Səadət Təhmirazqızının bir musiqişünas kimi milli və professionalmusiqimizin təbliğində, tədqiqində xüsusi rolu var. Tez-tez dövrümətbuatda məqalələri nəşr olunur, radio və televiziya kanallarindaçıxışlar edir.
Şirinova Səadət Təhmirazqızı S.Hacıbəyov adına Sumqayıt şəhər ortaixtisas musiqi texnikumunun “nəzəriyyə” şöbəsini “fərqlənmə diplomu”ilə bitirdikdən sonra Ü.Hacıbəyli adına BMA-nın Musiqi tarixi vənəzəriyyəsi fakultəsini bakalavr və magistr mərhələləri üzrə də“fərqlənmə diplomları” ilə bitirib.
1990-1993-cü ildən UMM-də müəllim, hal-hazırda AzərbaycanTeleviziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində redaktorvəzifəsində çalışaraq Azərbaycan radiosunun fondunda onun 500-əqədər verilişləri qorunub saxlanılır. Azərbaycan Telefilm yaradıcılıqbirliyində Səadət xanımın ssenarisi əsasında “Musiqi aləmində”,“Əliövsət Sadıqov”, “Seyid Şuşinski”, “Xan Şuşinski”, “FikrətƏmirov”, “Tofiq Əhmədov”, “Cövdət Hacıyev”, “Asəf Zeynallı”, “ZakirBağırov”, “Vasif Adıgözəlov”, “Ömrün əlvan notları – Rəşid Şəfəq”,“Xəyala dalarkən – Süleyman Ələsgərov”, “Yaddaşın simləri titrəyərkən– Ramiz Mustafayev”, “Şəmsi Bədəlbəyli”, “İlmələrin sədası — ƏşrəfAbbasov” sənədli televiziya filmləri çəkilib.
O, “Süleyman Ələsgərov xatirələrdə”, “Nəğmədir həyat – ŞəfiqəAxundova”, “Fikrət Əmirov”, “Sənətin Əliövsət zirvəsi”, “Sənətə bağlıömür – Ağaverdi Paşayev”, “Bizim ustad — Əlibaba Məmmədov”,“Şəkidə ifaçılıq sənəti”, “Şəkinin musiqi folkloru”, “Üzeyir Hacıbəylimüasirlərin düşüncəsində”, “Seyid Şuşinski”, “Kamilin sənət dünyası”,“Tarixin səs yaddaşı – Azərbaycan Radiosu”, “Fikrət Əmirovunsimfonik muğamları”(ingilis dilində), “Üzeyir Hacıbəylinin elmifəaliyyətindən səhifələr”, “Qəbələnin musiqi salnaməsi”, “Nəsimi vəmusiqi” kitablarının da müəllifidir.
Səadət Təhmirazqızı Azərbaycan Bəstəkarlar İttifaqının, AzərbaycanJurnalistlər Birliyinin üzvü, “Qızıl qələm”, “Məhsəti Gəncəvi” və1
“Gənclər” mükafatlarının laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru,əməkdar mədəniyyət işçisidir.
Azərbaycan musiqi mədəniyyətində Səadət Təhmirazqızınınxidmətləri əvəzsizdir. Yubiley ilə əlaqədar Mədəniyyət Nazirliyitərəfindən Səadət xanım Fəxri Fərmanla təltif olunmuşdur. AzərbaycanBəstəkarlar İttifaqınin rəhbərliyi taninmiş musigişunasın nailiyyətləriniəks edən,”Fəxri Ünvanla” yubiley münasibəti ilə təbrik edir. Səadət xanıma uzun ömür və bol yaradıcılıq uğurları arzulayırıq.

Nəsirova Fidan
Ü.Hacıbəyli adına BMA-nin
elmi-tədqiqat laboratoriyasının elmi işçisi

2020-ci ilin mart ayından bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində baş verən dəyişikliklər – koronavirusla mübarizə, insanların qorunması məqsədilə həyata keçirilən ciddi karantin rejimi həyatımızın yeni bir dönəmdə davamını şərtləndirdi. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər ölkəmizin vətəndaşları tərəfindən dəstəklənir, inanırıq ki, biz birlikdə bu çətinliyin öhdəsindən gələcəyik.

Pandemiya dövründə Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri “Evdə qal – evdə yarat!” devizinə əsaslanaraq öz yaradıcılığını davam etdirib. Onu da deyək ki, bu dövr bəstəkar və musiqişünaslarımız üçün səmərəli olub.

2020-ci ilin aprel ayında Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş  ən yaxşı mahnı müsabiqəsi keçirilmişdir. On-line şəklində keçirilən müsabiqədə nüfuzlu münsiflər heyətini Azərbaycanın xalq artisti, professor Firəngiz Əlizadənin sədrliyi ilə bəstəkarlar Cəlal Abbasov, Elnara Dadaşova, Gövhər Həsənzadə, musiqişünas Həcər Babayeva, həmçinin koordinator Lətifəxanım Əliyeva təmsil etmişdir.

Münsiflər heyətinin elektron ünvanına 30-a yaxın mahnı göndərilmişdir. Əlbəttə ki, münsiflər heyətinə mahnıların notları və səsyazısı təqdim olunmuşdur. Bir cəhəti də qeyd etmək lazımdır ki, mahnıların səs yazısı bəstəkarlar tərəfindən ev şəraitində, öz qüvvələri ilə həyata keçirilmişdir. Bu mahnılar müxtəlif üslublu olmasına baxmayaraq, onlarda vətənpərvərlik mövzusu və Qələbəyə inam ruhu qabarıqdı və bu da qoyulan mövzuya tam cavab verirdi.

Müsabiqənin mükafatçılarını da qeyd etmək istərdik. Bəstəkarlar Tural Məmmədli – I yerə,  İlahə İsrafilova və Lalə Cəfərova – II yerə.  Fərid Fətullayev və Nərminə Nağıyeva – III yerə layiq görüldülər. Sevinc Əliyeva, Yalçın Məlikov və Ağa Əliyev Azərbaycan Bəstəkarlar İttifaqının Fəxri diplomları ilə təltif olundular.

Müsabiqənin laureatlarını çətin şəraitdə yaradıcılıq əzmi göstərərək bəstələdikləri vətənpərvərlik ruhlu mahnılara görə təbrik edirik və ümid edirik ki, biz tezliklə onları gözəl müğənnilərimizin və musiqi kollektivlərimizin ifasında dinləyəcəyik. Bu mahnılar bizim qəhrəmanlıq tariximizi tərənnüm edərək, insanlara qürur və mübarizlik aşılayacaq.

Karantin ayları ərzində Azərbaycan Bəstəkarlar İttifaqı digər layihələrini də həyata keçirir. Bu baxımdan on-line əlaqə rejimində çalışmaqla çoxillik bir layihənin davam etdirilməsini qeyd etməliyik ki, bu da “Azərbaycan bəstəkarları və musiqişünasları” seriyasından elmi-piblisistik səpkili broşürlərin yazılması ilə bağlıdır. Adı çəkilən layihə özlüyündə maraqlı olub, ilk dəfə olaraq, bəstəkarlarımızın və musiqişünaslarımızın yaradıcılıq portretinin işıqlandırılmasına xidmət edir. Layihənin bir neçə mərhələsi artıq həyata keçirilib, çap olunmuş broşürlər musiqi ictimaiyyətinə təqdim olunaraq rəğbətlə qarşılanıb. Əlbəttə ki, bu səpkidə kitabçaların nəşri musiqi mədəniyyətimizin geniş təbliği üçün çox vacibdir. Pandemiya dövründə də musiqişünaslarımız bu layihə çərçivəsində bir sıra broşürlər yazmışlar.

Bununla yanaşı, musiqişünaslarımız tərəfindən məqalələrin yazılaraq, dövri mətbuatda və elmi jurnallarda çap olunmasını da qeyd etməliyik. Bu, bir daha təsdiq edir ki, karantin rejimi yaradıcı insanların fəaliyyətinə təsir etməmişdir.

Bu sözləri bəstəkarlarımız üçün də deyə bilərik, çünki onların da yaradıcılığı evdə davam edir. Evdə qalmaq bəstəkar üçün fikrini cəmləşdirməyə, maraqlı mövzular tapmağa, yeni layihələr üzərində düşünməyə imkan verir. Bu baxımdan, bəstəkarların yeni yaranan əsərlərindən Azər Dadaşovun “Simfonik poema”sını, Firəngiz Əlizadənin simfonik orkestr üçün “Kosmoqoniya” əsərini, Vüqar Camalzadənin “Dədə Qorqud” baletini, Ceyhun Allahverdiyevin “Tac Mahal” baletini qeyd edə bilərik. Son vaxtlar yaranmış yeni əsərlərdən Nazim Quliyevin Azərbaycan xalq çalğı alətləri orkestri üçün pyeslərini, Rəna Qədimovanın ansambl üçün “Prelüd”, xor və simfonik orkestr üçün “Səfərbər olaq” əsərlərini, Tural Məmmədlinin fortepiano pyeslərini, Aygün Səmədzadənin, Nailə Mirməmmədlinin, Pikə Axundovanın mahnılarını və yaradıcılıq prosesində olan bir sıra əsərləri də əlavə edə bilərik. Digər bəstəkarlar da fəal yaradıcılıqla məşğul olurlar və yaratdıqları əsərlər haqqında bizi məlumatlandırırlar.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında öz tədbirləri ilə həmişə fəal surətdə iştirak edən bir təşkilatdır. Mütəmadi olaraq, müxtəlif mövzulu konsertlərin, konfransların, təqdimat mərasimlərinin keçirilməsi bu qəbildəndir.

2020-ci ilin birinci yarımilində planlaşdırılmış tədbirlərin bir qismi həyata keçirilsə də, təəssüf ki, bəzi tədbirlər təxirə düşmüşdür. Bunlardan görkəmli bəstəkarımız Əşrəf Abbasovun 100 illiyi ilə bağlı yubiley tədbirləri Azərbaycan Opera və Balet Teatrında “Qaraca qız” baletinin tamaşası, Azərbaycan Dövlət Filarmoniyasında simfonik konsert,  Azərbaycan Bəstəkarlar İttifaqında kamera konserti və konfransdan ibarət olaraq planlaşdırılmışdı. Həmçinin, musiqişünaslar Kamilə Dadaşzadənin 60 illiyi, Səadət Təhmirazqızının 50 illiyinin qeyd olunması tədbirlər planına daxildi və bu münasibətlə K.Dadaşzadınin “Aşıq-ozan ensiklopediyası” (2 cilddə), S.Təhmirazqızının “Nəsimi musiqidə” nəşrlərinin təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulmuşdu. Lakin ümid edirik ki, bütün bunları yeni mövsümdə həyata keçirəcəyik.

Sonda yaşadığımız bu karantin vəziyyətində xalqımıza qüvvətli olmağı arzulayırıq və inanırıq ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə biz bütün qüvvələrimizi səfərbər edərək, pandemiyaya qalib gələcəyik.

 

Cəmilə Həsənova

Sənətşünaslıq üzrə elmlər doktoru, professor,

Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş  ən yaxşı mahnı müsabiqəsi keçirilmişdir.

Dünyanı əhatə edən pandemiya səbəbindən ölkəmizdəki karantin dövründə, yaşadığımız bu çətin vaxtda bəstəkarlarımız elan edilmiş müsabiqədə çox fəal surətdə iştirak etmişlər. Azərbaycanın xalq artisti, professor Firəngiz Əlizadənin sədrlik etdiyi nüfuzlu münsiflər heyətinin tərkibi bəstəkarlar Cəlal Abbasov, Elnara Dadaşova, Gövhər Həsənzadə, musiqişünas Həcər Babayeva, həmçinin koordinator Lətifəxanım Əliyevadan ibarət olmuşdur. On-layn rejimdə işləyən münsiflər heyətinin ünvanına 30-a yaxın mahnı göndərilmişdir. Mahnılar müxtəlif yaradıcılıq üslubunda bəstələnsə də, onların hamısında vətənpərvərlik və Qələbəyə inam ruhu öz əksini tapmışdır. Xatırladaq ki, mahnıların səs yazısı bəstəkarlar tərəfindən ev şəraitində, öz qüvvələri ilə həyata keçirilmişdir. Lakin şübhə etmirik ki, yaxın zamanda, ən yaxşı nümunələr solistlər və ifaçılıq kollektivləri tərəfindən səsləndirilərək, geniş dinləyici auditoriyasına təqdim olunacaq.

Müsabiqənin laureatları olan bəstəkarlar:

I yer – Tural Məmmədli

II yer – İlahə İsrafilova, Lalə Cəfərova

III yer – Fərid Fətullayev, Nərminə Nağıyeva.

Azərbaycan Bəstəkarlar İttifaqının Fəxri diplomlarına bəstəkarlar Sevinc Əliyeva, Yalçın Məlikov və Ağa Əliyev layiq görülmuşlər.  

“Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasında

Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı

MÜSABİQƏSİ

 

Bakı — 2020

 

 

  1. Ümumi Məlumat
  2. Adı

Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı üzrə müsabiqə

Bakı, aprel-may 2020-ci il.

  1. Təşkilatçılar
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
  • Azərbaycan Bəstəkarlar İttifaqı
  1. 3. Müsabiqənin strukturu
  • Müsabiqə bir kateqoriya üzrə — vətənpərvərlik ruhunda mahnı — seçim turundan ibarətdir.
  • Seçim mərhələsi sənədlərə və audio yazılara əsaslanır və müsabiqənin iştirakçılarını müəyyənləşdirir.
  1. Müsabiqənin keçirilmə tarixi

10 aprel — 9 may, 2020-ci il

  1. Müsabiqənin keçirildiyi yer

Azərbaycan Bəstəkarlar İttifaqı

(Xaqani küçəsi, 53, Bakı)

  1. Münsiflər heyəti

Firəngiz Əlizadə — sədr

Cəlal Abbasov – üzv

Gövhər Həsənzadə — üzv

Həcər Babayeva – üzv

Elnara Dadaşova – üzv

Lətifəxanım Əliyeva — kordinator

 

  1. Müsabiqədə iştirak üçün müraciət
  2. Uyğunluq

Müsabiqədə yaşı 20-dən yuxarı olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilərlər.

  1. Son müraciət tarixi

9 may 2020-ci il

İştirakçılar music0306@mail.ru  və ya musabige@mail.ru elektron ünvanlarına mahnının yüksək formatda yazılmış audio versiyasını, öz şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçə bilərlər.

Göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirməklə yanaşı, həmçinin vətənpərvərlik ruhunu da dinləyicilər üçün ən aydın və cəlbedici şəkildə çatdırmağa müvəffəq olmalıdır.

  1. Qeydiyyatdan keçmə qaydası
  • Müsabiqəyə qeydiyyat yalnız onlayn şəkildə aparılır. İştirakçılar tərəfindən fərdi şəkil, yaradıcılıq xülasəsi və audio yazı (5 dəqiqədən çox olmamaq şərti ilə) yuxarıda qeyd olunan elektron ünvana göndərilməlidir. Ərizənin doldurulduğu tarixdən 6 ay əvvəldən tez olmayaraq öndən, sinədən yuxarı çəkilmiş və yüksək keyfiyyətli rəqəmsal formatda şəkillər olmalıdır (minimum 300 dpi). Şəkillərin istifadəsinə dair müəllif tərəfindən iddia olunmamalıdır. Şəkillərdən rəsmi proqramlarda, web-saytlarda və ictimai əlaqələr məqsədilə istifadə olunacaqdır.

Qeydiyyat forması tam doldurulmadığı halda, həmin ərizənin qəbulu prosesi dayandırıla bilər.

 

 

  1. Qeydiyyat ünvanı

Müsabiqə ilə bağlı ətraflı məlumatı music0306@mail.ru  elektron ünvanı vasitəsilə əldə etmək mümkündür.

  1. Seçim mərhələsi
  • Seçim mərhələsi ərizəçilər tərəfindən təqdim olunmuş musiqi parçalarına əsasən həyata keçiriləcəkdir.

 

III. Müsabiqədə iştirak

  1. Müsabiqə çıxışları
  • Müsabiqə dinləyicilər üçün qapalı şəraitdə keçirilir.
  • Müsabiqənin qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra mct.gov.az saytında rəsmi olaraq yayımlanacaqdır.
  1. Rəy
  • 5 nəfərdən ibarət Münsiflər heyəti reytinq qiymətləndirmə sisteminə əsasən iştirakçıların təqdim etdiyi mahnılara öz rəyini bildirəcək. Münsiflərin ayrı-ayrılıqda qərarlaşdırdıqları fərdi qiymətləndirmə siyahıları ümumi cədvələ köçürüləcək və orta qiymətləndirmə hesabatı ictimaiyyətə açıqlanmazdan əvvəl münsiflər tərəfindən müzakirə olunacaq.
  • Müsabiqə zamanı münsiflərlə iştirakçılar arasında heç bir ünsiyyətə icazə verilmir. Bu qayda müsabiqəni tərk etmiş iştirakçıya aid edilmir.
  • Münsiflər heyətinin verdiyi qərara qarşı heç bir etiraz və ya şikayət qəbul edilmir.

 

  1. Mükafatlar

Gran-Pri                    — 2 000 manat məbləğində pul mükafatı
Birinci yer                 — 1 500 manat məbləğində pul mükafatı
İkinci yer                   — 1 250 manat məbləğində pul mükafatı
Üçüncü yer                — 1 000 manat məbləğində pul mükafatı

 

 

  • Münsiflər heyəti yerlərdən hansınısa heç bir iştirakçıya verməmək və  ya eyni yeri bir neçə iştirakçıya vermək hüququna malikdir
  • Əgər bir neçə qalib eyni yeri tutarsa, onda həmin yer üçün müəyyən edilmiş mükafat həmin qaliblər arasında tam şəkildə bölüşdürülməlidir
  • Qaliblərə təşkilatçılar və fərdi şəxslər tərəfindən müsabiqəni dəstəkləmək məqsədilə əlavə mükafatlar təqdim oluna bilər
  • Mükafatlar qaliblərə şəxsən nağd pulla təqdim ediləcəkdir.
  1. Digər Məsələlər
  1. Məhdudiyyətlər

Müsabiqəyə göndərilmiş musiqi materialı daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməlidir.

Bu yaxınlarda görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, YUNESKO-nun “Sülh artisti”, Ağa Xan Fondu mükafatının laureatı Firəngiz Əlizadənin simfonik orkestr üçün “Nağıllar” əsəri Fransanın Monpelye şəhərində böyük uğurla səsləndirilmişdir. Bu əsər “Opera Berlioz” zalında Mosart və Çaykovskinin musiqisi ilə yanaşı təqdim olunmuşdur. İndi bir aydan az bir müddətdən sonra, martın 5 və 6-da bu parlaq simfonik lövhə Amerikanın Minneapolis şəhərində (Minnesota ştatı) maestro Kirill Karabitsin rəhbərliyi altında Minnesota Orkestrinin ifasında səsləndi. Konsertlərin bukletlərində qeyd olunur ki, Firəngiz Əlizadə təkcə öz Vətənində deyil, həmçinin SSRİ məkanında bəstəkarlıq yazı texnikası sahəsində bir çox novator üsulların “pioneri”dir. Onun musiqisini məşhur amerikalı musiqiçilər Yo-Yo Ma və “Kronos Quartet” öz konsertlərində böyük müvəffəqiyyətlə ifa edirlər. Minneapolisdə hər iki filarmonik konsert çox möhtəşəm keçdi. Resenziyalarda bu konsertlər “Musiqili Avropanın Amerikaya yaddaqalan eskortu” adlandırılmışdı.

Bu da təsadüfi deyil, belə ki, proqrama virtuoz alman violin ifaçısı Christian Tetzlaffın ifasında Dmitri Şostakoviçin Skripka konserti, həmçinin, Sergey Prokofyevin 5 saylı Simfoniyası daxil idi. Göründüyü kimi, Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin əsəri müasir simfonik musiqinin şedevrləri ilə bır sırada səslənərək, amerikalı dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.

Maestro K.Karabits Minnesota Orkestrini Amerikanın ən yaxşı simfonik kollektivlərindən biri kimi dəyərləndirərək, onun “yüksək ifaçılıq səviyyəsini, düşünülmüş repertuar siyasətini, yeni əsərlərin mənimsənilməsində və təfsirində böyük fəallığını” qeyd etmişdir. Bu haqda tanınmış dirijor “The Quardian” qəzetində müsahibə verərkən danışmışdır. O, Firəngiz Əlizadənin “Nağıllar” əsərinə xüsusi diqqət yetirərək vurğulayır ki, “Azərbaycandan olan bu bəstəkar qadın ən çox ifa edilən müəllif kimi aparıcı mövqeyə malikdir. O, Avropa simfonizminin avanqard nailiyyətlərini Şərqin heyranedici melodik gözəlliyi ilə qovuşduraraq, özünəməxsus unikal musiqi üslubunu yaratmağa nail olmuşdur”.

6 mart tarixində keçirilən konsert isə Amerika radio kanalı vasitəsilə birbaşa yayımlanmışdır ki, bu da həmin musiqi hadisəsinin böyük ictimai rezonans doğurmasına səbəb olmuşdur.

Firəngiz Əlizadənin əsərləri daxil edilən konsertlər haqqında danışarkən, “Kronos Quartet”in Amerika turnesini də qeyd etməliyik ki, bu turne çərçivəsində bəstəkarın “Dance”, “Muğam Sayağı”, “Oasis” əsərləri dəfələrlə ifa olunmuşdur. San-Fransiskodan olan bu tanınmış simli kvartetin konsertləri “Center of Performing Arts” (Pensilvaniya) və “San Francisco Concert Hall” (Kaliforniya) kimi nüfuzlu konsert zallarında keçirilmişdir. 2020-ci il martın 21-də isə Kembricdə məşhur “Sanders Theatre” zalında olacaq konsert çox maraqla gözlənilir. Burada Firəngiz Əlizadənin “Dance” və “Muğam Sayağı” əsərləri Amerikanın rəqs truppasının müşayiəti ilə ifa olunacaq.

Martın 4-də Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Respublikanin Əməkdar mədəniyyət işçisi, təcrübəli musiqi redaktoru Xanlar Noruzovun 60 illik yubileyi münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, Xalq artisti, professor Firəngiz Əlizadə rəsmi təbrik-ünvanını yubilyara təqdim etmiş və  səmimi qəlbdən təbrik etmişdir.

X.Novruzov uzun illərdir Azərbaycan Bəstəkarlar İttifaqinda çalişaraq, təşkilatımızın keçirdiyi respublika və beynəlxalq əhəmiyyətli musiqi layihələrinin, festivalların, qurultay və plenumların hazırlanmasında fəal iştirak edir.

Azərbaycan bəstəkarlarının əsərlərinin bərpa edilməsində, nəşr olunmasında X.Novruzovun təcrübəli musiqi redaktoru kimi  fəaliyyəti təqdirəlayiqdir. Bu qəbildən xüsusilə, Ü.Hacıbəylinin “O olmasin, bu olsun” musiqili komediyasının və “Leyli və Məcnun” operasının klavirlərini, Q.Qarayevin 2-ci Simfoniyasını, T.Quliyevin “Ürək mahnıları” not məcmuəsini, 7 cildlik “Azərbaycan Xalq Musiqisi Antologiyası”nı və s. not nəşrlərini qeyd etmək olar.

Martın 3-də Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, respublikanin tanınmış musiqişünas-alimi, Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının dosenti, təcrübəli     pedaqoq    Tamilla Hüseynovanın  75 yaşı tamam olmuşdur. Yubiley  münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova yubilyarı ziyarət edərək, Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin adından rəsmi təbrik-ünvanını ona təqdim etmiş və  səmimi qəlbdən təbrik etmişdir.

T.Hüseynova Azərbaycan bəstəkarlarının yaradıcılığını əks etdirən monoqrafiyaların, məqalə və oçerklərin, habelə elmi-tədqiqat işlərinin və dərsliklərin müəllifi kimi milli musiqişünasliq elminə öz  töhfələrini vermişdir.  Onun xüsusilə, “Asəf Zeynallının vokal lirikasının üslub xüsusiyyətləri”, “Üzeyir Hacıbəyovun romanslarının poetik musiqili üslub xüsusiyyətləri”, “Müasir Azərbaycan musiqisində kamera-vokal silsilələr” və s. mövzulara həsr olunmuş  elmi tədqiqatlari milli musiqişünaslıq elminin önəmli səhifələrini təşkil edir.

T.Hüseynovanın uzun illər  Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyəti sayəsində böyük bir musiqişünaslar nəsli yetişmişdir. Hazirda onlar respublikamızın müxtəlif musiqi müəssisələrində uğurla çalişirlar.

Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək xalqımızın qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və bu soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının xalqımıza və bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayan F.Əlizadə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına siyasi-hüquqi qiymət verildiyini bir daha diqqətə çatdırıb

F.Əlizadə qeyd edib ki, bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti olduqca böyükdür.

Bəstəkarlar İttifaqının sədri qeyd edib ki, xalqımızın yaşadığı Xocalı soyqırımı milli musiqimiz vasitəsilə də dünyaya çatdırılır.

“Bu baxımdan “Xocalı”, “Xocalı laylası”, “Xocalı uşaqlarına lay-lay”, “Xocalı avazları”, “Xocalı-613”, “Xocalı naləsi” və başqa milli musiqi əsərləri dünyanın bir sıra ölkələrində ifa olunaraq müəyyən təbliğat vasitəsinə çevrilib. Xalqımızın qan yaddaşı olan Xocalı faciəsinin bütün dünya dövlətləri tərəfindən tanınmasında hər bir təbliğat vasitəsindən istifadə olunmalıdır. Bu baxımdan mövzu ilə əlaqədar yaranan milli musiqi əsərləri böyük əhəmiyyət kəsb edir”, — deyə F.Əlizadə vurğulayıb.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı və digər natiqlər çıxışlarında Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğulayaraq bildiriblər ki, Xocalı həqiqətlərinin dünyaya tanıdılması hər birimizin borcudur.

Sonra tədbir Xocalıya həsr olunan musiqi nömrələrinin səsləndirilməsi ilə davam edib.

Bəstəkarlar İttifaqında Qara Qarayevə həsr olunan məruzələr dinlənilib

Fevralın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) dahibəstəkar, görkəmli pedaqoq və ictimai xadim, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 102-ci ildönümü ilə bağlı konfrans keçirilib.

Tədbirdə respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konfransda Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor  Firəngiz Əlizadə görkəmli bəstəkar Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən danışıb. Qeyd edib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan bəstəkar Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. “Qara Qarayev haqqında nəqədər danışsaqda azdır. Biraz əvvəl Fəxri xiyabanda onun məzarını ziyarət etdik. Sonra ev-muzeyində olduq və onun xatirəsini bir daha yad etdik. Bunların hamısı onun əziz xatirəsinə həsr olunan tədbirlərdir. Böyük bəstəkar zəngin və çoxşaxəli yaradıcılığa malikdir. Onun bəstəkarlı qməktəbi, məqalələri, ictimai fəaliyyəti kitabların, araşdırmaların mövzusu olabilər. Dahi insanların gördüyü işlər qısa müddətli olmur. O, əsrlər üçün yaradır. Bu baxımdan bəstəkarın həyat və fəaliyyəti bizim üçün örnəkdir. Onun yüksək insani keyfiyyətləri, yaradıcılıq istedadı musiqimizin gələcəyinə işıq tutub. Bütün həyatı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, muğamlarımızı, aşıq sənətimizi də dərindən öyrənib, bu haqqda məqalələr yazıb. Biz Qara Qarayevin tələbələri olaraq onun qoyduğu şərəfli missiyanı davam etdirməyə çalışırıq”, — deyə F.Əlizadəbildirib.

Sonra ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova  “Qara Qarayev haqqında nəşr olunan yeni kitablar”, Əməkdar incəsənət xadimi Elnarə Dadaşova “Qara Qarayevin estetik baxışları”, Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva “Xatirələrlə yaşayan dahi sənətkar”, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Qara Qarayevin ev-muzeyi”, professor Cəmilə Həsənova “Qara Qarayevin pedaqoji prinsipləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir musiqi nömrələrinin dinlənilməsi ilə davam edib. Xalq artisti Gülnaz İsmayılovanın ifasında dahi bəstəkarın “Gürcüstan təpələrində” və  “Mən sizi sevirdim” romansları dinlənilib, piano üçün 2 prelüdü,  violin və piano üçün sonatası səsləndirilib.

Fevralın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov ilə görüş olub. Görüşdə nazir müavini F.Qurbanov dövlət başçısı möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə  Bakı Dövlət Universitetinin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasından, həmçinin bu münasibətlə təhsil naziri Ceyhun Bayramovun da  müvafiq əmri ilə təsis edilmiş «Bakı  Dövlət  Universitetinin 100 illiyi»  medalından söz açıb. Qeyd olunub ki, bu medal Bakı Dövlət Universitetinin fəaliyyətində rolu olmuş Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinə təqdim edilir.

F.Qurbanov daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbiri üzvü Firəngiz Əlizadənin də  Üzeyir Hacıbəyov adına Azərbaycan  Dövlət  Konserevatoriyasında (hazırda Bakı Musiqi Akademiyası) müəllim, baş müəllim, dosent, nəhayət  professor kimi 30 illik pedoqoji fəaliyyətinə, həmçinin dünyanın mötəbər konservatoriyalarında  keçirdiyi ustad dərslərinə görə nazir Ceyhun Bayramovun əmri ilə «Bakı Dövlət Universitetinin 100 illiyi» medalına layiq görüldüyünü  bildirib və medalı təqdim edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə də öz növbəsində təltifə və diqqətə görə Firudin Qurbanova minnətdarlığını bildirib və təhsil naziri Ceyhun Bayramova təşəkkürlərini çatdırmağı xahiş edib.

Azərbaycan bəstəkarının növbəti qələbəsi.
Artıq dəfələrlə simfonik konsert proqramlarında dünya musiqi sənətinin tanınmış klassikləri ilə yanaşı, tanınmış bəstəkarımız Frəngiz Əlizadənin səsləri ilə yanaşı, hər konsert mövsümü ilə sayı artmaqda olan çoxsaylı nümunələr var Burada və indi, yeni, 2020-ci ilin ilk ayında Fransanın Montpellier şəhərində köhnə «Opera Berlioz» konsert salonunda simfonik musiqi konserti keçirildi, burada V.A. Motsartın skripka konserti, P.İ.Çaykovskinin «Manfred» simfonik poeması və » Nağıllar «Frəngiz Əlizadə. Maraqlıdır ki, bütün konsert dinləyiciləri fantastik obrazlar və həyəcanverici hisslərin inanılmaz dünyasına dəvət edən» Nağıllar «devizi altında elan olundu.
Bu gözəl konsertin dirijoru, hazırda bir neçə Avropa orkestrinin rəhbəri olan gənc Maestro idi — Kiril Karabits.
«Nağıllar» əsəri, Franziz Əlizadə tərəfindən İsveçrənin Lucerne şəhərində (Lucerne Festwochen) məşhur yay festivalında çıxışı üçün hazırlanmış və müvəffəqiyyətli premyerasını 2005-ci ildə Fin dirijoru Susanna Malalkinin rəhbərliyi altında davam etdirmişdir. Uğurlu bir başlanğıcdan sonra bu parlaq və rəngarəng oyun simfoniya proqramlarını dəfələrlə bəzəmişdir. Almaniyada, Ukraynada, İsveçrədə və İtaliyada. İndi «Nağıllar» Frangiz Əlizadə Maestro K. Karabits Amerika turu proqramına daxil edilmişdir.

Yanvarın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbərverirki, mərasim iştirakçıları əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın tarixində böyük əhəmiyyət daşıdığını söyləyib.
Vurğulanıb ki, faciə zamanı ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divantutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunub. 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır.
Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyevanın “AzərRzayevin “Bakı-90” simfoniyası haqqında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Azərbaycan bəstəkarlarının yaradıcılığında şəhidlik mövzusu”, musiqişünas Aysel Kərimin “20  Yanvar hadisələrinin Azərbaycan mədəniyyətində təcəssümü” mövzusunda məruzələri dinlənilib.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqili kompozisiya ilə davam edib. Musiqili kompozisiyada bəstəkarlar Azər Rzayevin “Bakı-90” simfoniyası, Kamran Nəsirovun qoboy və piano üçün “Yanvar elegiyası”, Şəmsəddin Qasımovun “Şəhidlər” mahnısı, Azad Zahidin “Şəhidlər”, “Bayraq təpə qartalları” əsərləri səsləndirilib.