

DAHİ ÜZEYİR HACIBƏYLİ İRSİNİN TƏBLİĞİ VƏ 18 SENTYABR MİLLİ MUSİQİ GÜNÜ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI ÖNƏMLİ İŞLƏR GÖRÜB

Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanı yaratmış dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin dünyaya gəldiyi tarix 1995-ci ildən ənənəvi olaraq Milli Musiqi Günü kimi qeyd edilir.

Ruhunun işığı daima dünyamızı nurlandıran o dahi şəxsiyyətin — Üzeyir Hacıbəylinin bu gün 135 illik yubileyidir. Üzeyir bəy Azərbaycan mədəniyyəti tarixində opera, operetta, balet janrının bünövrəsini yaratmağa nail oldu. Gənc milli kadrlar hazırlamaq üçün musiqi məktəblərini, musiqi texnikumunu, Azərbaycan Dövlət Konservatoriyasını ərsəyə gətirdi. Bütün musiqi kollektivlərinin — Xalq çalğı alətləri notlu orkestrini, Dövlət xorunu, simli kvarteti, simfonik orkestri, mahnı və rəqs ansamblını, sazçı qızlar dəstəsini təşkil etdi. Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoyaraq, çox sayda bəstəkar və musiqişünaslar nəsli yetirdi. Tələbələrindən Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Cövdət Hacıyev, Niyazi, Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Soltan Hacıbəyov,Tofiq Quliyev, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Hacı Xanməmmədov, Səid Rüstəmov, Cahangir Cahangirov, Xanlar Məlikov, Məmməd Cavadov, Məmməd Saleh İsmayılov, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Hökumə Nəcəfova, Fatma Səmədova, Fatma Zeynalova, Əminə Eldarova və digərləri görkəmli bəstəkar və musiqişünas oldular. 

Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli müxtəlif tarixlərdə Azərbaycanın Əməkdar incəsənət xadimi (1935), SSRİ Xalq artisti (1938) adına və başqa mükafatlara, təltiflərə layiq görülüb. Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) kimi mühüm vəzifələri ləyaqətlə daşıyıb. Üzeyir Hacıbəyli 300-dən çox xalq mahnısını nota köçürüb. Yaradıcılığında marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərinə rast gəlirik. Adını daim qürurla andığımız o dahi insan sadəcə musiqi bəstələməklə kifayətlənməyib, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəsillərə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayıb. 1945-ci ildə nəşr edilmiş «Azərbaycan xalq musiqisinin əsasları» adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin parlaq bir bəhrəsidir   və bu gün də ali mənbə kimi istifadə edilməkdədir.

***

Əlamətdar bir məqam xüsusi vurğulanmalıdır ki, Üzeyir bəyin doğum gününün musiqi bayramı kimi keçirilməsinin təməli Ümummilli Liderimiz, mədəniyyətimizin böyük himayədarı olan Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Daha sonra — dahi bəstəkarın 110 illik yubileyində isə bunu rəsmiləşdirib. Əbədiyaşar liderimiz Heydər Əliyev Üzeyir Hacıbəyli barəsində deyib: «Bir azərbaycanlı, Azərbaycanın Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycan peşəkar musiqisinin əsasını böyük Üzeyir Hacıbəyli qoyub».

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev isə dahi Üzeyir Hacıbəyli bəstəkar barəsində söz açarkən: «Üzeyir Hacıbəyli Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir» deyə vurğulayıb.

Dövlətimizin başçısı cənab İlham Əliyev Üzeyir bəy irsinə, onun milli və bəşəri miqyasına, böyük önəminə daima ali münasibət nümayiş etdirib. Dahi bəstəkarın adının, irsinin yaşadılması, layiqincə uca tutulması ilə bağlı məsələlər hər zaman onun yüksək diqqətində olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunub. Bugünədək keçirilən festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi «Üzeyir Hacıbəyli» Fəxri Medalı ilə təltif edilməsi də son dərəcə önəmli bir hadisə olaraq diqqət çəkir. Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban xanım Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir peşəkar musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim edib.

«Üzeyir irsi, həqiqətən, böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir. Muğam dramaturgiyasının sirrlərini açır. Aşıq sənətinin qüdrətini dərk etməyə kömək edir» deyə hörmətli Mehriban xanım Əliyeva bu barədə bildirib. Nəzərə çatdıraq ki, məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin 120 illik yubileyi münasibətilə birinci Muğam Müsabiqəsi keçirildi. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan «Üzeyir dünyası» layihəsi işıq üzü gördü. Həmin nəşrə «Ömür salnaməsi», «Üzeyir Hacıbəyli ensiklopediyası», «Bədii və publisistik əsərlər» kitabları, «Leyli və Məcnun», «Koroğlu» operaları və «O olmasın, bu olsun», «Arşın mal alan» musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir.

Bundan əlavə, 2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünya şöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilib. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin əfsanəsi olan «Arşın mal alan» filmi bərpa edilərək rəngli versiyası hazırlanıb.

Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva layiq görüldüyü «Üzeyir Hacıbəyli» Fəxri Medalı münasibətilə Bəstəkarlar İttifaqının sədri Firəngiz  Əlizadəyə ünvanladığı təşəkkür məktubunda bildirir:

«Fəaliyyətində milli musiqi irsimizin və dünya musiqi mədəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanılması və yeniləşdirilməsi prinsiplərini əsas götürən Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan klassik professional musiqisinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması, elmi cəhətdən öyrənilməsi, gələcək nəsillərə çatdırılması və dünyada təbliğində xüsusi rol oynayır.

B

u baxımdan İttifaq tərəfindən «Üzeyir Hacıbəyli» Fəxri Medalının təsis edilməsini yüksək qiymətləndirir, medalın ilk nüsxəsinin mənə təqdim edilməsi qərarına görə Sizə təşəkkürümü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram».***

Məlumdur ki, 1995-ci ildən etibarən hər il 18 sentyabrda mədəniyyət ocaqlarımızda, o cümlədən, Azərbaycan Bəstəkarlar İttifaqında yüksək səviyyədə tədbirlər keçirilib. Ancaq məlumdur ki, ölkə üzrə xüsusi karantin rejimi tətbiq edildiyindən bu il kütləvi tədbirlər ləğv olunub. Təəssüf  ki, bəşəriyyəti bürüyən bu bəlanın mənfi təsiri mədəniyyət sahəsindən, o cümlədən, bizim Milli Musiqi Günümüzün qeyd edilməsindən də yan keçməyib.

Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinə diqqətlə nəzər yetirsək görərik ki, İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərliyilə Milli Musiqi Günü ərəfəsində hər zaman xüsusi hazırlıqlar görülüb. Firəngiz xanımın nitqində, haqlı olaraq: «Mən xoşbəxtəm, ona görə ki, sənət yolunda Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç nəvəsiyəm» kimi bir fikrə rast gəlirik.

İttifaqın bu yöndəki fəaliyyətindən söhbət açarkən onun rəhbərliyi ilə təşkil olunan bir çox önəmli layihələrin, elmi-praktik konfransların, festivalların şahidi olmuşuq. Həmin tədbirlərdə Üzeyir bəyin öz əsərləri ilə yanaşı ona həsr olunan əsərlər də yer alıb. Elmi konfranslarda hər dəfə dahi bəstəkarın barəsində yeni-yeni faktlar ortaya qoyulub. Bu silsilə tədbirlərdə daim musiqi xadimləri ilə yanaşı gənc musiqiçilər də iştirak edib. Hazırda isə yaradıcı təşkilat kimi mövcud şəraitə uyğun olaraq layihələri onlayn formada həyata keçirməkdədir.

İttifaqın Üzeyir Hacıbəyli adına Konsert Salonunda bu illər ərzində dahi bəstəkarın yaradıcılığına həsr olunan konfranslarda Azərbaycan musiqi tarixi silsiləsindən romans-qəzəl janrına həsr olunan tədbirlər də keçirilib. Firəngiz Əlizadənin mövzuya dair çıxışında olduqca maraqlı və dəyərli fikirlər yer alıb:»Azərbaycan , musiqi tarixində muğam, simfonik muğam, caz-muğam və romans-qəzəl kimi janrların vətənidir. Ədəbi qəzəl Şərq ədəbiyyatının ən geniş yayılmış janrıdır. Lakin musiqili qəzəlin ilk nümunəsini dünyaya məhz Üzeyir Hacıbəyli bəxş edib. Ədəbi qəzəl kimi, musiqili qəzəl də mürəkkəb lad və ritm qanunlarına söykənir. Təəssüf ki, son vaxtlar romans-qəzəl janrına nadir hallarda müraciət edirlər. Romans-qəzəl janrı 1940-cı ildə Üzeyir Hacıbəyli yaradıcılığının bəhrəsi olub. Dahi bəstəkar XII əsr Azərbaycan klassik poeziyasının dühası, mütəfəkkir şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar onun «Sənsiz» (1941) və «Sevgili canan» qəzəlləri əsasında eyniadlı iki romans yazıb. Həmin əsərlər musiqi üslubu baxımından orijinallığı və milli koloriti ilə seçilir. Sonralar Azərbaycanın bir çox bəstəkarları həmin janra müraciət ediblər».

Firəngiz xanım Əlizadənin redaksiyası altında ilk dəfə «Əsli və Kərəm» operasının partiturası işıq üzü görüb. O, «Əsli və Kərəm» operasının partiturasının ilk nəşrini Üzeyir Hacıbəylinin 125 illik yubileyinə böyük töhfə kimi dəyərləndirib və kitabın redaktoru kimi qələmə aldığı yazıda bu fikirlərə yer verib:

«Təqdim etdiyimiz partitura Üzeyir Hacıbəylinin məşhur «Əsli və Kərəm» operasının ilk nəşridir. Əsərin xalq arasında böyük uğur və əsl tamaşaçı sevgisi qazanmasına baxmayaraq, onun nə klaviri, nə də partiturası bu günə qədər çap olunmamış, yalnız ayrı-ayrı parçaları müxtəlif vaxtlarda işıq üzü görmüşdür. Nəhayət, Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşən «Üzeyir dünyası» layihəsi çərçivəsində musiqi tariximizin önəmli səhifəsinə çevrilmiş «Əsli və Kərəm» operasının da nəşri üçün gözəl bir imkan yarandı.

«Əsli və Kərəm» Üzeyir bəyi klassik opera zirvəsinə — «Koroğlu»ya aparan yolda çox vacib bir mərhələni təşkil etdi. Əgər «Leyli və Məcnun» əsasən zəngin şifahi milli musiqi irsinin dahiyanə səhnə inikası idisə, «Əsli və Kərəm» də artıq bəstəkar təxəyyülünün məhsulu olan yazılı musiqi səhifələri üstünlük təşkil edirdi. Beləliklə, məhz bu əsərlə Üzeyir Hacıbəylinin opera yaradıcılığında şifahi, yəni muğam improvizələri ilə yazılı bəstəkar musiqisi arasında yeni nisbət yarandı və «Əsli və Kərəm» bəstəkarın opera yolunun təkamülündə zəruri halqaya çevrildi.

Yarandığı 1912-ci ildən etibarən, müxtəlif redaktə (özü də bu redaktələr əsasən orkestr fraqmentlərinə aid olub) və quruluşlarda səhnəyə qoyulmuş bir operanın yeganə düzgün və müəllif qayəsinə uyğun variantını ərsəyə gətirməyin üzərimizə necə böyük bir məsuliyyət qoyması, zənnimcə, heç kimdə şübhə doğurmaz. Operanı nəşrə hazırlayarkən rastlaşdığımız ən başlıca çətinlik — qarşımızda əsərin musiqi materialının vahid küll halında olmaması idi. Müxtəlif mənbələrdən əldə edilən orkestr fraqmentlərini, xor partiyalarını, muğam parçalarını bir araya gətirib, libretto əsasında operanı həqiqətən yenidən yığmaq lazım gəldi. «Üzeyir dünyası» layihəsinin beynəlxalq miqyasını nəzərə alaraq, əsas məqsədimiz «Əsli və Kərəm»in partiturasını bütün dünyada qəbul olunmuş akademik nəşrlər səviyyəsində hazırlamaq idi. Bunun üçün isə operadakı musiqi materialının, o cümlədən, muğam şöbələrinin dəqiq göstərilməsi tələb olunurdu. Bu işdə operanın uzun tarixə malik ifaçılıq təcrübəsi köməyimizə gəldi.

Bəzi məqamlarda yaranmış mübahisə və çətinliklər işimizə mane ola bilmədi və indi «Əsli və Kərəm» operasının ilk tarixi nəşri qarşınızdadır. Şübhəsiz ki, Azərbaycanın musiqi ictimaiyyətini bu münasibətlə təbrik etmək olar.

Dahi Üzeyir bəyin ölməz irsi və ruhu qarşısında bir müqəddəs borcumuzu da beləcə yerinə yetirdik».

Bilirik ki, Üzeyir Hacıbəyli Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri olub. Ondan sonra Səid Rüstəmov, ardınca Qara Qarayev, daha sonra Tofiq Quliyev quruma sədrlik edib. Hazırkı sədr isə Firəngiz xanım Əlizadədir. Firəngiz xanım özündən öncəki ənənələri qoruyaraq inkişaf etdirməkdədir. İttifaqda dahi bəstəkarın abidəsinin olması, portretinin asılması və qurumun Konsert Salonunun Üzeyir Hacıbəylinin adını daşıması xüsusilə əlamətdardır.

***

İnsanın ucalığı dərin zəkası, əməli, mənəvi dünyası ilə ölçülər. Yüksək amallarla yaşamaq, xalqa ürəkdən xidmət etmək, şəxsi mənafeyini önə çəkməmək hər insana nəsib ola biləcək cəhətlər deyil. Uca Tanrı və taleyi Üzeyir bəyə mənalı, ləyaqətli ömür qismət etmişdi. Fiziki mövcudluğu tamamlansa belə ruhən bizimlə olduğunu silinməz izlərindən duyuruq. İnanırıq ki, əsrlər keçsə də yaddaşlarda, qəlblərdə yaşayacaq. Belə şəxsiyyətlər dünyaya nadir hallarda  bəxş olunur. Onun kimi dahinin azərbaycanlı olması bizim üçün ilahi bir hədiyyədir. Azərbaycan mədəniyyətinə misilsiz xidmət edən Üzeyir Hacıbəyli, əlbəttə ki, təkcə doğulduğu və əbədiyyətə qovuşduğu gün yox, daima xatırlanmalı, ehtiramla anılmalıdır. Həmçinin məzarı yalnız xüsusi günlərdə deyil ilin müxtəlif zamanında ziyarət olunmalıdır. Sözsüz ki, vəfa borcumuz sadəcə bununla tamamlana bilməz. Öhdəmizdə bununla bağlı saysız-hesabsız görüləcək işlər var. Onun həyat və yaradıcılığı barəsində bir neçə məqalə müəllifi olsam da, bilirəm ki, bunlar hələ o böyüklüyün önündə cüzi işlərdir. Üzeyir Hacıbəyli ənənələrinin davamçısı kimi onun sənət irsinə  sadiq qalacağıma dair söz verib, and içirəm, parlaq ruhu qarşısında dərin ehtiramla baş əyirəm!

Musiqi insan qəlbini fəth edən, daxili aləmə təsir göstərən ecaskar gücdür. Dünyadakı millətlər fərqli dildə danışsa da musiqi insanları bir yerə toplamağı bacaran universal dildir. Duyğuları fərqli üsulla çatdıran hiss xəzinəsi, hiss dəryasıdır. Ən əsası böyük mədəniyyətdir. Biz azərbaycanlıları bu mədəniyyətə qovuşduran dahinin ruhu şad olsun! Üzeyir Hacıbəyli sayəsində doğulan peşəkar Musiqi-bəstəkarlıq sənətin əbədi yaşasın və bu gözəl bayramın mübarək olsun, Azərbaycan!

 

Aysel KƏRİM
Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Milli Musiqi günü münasibətilə ilə mədəniyyət və incəsənət xadimləri l Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin və digər musiqi xadimlərinin məzarlarını ziyarət ediblər.

Mərasimdə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev,  Azərbaycan Bəstəkarlar İttifaqının sədri,Xalg artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və başqaları iştirak ediblər.

A.Kərimov bildirib ki, 18 sentyabr Azərbaycan xalqı üçün əsl bayram günüdür:

“Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin böyük rolu var. O, Azərbaycan xalqının mənəvi qüdrətinin böyük timsalıdır. Qarabağda, «Qafqazın konservatoriyası» adlanan Şuşada anadan olması Üzeyir bəy üçün ilk məktəb olub. Milli mədəniyyət bir çox ünsürlərə görə Üzeyir bəyə minnətdar olmalıdır. Onun əsərləri bəstəkarlar üçün böyük nümunə olub. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır. O, öz musiqisində Şərq və Qərb musiqisinin vəhdətini yaradıb. Üzeyir bəy istedadlı bəstəkarlar, musiqişünaslar nəsli yetişdirib. Onu rəhbərliyi əsasında Azərbaycanda bəstəkarlıq məktəbi yaradılıb. Üzeyir bəyin mirasına hörmət olaraq 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir, xalqımız bu bayramı qeyd edir. Bu, bir daha Heydər Əliyevin bizim mədəniyyət xadimlərinə göstərdiyi qayğının bariz nümunəsidir. Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərildiyi qayğının davamı kimi Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı da göz qabağındadır. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycanda Üzeyir Hacıbəyli adına festival keçirir. Bu festivala dünyanın bir sıra tanınmış musiqiçiləri cəlb edilib. Təəssüflər olsun ki, bu il pandmeiyaya görə biz bu festivalı keçirməyə qadir deyilik. Buna baxmayaraq festivalı davamlı etmək üçün ötən illərin ifalarını televiziyada göstərmək qərarına gəldik. Bu gün həm də bəstəkar Müslüm Maqomayevin yubileyidir. Üzeyir Hacıbəyli M. Maqomayevi əsl xalq ruhlu, yenilikçi sənətkar hesab edirdi. O özünə xas əsərlər yaradıb».

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə «Üzeyir Hacıbəyli» fəxri medalının təsis edildiyini bildirib:

«Onun birinci nüsxəsi I Vitse-prezident Mehriban Əliyevaya təqdim edilib. Çünki Mehriban xanım uzun illərdir davam edən «Üzeyir dünyası» nəşrinin təsisçisi, sponsoru və ilhamverici gücüdür. Bəstəkarlar ittifaqı olaraq Üzeyir Hacıbəyli festivalında fəal iştirak etmişik, maraqlı elmi konfranslar keçirmişik. Çalışmışıq ki, Üzeyir bəyin təkcə musiqilərini yox, həm də onun alim olaraq kəşflərini və tapıntılarını gənclərə çatdıraq».

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi də çıxış edərək dahi bəstəkar haqqında ürək sözlərini deyiblər. Çıxışlardan sonra Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub. Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasından «Şəbi-hicran» xoru səsləndirilib. Sonda Mədəniyyət Nazirliyinin rəhbər şəxsləri, mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda musiqi xadimlərinin məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.

Dahi bəstəkar, musiqişünas alim, pedaqoq, dirijor, dramaturq, publisist, musiqi-ictimai xadim, XX əsr Azərbaycan musiqi mədəniyyətinin qurucusu, milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin adı xalqımız üçün, mədəniyyətimiz üçün müqəddəsdir. İstər musiqi xadimləri, istərsə də müxtəlif peşə yönümlü insanlar üçün, azərbaycanlılar və digər millətlərin nümayəndələri üçün Üzeyir Hacıbəyli yaradıcılığı yüksək zirvə, milli və klassik ənənələrin vəhdətindən yaranmış məktəb əhəmiyyəti daşıyır. Böyük bəstəkarımız Fikrət Əmirovun dediyi

kimi, “…biz hamımız Üzeyir məktəbindən çıxmışıq”. Bu, həqiqətən də belədir.
Üzeyir bəy öz dühası ilə Azərbaycan musiqi mədəniyyətinin inkişaf yollarını işıqlandırıb, dünya miqyasında tanınmasına rəvac verib. Üzeyir Hacıbəylinin şəxsiyyətinin və yaradıcılığının dünyada tanıdılması və təbliği də bizim borcumuzdur. Bu baxımdan Üzeyirşünaslıq sahəsində görülən işlər diqqətəlayiqdir. Azərbaycanda və onun hüdudlarından uzaqlarda Üzeyir Hacıbəyliyə həsr olunmuş konsertlərin, festivalların, layihələrin, kitab təqdimatlarının keçirilməsi, musiqili tamaşaların, kinofilmlərin nümayişi, musiqi əsərləri ilə yanaşı, rəssamlıq, heykəltaraşlıq üzrə əsərlərin yaradılması Üzeyir bəyin xatirəsinin yaşadılmasının bariz nümunəsidir. Bunun mühüm bir qolu da müasir informasiya texnologiyaları vasitəsilə həyata keçirilir. İnternet şəbəkəsində, ayrı-ayrı dillərdə — azərbaycan, rus, ingilis, alman, türk və s. dillərdə davamlı olaraq Üzeyir Hacıbəyli haqqında məlumat mənbəyinin yaradılması bunu sübut edir. Elə bu yaxınlarda “Mədəniyyət” qəzetində (12.06.2020) oxuduğum bir məlumat diqqətimi çəkdi: “Vikipediyada Üzeyir Hacıbəyli haqqında özbək dilində bölmə” yaradılıb. Bu, əlbəttə ki, bizim üçün çox əlamətdar bir haldır. Bu, onu göstərir ki, Üzeyir Hacıbəyli fenomeni hər zaman, hər yerdə diqqət çəkir və insanların maraq dairəsindədir. Bütün bu internet mənbələrinin əsas özəlliyi ondadır ki, dünyanın ən müxtəlif nöqtələrində, müxtəlif millətlərdən olan insanlar Azərbaycanın musiqi mədəniyyəti, Üzeyir bəyin yaradıcı fəaliyyəti, zəngin irsi haqqında məlumat alır, musiqisini dinləyir, tamaşaları  izləyir, elmi-piblisistik əsərlərini mütaliə edir, bir sözlə, Üzeyir dünyası ilə təmasda olur.

Qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəylinin yaradıcılığı “ilk”lərlə əlamətdar olmuşdur: Şərq aləmində milli muğam operasının (“Leyli və Məcnun”), musiqili komediyanın (“Arşın mal alan”) və klassik operanın (“Koroğlu”), milli musiqinin məqam nəzəriyyəsinin (“Azərbaycan xalq musiqisinin əsasları”) yaradılması, musiqi təhsilinin qurulması, not sistemi üzrə xalq çalğı alətləri orkestrinin təşkili və s. onun adı ilə bağlıdır. Üzeyir bəyin bütün bu bədii kəşfləri keçmiş SSRİ məkanında müttəfiq respublikaların musiqi mədəniyyətinin yüksəlişinə də böyük təsir göstərmişdir. Bilavasitə xalq çalğı alətləri orkestrlərinin təşkili Orta Asiya respublikalarında da həyata keçirilmişdir. Əlamətdar faktlardan biri də ondan ibarətdir ki, Üzeyir Hacıbəyli 1945-ci ildə Azərbaycan SSR himnini yaratdıqdan sonra, bu istiqamətdə Özbəkistan və Tacikistan rəhbərliyi tərəfindən təşəbbüs göstərilərək, həmin respublikaların himninin yazılması üçün Üzeyir bəyə müraciət olunmuşdur. Lakin Üzeyir bəy hər bir respublikanın himninin milli bəstəkarlar tərəfindən yazılmalı olduğunu qeyd edərək, həmin ölkələrin bəstəkarlarından bu sahədə öz tövsiyələrini əsirgəməmişdir. Bütün bunlar tarixi faktlar olub, Üzeyirşünaslıqda mühüm  əhəmiyyət kəsb edir və yəqin ki, özbək musiqişünasları üçün də maraqlı olar və internet məlumat bazasına daxil edilə bilər.

Azərbaycan Dövləti tərəfindən Üzeyir Hacıbəylinin xatirəsinin əbədiləşdirilməsi çox diqqətəlayiqdir. Belə ki, bu gün musiqi həyatımızın böyük bir hissəsi Üzeyir Hacıbəylinin adı ilə bağlı olub, möhtəşəm layihələr və festivallar həyata keçirilir. Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulmuş, ölkənin musiqi həyatında böyük rolu olan Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində də Üzeyir bəyin ənənələri hər zaman yaşadılır. Bu məqsədlə 2018-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Üzeyir Hacıbəyli” fəxri medalı təsis edilmişdir. Medalın ilk nüsxəsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük rolu olan Mehriban xanım Əliyevaya təqdim olunmuşdur. Təqdimatdan sonra Mehriban xanım Əliyevanın Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq artisti, YUNESKO-nun “Sülh artisti”, “Aga Khan” Fondunun mükafatçısı, professor Firəngiz xanım Əlizadəyə ünvanladığı məktubunda deyilir:

“Hörmətli Firəngiz xanım. Fəaliyyətində milli musiqi irsimizin və dünya musiqi mədəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanılması və
yeniləşdirilməsi prinsiplərini əsas götürən Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan klassik professional musiqisinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması, elmi cəhətdən öyrənilməsi, gələcək nəsillərə çatdırılması və dünyada təbliğində xüsusi rol oynayır. Bu baxımdan İttifaq tərəfindən “Üzeyir Hacıbəyli” Fəxri Medalının təsis edilməsini yüksək qiymətləndirir, medalın ilk nüsxəsinin mənə təqdim edilməsi qərarına görə Sizə təşəkkürümü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə, Mehriban Əliyeva, Heydər Əliyev Fondunun Prezidenti.” Həqiqətən də bu gün Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində əsas istiqamətlərdən biri Üzeyir Hacıbəyli irsinin qorunması, Azərbaycan musiqisinin dünyaya tanıdılması, beynəlxalq musiqi festivallarında iştirakla bağlıdır. Bu baxımdan Azərbaycan Bəstəkarlar İttifaqının Heydər Əliyev Fondu ilə əməkdaşlığı mühüm əhəmiyyətə malikdir. Müasir dövrdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə bir sıra layihələr və festivallar keçirilir. Bunlardan “Üzeyir dünyası” layihəsini qeyd etmək istərdik. Bu layihə özündə Üzeyir Hacıbəylinin əsərlərinin tam nəşrini – musiqi əsərlərinin notlarının partitura və klavir şəklində çapını, səsyazılarını və videoyazılarını, elmi və bədii-publisistik əsərlərinin, eləcə də Üzeyir Hacıbəyliyə həsr olunmuş elmi əsərlərin çapını əhatə edir. Layihənin məsul redaktoru Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operası ilk dəfə olaraq, partitura şəklində nəşr edilmiş, həmçinin, səhnədə yeni quruluşda bərpa olunmuşdur.
Bu əsər bəstəkarın tolerantlıq hisslərinin təcəssümü, xalqımıza qarşı zaman-zaman törədilən qırğınlara bir etirazı idi və bu
etiraz bizim günlərdə də səngiməyərək, insanların qəlbində əks-səda doğurur. Eyni zamanda, Üzeyir bəyin yaratdığı sənət əsəri Azərbaycan xalqının multikultural dəyərlərini təcəssüm etdirərək, xalqımızın milli sərvətinə çevrilmişdir. “Əsli və Kərəm” operası yalnız 2010-cu ildə Heydər Əliyev Fondunun “Üzeyir dünyası” layihəsi çərçivəsində bərpa olunaraq, onun həm yeni səhnə quruluşu, həm də notları ərsəyə gəlmişdir. “Əsli və Kərəm” operasının tamaşası Heydər Əliyev Fondunun keçirdiyi “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının proqramına,
həmçinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “İpək yolu” Beynəlxalq Musiqi Festivalının proqramına daxil olunaraq, tarixi məkanlarda – Bakıda “Şirvanşahlar sarayı”nda, İçərişəhərdəki “Muğam teatrı”nda nümayiş olunmuşdur. “Əsli və Kərəm” operasının notlarının çapı isə çətin bir proses olmuşdur, çünki yarandığı 100 ilə yaxın bir zaman ərzində əsərin əlyazma şəklində olan notları köhnəlmiş, pis vəziyyətə düşmüşdü ki, bu da onun nəşri üçün böyük çətinlik yaradırdı. “Üzeyir dünyası” layihəsinin iştirakçıları, başda professor Firəngiz xanım Əlizadə olmaqla, uzun illər boyu bu operaya dirijorluq etmiş Kazım Əliverdibəyovun və Bəstəkarlar İttifaqının əməkdaşlarının böyük əməyi və fədakarlığı sayəsində operanın musiqi materialı, demək olar ki, vərəq-vərəq toplanaraq, simfonik fraqmentləri, xor epizodları, muğam parçaları Üzeyir Hacıbəylinin librettosu əsasında yenidən tərtib olunmuşdur. Bununla da Heydər Əliyev Fondu tərəfindən “Əsli və Kərəm” operasının partitura şəklində ilk nəşri həyata keçirilmiş, Üzeyir bəyin irsinə qayğıkeşliklə yanaşaraq, onun qorunması və

gələcək nəsillərə ötürülməsi yolunda mühüm addım atılmışdır.

Hər ilin sentyabr ayı ənənəvi olaraq, Üzeyir Hacıbəyliyə həsr olunmuş 18 sentyabr Musiqi günündən başlayaraq, ayın sonuna kimi davam edən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilə yadda qalır (2009-2019-cu illər ərzində 11 festival keçirilmişdir). Bu festivalda Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərləri müxtəlif ölkələrdən dəvət olunmuş dirijorların, ifaçıların və musiqi kollektivlərinin ifasında səsləndirilir. Azərbaycan Bəstəkarlar İttifaqı bu festivala öz tədbirləri ilə qatılır. Bu sırada bilavasitə Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş elmi konfransları, yeni nəşrlərin təqdimat mərasimlərini və kamera konsertlərini göstərmək olar. Geniş məzmuna malik olan bütün bu tədbirlər Üzeyir Hacıbəylinin yaradıcılığına dair tədqiqatların əhatə dairəsini genişləndirərək, Üzeyirşünaslığa mühüm töhfə verir.
Bununla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı özündə muğamla bağlı konsertləri və tamaşaları (muğam-dəstgah, muğam operaları, simfonik muğamlar, muğam-caz, xalq çalğı alətləri orkestri, kamera-instrumental və vokal ifaçılığı ilə bağlı), YUNESKO-nun İSTM “Magam” qrupu ilə birgə Beynəlxalq elmi simpoziumu, Beynəlxalq muğam müsabiqəsini və müxtəlif tədbirləri əhatə edir (2009-cu ildən başlayaraq, hər iki ildən bir olmaqla, 5 festival keçirilmişdir). Azərbaycan Bəstəkarlar İttifaqı festivalın təşkilatçılardan biri kimi çıxış edir. Festivalın bədii rəhbəri Firəngiz Əlizadənin zəngin təxəyyülü ilə təşkil olunan konsertlərin proqramında Üzeyir Hacıbəylinin əsərləri daimi yer tutur. Əlamətdar haldır ki, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri bu beynəlxalq miqyaslı tədbirlərdə fəal iştirak edirlər.
Eyni zamanda, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı milli musiqimizin təbliğinə xidmət edir (2010-2019-cu illər ərzində 10 festival olmuşdur). Bu festivalın məramına uyğun olaraq, tamaşaların və konsertlərin açıq havada, tarixi məkanlarda keçirilməsi, dünyanın müxtəlif ölkələrini təmsil edən musiqi ifaçılarının milli geyimlərdə və milli musiqi alətlərinin müşayiətilə çıxışları rəngarəng ab-hava yaradır. Festivalın proqramında xüsusi yer tutan Üzeyir Hacıbəylinin opera və musiqili komediyalarının Şəki Xan sarayında, tarixi karvansara komplekslərində  tamaşaya qoyulması insanları – yerli sakinləri və turistləri valeh edir. Belə ki, Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası Yuxarı Karvansarada, “Arşın mal alan” musiqili komediyası isə “Şəki Xan sarayı”nda nümayiş olunmuşdur. Bu Beynəlxalq Musiqi Festivalı dünyanın bir çox ölkələrindən musiqisevərlərin diqqətini Azərbaycana çəkir, eyni zamanda, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük rol oynayır. Azərbaycan Bəstəkarlar İttifaqının həyata keçirdiyi maraqlı layihələrdən biri də xarici ölkələrdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlərin təşkilindən ibarətdir. Bu məqsədlə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Türkiyədə, Ukraynada, Rusiyada, Vyetnamda Azərbaycan musiqisindən ibarət konsertlər təşkil olunmuşdur ki, həmin konsertlərdə Üzeyir Hacıbəylinin əsərləri proqramda mühüm yer tutmuşdur. 2019-cu ildə Berlində, Parisdə, Moskvada
keçirilən konsertlər müasir Azərbaycan musiqisinin təbliği baxımından böyük önəm kəsb edir. Bu layihənin əhəmiyyətli hissəsi Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr olunmuş broşürlərin konsertə gələn dinləyicilərə təqdim olunması ilə bağlıdır. Azərbaycan musiqişünasları tərəfindən yazılmış və ingilis dilində çap olunmuş bu broşürlər Üzeyir Hacıbəylinin yaradıcılığına və onun “Arşın mal alan” musiqili komediyasına, həmçinin Qara Qarayevin, Fikrət Əmirovun yaradıcılığına və müasir dövrdə Azərbaycan musiqi həyatına həsr olunmuşdur. Bu, çox vacib cəhətdir ki, Azərbaycan musiqisi dinlənilməklə yanaşı, həm də insanlara musiqi mədəniyyətimiz haqqında təsəvvürləri genişləndirən əyani məlumat çatdırılır. Azərbaycan Bəstəkarlar İttifaqının bu cür zəngin fəaliyyət dairəsi ölkənin musiqi həyatında böyük əks-səda doğurur.
Bəli, Üzeyir dünyası bizim musiqi mədəniyyətimizin tarixi, bu günü, gələcəyi deməkdir. Biz bu dünyanın meyarlarını uca tutaraq, ölkəmizin musiqi mədəniyyətinin yüksəlişi naminə çalışırıq. Üzeyir Hacıbəylinin adı gündəlik həyatımızda anılır, əməllərimizdə yaşadılır. Üzeyir dünyası vasitəsilə milli musiqimiz dünyaya tanıdılır. Üzeyir dünyası müxtəlif ölkələrin musiqiçiləri və musiqi dəyərləri arasında ünsiyyətə, qarşılıqlı əməkdaşlığa geniş meydan açır. Üzeyir Hacıbəylinin adı ilə bağlı festivallarda musiqiçilər öz repertuarlarını, təfsirlərini ifadə etmək, dinləyicilərlə bölüşmək imkanları əldə edirlər. Bu il festivallar məlum səbəblərdən təxirə salınsa da, ümid edirik ki, sonrakı illərdə biz
yenidən böyük musiqi bayramlarının sevincini yaşayacağıq.
Cəmilə Həsənova
Sənətşünaslıq üzrə elmlər doktoru, professor,
Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib. O, fikirlərini rəsmi “Instagram” hesabında bölüşüb:
“Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram! Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!”

Səadət Təhmirazqızının bir musiqişünas kimi milli və professionalmusiqimizin təbliğində, tədqiqində xüsusi rolu var. Tez-tez dövrümətbuatda məqalələri nəşr olunur, radio və televiziya kanallarindaçıxışlar edir.
Şirinova Səadət Təhmirazqızı S.Hacıbəyov adına Sumqayıt şəhər ortaixtisas musiqi texnikumunun “nəzəriyyə” şöbəsini “fərqlənmə diplomu”ilə bitirdikdən sonra Ü.Hacıbəyli adına BMA-nın Musiqi tarixi vənəzəriyyəsi fakultəsini bakalavr və magistr mərhələləri üzrə də“fərqlənmə diplomları” ilə bitirib.
1990-1993-cü ildən UMM-də müəllim, hal-hazırda AzərbaycanTeleviziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində redaktorvəzifəsində çalışaraq Azərbaycan radiosunun fondunda onun 500-əqədər verilişləri qorunub saxlanılır. Azərbaycan Telefilm yaradıcılıqbirliyində Səadət xanımın ssenarisi əsasında “Musiqi aləmində”,“Əliövsət Sadıqov”, “Seyid Şuşinski”, “Xan Şuşinski”, “FikrətƏmirov”, “Tofiq Əhmədov”, “Cövdət Hacıyev”, “Asəf Zeynallı”, “ZakirBağırov”, “Vasif Adıgözəlov”, “Ömrün əlvan notları – Rəşid Şəfəq”,“Xəyala dalarkən – Süleyman Ələsgərov”, “Yaddaşın simləri titrəyərkən– Ramiz Mustafayev”, “Şəmsi Bədəlbəyli”, “İlmələrin sədası — ƏşrəfAbbasov” sənədli televiziya filmləri çəkilib.
O, “Süleyman Ələsgərov xatirələrdə”, “Nəğmədir həyat – ŞəfiqəAxundova”, “Fikrət Əmirov”, “Sənətin Əliövsət zirvəsi”, “Sənətə bağlıömür – Ağaverdi Paşayev”, “Bizim ustad — Əlibaba Məmmədov”,“Şəkidə ifaçılıq sənəti”, “Şəkinin musiqi folkloru”, “Üzeyir Hacıbəylimüasirlərin düşüncəsində”, “Seyid Şuşinski”, “Kamilin sənət dünyası”,“Tarixin səs yaddaşı – Azərbaycan Radiosu”, “Fikrət Əmirovunsimfonik muğamları”(ingilis dilində), “Üzeyir Hacıbəylinin elmifəaliyyətindən səhifələr”, “Qəbələnin musiqi salnaməsi”, “Nəsimi vəmusiqi” kitablarının da müəllifidir.
Səadət Təhmirazqızı Azərbaycan Bəstəkarlar İttifaqının, AzərbaycanJurnalistlər Birliyinin üzvü, “Qızıl qələm”, “Məhsəti Gəncəvi” və1
“Gənclər” mükafatlarının laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru,əməkdar mədəniyyət işçisidir.
Azərbaycan musiqi mədəniyyətində Səadət Təhmirazqızınınxidmətləri əvəzsizdir. Yubiley ilə əlaqədar Mədəniyyət Nazirliyitərəfindən Səadət xanım Fəxri Fərmanla təltif olunmuşdur. AzərbaycanBəstəkarlar İttifaqınin rəhbərliyi taninmiş musigişunasın nailiyyətləriniəks edən,”Fəxri Ünvanla” yubiley münasibəti ilə təbrik edir. Səadət xanıma uzun ömür və bol yaradıcılıq uğurları arzulayırıq.

Nəsirova Fidan
Ü.Hacıbəyli adına BMA-nin
elmi-tədqiqat laboratoriyasının elmi işçisi

2020-ci ilin mart ayından bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində baş verən dəyişikliklər – koronavirusla mübarizə, insanların qorunması məqsədilə həyata keçirilən ciddi karantin rejimi həyatımızın yeni bir dönəmdə davamını şərtləndirdi. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər ölkəmizin vətəndaşları tərəfindən dəstəklənir, inanırıq ki, biz birlikdə bu çətinliyin öhdəsindən gələcəyik.

Pandemiya dövründə Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri “Evdə qal – evdə yarat!” devizinə əsaslanaraq öz yaradıcılığını davam etdirib. Onu da deyək ki, bu dövr bəstəkar və musiqişünaslarımız üçün səmərəli olub.

2020-ci ilin aprel ayında Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş  ən yaxşı mahnı müsabiqəsi keçirilmişdir. On-line şəklində keçirilən müsabiqədə nüfuzlu münsiflər heyətini Azərbaycanın xalq artisti, professor Firəngiz Əlizadənin sədrliyi ilə bəstəkarlar Cəlal Abbasov, Elnara Dadaşova, Gövhər Həsənzadə, musiqişünas Həcər Babayeva, həmçinin koordinator Lətifəxanım Əliyeva təmsil etmişdir.

Münsiflər heyətinin elektron ünvanına 30-a yaxın mahnı göndərilmişdir. Əlbəttə ki, münsiflər heyətinə mahnıların notları və səsyazısı təqdim olunmuşdur. Bir cəhəti də qeyd etmək lazımdır ki, mahnıların səs yazısı bəstəkarlar tərəfindən ev şəraitində, öz qüvvələri ilə həyata keçirilmişdir. Bu mahnılar müxtəlif üslublu olmasına baxmayaraq, onlarda vətənpərvərlik mövzusu və Qələbəyə inam ruhu qabarıqdı və bu da qoyulan mövzuya tam cavab verirdi.

Müsabiqənin mükafatçılarını da qeyd etmək istərdik. Bəstəkarlar Tural Məmmədli – I yerə,  İlahə İsrafilova və Lalə Cəfərova – II yerə.  Fərid Fətullayev və Nərminə Nağıyeva – III yerə layiq görüldülər. Sevinc Əliyeva, Yalçın Məlikov və Ağa Əliyev Azərbaycan Bəstəkarlar İttifaqının Fəxri diplomları ilə təltif olundular.

Müsabiqənin laureatlarını çətin şəraitdə yaradıcılıq əzmi göstərərək bəstələdikləri vətənpərvərlik ruhlu mahnılara görə təbrik edirik və ümid edirik ki, biz tezliklə onları gözəl müğənnilərimizin və musiqi kollektivlərimizin ifasında dinləyəcəyik. Bu mahnılar bizim qəhrəmanlıq tariximizi tərənnüm edərək, insanlara qürur və mübarizlik aşılayacaq.

Karantin ayları ərzində Azərbaycan Bəstəkarlar İttifaqı digər layihələrini də həyata keçirir. Bu baxımdan on-line əlaqə rejimində çalışmaqla çoxillik bir layihənin davam etdirilməsini qeyd etməliyik ki, bu da “Azərbaycan bəstəkarları və musiqişünasları” seriyasından elmi-piblisistik səpkili broşürlərin yazılması ilə bağlıdır. Adı çəkilən layihə özlüyündə maraqlı olub, ilk dəfə olaraq, bəstəkarlarımızın və musiqişünaslarımızın yaradıcılıq portretinin işıqlandırılmasına xidmət edir. Layihənin bir neçə mərhələsi artıq həyata keçirilib, çap olunmuş broşürlər musiqi ictimaiyyətinə təqdim olunaraq rəğbətlə qarşılanıb. Əlbəttə ki, bu səpkidə kitabçaların nəşri musiqi mədəniyyətimizin geniş təbliği üçün çox vacibdir. Pandemiya dövründə də musiqişünaslarımız bu layihə çərçivəsində bir sıra broşürlər yazmışlar.

Bununla yanaşı, musiqişünaslarımız tərəfindən məqalələrin yazılaraq, dövri mətbuatda və elmi jurnallarda çap olunmasını da qeyd etməliyik. Bu, bir daha təsdiq edir ki, karantin rejimi yaradıcı insanların fəaliyyətinə təsir etməmişdir.

Bu sözləri bəstəkarlarımız üçün də deyə bilərik, çünki onların da yaradıcılığı evdə davam edir. Evdə qalmaq bəstəkar üçün fikrini cəmləşdirməyə, maraqlı mövzular tapmağa, yeni layihələr üzərində düşünməyə imkan verir. Bu baxımdan, bəstəkarların yeni yaranan əsərlərindən Azər Dadaşovun “Simfonik poema”sını, Firəngiz Əlizadənin simfonik orkestr üçün “Kosmoqoniya” əsərini, Vüqar Camalzadənin “Dədə Qorqud” baletini, Ceyhun Allahverdiyevin “Tac Mahal” baletini qeyd edə bilərik. Son vaxtlar yaranmış yeni əsərlərdən Nazim Quliyevin Azərbaycan xalq çalğı alətləri orkestri üçün pyeslərini, Rəna Qədimovanın ansambl üçün “Prelüd”, xor və simfonik orkestr üçün “Səfərbər olaq” əsərlərini, Tural Məmmədlinin fortepiano pyeslərini, Aygün Səmədzadənin, Nailə Mirməmmədlinin, Pikə Axundovanın mahnılarını və yaradıcılıq prosesində olan bir sıra əsərləri də əlavə edə bilərik. Digər bəstəkarlar da fəal yaradıcılıqla məşğul olurlar və yaratdıqları əsərlər haqqında bizi məlumatlandırırlar.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında öz tədbirləri ilə həmişə fəal surətdə iştirak edən bir təşkilatdır. Mütəmadi olaraq, müxtəlif mövzulu konsertlərin, konfransların, təqdimat mərasimlərinin keçirilməsi bu qəbildəndir.

2020-ci ilin birinci yarımilində planlaşdırılmış tədbirlərin bir qismi həyata keçirilsə də, təəssüf ki, bəzi tədbirlər təxirə düşmüşdür. Bunlardan görkəmli bəstəkarımız Əşrəf Abbasovun 100 illiyi ilə bağlı yubiley tədbirləri Azərbaycan Opera və Balet Teatrında “Qaraca qız” baletinin tamaşası, Azərbaycan Dövlət Filarmoniyasında simfonik konsert,  Azərbaycan Bəstəkarlar İttifaqında kamera konserti və konfransdan ibarət olaraq planlaşdırılmışdı. Həmçinin, musiqişünaslar Kamilə Dadaşzadənin 60 illiyi, Səadət Təhmirazqızının 50 illiyinin qeyd olunması tədbirlər planına daxildi və bu münasibətlə K.Dadaşzadınin “Aşıq-ozan ensiklopediyası” (2 cilddə), S.Təhmirazqızının “Nəsimi musiqidə” nəşrlərinin təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulmuşdu. Lakin ümid edirik ki, bütün bunları yeni mövsümdə həyata keçirəcəyik.

Sonda yaşadığımız bu karantin vəziyyətində xalqımıza qüvvətli olmağı arzulayırıq və inanırıq ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə biz bütün qüvvələrimizi səfərbər edərək, pandemiyaya qalib gələcəyik.

 

Cəmilə Həsənova

Sənətşünaslıq üzrə elmlər doktoru, professor,

Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş  ən yaxşı mahnı müsabiqəsi keçirilmişdir.

Dünyanı əhatə edən pandemiya səbəbindən ölkəmizdəki karantin dövründə, yaşadığımız bu çətin vaxtda bəstəkarlarımız elan edilmiş müsabiqədə çox fəal surətdə iştirak etmişlər. Azərbaycanın xalq artisti, professor Firəngiz Əlizadənin sədrlik etdiyi nüfuzlu münsiflər heyətinin tərkibi bəstəkarlar Cəlal Abbasov, Elnara Dadaşova, Gövhər Həsənzadə, musiqişünas Həcər Babayeva, həmçinin koordinator Lətifəxanım Əliyevadan ibarət olmuşdur. On-layn rejimdə işləyən münsiflər heyətinin ünvanına 30-a yaxın mahnı göndərilmişdir. Mahnılar müxtəlif yaradıcılıq üslubunda bəstələnsə də, onların hamısında vətənpərvərlik və Qələbəyə inam ruhu öz əksini tapmışdır. Xatırladaq ki, mahnıların səs yazısı bəstəkarlar tərəfindən ev şəraitində, öz qüvvələri ilə həyata keçirilmişdir. Lakin şübhə etmirik ki, yaxın zamanda, ən yaxşı nümunələr solistlər və ifaçılıq kollektivləri tərəfindən səsləndirilərək, geniş dinləyici auditoriyasına təqdim olunacaq.

Müsabiqənin laureatları olan bəstəkarlar:

I yer – Tural Məmmədli

II yer – İlahə İsrafilova, Lalə Cəfərova

III yer – Fərid Fətullayev, Nərminə Nağıyeva.

Azərbaycan Bəstəkarlar İttifaqının Fəxri diplomlarına bəstəkarlar Sevinc Əliyeva, Yalçın Məlikov və Ağa Əliyev layiq görülmuşlər.  

“Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasında

Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı

MÜSABİQƏSİ

 

Bakı — 2020

 

 

  1. Ümumi Məlumat
  2. Adı

Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı üzrə müsabiqə

Bakı, aprel-may 2020-ci il.

  1. Təşkilatçılar
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
  • Azərbaycan Bəstəkarlar İttifaqı
  1. 3. Müsabiqənin strukturu
  • Müsabiqə bir kateqoriya üzrə — vətənpərvərlik ruhunda mahnı — seçim turundan ibarətdir.
  • Seçim mərhələsi sənədlərə və audio yazılara əsaslanır və müsabiqənin iştirakçılarını müəyyənləşdirir.
  1. Müsabiqənin keçirilmə tarixi

10 aprel — 9 may, 2020-ci il

  1. Müsabiqənin keçirildiyi yer

Azərbaycan Bəstəkarlar İttifaqı

(Xaqani küçəsi, 53, Bakı)

  1. Münsiflər heyəti

Firəngiz Əlizadə — sədr

Cəlal Abbasov – üzv

Gövhər Həsənzadə — üzv

Həcər Babayeva – üzv

Elnara Dadaşova – üzv

Lətifəxanım Əliyeva — kordinator

 

  1. Müsabiqədə iştirak üçün müraciət
  2. Uyğunluq

Müsabiqədə yaşı 20-dən yuxarı olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilərlər.

  1. Son müraciət tarixi

9 may 2020-ci il

İştirakçılar music0306@mail.ru  və ya musabige@mail.ru elektron ünvanlarına mahnının yüksək formatda yazılmış audio versiyasını, öz şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçə bilərlər.

Göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirməklə yanaşı, həmçinin vətənpərvərlik ruhunu da dinləyicilər üçün ən aydın və cəlbedici şəkildə çatdırmağa müvəffəq olmalıdır.

  1. Qeydiyyatdan keçmə qaydası
  • Müsabiqəyə qeydiyyat yalnız onlayn şəkildə aparılır. İştirakçılar tərəfindən fərdi şəkil, yaradıcılıq xülasəsi və audio yazı (5 dəqiqədən çox olmamaq şərti ilə) yuxarıda qeyd olunan elektron ünvana göndərilməlidir. Ərizənin doldurulduğu tarixdən 6 ay əvvəldən tez olmayaraq öndən, sinədən yuxarı çəkilmiş və yüksək keyfiyyətli rəqəmsal formatda şəkillər olmalıdır (minimum 300 dpi). Şəkillərin istifadəsinə dair müəllif tərəfindən iddia olunmamalıdır. Şəkillərdən rəsmi proqramlarda, web-saytlarda və ictimai əlaqələr məqsədilə istifadə olunacaqdır.

Qeydiyyat forması tam doldurulmadığı halda, həmin ərizənin qəbulu prosesi dayandırıla bilər.

 

 

  1. Qeydiyyat ünvanı

Müsabiqə ilə bağlı ətraflı məlumatı music0306@mail.ru  elektron ünvanı vasitəsilə əldə etmək mümkündür.

  1. Seçim mərhələsi
  • Seçim mərhələsi ərizəçilər tərəfindən təqdim olunmuş musiqi parçalarına əsasən həyata keçiriləcəkdir.

 

III. Müsabiqədə iştirak

  1. Müsabiqə çıxışları
  • Müsabiqə dinləyicilər üçün qapalı şəraitdə keçirilir.
  • Müsabiqənin qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra mct.gov.az saytında rəsmi olaraq yayımlanacaqdır.
  1. Rəy
  • 5 nəfərdən ibarət Münsiflər heyəti reytinq qiymətləndirmə sisteminə əsasən iştirakçıların təqdim etdiyi mahnılara öz rəyini bildirəcək. Münsiflərin ayrı-ayrılıqda qərarlaşdırdıqları fərdi qiymətləndirmə siyahıları ümumi cədvələ köçürüləcək və orta qiymətləndirmə hesabatı ictimaiyyətə açıqlanmazdan əvvəl münsiflər tərəfindən müzakirə olunacaq.
  • Müsabiqə zamanı münsiflərlə iştirakçılar arasında heç bir ünsiyyətə icazə verilmir. Bu qayda müsabiqəni tərk etmiş iştirakçıya aid edilmir.
  • Münsiflər heyətinin verdiyi qərara qarşı heç bir etiraz və ya şikayət qəbul edilmir.

 

  1. Mükafatlar

Gran-Pri                    — 2 000 manat məbləğində pul mükafatı
Birinci yer                 — 1 500 manat məbləğində pul mükafatı
İkinci yer                   — 1 250 manat məbləğində pul mükafatı
Üçüncü yer                — 1 000 manat məbləğində pul mükafatı

 

 

  • Münsiflər heyəti yerlərdən hansınısa heç bir iştirakçıya verməmək və  ya eyni yeri bir neçə iştirakçıya vermək hüququna malikdir
  • Əgər bir neçə qalib eyni yeri tutarsa, onda həmin yer üçün müəyyən edilmiş mükafat həmin qaliblər arasında tam şəkildə bölüşdürülməlidir
  • Qaliblərə təşkilatçılar və fərdi şəxslər tərəfindən müsabiqəni dəstəkləmək məqsədilə əlavə mükafatlar təqdim oluna bilər
  • Mükafatlar qaliblərə şəxsən nağd pulla təqdim ediləcəkdir.
  1. Digər Məsələlər
  1. Məhdudiyyətlər

Müsabiqəyə göndərilmiş musiqi materialı daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməlidir.

Bu yaxınlarda görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, YUNESKO-nun “Sülh artisti”, Ağa Xan Fondu mükafatının laureatı Firəngiz Əlizadənin simfonik orkestr üçün “Nağıllar” əsəri Fransanın Monpelye şəhərində böyük uğurla səsləndirilmişdir. Bu əsər “Opera Berlioz” zalında Mosart və Çaykovskinin musiqisi ilə yanaşı təqdim olunmuşdur. İndi bir aydan az bir müddətdən sonra, martın 5 və 6-da bu parlaq simfonik lövhə Amerikanın Minneapolis şəhərində (Minnesota ştatı) maestro Kirill Karabitsin rəhbərliyi altında Minnesota Orkestrinin ifasında səsləndi. Konsertlərin bukletlərində qeyd olunur ki, Firəngiz Əlizadə təkcə öz Vətənində deyil, həmçinin SSRİ məkanında bəstəkarlıq yazı texnikası sahəsində bir çox novator üsulların “pioneri”dir. Onun musiqisini məşhur amerikalı musiqiçilər Yo-Yo Ma və “Kronos Quartet” öz konsertlərində böyük müvəffəqiyyətlə ifa edirlər. Minneapolisdə hər iki filarmonik konsert çox möhtəşəm keçdi. Resenziyalarda bu konsertlər “Musiqili Avropanın Amerikaya yaddaqalan eskortu” adlandırılmışdı.

Bu da təsadüfi deyil, belə ki, proqrama virtuoz alman violin ifaçısı Christian Tetzlaffın ifasında Dmitri Şostakoviçin Skripka konserti, həmçinin, Sergey Prokofyevin 5 saylı Simfoniyası daxil idi. Göründüyü kimi, Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin əsəri müasir simfonik musiqinin şedevrləri ilə bır sırada səslənərək, amerikalı dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.

Maestro K.Karabits Minnesota Orkestrini Amerikanın ən yaxşı simfonik kollektivlərindən biri kimi dəyərləndirərək, onun “yüksək ifaçılıq səviyyəsini, düşünülmüş repertuar siyasətini, yeni əsərlərin mənimsənilməsində və təfsirində böyük fəallığını” qeyd etmişdir. Bu haqda tanınmış dirijor “The Quardian” qəzetində müsahibə verərkən danışmışdır. O, Firəngiz Əlizadənin “Nağıllar” əsərinə xüsusi diqqət yetirərək vurğulayır ki, “Azərbaycandan olan bu bəstəkar qadın ən çox ifa edilən müəllif kimi aparıcı mövqeyə malikdir. O, Avropa simfonizminin avanqard nailiyyətlərini Şərqin heyranedici melodik gözəlliyi ilə qovuşduraraq, özünəməxsus unikal musiqi üslubunu yaratmağa nail olmuşdur”.

6 mart tarixində keçirilən konsert isə Amerika radio kanalı vasitəsilə birbaşa yayımlanmışdır ki, bu da həmin musiqi hadisəsinin böyük ictimai rezonans doğurmasına səbəb olmuşdur.

Firəngiz Əlizadənin əsərləri daxil edilən konsertlər haqqında danışarkən, “Kronos Quartet”in Amerika turnesini də qeyd etməliyik ki, bu turne çərçivəsində bəstəkarın “Dance”, “Muğam Sayağı”, “Oasis” əsərləri dəfələrlə ifa olunmuşdur. San-Fransiskodan olan bu tanınmış simli kvartetin konsertləri “Center of Performing Arts” (Pensilvaniya) və “San Francisco Concert Hall” (Kaliforniya) kimi nüfuzlu konsert zallarında keçirilmişdir. 2020-ci il martın 21-də isə Kembricdə məşhur “Sanders Theatre” zalında olacaq konsert çox maraqla gözlənilir. Burada Firəngiz Əlizadənin “Dance” və “Muğam Sayağı” əsərləri Amerikanın rəqs truppasının müşayiəti ilə ifa olunacaq.

Martın 4-də Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Respublikanin Əməkdar mədəniyyət işçisi, təcrübəli musiqi redaktoru Xanlar Noruzovun 60 illik yubileyi münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, Xalq artisti, professor Firəngiz Əlizadə rəsmi təbrik-ünvanını yubilyara təqdim etmiş və  səmimi qəlbdən təbrik etmişdir.

X.Novruzov uzun illərdir Azərbaycan Bəstəkarlar İttifaqinda çalişaraq, təşkilatımızın keçirdiyi respublika və beynəlxalq əhəmiyyətli musiqi layihələrinin, festivalların, qurultay və plenumların hazırlanmasında fəal iştirak edir.

Azərbaycan bəstəkarlarının əsərlərinin bərpa edilməsində, nəşr olunmasında X.Novruzovun təcrübəli musiqi redaktoru kimi  fəaliyyəti təqdirəlayiqdir. Bu qəbildən xüsusilə, Ü.Hacıbəylinin “O olmasin, bu olsun” musiqili komediyasının və “Leyli və Məcnun” operasının klavirlərini, Q.Qarayevin 2-ci Simfoniyasını, T.Quliyevin “Ürək mahnıları” not məcmuəsini, 7 cildlik “Azərbaycan Xalq Musiqisi Antologiyası”nı və s. not nəşrlərini qeyd etmək olar.

Martın 3-də Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, respublikanin tanınmış musiqişünas-alimi, Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının dosenti, təcrübəli     pedaqoq    Tamilla Hüseynovanın  75 yaşı tamam olmuşdur. Yubiley  münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova yubilyarı ziyarət edərək, Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin adından rəsmi təbrik-ünvanını ona təqdim etmiş və  səmimi qəlbdən təbrik etmişdir.

T.Hüseynova Azərbaycan bəstəkarlarının yaradıcılığını əks etdirən monoqrafiyaların, məqalə və oçerklərin, habelə elmi-tədqiqat işlərinin və dərsliklərin müəllifi kimi milli musiqişünasliq elminə öz  töhfələrini vermişdir.  Onun xüsusilə, “Asəf Zeynallının vokal lirikasının üslub xüsusiyyətləri”, “Üzeyir Hacıbəyovun romanslarının poetik musiqili üslub xüsusiyyətləri”, “Müasir Azərbaycan musiqisində kamera-vokal silsilələr” və s. mövzulara həsr olunmuş  elmi tədqiqatlari milli musiqişünaslıq elminin önəmli səhifələrini təşkil edir.

T.Hüseynovanın uzun illər  Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyəti sayəsində böyük bir musiqişünaslar nəsli yetişmişdir. Hazirda onlar respublikamızın müxtəlif musiqi müəssisələrində uğurla çalişirlar.

Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək xalqımızın qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və bu soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının xalqımıza və bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayan F.Əlizadə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına siyasi-hüquqi qiymət verildiyini bir daha diqqətə çatdırıb

F.Əlizadə qeyd edib ki, bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti olduqca böyükdür.

Bəstəkarlar İttifaqının sədri qeyd edib ki, xalqımızın yaşadığı Xocalı soyqırımı milli musiqimiz vasitəsilə də dünyaya çatdırılır.

“Bu baxımdan “Xocalı”, “Xocalı laylası”, “Xocalı uşaqlarına lay-lay”, “Xocalı avazları”, “Xocalı-613”, “Xocalı naləsi” və başqa milli musiqi əsərləri dünyanın bir sıra ölkələrində ifa olunaraq müəyyən təbliğat vasitəsinə çevrilib. Xalqımızın qan yaddaşı olan Xocalı faciəsinin bütün dünya dövlətləri tərəfindən tanınmasında hər bir təbliğat vasitəsindən istifadə olunmalıdır. Bu baxımdan mövzu ilə əlaqədar yaranan milli musiqi əsərləri böyük əhəmiyyət kəsb edir”, — deyə F.Əlizadə vurğulayıb.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı və digər natiqlər çıxışlarında Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğulayaraq bildiriblər ki, Xocalı həqiqətlərinin dünyaya tanıdılması hər birimizin borcudur.

Sonra tədbir Xocalıya həsr olunan musiqi nömrələrinin səsləndirilməsi ilə davam edib.

Bəstəkarlar İttifaqında Qara Qarayevə həsr olunan məruzələr dinlənilib

Fevralın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) dahibəstəkar, görkəmli pedaqoq və ictimai xadim, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 102-ci ildönümü ilə bağlı konfrans keçirilib.

Tədbirdə respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konfransda Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor  Firəngiz Əlizadə görkəmli bəstəkar Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən danışıb. Qeyd edib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan bəstəkar Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. “Qara Qarayev haqqında nəqədər danışsaqda azdır. Biraz əvvəl Fəxri xiyabanda onun məzarını ziyarət etdik. Sonra ev-muzeyində olduq və onun xatirəsini bir daha yad etdik. Bunların hamısı onun əziz xatirəsinə həsr olunan tədbirlərdir. Böyük bəstəkar zəngin və çoxşaxəli yaradıcılığa malikdir. Onun bəstəkarlı qməktəbi, məqalələri, ictimai fəaliyyəti kitabların, araşdırmaların mövzusu olabilər. Dahi insanların gördüyü işlər qısa müddətli olmur. O, əsrlər üçün yaradır. Bu baxımdan bəstəkarın həyat və fəaliyyəti bizim üçün örnəkdir. Onun yüksək insani keyfiyyətləri, yaradıcılıq istedadı musiqimizin gələcəyinə işıq tutub. Bütün həyatı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, muğamlarımızı, aşıq sənətimizi də dərindən öyrənib, bu haqqda məqalələr yazıb. Biz Qara Qarayevin tələbələri olaraq onun qoyduğu şərəfli missiyanı davam etdirməyə çalışırıq”, — deyə F.Əlizadəbildirib.

Sonra ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova  “Qara Qarayev haqqında nəşr olunan yeni kitablar”, Əməkdar incəsənət xadimi Elnarə Dadaşova “Qara Qarayevin estetik baxışları”, Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva “Xatirələrlə yaşayan dahi sənətkar”, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Qara Qarayevin ev-muzeyi”, professor Cəmilə Həsənova “Qara Qarayevin pedaqoji prinsipləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir musiqi nömrələrinin dinlənilməsi ilə davam edib. Xalq artisti Gülnaz İsmayılovanın ifasında dahi bəstəkarın “Gürcüstan təpələrində” və  “Mən sizi sevirdim” romansları dinlənilib, piano üçün 2 prelüdü,  violin və piano üçün sonatası səsləndirilib.

Fevralın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov ilə görüş olub. Görüşdə nazir müavini F.Qurbanov dövlət başçısı möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə  Bakı Dövlət Universitetinin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasından, həmçinin bu münasibətlə təhsil naziri Ceyhun Bayramovun da  müvafiq əmri ilə təsis edilmiş «Bakı  Dövlət  Universitetinin 100 illiyi»  medalından söz açıb. Qeyd olunub ki, bu medal Bakı Dövlət Universitetinin fəaliyyətində rolu olmuş Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinə təqdim edilir.

F.Qurbanov daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbiri üzvü Firəngiz Əlizadənin də  Üzeyir Hacıbəyov adına Azərbaycan  Dövlət  Konserevatoriyasında (hazırda Bakı Musiqi Akademiyası) müəllim, baş müəllim, dosent, nəhayət  professor kimi 30 illik pedoqoji fəaliyyətinə, həmçinin dünyanın mötəbər konservatoriyalarında  keçirdiyi ustad dərslərinə görə nazir Ceyhun Bayramovun əmri ilə «Bakı Dövlət Universitetinin 100 illiyi» medalına layiq görüldüyünü  bildirib və medalı təqdim edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə də öz növbəsində təltifə və diqqətə görə Firudin Qurbanova minnətdarlığını bildirib və təhsil naziri Ceyhun Bayramova təşəkkürlərini çatdırmağı xahiş edib.

Azərbaycan bəstəkarının növbəti qələbəsi.
Artıq dəfələrlə simfonik konsert proqramlarında dünya musiqi sənətinin tanınmış klassikləri ilə yanaşı, tanınmış bəstəkarımız Frəngiz Əlizadənin səsləri ilə yanaşı, hər konsert mövsümü ilə sayı artmaqda olan çoxsaylı nümunələr var Burada və indi, yeni, 2020-ci ilin ilk ayında Fransanın Montpellier şəhərində köhnə «Opera Berlioz» konsert salonunda simfonik musiqi konserti keçirildi, burada V.A. Motsartın skripka konserti, P.İ.Çaykovskinin «Manfred» simfonik poeması və » Nağıllar «Frəngiz Əlizadə. Maraqlıdır ki, bütün konsert dinləyiciləri fantastik obrazlar və həyəcanverici hisslərin inanılmaz dünyasına dəvət edən» Nağıllar «devizi altında elan olundu.
Bu gözəl konsertin dirijoru, hazırda bir neçə Avropa orkestrinin rəhbəri olan gənc Maestro idi — Kiril Karabits.
«Nağıllar» əsəri, Franziz Əlizadə tərəfindən İsveçrənin Lucerne şəhərində (Lucerne Festwochen) məşhur yay festivalında çıxışı üçün hazırlanmış və müvəffəqiyyətli premyerasını 2005-ci ildə Fin dirijoru Susanna Malalkinin rəhbərliyi altında davam etdirmişdir. Uğurlu bir başlanğıcdan sonra bu parlaq və rəngarəng oyun simfoniya proqramlarını dəfələrlə bəzəmişdir. Almaniyada, Ukraynada, İsveçrədə və İtaliyada. İndi «Nağıllar» Frangiz Əlizadə Maestro K. Karabits Amerika turu proqramına daxil edilmişdir.

Yanvarın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbərverirki, mərasim iştirakçıları əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın tarixində böyük əhəmiyyət daşıdığını söyləyib.
Vurğulanıb ki, faciə zamanı ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divantutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunub. 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır.
Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyevanın “AzərRzayevin “Bakı-90” simfoniyası haqqında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Azərbaycan bəstəkarlarının yaradıcılığında şəhidlik mövzusu”, musiqişünas Aysel Kərimin “20  Yanvar hadisələrinin Azərbaycan mədəniyyətində təcəssümü” mövzusunda məruzələri dinlənilib.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqili kompozisiya ilə davam edib. Musiqili kompozisiyada bəstəkarlar Azər Rzayevin “Bakı-90” simfoniyası, Kamran Nəsirovun qoboy və piano üçün “Yanvar elegiyası”, Şəmsəddin Qasımovun “Şəhidlər” mahnısı, Azad Zahidin “Şəhidlər”, “Bayraq təpə qartalları” əsərləri səsləndirilib.