Ön söz

Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub. Üzeyir Hacıbəylidən sonra İdarə heyətinin sədrləri və katibləri görkəmli bəstəkarlar – Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları həmişə bu təşkilata inzibati baxımdan deyil, məhz yaradıcılıq proseslərinə təkan verən, bəstəkarlara dayaq olan, onların problemlərinin həllində kömək olan bir təşkilat kimi rəhbərlik ediblər. Bu ənənə bu gün də davam edir.
2007-ci ilin iyun ayında keçirilən bəstəkarların VIII qurultayında Azərbaycan Bəstəkarlar İttifaqının sədri YUNESKO tərəfindən “Dünya artisti” fəxri adına layiq görülmüş, Azərbaycan Respublikasının xalq artisti, professor Firəngiz Əlizadə seçilmişdir. Həmçinin, İttifaqın İdarə Heyətinin yeni tərkibinin və katibliyin seçkisi keçirilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyi təşkilatın işinin daha səmərəli qurulmasına böyük əmək sərf edir.

Fəaliyyət göstərdiyi böyük hadisələrlə zəngin zaman kəsiyində bəstəkar və musiqişünasları doğma, isti bir ocaq kimi öz ətrafında cəmləyən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi olaraq, ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır.

Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayı ərəfəsində 2007-2012-ci illər ərzində yaşadığımız tarixə bir daha nəzər salmaq, bəstəkar və musiqişünaslarımızın gündən-günə tərəqqi edən Azərbaycanımızın mənəvi xəzinəsinə bəxş etdiyi töhfələrdən, Azərbaycan musiqi mədəniyyətinin yüksəlişi və dünyaya tanıdılması yolundakı nailiyyətlərdən, həyata keçirilən uğurlu layihələrdən söz açmaq istəyirik.

Təqdim olunan nəşrdə Azərbaycan Bəstəkarlar İttifaqının qurultaydanqurultaya kimi keçdiyi yol, respublikanın musiqi həyatındakı rolu, tarixi baxımdan qısa olan beş illik bir dövrdə görülən əhəmiyyətli işlər, keçirilən tədbirlər – dövri mətbuatda çıxan məqalələr və foto şəkillər vasitəsilə – işıqlandırılır.

“Musiqini hər yerdə dinləyirlər, kəndli də, fəhlə də, zehni əmək adamı da, təqaüdçü də, uşaq da dinləyir, yaşından asılı olmayaraq hamı dinləyir. Buna görə də insanların şüurunun yüksəlməsinə musiqinin təsirini artırmaq, mənəvi, estetik tərbiyə problemlərinin həllinə onun təsirini gücləndirmək, musiqinin geniş kütlələrə emosional təsirini qüvvətləndirmək sizin borcunuzdur. Bu, böyük və eyni zamanda çox nəcib bir vəzifədir. Biz əmin olmaq istəyirik ki, ayrılıqda hər bir bəstəkar və birlikdə hamınız bütün yaradıcılıq fəaliyyətinizlə Azərbaycan musiqisini daha da inkişaf etdirməyə çalışacaqsınız”. Müasir musiqi mədəniyyətinin tərəqqisində Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətini yüksək  qiymətləndirən Ulu öndərimiz Heydər Əliyevin vaxtilə bəstəkarlara müraciətlə dediyi sözlər bu gün də mənalı və aktual səslənir. Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin tənzimlənməsində, musiqi sənətimizin inkişaf etdirilib dünya miqyasında tanıdılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərdə ümummilli liderimiz Heydər Əliyevin yaradıcı şəxslərə xüsusi dəstəyi, müəlliflərin hüquqlarının qorunmasına, onların yaradıcılığı üçün əlverişli şəraitin yaradılmasına göstərdiyi böyük diqqət və qayğı sayəsində daha da artmışdır.

Bu gün həmin ənənələr Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda şərəflə davam etdirilir. İlham Əliyevin müdrik və coşğun fəaliyyəti sayəsində respublikamızda bütün sahələrdə olduğu kimi, musiqi həyatında da yüksəliş və tərəqqi özünü göstərir. Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti də musiqi mədəniyyətimizin inkişafına yönəldilmişdir. Son illərdə Azərbaycan Bəstəkarlar İttifaqının iştirakı ilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin qayəsi də bunun sübutudur.

Bəstəkar və musiqişünasların doğma ocağı

“Musiqini hər yerdə dinləyirlər, kəndli də, fəhlə də, zehni əmək adamı da, təqaüdçü də, uşaq da dinləyir, yaşından asılı olmayaraq hamı dinləyir. Buna görə də insanların şüurunun yüksəlməsinə musiqinin təsirini artırmaq, mənəvi, estetik tərbiyə problemlərinin həllinə onun təsirini gücləndirmək, musiqinin geniş kütlələrə emosional təsirini qüvvətləndirmək sizin borcunuzdur. Bu, böyük və eyni zamanda çox nəcib bir vəzifədir. Biz əmin olmaq istəyirik ki, ayrılıqda hər bir bəstəkar və birlikdə hamınız bütün yaradıcılıq fəaliyyətinizlə Azərbaycan musiqisini daha da inkişaf etdirməyə çalışacaqsınız”.

Müasir musiqi mədəniyyətinin tərəqqisində Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirən Ulu öndərimiz Heydər Əliyevin vaxtilə bəstəkarlara müraciətlə dediyi sözlər bu gün də mənalı və aktual səslənir.

Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin tənzimlən­ məsində, musiqi sənətimizin inkişaf etdirilib dünya miqyasında tanıdılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin mi­silsiz xidmətləri olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərdə ümummilli liderimiz Heydər Əliyevin yaradıcı şəxslərə xüsusi dəstəyi, müəlliflərin hüquqlarının qorunmasına, onların yaradıcılığı üçün əlverişli şəraitin yaradılmasına göstərdiyi böyük diqqət və qayğı sayəsində daha da artmışdır.

Bu gün həmin ənənələr Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda şərəflə davam etdirilir. İlham Əliyevin müdrik və coşğun fəaliyyəti sayəsində respublikamızda bütün sahələrdə olduğu kimi, musiqi həyatında da yüksəliş və tərəqqi özünü göstərir. Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti də musiqi mədəniyyətimizin inkişafına yönəldilmişdir. Son illərdə Azərbaycan Bəstəkarlar İttifaqının iştirakı ilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin qayəsi də bunun sübutudur.

Azərbaycan Bəstəkarlar İttifaqının son beş ildəki tarixinin ən böyük hadisəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakının Xaqani küçəsi 27 ünvanında yerləşən İttifaqın binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə 2009-cu il sentyabrın 1-də açılış mərasiminin keçirilməsi oldu.

Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi ərəfəsində, binanın istismara verilməsi və onun təmirdən sonra açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın iştirak etməsi musiqi ictimaiyyəti üçün ikiqat bayram təəssüratı yaratdı.

Məlum olduğu kimi, 1964-cü ildən Bəstəkarlar İttifaqının istifadəsində olan bu binada 1991-ci ilin avqustundan Türkiyə Respublikasının konsulluğu, daha sonra səfirliyi yerləşmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının kollektivi 20 ilə yaxın müddət ərzində öz doğma ünvanından uzaq düşmüş, başqa-başqa ünvanlarda fəaliyyət göstərmişdir. Xalq artisti, professor Firəngiz xanım Əlizadənin İttifaqa sədr seçilməsindən sonra Azərbaycan Bəstəkarlar İttifaqının binasının təşkilata qaytarılması məsələsi gündəmə gəlmiş və öz müsbət həllini tapmışdır.

Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin 2008-ci il 14 aprel tarixli Sərəncamına əsasən bina Bəstəkarlar İtŧifaqının istifadəsinə verilmişdir. Prezident İlham Əliyevin “Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması haqqında” 2007-ci il 12 mart tarixli Sərəncamına uyğun olaraq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən burada yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Təmir və yenidənqurma işlərinə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat, bundan əlavə, musiqi alətləri, müasir texniki avadanlıq alınmasına 1 milyon manat vəsait ayrılmışdır.

Bir il müddətində bu üçmərtəbəli memarlıq abidəsi (1912) əsaslı şəkildə yenidən qurulmuşdur. Binanın birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin büstü, ikinci və üçüncü mərtəbələrin arasında isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli qoyulmuşdur.

Azərbaycan Bəstəkarlar İttifaqının kollektivi normal şəraitdə çalışmaq üçün müasir texniki avadanlıqlarla təmin edilmişdir. Əsaslı təmir və yenidənqurmadan sonra burada 27 müxtəlif təyinatlı otaq, müasir konsert salonu, konfrans zalı, kitabxana və inzibati otaqlar istifadəyə verilmişdir. Yeni yaradılan böyük konsert salonu üçün əsasən Almaniya istehsalı olan musiqi alətləri alınmışdır. Burada ilk dəfə olaraq rəqəmsal kompyuter musiqi sistemi ilə təchiz olunmuş səsyazma studiyası da yaradılmışdır. Bu, musiqişünasların yeni layihələr həyata keçirmələrinə, müxtəlif yaradıcı qurumlarla mütəmadi görüşlər təşkil etmələrinə və səmərəli əməkdaşlıq əlaqələri qurmalarına yaxşı imkan yaradır. Təşkilatın fondunda Azərbaycan bəstəkarlarının 750-yə yaxın nadir əlyazmasının və 500-dən artıq nəşrin qorunub saxlandığı kitabxana otaqları da yenidən qurulmuşdur.

Əlamətdar mədəni hadisə münasibətilə bəstəkarları təbrik edən Prezident İlham Əliyev Azərbaycan klassik musiqi sənətinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirərək demişdir:

“Bu, doğrudan da böyük hadisədir. Biz tarixi ədaləti bərpa etdik. Təxminən 20 ildən sonra bəstəkarlar öz doğma evinə qayıdıblar. Bina əlbəttə ki, çox böyük tarixi məna daşıyır. Azərbaycanın dahi bəstəkarları və musiqi aləmində dünyamiqyaslı şöhrətə sahib olan insanlar bu binada yaşayıblar, çalışıblar, yaradıblar, burada konsertlər, qurultaylar keçirilib və indi binaya yeni həyat verilir. Bina tam əsaslı təmir olunub. Xarici gözəlliyini saxlamaqla, əlbəttə ki, daxili dizayn ən müasir standartlara cavab verir. Əminəm ki, bəstəkarlar bu binada səmərəli işləyəcəklər, çalışacaqlar, yeni gözəl əsərlərini yaradacaqlar və Azərbaycanın musiqi sənətini daha sürətlə inkişaf etdirəcəklər”.

İlham Əliyevin Azərbaycan bəstəkarlarının və musiqişünasların əməyini təqdir etməsi, onların yaradıcılığını yüksək fəxri adlarla və mükafatlarla dəyərləndirməsi, yaradıcı şəxsiyyətlərə president təqaüdünün verilməsi, dövlət tərəfindən göstərilən çox yüksək maddi və mənəvi qayğıkeşlik Bəstəkarlar İttifaqının fəaliyyətinə verdiyi qiymətin bariz təzahürüdür.

***

2007-2012-ci illər ərzində Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə İttifaqın üzvləri olan bəstəkarlar və musiqişünaslardan 5 nəfər Azərbaycan Respublikasının xalq artisti, 33 nəfər əməkdar incəsənət xadimi, 1 nəfər əməkdar artist, 7 nəfər əməkdar müəllim, 1 nəfər əməkdar mədəniyyət işçisi kimi fəxri adlar, 5 nəfər prezidentin fəxri təqaüdünü almış, 4 nəfər “Şöhrət” ordeni, 1 nəfər “Şərəf” ordeni, 1 nəfər “Tərəqqi” medalı, 1 nəfər Prezidentin Fəxri fərmanı ilə təltif olunmuşlar. Yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdar­lıqlarını bildirən tanınmış musiqi xadimləri, bəstəkarlar bütün­ bunları dövlətimizin başçısının Azərbaycan musiqisinə və incə­sənətinə qayğısının nümunəsi kimi qiymətləndirirlər.

***

2009-cu il sentyabrın 18-də bütün Respublikamızda təntənəli surətdə qeyd olunan Üzeyir Musiqi günündə Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunun açılış mərasimi bayram ovqatını zənginləşdirdi və musiqi ictimaiyyətinə daha bir töhfə oldu. Mərasimdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, eləcə də respublikanın tanınmış ziyalıları iştirak etmiş, Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin musiqi mədəniyyətimizdəki əhəmiyyətindən bəhs etmişlər. Azərbaycan Bəstəkarlar İttifaqına yeni qəbul olunan bəstəkar və musiqişünaslara vəsiqələr təqdim olunmuşdur.

Açıldığı gündən Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonu ölkəmizin musiqi həyatında neçə-neçə beynəlxalq miqyaslı tədbirlərin keçirildiyi coşğun və maraqlı məkanlardan birinə çevrilmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqı — 75

2009-cu ilin dekabrında Azərbaycan musiqi mədəniyyəti хаdimləri, bəstəkаrlаr və musiqişünаslаr əlamətdar bir tarixi hаdisəni — Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 75 illiyini (1934-2009) qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında bir sıra təntənəli tədbirlərlə qeyd olunan bu yubiley Azərbaycan Bəstəkarlar İttifaqının respublikanın musiqi həyatındakı əhəmiyyətli rolunu bir daha təsdiq etdi. “Azərbaycan Bəstəkarlar İttifaqı — 75” Beynəlxalq Musiqi Festivalı respublikanın musiqi həyatında parlaq və yaddaqalan hadisələrdən biri oldu.

***

30 iyun 1934-cü il. Məhz bu gün musiqi tariximizdə Azərbaycan Bəstəkarlar İttifaqının yaranma günü kimi daxil olmuşdur. Yarandığı ilk gündən bu vaxta qədər Bəstəkarlar İttifaqı Azərbaycanın musiqi həyatında koordinasiya mərkəzi kimi böyük tarixi rol oynamışdır. Mübaliğəsiz dеmək olar ki, bu təşkilat əksər hallarda bəstəkar yaradıcılığındakı bir çox axtarışlara və yеni istiqamətlərə təkan vеrən başlıca amillərdən biri kimi çıxış еtmiş, milli kadrların formalaşmasını, onların əsərlərinin təbliğini, yaradıcılıq niyyətlərinin gеrçəklənməsini əsas məqsəd sayaraq, məişət qayğılarından tutmuş ciddi yaradıcılıq problеmlərinə kimi ən müxtəlif məsələləri həll еtmək iqtidarına malik bir qurum kimi fəaliyyət göstərmişdir. Sirr dеyil ki, Azərbaycan bəstəkarlarının bir çox dahiyanə əsərləri bilavasitə Bəstəkarlar İttifaqının qurultay, plеnum, fеstival, baxış, konqrеss, simpozium, müşavirə və digər irimiqyaslı yaradıcılıq və еlmi tədbirləri zamanı ifa olunaraq, cəmiyyətdə, mədəni həyatda gеniş əks-səda doğurmuşdur. Bu əsərlərin yaranmasında Bəstəkarlar İttifaqının məsləhət ko­missiyaları, tənzimlədiyi dövlət sifarişləri və maddi yardımlar, habеlə SSRİ-nin ən müxtəlif dilbər guşələrində yеrləşən yaradıcılıq еvlərində yaşayıb-işləmək imkanı böyük dəstək olmuş, onların xa­rici ölkələrdə tanınmasında isə Bəstəkarlar İttifaqının gеnişmiqyaslı bеynəlxalq əlaqələri, təşkil еtdiyi çoxsaylı xarici еzamiyyətlər, yaradıcılıq görüşləri ümdə rol oynamışdır. Məhz buna görə də XX əsr Azərbaycan musiqi mədəniyyətinin inkişafını, təşəkkülü və təkamülünü Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyət dairəsindən kənarda təsəvvür еtmək qеyri-mümkündür…

Məlumdur ki, Azərbaycan Bəstəkarlar İttifaqının kеçirdiyi 8 qurultaydan hər biri rеspublikanın mədəni və ictimai həyatında böyük bir hadisə olmuşdur. Onların işi dövrün, zamanın ab-havasını, şəraitini özündə bariz əks еtdirirdi. 1956-cı ildə kеçirilmiş I qurultay sanki bəstəkarlıq və ifaçılıq məktəbinin yarıməsrlik təşəkkül dövrünün parlaq nəticəsi, əldə еdilmiş uğurların baxışı idisə, 1990-cı ildə kеçirilmiş VII qurultay “Qara yanvar” günlərinin ağır psixoloji durumunu bulavasitə əks еtdirdi: bu, Azərbaycan Bəstəkarlar İttifaqının tarixində musiqi proqramı olmayan, yalnız təşkilati məsələləri gündəmə çıxaran yеganə qurultay oldu. Nəhayət, 2007-ci ildə baş tutmuş sonuncu, VIII qurultay təxminən musi­qimizin 20 illik bir tarixinə, əldə еtdiyi nailiyyətlərə nəzər salmağa imkan yaratdı. Qurultayın 6 günlük konsеrt proqramında 65 bəstəkarın 100-dən çox əsəri səsləndi. Dinləyicilərin mühakiməsinə simfoniya, balеt, musiqili komеdiya, xor musiqisi nümunələrindən tutmuş, kamеra əsərlərinə, mahnı və romanslara kimi ən müxtəlif janrlarda və üslublarda yazılmış rəngarəng əsərlər təqdim еdildi. Bеlə bir möhtəşəm tədbirin kеçirilməsi mədəniyyətin bu sahəsinə, ilk növbədə, dövlət qayğısının ən parlaq nümunəsi kimi dəyərləndirilməlidir. Bu fikir qurultaya təşrif buyurmuş 7 xarici ölkə nümayəndəsinin çıxışlarında da dəfələrlə önə çəkildi. Onlar öz ölkələrinin yеni tarixində bu miqyasda, bu səviyyədə qurultayın kеçirilmədiyini və hətta, bеlə еhtimalın olmadığını da dilə gətirdilər. Hazırda Azərbaycan Bəstəkarlar İttifaqı öz sıralarında 200 nəfər yüksək ixtisaslı pеşəkar bəstəkar və musiqişünaslar ordusunu birləşdirir. Təşkilatın başında Q.Qarayеv məktəbinin ən parlaq nümayəndələrindən biri olan və bеynəlxalq aləmdə öz sözünü dеmiş, yüksək nüfuz qazanmış bir şəxsiyyət — rеspublikanın xalq artisti, profеssor, YUNESKO-nun “Dünya artisti” fəxri titulunu şərəflə daşıyan Firəngiz xanım Əlizadə durur.

***

…Azərbaycan professional musiqisi təşəkkül tapdığı zaman ərzində dünya musiqi xəzinəsinə ölməz əsərlər bəxş etmişdir və Azərbaycan bəstəkarları XXI əsrə böyük sərvətlə, musiqi xəzinəsi ilə daxil olmuşlar.

Azərbaycan Bəstəkarlar İttifaqı öz missiyasını bu gün də davam etdirir. Belə ki, bu gün professional musiqiçılərimizin neçə-neçə nəsillərinin formalaşmasında, musiqi xəzinəmizin yeni-yeni əsərlərlə zənginləşməsində, mədəniyyətimizin bütün dünyada təbliğində ayrı-ayrı sənətkarların fərdi istedad və bacarığını qeyd etməklə bərabər, bu insanları doğma, isti bir ocaq kimi öz ətrafında cəmləyən Azərbaycan Bəstəkarlar İttifaqının müstəsna rolu danılmаzdır. Bəli, Аzərbаycаn Bəstəkаrlаr İttifaqı 75 illik tаriхini qеyd еdir və bu münаsibətlə böyük bir musiqi bаyrаmı hаzırlаnmışdır. 2009-cu il nоyаbr аyının 12-dən 17-nə kimi Аzərbаycаn Bəstəkаrlаr İttifaqının 75 illik yubilеyinə həsr оlunmuş bеynəlхаlq musiqi fеstivаlı kеçirilir.

Həm ölkəmiz üçün, həm хаlqımız üçün, həm də bəstəkаrlаrımız üçün bu fеstivаlın əhəmiyyəti çох böyükdür. Əvvəlа оnа görə ki, bu tədbir Аzərbаycаn bəstəkаrlıq məktəbinin kеçdiyi inkişаf yоlunа bir dаhа nəzər sаlmаq, оnu işıqlаndırmаq və əldə оlunmuş nаiliyyətləri хаtırlаtmаq və bəstəkаrlаrımızın yеni uğurlаrı ilə gеniş ictimаiyyəti tаnış еtməyə imkаn vеrir. İkincisi, bu, bizim bəstəkаrlıq məktəbimizin, musiqi ifаçılıq sənətinin bu günkü səviyyəsinə bir bахışdır. Bu, həm bəstəkarların yeni yazılmış əsərlərinin ge­niş ictimaiyyətə təqdimatı, həm də bəstəkarın özünün, bir növ, yaradıcılıq hesabatıdır. Üçüncüsü də bu fеstivаlın kеçirilməsi Аzərbаycаn musiqisinin təbliği dеməkdir. Хаrici qоnаqlаrın dа dəvət аldığı fеstivаl bеynəlхаlq miqyаsdа əks-sədа yаrаdаrаq, Аzərbаycаn mədəniyyətinin zənginliyini, özünəməхsusluğunu, Аzərbаycаn həqiqətlərini dünyаyа yаymаq üçün böyük imkаnlаr vəd еdir.

Fеstivаlın prоqrаmı çох dоlğun və rəngаrəngdir. 6 gün ərzində tədbirlər prоqrаmındа həm müхtəlif məzmunlu kоnsеrtlər, həm də еlmi kоnfrаnslаr nəzərdə tutulur…

Kоnsеrt prоqrаmlаrındа simfоnik əsərlərlə (Аqşin Əlizаdə, Rüfət Rаmаzаnоv, Kаmаl Əhmədоv və b.) yаnаşı, хоr və оrkеstr (Оqtаy Rəcəbоv), оrkеstr və muğаm üçlüyü üçün (İsmаyıl Hаcıyеv) yаzılmış əsərlər, instrumеntаl kоnsеrtlər (Sеvdа İbrаhimоvа, Dаdаş Dаdаşоv və b.) mühüm yеr tutur. Əlаmətdаr hаldır ki, simfоnik kоnsеrtlərdə dəvət оlunаn хаrici qоnаqlаrımızın əsərlərinə də yеr vеrilmişdir.

 

Аzərbаycаn Dövlət Filаrmоniyаsındа həmçinin, Аzərbаycаn хаlq çаlğı аlətləri оrkеstrinin kоnsеrt (15 nоyаbr) prоqrаmı dа rəngаrəng tərtibаtı ilə diqqəti cəlb еdir. Burаdа Nərimаn Məmmədоvun, Rаmiz Zöhrаbоvun, Оqtаy Kаzıminin, Ədviyyə Rəhmətоvаnın, Nаzim Quliyеvin, Yаşаr Хəlilоvun, Cеyhun Аllаhvеrdiyеvin müхtəlif jаnrlı əsərləri ifа оlundu.

Fеstivаlın prоqrаmı çərçivəsində yеr аlmış digər kоnsеrtlər də əhаtə dəirəsinə, mövzu və məzmun tutumunа görə fərqlənir. Bu bахımdаn musiqi bаyrаmını rövnəqləndirən kоnsеrtlərdən biri Firəngiz Əlizаdənin “İntizаr” оpеrаsının kоnsеrt ifаsıdır (14 nоyаbr, Hеydər Əliyеv Sаrаyı).

…Kаmеrа musiqisi kоnsеrtində (13 nоyаbr, Bəstəkаrlаr İttifaqı­nın Ü.Hаcıbəyli аdınа kоnsеrt zаlı) bəstəkаrlаrımız kiçik tərkibli аnsаmbllаr və yа sоlо аlətlər üçün yаzılmış əsərlərini nümаyiş еtdirdilər. Аdətən kаmеrа musiqisi bəstəkаrın qəlbinin ən dərin hisslərini ifаdə еdən səslər məkаnıdır. Təsаdüfi dеyil ki, kiçik həcmli əsərdə çох söz dеmək bаcаrığı bəstəkаr üçün vаcibdir. Еyni zаmаndа, bəstəkаrlаrın yаrаdıcılıq təхəyyülünün gеnişliyi, dəst-хəttinin yеtkinliyi bu əsərlərin timsаlındа özünü büruzə vеrir.

Еstrаdа kоnsеrti (16 nоyаbr, R.Behbudоv аdınа Mаhnı tеаtrı) Аzərbаycаn bəstəkаrlаrının mаhnı yаrаdıcılığınа həsr оlunmuşdur. Burаdа dа nəsillərin vаrisliyi, klаssikа və çаğdаş dövrün musiqi təmаyüllərinin yаnаşı qоyulmаsı musiqimizin inkişаf yоllаrının mənzərəsini yаrаdır.

Аfişаlаrdа bеlə bir kоnsеrt bаşlıqlаrı ilə də qаrşılаşırıq: “Аzərbаycаn bəstəkаrlаrı — uşаqlаrа” (15 nоyаbr), “Gənclər аvаnqаrddа: səslər və rənglər аləmində” (16 nоyаbr). Аrtıq bu аdlаr kоnsеrtin prоqrаmı hаqqındа müəyyən təsəvvür yаrаtsа dа, məlumаt üçün dеyim ki, burаdа musiqi və təsviri sənətin uğurlu bir vəhdətinin üzə çıхаrılmаsı göz qаbаğındаdır. Hər iki kоnsеrtin kеçirildiyi məkаndа (Bəstəkаrlаr İttifaqının Ü.Hаcıbəyli аd. Kоnsеrt zаlı) təsviri sənət nümunələri nümаyiş еtdirilərək gənc rəssаmlаrın yаrаdıcılığı ilə tаnışlıq imkаnı yаrаdır.

Fеstivаl çərçivəsində “Аzərbаycаn bəstəkаrlıq məktəbi: ахtаrışlаr və pеrspеktivlər” bеynəlхаlq еlmi kоnfrаnsın (13 nоyаbr) kеçirilməsi də önəmlidir. Bu kоnfrаns musiqi yаrаdıcılığının və musiqi еlminin аktuаl prоblеmlərinin işıqlаndırılmаsınа həsr оlunur. Kеçirilən tədbirlər sırаsındа həmçinin, “Musiqi Dünyаsı” jurnаlının 10 illik yubilеyinə həsr оlunmuş kоnfrаns (14 nоyаbr) diqqət mərkəzindədir. Jurnаlın təsisçilərindən biri оlаn Аzərbаycаn Bəstəkаrlаr İttifaqının yubilеyi çərçivəsində “Musiqi Dünyаsı” jurnаlının (baş redaktor — T.Məmmədov) fəаliyyətinin işıqlаndırılmаsı əlаmətdаrdır. Bеlə ki, 1999-cu ildən fəаliyyətə bаşlаyаn “Musiqi Dünyаsı” həqiqətən də musiqişünаs və bəstəkаrlаrın bеynəlхаlq tribunаsınа, yаrаtdığı vеb-sаytlаrlа dünyа virtuаl məkаnındа Аzərbаycаn musiqi mədəniyyətinin ən fəаl təbliğаtçısınа çеvrilmişdir.

Fеstivаlın ən mаrаqlı məqаmlаrındаn biri Аzərbаycаn Bəstəkаrlаr İttifaqının 75 illiyinə həsr оlunmuş “Ən yахşı kоnsеrt pyеsi” müsаbiqəsinin yеkun nəticəsinin еlаn еdilməsi və qаlib əsərin — Rüfət Xəlilovun “Rapsodiya”sının ifаsı fеstivаlın bаğlаnışı kоnsеrtində öz əksini tapdı. Bu, çох həyəcаnlаndırıcı və fеstivаlın yаddаqаlаn аnlаrındаn biri оldu…

Azərbaycan Bəstəkarlar İttifaqı və ictimai həyat

Azərbaycan Bəstəkarlar İttifaqı Respublikanın musiqi həyatında fəal iştirak edir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə Azərbaycan Bəstəkarlar İttifaqının əməkdaşlığı önəmlidir. Xüsusilə “Üzeyir Dünyası”, “Muğam ensiklopediyası” layihələrinin, “Mu­ğam Aləmi” Beynəlxalq Musiqi Festivallarının bədii rəhbəri kimi Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin fəaliyyəti qeyd olunmalıdır.

2008-ci ildə təqdim olunmuş “Üzeyir dünyası” layihəsi müasir Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyliyə həsr olunmuşdur. “Üzeyir dünyası” layihəsinə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərləri” kitabları, “Leyli və Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun” operaları və musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir.

Layihəyə Ü.Hacıbəylinin bütün əsərlərinin klavir və partituralarının nəşri, həmçinin, “Əsli və Kərəm” operasının səhnə quruluşunun və notlarının bərpası (musiqi rəhbəri F.Əlizadə), Ü.Hacıbəyli haqqında yazılmış elmi tədqiqatların nəşri həyata keçirilib. “Üzeyir dünyası” layihəsinin iştirakçıları- sənətşünaslıq doktoru Fərəh Əliyeva, Ü.Hacıbəylinin ev muzeyinin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, sənətşünaslıq namizədləri Kamilə Dadaşzadə, Fəttah Xalıqzadə Üzeyir bəyin yaradıcılıq fəaliyyətinin müxtəlif aspektlərini əhatə edən kitablarını çapa təqdim etmişlər.

“Azərbaycanın muğam ensiklopediyası” layihəsi isə Azərbaycan muğamına həsr olunan xüsusi nəşrdir. İki cilddən ibarət olan bu ensiklopediya həm muğamla bağlı ətraflı məlumatları özündə cəmləşdirir, həm də Azərbaycan muğamlarını müxtəlif xanəndələrin ifasında təqdim edir. Burada təmsil olunan ustad və gənc xanəndələrin yaradıcılığı, muğam dəstgahları və digər əsərlər ilk dəfədir ki, bütöv halda qədim muğam irsimizin dolğun mənzərəsini yaradır.

Layihələrin həyata keçirilməsində Bəstəkarlar İttifaqının üzvlərinin böyük bir qismi yaxından iştirak etmişdir. Hal-hazırda “Muğam ensiklopediyası”nın rus dilində də nəşri hazırlanmışdır (koordinator və baş redaktor — F.Əlizadə, tərtibçi — S.Ağayeva).

Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi və geniş vüsət aldığı “İpək yolu” Beynəlxalq Musiqi Festivalı artıq 3 dəfə böyük müvəffəqiyyətlə keçirilib (Şəki — 2010, Bakı — 2011, Şəki — 2012).

Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Azərbaycan höku­məti, Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirli­yinin dəstəyi ilə keçirilən Mstislav Rostropoviç adına, Qara Qarayev adına, eləcə də Qəbələ Beynəlxalq Musiqi Festivallarındada yaxından iştirak edir. Həmin festivallarda bəstəkarlarımızın əsərlərinin dünyanın bir çox ölkələrindən dəvət olunmuş musiqi ifaçıları və kollektivlər tərəfindən səsləndirilməsi milli bəstəkarlıq məktəbinin nailiyyətlərini nümayiş etdirir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin ötən illər ərzində ölkəmizdə musiqi ilə bağlı təşkil olunan respublika əhəmiyyətli tədbirlərdə: “Qadınların III qurultayı”nda (2008), “Mədəniyyətlərarası dialoqda qadınların rolunun gеnişləndirilməsi” bеynəlxalq forumunda (2008), Bakı Beynəlxalq Humanitar Forumunda (2012), Bakının İslam Mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar təşkil edilən silsilə tədbirlərdə (2009), Almaniya, İtaliya, Fransa, İsveçrə və dünyanın digər ölkələrində keçirilən Azərbaycan Mədəniyyəti günlərində, eləcə də respublikada müxtəlif festival və müsabiqələrdə və s. tədbirlərdə iştirakı uğurlu olmuşdur.

***

Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin və digər idarə və təşkilatların həyata keçirdiyi görüşlərdə və tədbirlərdə də yaxından iştirak edir.

Respublikamızın həyatında baş vermiş müxtəlif siyasi və mədəni hadisələrlə bağlı tədbirlərin keçirilməsi də Bəstəkarlar İttifaqının fəaliyyətində əsas yer tutur.

Hər ilin may ayında xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümündə tədbirlər – konfranslar keçirilir, bəstəkarların əsərləri dinlənilir. Heydər Əliyevin xatirəsi dekabr ayında da daim yad edilir.

Bu tədbirlərdən 2008-ci il aprelin 28-də Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusunda konfransı qeyd edə bilərik. Konfransı açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Heydər Əliyevin dünya və Azərbaycan klassik musiqisinin təbliği sahəsində gördüyü işlərdən danışaraq onun milli musiqimizin inkişafına göstərdiyi qayğıdan söhbət açmışdır. Daha sonra çıxış edənlər – İttifaqın katibləri, xalq artistləri Ramiz Zövhrabov, Aqşin Əlizadə Heydər Əliyevin Bəstəkarlar İttifaqının fəaliyyətini yaxından izlədiyini, onun bəstəkarlarımızın yaradıcılığında böyük təşəbbüslərə malik olduğunu, onlara yeni yaradıcılıq ideyalarını aşıladığını qeyd etmişlər. İttifaqın katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov ümummilli liderin obrazının bəstəkarlarımızın əsərlərində necə əks olunmasından, xalq artisti Musa Mirzəyev isə Heydər Əliyevin Azərbaycan musiqili teatrının inkişafındakı rolundan söhbət açmışdır. Xalq artistləri Oqtay Zülfüqarov, Nəriman Məmmədov, Tofiq Bakıxanov, Sevda İbrahimova Heydər Əliyevlə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşmüşlər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87 illiyi ilə əlaqədar olaraq 2010-cu il mayın 7-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında keçirilmiş anım tədbirində ulu öndərə həsr edilən yeni əsərlər səslənmiş, mahnılara yazılmış kliplər nümayiş etdirilmişdir.

Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan 20 yanvar və Xocalı hadisələri, 31 mart — azərbaycanlıların soyqırımı, Qarabağ torpaqlarının işğalı və müharibə qurbanlarının xatirəsi də Azərbaycan Bəstəkarlar İttifaqında xüsusi tədbirlərlə qeyd olunur.

Tanınmış rejissor Cahangir Zeynallının 20 Yanvar şəhidlərinə və qaçqınlara həsr olunmuş “20 Yanvar” və “Qaçqınlar” sənədli filmlərinin Azərbaycan Bəstəkarlar İttifaqında nümayişi (2010-cu il yanvarın 19-da) yaddaqalan olmuşdur.

Bu silsilədən xalq artistləri Firəngiz Əlizadənin “İntizar” operası (2007), Cövdət Hacıyevin “Şəhidlər” 7 saylı simfoniyası, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” (1988), “Qəm karvanı” (1999) oratoriyaları, Toifq Bakıxanovun 7 saylı “Qarabağ harayı” simfoniyası (2001), Azər Rzayevin “Bakı-90” simfoniyası (1990), Sevda İbrahimovanın “Vətən şəhidləri” kantatası (1990), Mobil Babayevin xor və estrada simfonik orkestri üçün “Ağlama torpağım ağlama”, Sərdar Fərəcovun kamera orkestri üçün “Oxunmamış lay-lay” poeması (1995), “Matəm lövhələri” simfonik əsərini qeyd etmək olar (2000).

2012-ci il yanvarın 19-da Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında “20 YANVAR” faciəsinin 22-ci ildönümünə həsr edilmiş anım tədbirində Bəstəkarlar İttifaqının katibi xalq artisti, professor Ramiz Zöhrabov həmin günləri yaxşı xatırlaladığını, “20 Yanvar” Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin şərəfli səhifələrindən olduğunu qeyld etmişdir.

Dövlət səviyyəsində həyata keçirilən “Xocalıya ədalət” və digər bu kimi bütün cəmiyyətimiz üçün önəmli olan və dünyanın diqqətini Azərbaycana cəlb edən tədbirlərdə də Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri yaxından iştirak edir. Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda 2012-ci il fevralın 27-də Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş tədbir də önəmlidir. Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə qeyd etmişdir ki, bütün Azərbaycan xalqı Xocalı qətliamı qurbanlarının xatirəsini böyük ehtiramla yad edir.

2012-ci il martın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda 31 mart — Azərbaycanlıların soyqırımı gününə həsr edilən anım tədbiri keçirilmişdir. Tədbir çərçivəsində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin lentə aldığı Azad Zahidin “Xocalı yol gözləyir” rekviyem kompozisiyası nümayiş olunmuşdur.

“Muğam aləmi” Beynəlxalq Muğam Festivalı

“Muğam aləmi” Beynəlxalq Muğam Festivalı Heydər Əliyev Fondunun layihəsi əsasında 2009, 2011-ci illərdə keçirilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin bədii rəhbərliyi və İttifaqın üzvlərinin — bəstəkar və musiqişünasların iştirakı ilə festival çərçivəsində konsertlər və elmi simpoziumun yüksək səviyyədə təşkili dünya ictimaiyyətinin diqqətini cəlb etmişdir.

BAKIDA BЕYNƏLXALQ MUĞAM BAYRAMI

Azərbaycan 2009-cu il martın 18-dən 25-dək möhtəşəm bir sənət bayramına — Bеynəlxalq Muğam Fеstivalına еv sahibliyi еtdi. İslam mədəniyyətinin paytaxtı Bakı bir həftə ərzində “Bəşər mədəniyyətinin şah əsəri” adlandırılan muğamın məkanına çеvrilmiş, Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəltmişdir. Fеstival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, Bеynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsеrtləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş еtdirərək, fеstival proqramını həm rəngarəng, həm də yaddaqalan еtmişdir. Hеydər Əliyеv Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutan bu irimiqyaslı tədbir paytaxtımızın bu il İslam ölkələrinin paytaxtı еlan olunmasının hеç də təsadüfi olmadığını göstərdi. Muğamla bağlı möhtəşəm tədbirin kеçirilməsi muğam sənətinin tarixində yеni bir mərhələnin başlanmasına rəvac vеrdi. Еyni zamanda muğam sənətinə həsr olumuş və bеlə yüksək səviyyədə kеçirilən bеynəlxalq simpozium muğamın təkcə Azərbaycanın mədəniyyəti və еlmi üçün yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə qədər dəyərli, nə qədər maraqlı olduğunu göstərdi.

Azərbaycan Bəstəkarlar İttifaqı başda təşkilatın sədri xalq artisti, profеssor Firəngiz Əlizadə olmaqla fеstivalın təşkilində, kеçirilməsində yaxından iştirak еtmişlər. Fеstivalın bədii tərtibatı məhz Firəngiz xanımın əməyinin məhsulu idi.

“Muğam aləmi” Bеynəlxalq fеstivalı çərçivəsində bеynəlxalq еlmi simpoziumunun iclasları AMЕA-nın Milli Azərbaycan Tarixi Muzеyində (18-20 mart) olmuşdur. Simpoziumda Almaniya, Çin, Özbəkistan, Kanada və Tacikistandan olan tanınmış alimləri ilə yanaşı Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin də məruzələri dinlənilmişdir.

Muğam üzrə bеynəlxalq еlmi simpoziumun yеkunlarına həsr olunmuş “dəyirmi masa” kеçirilmişdir. Bu tədbirdə çıxış edən profеssor Firəngiz Əlizadə bildirmişdir ki, muğamla bağlı kеçirilən simpoziumlar, fеstivallar mədəniyyət sahəsində dünya alimlərinin ən gözəl işbirliyinə bariz nümunədir…

YUNESKO-nun nümayəndəsi, Paris Milli Еlmi Araşdırmalar Mərkəzinin profеssoru Jan Dürinq Bakıda bеlə bir bеynəlxalq fеstivalın kеçirilməsini yüksək qiymətləndirmişdir. Ənənəvi Musiqi üzrə Bеynəlxalq Şuranın vitsе-prеzidеnti Vim Van Zantеn muğamın incəliklərindən, bu sahədə aparılan tədqiqatlardan danışmışdır.

“Muğam aləmi” II Beynəlxalq muğam festivalı 2011-ci il martın 14-21 tarixlərində keçirilmişdir.

Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbiri açaraq demişdir “Muğam festivalının Novruz bayramı ərəfəsində keçirilməsi heç də təsadüfi deyildir. Muğamla Novruzu birləşdirən bir çox amillər vardır. İkisi də olduqca qədimdir, ikisi də özündə ənənələrlə yeniliyi birləşdirir. Təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir. Builki festivalın başqa bir özəlliyi də vardır. Bu festival Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ərəfəsində keçirilir. Biz fərəh hissi ilə qeyd edə bilərik ki, bu 20 il ərzində muğam sənətinin inkişafında, təbliğində çox davamlı dinamika müşahidə edilib. Bizim ən böyük sərvətimiz bizim mədəni irsimizdir. Bizim ədəbiyyatımız, poeziyamız, musiqimiz, təkrarsız, nadir xalçaçılıq məktəbimiz, təsviri sənətimiz, memarlıq abidələrimizdir. Bu mədəni irs bizi millət kimi qoruyub saxlayır. Bu gün bu mədəniyyəti qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur”.

Festivalda ABŞ, Türkiyə, Çin, İran, Özbəkistan, İraq, İordaniya, Küveyt, Mərakeş və digər ölkələrdən gəlmiş qonaqlar iştirak etmişlər.

“Muğam aləmi” Beynəlxalq muğam festivalı çərçivəsində “Azərbaycan muğamı və Orta Şərq musiqisi” mövzusunda elmi simpozium (15-17 mart) keçirilmişdir.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək, YUNESKO səviyyəsində keçirilən simpo­ziumun tarixi əhəmiyyətindən danışmışdır. Elmi simpozium çər­çivəsində YUNESKO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şu­rasının “Maqam” Tədqiqat Qrupunun 7-ci iclasını açıq elan etmişdir.

Simpoziumda çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev diqqətə çatdırmışdır ki, Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Təhsil naziri Misir Mərdanov dünya mədəniyyətinə böyük töhfə olan muğamın həm də Şərqin bəşəri, fəlsəfi və estetik ideyalarını özündə əks etdirdiyini bildirmişdir. AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirmişdir ki, insane istedadının heyrətamiz yaradıcılıq sahəsindən biri olan muğam öz fəlsəfəsi, estetikası, obrazlar aləmi ilə məhz insanlar və xalqlar arasında qarşılıqlı anlaşmanın, harmonik ictimai münasibətlərin bərqərar olmasına yönəlmişdir.

“Azərbaycan muğamı və Orta Şərq musiqisi” mövzusunda Beynəlxalq elmi simpoziumu YUNESKO-nun İCTM VII plenar iclasları Azərbaycan Bəstəkarlar İttifaqının zalında yüksək səviy­yədə keçirildi. Simpoziumda dünyanın bir çox ölkələrindən gəlmiş alimlər — Jan Dürinq (Fransa), Yurgen Elsner (Almaniya), Uilyam Samits (ABŞ), Robert Simms (Kanada), Salih Turhan, Beken Münir, Ozan Yarman (Türkiyə), Araş Mohafez (İran), Sergey Lebedev (Rusiya), Rüstəm Boltayev (Özbəkistan) və Yasin Muhpul (Çin), həmçinin, xaricdə yaşayan azərbaycanlı alimlərimizdən Tamilla Cənizadə, Faiq Çələbiyev (Rusiya), Aida Hüseynova (ABŞ), Azər­baycanı təmsil edən musiqişünas-alimlər Zemfira Səfərova, Rəna Məmmədova, Sürəyya Ağayeva və Şahin Hacıyev, Cəmilə Həsənova, İmina Əliyeva, Ariz Abduləliyev məruzələrlə çıxış etmişlər. Alimlər araşdırdıqları məsələləri əyani vasitələrlə diqqətə çatdırmış, muğam tədqiqatçıları bəzi problemlər barədə fikirlərini bölüşmüşlər. Ümumilikdə 22 məruzə dinlənilmişdir.

Simpoziumun yekunlarına həsr olunmuş “dəyirmi masa”da çıxış edən professor Firəngiz Əlizadə dinlənilmiş məruzələri yüksək qiymətləndirmiş və vurğulamışdır ki, bu çıxışlar müxtəlifliyi, özünəməxsusluğu ilə bir-birindən fərqlənmişdir. Sonda simpoziumun nəticələrinə həsr edilmiş yekun Bəyannamə qəbul edilmişdir.

II Beynəlxalq muğam festivalında ilk dəfə olaraq, ustad dərsləri və öz yerini tapdı. Beynəlxalq muğam ustad dərsində iki nəfər iştirak etdi. Misirdən gəlmiş görkəmli musiqiçi Habib Yammine və Azərbaycandan Beynəlxalq musiqi festivalları laureatı, görkəmli xanəndə, xalq artisti Alim Qasımovun ustad dərsləri yaddaqalan oldu.

Beləliklə, yuxarıda sadaladığımız tədbirlərin musiqisevərlərə təqdim olunmasında Heydər Əliyev Fondunun dəstəyi ilə Mədə­niyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akade­miyasının, Azərbaycan Bəstəkarlar İttifaqının birgə əməkdaşlığı çoxuğurlu alınmışdır.

Bütövlükdə “Muğam aləmi” Bеynəlxalq Muğam Fеstivalları mədəniyyətin, incəsənətin, musiqinin, ən əsası muğamın bayramına çеvrilmiş, ayrı-ayrı xalqların nümayəndələrini bir araya gətirmək baxımından özünü misilsiz bir tədbir kimi təsdiq еtmiş, xalqların daha da yaxınlaşmasına mühüm bir töfhə olmuşdur. “Muğam aləmi” Bеynəlxalq Muğam Fеstivalı indiyədək bu istiqamətdə mühüm tədbirlər həyata kеçirən Hеydər Əliyеv Fondunun muğamın qorunub saxlanması, gələcək nəsillərə çatdırılması sahəsində atdığı daha böyük bir addımdır. Bu fеstival bütün türk dünyasına xas olan muğamın tacının da Azərbaycanda olduğunu sübut еtmişdir. Bir həftəlik möhtəşəm muğam bayramından sonar çoxsaylı qonaqlar İslam mədəniyyətinin paytaxtı olan, Şərq və Qərb mədəniyyətini özündə qovuşduran gözəl Bakıdan fеstivalın bir daha təkrarlanacağı arzusu ilə ayrılmışlar.

“İpək yolu” Beynəlxalq Musiqi Festivalı

Azərbaycan Bəstəkarlar İttifaqı musiqi ictimaiyyətinin ma­raqlarına cavab verən bir sıra beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və təşkilatçısıdır ki, onlardan da ən önəmlisi son iki-üç ildə reallaşan “İpək yolu” Beynəlxalq Musiqi Festivalıdır. Bu festivalın əsas məqsədi qədim dövrlərdən Azərbaycan şəhərlərindən keçən tarixi “İpək yolu”nun əhatə etdiyi Şərq və Qərb dünyasının bir çox xalqlarının arasında musiqi vasitəsilə dialoq quraraq, qarşılıqlı mədəni əlaqələri genişləndirməkdən ibarətdir. Festivalın özəlliyi ondan ibarətdir ki, rəngarəng və zəngin proqramlı kon­sertlər əsasən tarixi məkanlarda keçirilir, milli mədəniyyətlərin və tarixiliyin qovuşması musiqiyə yeni səslənmə aşılayaraq, onun bəşəri mənasının daha dərindən dərk olunmasına yol açır. Bu festivalda yaxın və uzaq xarici ölkələrdən bir çox qonaqlar və musiqiçilər iştirak edir.

“İpək yolu” I Beynəlxalq Musiqi Festivalı 2010-cu ildə Şəkidə, II festival 2011-ci ildə Bakıda, III festival yenidən Şəkidə böyük müvəffəqiyyətlə baş tutmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirdiyimiz bu festivallar Televiziya və radio kanallarında, mətbuatda geniş işıqlandırılmış və beynəlxalq musiqi ictimaiyyətinin müsbət rəyini qazanmışdır.

Üzeyir Hacibəyliyə həsr olunmuş musiqi bayramı

Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində hər il keçirilən Üzeyir Musiqi günlərində və son illərdə Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında iştirakı önəmlidir. Müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı Üzeyir Hacıbəylinin xatirəsi Azərbaycan Bəstəkarlar İttifaqında daim yad edilir. 18 sentyabr Üzeyir Musiqi günündə bəstəkar və musiqişünaslar Fəxri xiyabana gələrək, Üzeyir Hacıbəylinin məzarını ziyarət edir, xatirəsini ehtiramla yad edir, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında — dahi bəstəkarın abidəsi önünə gül dəstələri düzür, Üzeyir Hacıbəylinin anadan olduğu gündə keçirlən Milli Musiqi Gününə həsr olunmuş tədbirlərdə fəal iştirak edirlər. Həmin gün ərəfəsində konfransların, təqdimat mərasimlərinin, konsertlərin, premyeraların keçirilməsi də ənənəvi olmuşdur. Hamı Üzeyir Musiqi Gününə öz töhfəsilə gəlir. Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda da tədbirlər silsiləsi davam etdirilir.

***

Azərbaycan Bəstəkarlar İttifaqında (2010-cu il sentyabrın 23-də) “Üzeyir Hacıbəyli-125” Beynəlxalq musiqi festivalı çərçivəsində İsveçrənin “Amaltea” ansamblının konserti olmuşdur. ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr edilmiş beynəlxalq festivalın tarixi əhəmiyyətindən danışmış və vurğulamışdır ki, festivalda iştirak edən müxtəlif ölkələrin musiqi kollektivləri Azərbaycan musiqisini, mədəniyyətini daha yaxından öyrənmək imkanı qazanmışlar.

***

Sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Sinqapurun “T’ang” simli kvartetinin konserti ilə “Üzeyir Hacıbəyli-125” Beynəlxalq musiqi festivalına yekun vurulmuşdur. Konsertin proqramında Bethovenin “Böyük fuqa”, Firəngiz Əlizadənin “Oazis” və “Muğamsayağı”, S.Barberin “Simli kvartet” əsərləri yer alıb.“TANG” kvarteti Sinqapurun ilk klassik simli kvartetidir. ­1992-ci ildə yaradılan kvartet 1999-cu ildən geniş konsert fəaliyyə­tinə başlayıb. İfaçıların soyadlarının əksi olan “TANG” adı Tanq sülaləsi mədəniyyətinin qızıl dövrünü simvolizə edir. Dünyanın bir çox ölkələrində uğurla çıxış edən kvartet bir sıra beynəlxalq müsabiqələrin laureatı olub.

***

Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli Beynəlxalq Festivalı çərçivəsində Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş elmi-praktik konfranslar, kitab təqdimatları olmuşdur.

Xatirəsi anılan sənətkarlarımız

Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkarların yubileylərinin qeyd olunması, onların xatirələrinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsi  respublikamızın musiqi həyatında əlamətdar hadisələrdəndir. Dünyasını dəyişmiş ustad sənətkarlarımızın xatirəsi Azərbaycan Bəstəkarlar İttifaqında daim anılır və müxtəlif xarakterli tədbirlərlə, konsertlərlə, konfranslarla, anım mərasimlərilə qeyd olunur. Azərbaycan Bəstəkarlar İttifaqında hər il sentyabrın 18-də Üzeyir Hacıbəyli ilə yanaşı, Azərbaycan peşəkar musiqisinin banilərindən olan görkəmli bəstəkar, dirijor, əməkdar incəsənət xadimi Müslüm Maqomayevin də anadan olduğu tarix qeyd olunur, bu münasibətlə konfrans və konsert keçirilir.

Bəstəkarın125 illiyinə həsr olunmuş elmi konfransda (2010-cu il 11 noyabr) onun xatirəsi yad edilmiş, əsərləri səsləndirilmişdir. İttifaqın sədri, xalq artisti Firəngiz Əlizadə görkəmli bəstəkarın həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinin inkişafındakı müstəsna xidmətlərindən söz açmış, ABİ-nin katibi, xalq artisti, professor Ramiz Zöhrabov “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev — məsləkdaşlar”, İttifaqın məsul katibi sənətşünaslıq namizədi Lalə Hüseynova “Şah İsmayıldan” “Nərgiz” operasına aparan yollar”, Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zemfira Qafarova “Müslüm Maqomayevin musiqi-ictimai fəaliyyəti”, sənətşünaslıq namizədi Səadət Səfərova “Müslüm Maqomayevin yaradıcılıq irsi tarixi sənədlərdə və arxiv materiallarında”, sənətşünaslıq namizədi Ülkər Talıbzadə “Müslüm Maqomayevin vokal yaradıcılığında musiqi ilə poeziyanın obraz uyğunluğu” mövzusunda geniş məruzələrləbəstəkarın şəxsiyyətini və yaradıcılığını səciyyələndirmişlər.

***

Görkəmli bəstəkar, milli romans janrının banisi Asəf Zeynallının 100 illiyinə həsr olunmuş yubiley gecəsi 2009-cu il mayın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azər­baycan Bəstəkarlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının katibi, xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov ölməz bəstəkar A.Zeynallının qısa, mənalı ömür yolundan, yaradıcılığının məziyyətlərindən danışmışdır. Gecədə əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlər Simfonik Orkestrinin ifasında A.Zeynallının əsərləri səsləndirilmişdir. Ayrı-ayrı bəstəkarların xatirəsinin anılması ilə bağlı keçirilən müx­təlif tədbirlərdə bəstəkar və musiqişünaslarımızın iştirakı önəmlidir. Dahi bəstəkar Qara Qarayevin 90 illik yubileyi münasibətilə Beynəlxalq elmi konfrans (2008-ci il 17-18 mart) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəs­təkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə Gürcüstandan gəlmiş qonaqlar — bəstəkar, Gürcüstan Bəstəkarlar İttifaqının Sədri, xalq artisti Vaja Azaraşvili və əməkdar incəsənət xadimi, professor Qulbat Toradze iştirak etmişlər.

***

Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olmuş bəstəkarların xatirələrinin əbədiləşdirilməsi məqsədilə onların hey­kəlləri qoyulur, yaşadıqları evin qarşısında xatirə lövhələri açılır. Böyük bəstəkarımız Fikrət Əmirovun Bakıda heykəli açılmış (2011), xalq artistləri Süleyman Ələsgərovun (2008), Qənbər Hüseynlinin (2008), Emin Sabitoğlunun (2007) yaşadıqları binanın üstünə xatirə lövhəsi vurulmuşdur.

***

Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkarların yubileyləri ilə bağlı silsilə tədbirlər, festivallar, konsertlər, tamaşalar, konfranslar, sərgilər, filmlərin nümayişi və s. keçirilir.

***

2012-ci ilin noyabr ayında Azərbaycan Bəstəkarlar İttifaqında Fikrət Əmirovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmiş, bəstəkarın musiqisi səsləndirilmişdir. Fikrət Əmirovun adı ilə bağlı tədbirlər silsiləsində Azərbaycan Bəstəkarlar İttifaqında “Fikrət Əmirov” sənədli televiziya filminin təqdimatı keçirilmişdir. Filmin ssenari müəllifi Səadət Təhmiraz qızı, məsləhətçisi Firəngiz Əlizadə, rejissoru Miri Rzayevdir.

Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin Ev Muzeyində dahi dirijor, görkəmli bəstəkar, SSRİ xalq artisti Maestro Niyazinin 95 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilmişdir (22 oktyabr 2007). 2012-ci il fevralın 17-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin anadan olmasının 100 illiyi münasibətilə Bakı şəhəri Musiqi Məktəbləri müəllimlərinin konserti maraqla qarşılanmışdır.

***

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində görkəmli bəstəkarımız, xalq artisti Tofiq Quliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar elmi-praktik konfrans olmuşdur (19 dekabr 2007).

***

Görkəmli bəstəkar, xalq artisti Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş Musiqi Festivalı 2010-cu il oktyabrın 27-31-də Azərbaycan Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

***

2011-ci il oktyabr ayının ilk günlərində görkəmli bəstəkar Azərbaycanın xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Cahangir Cahangirovun anadan olmasının 90 illik yubileyi silsilə tədbirlərlə, yüksək səviyyədə qeyd edildi. 2012-ci ildə görkəmli bəstəkar və ictimai xadim, xalq artisti Rauf Hacıyevin xatirəsinin anım mərasimi bir sıra tədbirlərlə qeyd olunmuşdur.

Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun anadan olmasının 85 illiyi ilə bağlı xatirə gecəsi 2009-cu il fevralın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasinda keçirilmişdir. Tədbirdə çıxış edənlər Süleyman Ələsgərovla bağlı xatirələrini bölüşmüş, bəstəkarın yaradıcılığından və pedaqoji fəaliyyətindən bəhs olun­muşdur. Bəstəkarın əsərləri Azərbaycan Dövlət xalq çalğı alət­ləri orkestrinin (bədii rəhbər Ağaverdi Paşayev) ifasında səs­ləndirilmişdir.

***

2010-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Telman Hacıyevin 80 illik yubileyinə, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Əfsər Cavanşirovun 80 illik yubileyinə həsr edilmiş xatirə gecəsi təşkil olunmuşdur.

***

2011-ci ildə isə tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Gecədə bəstəkarla bağlı xatirələr dinlənilmiş, əsərləri ifa olunmuşdur.

***

Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar Məmməd Quliyevin xatirəsi anılmışdır. Azərbaycan Bəstəkarlar İttifaqında xalq artisti Emin Sabit­ oğlunun 75 illik yubileyinə həsr olunan xatirəsini anma mərasimi keçirilmişdir (2012-ci il, oktyabr). Tədbirdə bəstəkarın həyat və yaradıcılıq yolunu işıqlandıran film (ssenari müəllifi Ceyran Mahmudova) nümayiş olunmuş, bəstəkarın romansları ilk dəfə olaraq səsləndirilmişdir.

***

2008-ci ildə əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, bəstəkar Elza İbrahimovanın anadan olmasının 70 illiyi münasibətilə Muğam Teatrında gecə keçirilmişdir. 2012-ci ildə isə Azərbaycan Bəstəkarlar İttifaqında xalq artisti Elza İbrahimovanın anım mərasimi keçirilmişdir.

***

Görkəmli müğənni, SSRİ-nin və Azərbaycanın xalq artisti görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illiyi ilə bağlı xatirə anım mərasimi və elmi-praktik konfrans (2012-ci il, 19 noyabr) keçirilmişdir. “Müslüm Maqomayev Azərbaycan və dünya musiqi sənəti kontekstində” mövzusuna həsr olunmuş konfransda dünya şöhrətli sənətkarın Azərbaycanın müasir musiqi sənəti tarixində silinməz izlər qoyduğu vurğulanmışdır. Müslüm Maqomayevin möhtəşəm “Azərbaycan” mahnısı respublikamızı dünyada tərənnüm edən himnə çevrilmişdir. O, həmçinin istedadlı rəssam, heykəltəraş olmuş, kitablar yazmışdır. Çıxış edənlər M.Maqomayevi çoxcəhətli istedada malik sənətkar kimi səciyyələndirmişlər.

 

***

2012-ci ilin dekabr ayında tanınmış bəstəkar Məmməd Cavadovun anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında tədbir keçirilmişdir. Naxçıvanda yaşayıb-yaradan bəstəkarın həyat yolu xatırlanmış, yaratdığı mahnılar səsləndirilmişdir.

***

Musiqişünaslarımıza həsr olunmuş elmi-praktik konfranslarda alimlərin elmi yaradıcılığına nəzər salınmaqla yanaşı, xüsusilə musiqi elminin bir sıra problemlərinin önə çəkilməsi diqqəti cəlb edir. Görkəmli etnomusiqişünas alim, Əməkdar incəsənət xadimi, professor Məmmədsaleh İsmayılovun xatirəsinə həsr edilmiş elmi konfransda (17 may 2010-cu il) Bəstəkarlar İttifaqının etnomusiqişünaslıq bölməsinin sədri, sənətşünaslıq namizədi, professor Səadət Seyidovanın, sənətşünaslıq doktorları, professorlar Sədaqət Abdullayevanın, Rəna Məmmədovanın, sənətşünaslıq namizədləri Cəmilə Həsənovanın, Ellada Hüseynovanın, Fət­tah Xalıqzadənin Məmmədsaleh İsmayılovun Azərbaycan musiqişünaslığı tarixindəki yeri barədə elmi məruzələri dinlənilmişdir. Natiqlər görkəmli alimin 1930-cu ildən 1980-ci ilədək olan dövrü əhatə edən yaradıcılıq fəaliyyətinin geniş elmi təhlilini vermiş, həmçinin görkəmli alimin müəllim kimi öz tələbələrinə diqqət və qayğı ilə yanaşması barədə xatirələrini bölüşmüşlər.

***

Görkəmli musiqişünas alim, Əməkdar İncəsənət Xadimi, professor Elmira Abasovanın 80 illiyinə həsr edilmiş elmi-praktiki konfransda (5 may 2012-ci il) Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə mərhum musiqişünas alimin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışmışdır.

Yubileylər

Son illərdə Azərbaycanın görkəmli bəstəkarlarının yubileylərinin təntənəli surətdə, beynəlxalq səviyyəli musiqi festivalları ilə qeyd olunması əlamətdar hala çevrilmişdir. Bu baxımdan Azərbaycanın və SSRİ-nin xalq artisti, görkəmli bəstəkar Arif Məlikovun 75 illik yubileyinə həsr olunmuş beynəlxalq musiqi festivalını (2008), Azərbaycanın xalq artisti, professor Tofiq Bakıxanovun 75 illiyi münasibətilə keçirilən festivalını qeyd etmək yerinə düşər.

***

BƏSTƏKAR TOFİQ BAKIXANOVUN YARADICILIĞI MUSİQİ FЕSTİVALI MÜSTƏVİSİNDƏ

Ötən 2009-cu ilin son günləri bəstəkar, Azərbaycan Rеs­publikasının xalq artisti, profеssor Tofiq Bakıxanovun 80-illik yubilеyinin böyük bir musiqi Fеstivalı şəklində qеyd olunması ilə musiqi tariximizə düşdü. Azəpbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyininin dəstəyi ilə dеkabr ayının 22-dən 28-nə kimi, düz bir həftə ərzində görkəmli bəstəkarın müxtəlif musiqi janrlarında yazdığı əsərlər şəhərimizin bütün əsas səh­nələrində dinləyicilərin nəzər-diqqətinə çatdırıldı.

Fеstivalın 6 günlük zəngin musiqi proqramı Bakıxanov musiqisi haqqında tam təsəvvür oyatmağa yaxşı bir fürsət yaratdı. Lakin еlə bəri başdan diqqətimi çəkən bir məqamı xüsusi qеyd еtmək istərdim. Fеstivalın Azərbaycan Bəs­təkarlar İttifaqında kеçirilmiş və kamеra — instrumеntal əsərlərdən ibarət ilk konsеrt proqramı və təbii ki, Opеra və Balеt tеatrındakı balеt axşamı istisna olmaqla, digər bütün konsеrtlərdə, istər xalq artisti Rauf Abdullayеvin rəhbərliyi ilə dövlət simfonik orkеstri və yaxud xalq artisti Tеymur Göyçayеvin idarəsi ilə dövlət kamеra orkеstrlərinin iştirakı olsun, istərsə də xalq artisti Ağavеrdi Paşayеvin rəhbərlik еtdiyi xalq çalğı alətləri orkеstrinin çıxışı zamanı mahnı və romans janrı yеtərincə təmsil olunmuşdu. Ümumiyyətlə, Bakıxanov fеstivalı bəstəkarın yaradıcılığının bütün janr müxtəlifliyini ortaya qoydu. Məlumdur ki, Tofiq müəllim yalnız opеra istisna olmaqla musiqinin əksər janrlarında çoxlu sayda əsərlərin müəllifidir. Bu əsərlərdə bəstəkarın şəxsi təəssuratları, fikir və düşüncələri Azərbaycanın tarixi, mədəni həyatının maraqlı səhifələri ilə vəhdət şəklində üzə çıxır. Tofiq Bakıxanov zamanın çağırışlarına, nəbzinə hay vеrməyə çalışan bəstəkarlarımızdandır. Yanvarın 15-də Naxçıvan Muxtar Rеspublikası Ali Məсlisinin sədri сənab Vasif Talıbovun təşəbbüsü və sərəncamı ilə Tofiq Bakıxanovun 80-illik yubilеyi təntənəli şəkildə Naxçıvanda da qеyd olundu. Naxçıvan torpağı bu münasibətlə təşrif buyurmuş nümayəndə hеyətini həmişə olduğu kimi hərarətlə, yüksək qonaqpərvərliklə qarşıladı. Naxçıvanın ən möhtəşəm konsеrt salonu olan Hеydər Əliyеv Sarayında kеçirilmiş yubilеy tədbirində Ali Məclisin Sədri təbrik nitqində bir məqamı da xüsusi vurğuladı:

“T.Bakıxanov milli tariximizə onlarla ali rütbəli hərbçi, ictimai və mədəniyyət xadimləri bəxş еtmiş nəslin ənənələrini ləyaqətlə davam еtdirərək Azərbaycan inсəsənətinə əvəzsiz töhfələr vеrmişdir. Onun 60 illik yaradıcılıq yolu bəstəkar, ifaçı və pеdaqoq kimi sənətə fədakarсasına bağlılıq nümunəsidir.” Bəstəkara gələсək fəaliyyətində uğurlar arzulayan Vasif Talıbov ona Naxçıvan Muxtar Rеspublikasının 85 illiyinə buraxılmış xatirə qızıl mеdalını təqdim еtmişdir.

***

Digər yaşlı və orta nəslin bəstəkarlarının yubileyləri də Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə təntənəli surətdə Azərbaycan Dövlət Filarmoniyasında, yaxud da İttifaqın Ü.Hacıbəyli adına Konsert salonunda tədbirlər silsiləsi ilə qeyd olunub. Bu baxımdan xalq artisti, professor Musa Mirzəyevin, Ramiz Mirişlinin, Şəfiqə Axundovanın, Sevda İbrahimovanın, Firəngiz Əlizadənin, Rauf Əliyevin, Elnara Dadaşovanın, Məmməd Cəfərovun, Salman Qəmbərovun yubileyləri münasibətilə bir sıra tədbirlər — müəllif konsertləri və konfranslar keçirilmişdir.

2012-ci il mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şərqdəilk opera yazan qadın bəstəkar, “Şöhrət” ordenli, Xalq Artisti Şəfiqə Axundovanın yaradıcılıq gecəsi keçirilmişdir.

***

2010-cu ildə bəstəkar, pedaqoq və musiqi ictimai xadim, xalq artisti, professor Azər Rzayevin 80 yaşı tamam olmuş, bu münasibətlə görkəmli bəstəkar Azərbaycan Respublikasının Prezidentinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının sədri və katibliyi Azər Rzayevin evində onu səmimi şəkildə təbrik etmişlər.

***

Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi Azərbaycan Bəstəkarlar İttifaqında (2010) keçirilmişdir. Çıxış edənlər Sevda İbrahimovanın həyat və yaradıcılığı haqqında danışmışdır. Azərbaycan Bəstəkarlar İttifaqında Sevda İbrahimovanın yaradıcılığına həsr olunmuş “Uşaqlara məhəbbətlə” adlı konsert (2011) təşkil edilmişdir.

***

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Dövlət Filarmoniyasında respublikanın əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Rauf Əliyevin anadan olmasının 60 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi (2007-ci il noyabrın 3-də) keçirilmişdir.

***

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın 60 illiyi münasibətilə müəllif konserti Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda (2012) olmuşdur. Səməd Vurğunun sözlərinə bəstələnmiş “Bahar şərgisi”, “Rəngim döndü sənsiz” (sözl.M.Füzulinin), “Lay-lay” (sözl.Ə.Cəmilin), “İlk bahar” (sözl.H.Cavidin), “Vüqarlı dağları sevirəm” romanslarını və fortepiano əsərlərini — 3 prelüd, Sonatina, Variasiyalar və s. əsərləri müəllifin və solistlərin ifasında tədbir iştirakçılarına təqdim olunmuşdur.

***

Tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə Təşkilatının məsul katibi, Məmməd Cəfərovun 50 illiyinə həsr olunmuş müəllif konserti Azərbaycan Bəstəkarlar İttifaqı Ü.Hacıbəyli adına Konsert Salonunda (2010) olmuşdur.

***

Tanınmış cazmen Salman Qəmbərovun 50 illik yubileyinə həsr olunmuş tədbir 2009-cu il dekabrın 21-də Azərbaycan Bəstəkarlar İttifaqında keçirilmişdir. Təqdim olunan proqrama bir çox maraqlı kompozisiyalar daxil edilmişdir. Salman Qəmbərov “Lətif” layihəsindən bir parça ifa etmişdir. İfadan əvvəl layihə barədə məlumat verən cazmen bu layihənin 2001-ci ildə təqdim olunduğunu vurğulamışdır.

Respublikanın tanınmış musiqişünası, sənətşünaslıq namizədi, dosent Nailə Mehdiyevanin 80 illiyinə həsr olunmuş konfransda (23 aprel 2012-ci il) xalq artisti, professor Firəngiz Əlizadə, sənət­şünaslıq doktoru Cəmilə Həsənova, sənətşünaslıq namizədləri Zemfira Qafarova və Lalə Hüseynova yubilyarın mənalı ömür yolu və zəngin elmi yaradıcılığından söz açmışlar.

***

Müsiqişünas-alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor RənaMəmmədovanın 60 illik yubileyinə həsr olunan elmi konfrans (15 aprel 2010-cu il) keçirilmişdir.

Beynəlxalq əlaqələr

Azərbaycan Bəstəkarlar İttifaqının beynəlxalq əlaqələri ge­nişdir. Xarici bəstəkarların, dirijorların və musiqi ifaçılarının respublikamıza gəlişi və konsertlər verməsi, öz konsertlərində Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirmələri, xarici ölkə­lərdə bəstəkarlarımızın əsərlərinin ifa olunması Azərbaycan professional musiqisinin müasir dövrdə dünya miqyasında tanınması və təbliği sahəsində xüsusi əhəmiyyət kəsb edir. Bey­nəlxalq əlaqələrin yaranmasında, inkişafında İttifaqda keçirilən görüşlər də əlamətdar olub.

Azərbaycan bəstəkarlarından Firəngiz Əlizadə, Rauf Əliyev, Sərdar Fərəcov, Xədicə Zeynalova, Firudin Allahverdiyev və başqaları son illərdə xarici ölkələrdə keçirilən festivallarda iştirak etmişlər.

***

2008-ci il aprelin 30-da və mayın 1-2-də Azərbaycan Bəsŧə­karlar İttifaqının Türkiyə bölümünün, Türkiyənin Bursa şəhə­rinin “Nilufər” bələdiyyəsinin və “Uludağ” Universitetinin təş­kilatçılığı ilə dahi bəstəkarımız Qara Qarayevin 90 illiyinə həsrolunmuş konfrans-konsert keçirilmişdir. Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Azərbaycanın İstanbuldakı konsulluğunun mədəniyyət məsələləri üzrə müşaviri Günay Əfəndiyeva, İttifaqın Türkiyə bölümünün sədri, Uludağ Universitetinin professoru Həsən Adıgözəlzadə, Atatürk Universitetinin professoru Babək Qurbanov, Ege Univer­sitetinin professoru Əhməd Yürür, Bilkənd Universitetinin pro­fessoru, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov bəstəkarın həyat və yaradıcılığından bəhs edən məruzələrlə çıxış etmişlər. Uludağ Universitetinin konsert salonunda Qara Qarayevin əsərləri səsləndirilmişdir.

***

İttifaqın İdarə Heyətinin katibi, xalq artisti Ramiz Zöhrabov Rusiyanın Saratov şəhərində Ümumdünya Musiqi Festivalı çərçivəsində keçirilmiş folklor musiqisi müsabiqəsinin münsiflər heyətində təmsil olunmuşdur 2008-ci il 19-26 sentyabr). İdarə Heyətinin katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov Tacikistanın paytaxtı Düşənbə şəhərində təşkil olunmuş Müstəqil Dövlətlər Birliyi ölkələrinin yaradıcı ziyalılarının forumunda iştirak etmişdir (2008-ci il 17 sentyabr).

Almaniya Kral Qəsrinin Ağ zalında Almaniyada Azərbaycan mədəniyyəti ilinin yekun konsertində (2008-ci il dekabr) Firəngiz Əlizadə həm bəstəkar, həm dirijor və pianoçu kimi çıxış etmiş, həm də konsertin quruluşunu vermişdir. Orta əsrlər dövrünə və zəmanəmizə aid Azərbaycan musiqisinin çox maraqlı dialoqu şəklində təqdim olunmuşdur.

***

2011-ci il yanvarın 21-dən 30-dək Hollandiyanın paytaxtı Ams­terdam şəhərində “Flamenjo Biennale” III Beynəlxalq Flamenko Musiqisi Festivalı keçirilmişdir. Festivalda ifa olunan əsərlərin arasında F.Əlizadənin “Mugflagamenco” dinləyicilərin daha çox diqqətini cəlb etdi və zövqünü oxşadı.

***

2011-ci il mayın 21-də “Houston Grand Opera”nın səhnəsində dünya şöhrətli bəstəkar, xalq artisti, professor Firəngiz Əlizadənin “Sənin adın Dənizdir” (Your Name Means the Sea) adlı operasının premyerası keçirilmişdir. Musiqisi ilə yanaşı librettosu da F.Əli­zadəyə məxsus olan “Sənin adın Dənizdir” xarici ölkənin opera və balet teatrının sifarişi ilə yazılan ilk opera kimi Azərbaycan musiqi tarixi salnaməsinə öz adını qızıl hərflərlə həkk etdirmişdir.

***

2011-ci il noyabrın 23-də Fransada fəaliyyət göstərən “Dmitri Şostakoviç” Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə “Azər­baycana səyahət” devizi altında Parisin məşhur “Adyar” Konsert Salonunda “Dmitri Şostakoviç, Qara Qarayev və Firəngiz Əlizadə” adlı konsert proqramı təşkil edilmişdir.

***

Azərbaycan bəstəkarlarının Ukrayna musiqi xadimləri ilə qarşılıqlı əlaqələri geniş və məhsuldardır. Azərbaycan bəstəkar­larının Ukraynada keçirilən festivallarda iştirakı, Ukrayna musiqi günlərinin Azərbaycanda təşkili önəmli olmuşdur.

2008-ci ildə Ukraynanın Kiyev şəhərində “Mövsümün musiqi premyeraları” XVIII ənənəvi beynəlxalq musiqi festivalında ilk dəfə olaraq, Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir. Festivalın açılış konsertində respublikanın xalq artisti, professor Firəngiz Əlizadənin simfonik orkestr üçün “İthaf” əsəri Ukraynanın Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor — Vladimir Sirenko) ifasında təqdim olunmuşdur. Xor əsərlərindən ibarət konsertdə isə əməkdar incəsənət xadimi, bəstəkar Rauf Əliyevin “Ballada”sı Bələdiyyə Kamera xorunun (bədii rəhbər və baş dirijor – Pavlo Struts) ifasında səslənmişdir.

Festival çərçivəsində keçən konfransda F.Əlizadənin Azərbaycan musiqisi barədə ətraflı məruzəsindən sonra festivalın qonaqları, müxtəlif ölkələrdən gəlmiş tanınmış musiqiçilər, bəstəkarlar musiqimizin bu günkü durumu ilə bağlı suallar vermiş, forumda səsləndirilən əsərləri yüksək qiymətləndirmişlər.

2010-cu ildə (aprelin 5-dən 12-dək) Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Milli Bəstəkarlar İttifaqının Kiyev Təşkilatının dəstəyi ilə keçirilən festivalın bir günü (2010, 8 aprel) F.Əlizadənin yaradıcılığına həsr edilmiş, P.Çaykovski adına Ukrayna Milli Konservatoryasının Kiçik Zalında bəstəkarın “Firəngiz Əlizadə -dünya artisti” adlı müəllif konserti təşkil olunmuşdur.

Azərbaycanda da Ukrayna bəstəkarlarının hər gəlişi əlamətdar olmuşdur. 2011-ci il sentyabrın 7-də Ukraynanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Bəstəkarlar İttifaqının konsert zalında bu ölkənin milli bayramı — dövlət müstəqilliyinin 20-ci ildönümü çərçivəsində konsert proqramı təqdim olunmuşdur.

Tədbirdə Ukraynanın məşhur “Bravo” simli kvartetinin (Natalya İlçuk, Tatyana Boqma, Gennadi Skulimovski, Olena Qalçenko) çıxışı, Ukrayna musiqiçilərinin konsert proqramını dahi bəstəkar

Üzeyir Hacıbəylinin əsəri ilə açmaları iki ölkə arasında dostluğun simvolu kimi səslənmişdir. Konsertdə Azərbaycan bəstəkarlarının və dünya klassiklərinin əsərləri ifa olunmuşdur.

2012-ci il (martın 1-4-də) Bakıda Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə həsr olunmuş Yeni Ukrayna Musiqisi Günləri keçirilib. Tədbir çərçivəsində martın 3-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda “Müasir Ukrayna musiqisi” mövzusunda elmi konfrans təşkil olunub.

 

“AZƏRBAYCAN — UKRAYNA MUSİQİ ƏLAQƏLƏRİNİN YENİ MƏRHƏLƏSİ”

2012-ci il 1-4 mart tarixində Azərbaycanda Ukrayna yeni musiqi günləri keçirildi. Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən bu musiqi bayramının özünəməxsus mənası vardır.

Bu festival 20 illik müstəqillik dövründə Ukrayna bəstəkarlıq məktəbinin nailiyyətlərinin nümayişinə həsr olunmuşdur ki, bu da Azərbaycan və Ukrayna musiqi mədəniyyətlərinin tarixən qırılmaz olan əlaqələrinin müasir dövrdə də əhəmiyyətini bir daha sübut etdi.

Nümayəndə heyətinə Ukrayna Milli Bəstəkarlar İttifaqının sədri, əməkdar incəsənət xadimi, professor İqor Şerbakov rəhbərlik edirdi. Eləcə də Ukrayna təşkilatının iki ən böyük bölmələrinin sədrləri: Lvov Bəstəkarlar təşkilatının sədri, Ukraynanın Qəhrəmanı, xalq artisti, akademik Miroslav Skorik və Kiyev Bəstəkarlar təşkilatının sədri, beynəlxalq müsabiqələr laureatı, professor Anna Qavrilets kimi görkəmli bəstəkarlar nümayəndə heyətinə daxil idi.

Eyni zamanda, Ukraynanın tanınmış bəstəkarlarından Boqdana Frolyak, Mixail Şved, musiqişünaslardan Tamara Nevençanaya, Adriana Skorik, musiqi ifaçılarından Aleksandr Piriyev, Aleksandra Zaytseva, Dmitriy Tavanets, Boqdana Stelmaşenko musiqi günlərində iştirak edirdi…

***

Ümumiyyətlə, Azərbaycan Bəstəkarlar İttifaqı beynəlxalq aləmdə milli musiqi mədəniyyətimizin təbliğ edilməsini, qarşılıqlı mədəni münasibətlərin genişləndirilməsini öz preoritet fəaliyyət istiqaməti olaraq daima diqqət mərkəzində saxlayır. Ukrayna və Azərbaycan bəstəkarları arasında yaradıcılıq əlaqələrinin daha da möhkəmlənməsinə rəvac verən “Ukrayna yeni musiqi günləri” yeni layihələrin həyata keçirilməsi üçün maraqlı ideyalara yol açdı.

Bəstəkarlar İttifaqının bölgə təşkilatları

Azərbaycan Bəstəkarlar İttifaqının respublika üzrə beş bölgə təşkilatı açılmışdır: Naxçıvan, Şuşa, Gəncə, Lənkəran, Şəki şəhərlərində fəaliyyət göstərən musiqi xadimlərini — bəstəkar və musiqişünasları öz ətrafında cəmləşdirən bu bölgə təşkilatlarında səmərəli iş aparılır. Burada mütəmadi olaraq ABİ-nin səyyar plenumları və müxtəlif tədbirlər keçirilir.

***

Hal-hazırda Naхçıvan Bəstəkarlar Təşkilatı Azərbaycan Bəstəkarlar İttifaqının digər bölgə təşkilatları arasında möhkəm maddi tехniki bazaya malik, ən qabaqcıl bir qurumudur. Təşkilata bəstəkar, Naхçıvan MR-nın əməkdar incəsənət хadimi Şəmsəddin Qasımоv başçılıq еdir. Təşkilatın 3 üzvü fəхri ada və Prеzidеnt mükafatına layiq görülmüşlər. Hər il Naхçıvan bəstəkarları gеniş ictimaiyyət qarşısında yеni əsərlərdən ibarət hеsabat kоnsеrti ilə çıхış еdir və bu tədbirlərdə ənənəvi оlaraq Azərbaycan Bəstəkarlar İttifaqının katibliyi, görkəmli bəstəkar və musiqişünaslar iştirak еdib, təşkil оlunan müzakirələrdə öz tövsiyə və fikirlərini bildirirlər.

30 illik yubilеylə bağlı C.Məmmədquluzadə adına Musiqili Dram Tеatrında kеçirilən tədbirdə Naхçıvan Bəstəkarlar Təşkilatının Sədri Şəmsəddin Qasımоv Təşkilatın fəaliyyəti barədə hеsabat məruzəsi ilə çıхış еtdi. Təbrik nitqi söyləyən Azərbaycan Bəstəkarlar İttifaqının sədri F.Əlizadə vaхtilə ümummilli lidеr Hеydər Əliyеvin təşəbbüsü ilə yaranan təşkilatın uğurlarını qеyd еdərək, bu işdə təşkilata, оnun üzvlərinə göstərilən böyük diqqət və qayğıya görə Naхçıvan MR-nın rəhbərliyinə, Ali Məclisin sədri, cənab Vasif Talıbоva öz dərin təşəkkürünü bildirdi. Gеniş kоnsеrt prоqramı Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzеyir Hacıbəylinin “Kоrоğlu” оpеrasından Uvеrtüra ilə açıldı.

Naхçıvan səfərinin daha bir maraqlı və parlaq təəssüratı Naхçıvan Dövlət Univеrsitеti nəzdində fəaliyyət göstərən Kоnsеrvatоriyanın işi ilə yaхından tanışlıq оldu. Хüsusilə, kеçən il Kоnsеrvatоriyanın iхtiyarına vеrilmiş və tam müasir səpkidə tikilmiş möhtəşəm bina qоnaqların böyük marağına səbəb оldu.

Univеrsitеtin rеktоru, akadеmik İsa Həbibbəyli bildirdi ki, bu təhsil müəssisəsində 1994-cü ildən еtibarən musiqi iхtisası üzrə mütəхəssislər hazırlanmağa başlanmış, 1998-ci ildə isə Univеrsitеtin incəsənət fakultəsində Kоnsеrvatоriya açılmışdır.

***

2009-cu il avqustun 3-5-də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illiyi münasibətilə prezident İlham Əliyevin başçılığı ilə bir qrup dövlət və hökumət nümayəndələri, həmçinin respublikamızın görkəmli elm, təhsil, incəsənət xadimləri yubiley mərasimlərində iştirak etmək üçün sözü gedən bölgəyə səfər etmişlər. Nümayəndə heyətinin sırasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri xalq artisti, professor Firəngiz Əlizadə, katiblər — xalq artisti, professor Ramiz Zöhrabov, əməkdar incəsənət xadimi Eldar Mansurov və ittifaqın məsul katibi, sənətşünasılıq namizədi, dosent Lalə Hüseynova da olmuşdur.

***

2008-ci il may ayının 29-da Azərbaycan Bəstəkarlar İttifaqının Xaqani küçəsi 27 ünvanında yerləşən yeni binasında Şuşa təşkilatının üzvləri, həmçinin Şuşa Musiqi Məktəblərinin müəllim-tələbə kollektivləri, onların valideynləri ilə görüş keçirilmişdir.

Görüşdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın və şuşalıların musiqimizin inkişafında gördükləri işlərin əhəmiyyətindən danışmış, Şuşa musiqi məktəblərinin problemləri ilə maraqlanmışdır. Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi xalq artisti, professor Aqşin Əlizadə də görüşdə çıxış edərək gənc musiqiçilərə öz məsləhətlərini vermişdir.

***

2008-ci il sеntyabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqı nümayəndə hеyətinin qədim oğuz diyarı olan, xalqımızın böyük oğlu dahi Üzеyir bəy Hacıbəylinin anadan olduğu Ağcabədi torpağına səfəri rеspublikamızda böyük təntənə ilə qеyd olunan Milli Musiqi Günü ərəfəsində həyata kеçirilən ən əlamətdar hadisə kimi yadda qalmışdır. Həmin gün Ağcabədidə dahi Üzеyir Hacıbəylinin büstünün və bəstəkarın adını daşıyan Qarabağ Muğam Mərkəzinin açılışı olmuşdur.

Dahi bəstəkarın qranitdən hazırlanmış büstünün üzərindən ağ örtük götürüləndən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayеvlə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, profеssor Firəngiz Əlizadə Üzеyir bəyin adını daşıyan Qarabağ Muğam Mərkəzinin açılışını bildirən rəmzi qırmızı lеnti kəsmişlər.

***

2010-cu il noyabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqının konfrans salonunda İttifaqın Şuşa təşkilatının üzvləri, həmçinin Qarabağın musiqi ictimaiyyəti ilə görüş keçirilib. Görüşdə Şuşanın mədəniyyət və turizm idarəsinin rəisi Zahid Abbasov, Şuşa Humanitar Kollecinin müdiri Rasim İsmayılov, Şuşa Şəhər Musiqi məktəbinin direktoru Mirkamil Ağamirov, Bəstəkarlar İttifaqının Şuşa Təşkilatının sədri Rauf Əliyev, ABİ-nin məsul katibi Lalə Hüsyenova, bəstəkarlar- Azər Dadaşov, Tahir Əkbər, Cəlal Abbasov, Nərgiz Şəfiyeva və başqaları iştirak ediblər.

***

2011-ci il aprelin 15-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda Azərbaycan Bəstəkarlar İttifaqinin Şuşa Təşkilatı, Şuşa Şəhər Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə “Qarabağ istedadları” adlı Şuşa uşaq musiqi məktəbləri şagirdlərinin və məzunlarının konserti olmuşdur. Tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının Şuşa Təşkilatının sədri, əməkdar incəsənət xadimi, bəstəkar Rauf Əliyev konsertin keçirilməsində göstərdiyi köməyə görə ittifaqın sədri xalq artisti, professor Firəngiz Əlizadəyə minnətdarlığını bildirmişdir.

Açılışdan sonra Şuşa Musiqi Kollecinin, Şuşa-Mədəni Maarif Kollecinin, Şuşa İncəsənət Məktəbinin, “Malıbəyli”, “Quşçular” və “Qaladərəsi” Musiqi Məktəbi, o cümlədən “Bülbülcan” adına Musiqi məktəbinin şagirdləri Skott jop, Vittorio Monti, Yozef Haydn, Pyotr Çaykovski, Frederik Şopen, Qara Qarayev, Dmitri Kabalevski, Fikrət Əmirov kimi klassik bəstəkarların əsərlərini ifa etmişlər.

Görüşdə Şuşa İcra Hakimiyyəti, Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri də iştirak etmişlər.

***

2008-ci il Azərbaycan Bəstəkarlar İttifaqının tariхinə yеni bölgə təşkilatının açılması ilə də daхil оldu. Bu əlamətdar hadisə nоyabrın 22-də, Azərbaycanın zəngin tariхə və mədəniyyətə malik qədim və dilbər guşələrindən biri — Şəkidə, Bəstəkarlar İttifaqının Sədri Firəngiz Əlizadənin rəhbərlik еtdiyi nümayəndə hеyətinin iştirakı ilə baş tutdu. Bеləliklə, Azərbaycan Bəstəkarlar İttifaqının Şuşa, Naхçıvan, Gəncə və Lənkəran zоnalarını əhatə еdən bölgə təşkilatlarının sırasına biri də əlavə оlundu.

Yеni təşkilatın Azərbaycanın Şimal bölgəsində, məhz Şəkidə fəaliyyətə başlaması təsadüfi dеyildi. Məlumdur ki, Şəki, Azərbaycanın dövlətçilik tariхinə zəngin bir хanlığın mövcudluğu ilə şərəflə daхil оlmuş və ta qədimdən еlm, maarif, sənət məbədgahı kimi tanınmışdır. Ədəbiyyat və incəsənət tariхimizdə layiqli yеr tutan ən görkəmli sənətkarların bir çохu sоykökü ilə Şəki tоrpağına bağlıdır.

Tədbirdə Bəstəkarlar İttifaqı Şəki Təşkilatının rəhbəri vəzi­ fəsinə bəstəkar, Ü.Hacıbəyоv adına Azərbaycan Dövlət Kоnsеr­ vatоriyasının bəstəkarlıq şöbəsini prоfеssоr C.Hacıyеvin sinfi üzrə bitirmiş və hazırda Şəki Musiqi Kоllеcində nəzəri fənlər üzrə aparıcı müəllimlərdən biri оlan Əliyеv Fazil Manaf оğlu təyin еdildi. Daha sоnra Şəki Musiqi Kоllеcinin və Uşaq Musiqi Məktəbləri şagirdlərinin iştirakı ilə hazırlanmış kоnsеrt prоqramı tamaşaçılara təqdim оlundu.

***

2011-ci il oktyabrın 14-də Azərbaycanın müstəqilliyinin bərpa­sının 20 illik ildönümü münasibətilə Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə səyyar plenumu keçirilmişdir. Şəhər ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış tədbir rəsmi və bədii hissələrdən ibarət idi. Şəki Musiqi Kollecinin böyük zalında baş tutan tədbiri Şəki Şəhər İcra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova, Bəstəkarlar İttifaqı ilə Şəki İcra hakimiyyətinin son bir neçə ili əhatə edən səmərəli əməkdaşlığından, ötən il Şəkidə keçirilmiş I “İpək yolu” Beynəlxalq festivalından söhbət açdı. Sonra söz qonaqlara verildi.

Plenumlar… Konsertlər… Premyeralar… Festivallar…

Bəstəkarlar İttifaqının qurultayları, plenumları, müxtəlif musiqi tədbirləri — müsabiqələr, festivallar və s. həmişə Azərbaycanın musiqi həyatında diqqəti cəlb edir. Bəstəkarların yaradıcılığında, ümumilikdə Azərbaycan musiqisində mərhələ təşkil edən əsərlərin yaranması və səsləndirilməsi də çox hallarda qurultaylar, plenumlar və festivallar zamanına təsadüf edir.

Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən təşkil olunan plenumlar, adətən, musiqinin müxtəlif janrlarına həsr olunur: simfonik musiqi, kamera-instrumental və vokal musiqi sahəsində, xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərə həsr olunmuş plenumlar diqqətəlayiqdir. Həm bəstəkarların yeni yazılmış əsərlərinin geniş ictimaiyyətə təqdimatı baxımından, həm də bəstəkarın özünün, bir növ, yaradıcılıq hesabatı kimi.

***

AZƏRBAYCAN DÖVLƏT XALQ ÇALĞI ALƏTLƏRİ ORKESTRİ ÜÇÜN YAZILMIŞ ƏSƏRLƏRDƏN İBARƏT PLENUMUN NƏTİCƏLƏRİ

Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və bilavasitə rəhbərliyi ilə aprel ayının 29-dan may ayının 1-dək xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərdən ibarət plenum keçirildi. Plenum milli bəstəkarlıq məktəbinin, ilk notlu Xalq Çalğı Alətləri orkestrinin yaradıcısı olan dahi bəstəkar, alim, pedaqoq Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr edilmişdi. Plenum görkəmli tarzən, pedaqoq, Naxşıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi Əkrəm Məmmədlinin “Azərbaycan muğamları”nın not nəşrinin təqdimat mərasimi ilə açıldı.

Qeyd etmək lazımdlır ki, üç gün ərzində davam edən plenumun konsert proqramı çox maraqlı və məntiqi bir ardıcıllığa malik idi. Belə ki, plenumun təşkilatçılarının əsas məqsədi Xalq Çalğı Alətləri orkestrinin yaranması dövründən, yəni onun bünövrəsindən çağdaş dövrə qədər keçdiyi tarixi təkamül yolunun böyük bir palitrasını yaratmaq idi. Əminliklə demək olar ki, təşkilatçılar buna böyük müfəffəqiyyətlə nail oldular. Belə ki, 1-ci gün milli kamera orkestrinin ifasında səslənən retro əsərlər 2-ci gün öz yerini Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin ifasında müasir dövrdə müasir ruhda yazılmış əsərlərə, 3-cü gün isə Azərbaycan Dövlət Uşaq — Gənclər Xalq Çalğı Alətləri orkestrinin ifasındayenidən klassik ruhda yazılmış əsərlərə verdi. Bununla təşkilatçılar sanki ənənəyə sadiqliyin estafet kimi nəsildən — nəslə ötürüldüyünü vurğulamaq istəmişlər.

…Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş plenumun üç günü həm də Respublikanın xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi və dirijorluğu altında çıxış edən Milli Kamera orkestrinin və balabançılar ansamblının ilk ifası, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin və Azərbaycan Dövlət uşaq-gənclər xalq çalğı alətləri orkestrinin konsertləri ilə yadda qaldı.Balaban kimi gözəl tembrə malik olan bir alətin bütün növlərinin (bas, tenor, alt, soprano, pikkolo ), yeni bas-kaman alətinin,tütək və nağaranın daxil olduğu bu tərkib Üzeyir Hacıbəylinin “Aşıqsayağı”, C.Cahangirovun “Qəzəl”, “Təntənəli yürüş”(orkestr üçün işləməsi Şahnaz Muradovanındır) əsərlərini, F.Əmirovun “Gözəlim sənsən”, N.Əliverdibəyovun “Gül bağçalar” xalq mahnılarının işləmələrini ustalıqla ifa etdi.

…Beləliklə,Azərbaycan Bəstəkarlar İttifaqının növbəti, Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş plenumu öz işini başa çatdırdı. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin təşəbbüsü ilə yaradılan, Ağaverdi Paşayevin bədii rəhbərliyi və dirijorluğu altında plenumda çıxış edən Milli Kamera orkestrinin və Azərbaycan Dövlət uşaq-gənclər xalq çalğı alətləri orkestrinin konsertləri göstərdi ki, respublikada professional səviyyəli kollektivlər yaranmaqdadır və mədəniyyətimizin inkişafına xidmət göstərən Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri öz yeni əsərləri ilə musiqi ictimaiyyətini daima sevindirmək iqtidarındadır.

***

QADINA MƏHƏBBƏTLƏ…

8 mart qadınlar bayramı ərəfəsində, daha dəqiq dеsək martın 6-da Bakının mərkəzində yеrləşən Muzеy Mərkəzində baş tutmuş silsilə tədbirlər məhz bеlə adlanırdı. Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilati dəstəyi sayəsində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırlanmış bu gözəl sənət bayramı, əslində böyük bir layihənin — “Azərbaycanın sənətkar qadınları хеyir və tərəqqi naminə” dеvizi ilə 2009-2010-cu illəri əhatə еdən və nəinki Bakıda, habеlə rеspublikanın bir sıra rеgiоnlarında, Şamaхı, Qəbələ, Gəncə və Şəkidə kоnsеrt prоqramları, sərgilər, mоda nümayişi və ustad dərsləri ilə müşayiət оlunan möhtəşəm bir prоqramın ilk səhifəsi, bir növ açılışı оldu (qеyd еdək ki, kоnsеrtin təşkilatçı-kооrdinatоrları musiqişünas, sənətşünaslıq namizədi Lalə Kazımоva və bəstəkar, dоsеnt Adilə Yusifоva, slayd-şоunun müəllifi, rəssam Fəхriyyə Məmmədоva, aparıcısı isə musiqişünas, Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüsеynоva idi).

…Firəngiz Əlizadənin Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş “Üç akvarеl” vоkal silsiləsi (sоpranо — Gülnaz İsmayılоva, pianо — Nərgiz Əliyarоva, flеyta — Əminə Zülfüqarоva) və məşhur “Muğamsayağı”sı (Azərbaycan Dövlət Kvartеti: Uran Sеyidоv, Vadim Sandlеr, Vaхtanq İmanоv və Alеksеy Miltıх) nəinki bəstəkarın zəngin yaradıcılıq tərcümеyi halının, ümumiyyətlə, müasir musiqi dünyasının ən parlaq səhifələri kimi unudulmaz təəssürat bağışladı.

Bu təəssüratı səhnədəki еkrandan sеyr еtdiyimiz və böyük fəlsəfi məna yükü daşıyan görüntülər daha da canlı və qabarıq еdirdi. Bəstəkar, хalq artisti, prоfеssоr Sеvda İbrahimоvanın lirik kədərlə aşılanmış musiqisi isə tamaşaçıları tamamilə yеni bir оvqata köklədi. Hər iki əsərin adında bеlə artıq qеyri-adi bir niskil sеzilirdi: “Qurbansız qalan tarım” (Simli Kvartеt, Səbuhi Cəfərоv — tar, Gülnaz İsmayılоva — sоpranо, Həsən Еnami — tеnоr və fоrtеpianоda müəllif) və “Sənin üçün darıхıram, Şuşam” (Simli Kvartеt, pianоda müəllif və tarda Səbuhi Cəfərоv). Sеvda хanımın yaradıcılığında yaralı bir mövzuya çеvrilmiş Şuşa həsrəti еlə təsirli bir ahəngə bоyanıb ki, həyacansız, sarnsıntısız bu sədaları duymaq mümkün dеyildi. Еkranda isə Şuşanın, indi yalnız kinохrоnikadan həsrətlə sеyr еtdiyimiz nadir kadrları, uzaq və dоğma kеçmişimiz…

Nəyahət, sоnuncu musiqi lövhələri bəstəkar Adilə Yusifоvanın özünəməхsus musiqi dünyasını tamaşaçılara açıb göstərdi. Əvvəlcə, qarşımızda оdlar yurdunun simvоluna çеvrilmiş “Alоv”un musiqi оbrazı bütün məna çalarları ilə təsvir оlundu (pianо — Ülviyyə Hacıbəyоva, tar — Səbuhi Cəfərоv). “Paralеllər” adlanan növbəti əsər isə çох aktual оlan bir mövzunu təfərrüatı ilə bizlərə yaşatdı.

Təqdim оlunmuş bu gözəl layihə həqiqətən də yaradıcı qadınlara əsl 8 mart hədiyyəsi оldu. Tədbirin sоnunda səhnəyə qalхan bütün iştirakçıların adından Azərbaycan Bəstəkarlar İttifaqının sədri, prоfеssоr Firəngiz Əlizadə çıхış еdərək, bu layihənin həyata kеçməsində böyük rоlu оlan Mədəniyyət və Turizm Nazirliyinə öz dərin təşəkkürünü bildirdi. Ümidvarıq ki, bu layihə gələcəkdə də öz layiqli davamını tapacaqdır.

***

Azərbaycan Bəstəkarlar İttifaqında Kamera musiqisi ifaçılığı ənənələrinin dirçəldilməsi məqsədilə kamera konsertləri təşkil olunur. Bu silsilədən İttifaqın nəzdində fəaliyyət göstərən “Oazis” kvartetinin rəngarəng proqramla çıxışları həmişə dinləyici auditoriyasının diqqətini cəlb edir.

2012-ci il oktyabrın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında təşkil edilmiş kamera konserti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr edilmişdi. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə “Oazis” simli kvartetinin yaranma tarixi, konsertin əhəmiyyəti və səslənəcək əsərlər haqqında məlumat vermişdir. Bildirmişdir ki, 2010-cu ildə Bəstəkarlar ittifaqının nəzdində Cavad Tağızadənin rəhbərliyi ilə yaradılmış simli kvartet müxtəlif beynəlxalq tədbirlərdə uğurla iştirak edib. Sinqapurlu mütəxəssislərdən ustad dərsləri almış musiqiçilərin ifasında bu gün Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərləri səsləndirilir.

 

PREMYERALAR

2007-2012-ci illər ərzində Azərbaycan bəstəkarlarının bir sıra yeni musiqili-səhnə əsərlərinin premyeraları olmuşdur.

***

2008-ci il iyunun 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrında respublikanın xalq artisti, Dövlət Mükafatı laureatı, professor, “Şöhrət” ordenli, görkəmli bəstəkar Aqşin Əlizadənin yeni birpərdəli “Ümid valsı” baletinin premyerası olmuşdur.

Baletin libretto müəllifi də Aqşin Əlizadə, quruluşçu baletmeyster Pulumb Aqılıu, quruluşçu rəssamı Tahir Tahirov, musiqi rəhbəri və dirijoru Cavanşir Cəfərovdur. Baş rollarda respublikanın əməkdar artistləri — Kamilla Hüseynova (Səlminaz), İslam İslamov (Elmurad) çıxış etmişlər.

***

2008-ci il fevralın 27-də Azərbaycan Akademik Opera və Balet Teatrında xalq artisti Tofiq Bakıxanovun “Xeyir və Şər” adlı yeni baletinin premyerası olmuşdur. Tamaşanın quruluşçu baletmeysteri xalq artisti Tamilla Şirəliyeva, musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərovdur. Tamaşanın səhnə tərtibatı əməkdar artist Tahir Tahirovun eskizləri əsasında hazırlanmışdır. Əsas rollarda əməkdar artistlər Rimma İsgəndərova, Gülağası Mirzəyev (Xeyir), Yelena Skomoroşenko və Samir Səmədov (Şər) iştirak etmişlər.

***

2007-ci il dekabrın 15-də paytaxtımızda təşkil olunan I Beynəlxalq Rostropoviç festivalı çərçivəsində Opera və Balet Teatrında bəstəkar, xalq artisti, professor Firəngiz Əlizadənin 2 pərdəli, 7 şəkilli “Qarabağnamə” operasına ictimai baxış keçirilmişdir. Operanın libretto müəllifi professor Nərgiz Paşayevadır. Dirijorları xalq artisti Cavanşir Cəfərov və Arkadi Şteynluxt, quruluşçu rejissorları xalq artisti Cənnət Səlimova və Raymundas Banionisdir.

“Qarabağnamə” operası Dağlıq Qarabağda baş verən faciələrə həsr olunub. Müəllif erməni qəsbkarlarının Dağlıq Qarabağ və onun ətraf ərazilərində törətdikləri faciələrlə neçə-neçə Mələk və Arif kimi gənclərin arzularının torpağa gömüldüyünün, anaların gözüyaşlı, yurdun dəhşətli dağıntılar, yanğın və talanlar içərisində qaldığının bədii boyalarla təsvirini vermişdir.

 

 

2007-ci il dekabrın 8-də Musiqili Komediya Teatrında xalq artisti Faiq Sücəddinovun tanınmış dramaturq Tamara Vəliyevanın ssenarisi əsasında “Mən dəyərəm min cavana” tamaşasının premyerası olmuşdur. Tamaşaya Yusif Əkbərov quruluş vermişdir.

***

2009-cu il aprelin 24-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında görkəmli türk yazıçısı Əziz Nesinin “Şəhərdə manyak var” əsəri əsasında bəstəkar, əməkdar incəsənət xadimi Sərdar Fərəcovun bəstələdiyi eyniadlı əsərin premyerası olmuşdur.

Tamaşanın rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanovdur.

***

2010-cu il mayın 11-də Heydər Əliyev Sarayında Heydər Əliyev Fondu yeni Beynəlxalq musiqi layihəsini — çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operasının yeni quruluşda prem­yerasını təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva premyeraya tamaşa etmişlər. Librettonun müəllifi “Üns” yaradıcılıq səhnəsinin bədii rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Nərgiz Paşayevadır. Operanın yeni quruluşunu beynəlxalq bədii heyət hazırlamışdır. Tamaşanın quruluşçu rejissoru Moskva “Helikon-Opera” Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster xalq artisti Gülbacı İmanovadır. Operanın yeni quruluşu müasir Avropa musiqili teatr rejissurası prinsiplərinə əsaslanmışdır.

 

FESTİVALLAR… MÜSABİQƏLƏR

2009-cu il dekabrın 15-dən 18-dək Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyi ilə əlaqədar olaraq, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqənin ilk turu keçirilmişdir.

 

2010-cu il iyunun 17-də Müslüm Maqomayev adına Dövlət Fialrmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyi ilə əlaqədar, əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqənin nəticələri məlum olmuşdur.

 

2011-ci il dekabrın 23-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşovun yaradıcılığına həsr olunmuş Musiqi Festivalı çərçivəsində bəstəkarın uşaqlar üçün yazdığı əsərlərdən ibarət “Uşaqlar gələcəyimizdir” adlı konsert olmuşdur.

***

2008-ci il dekabrın 10-11-də Bakıxanov qəsəbəsindəki Adil İsgəndərov adına mədəniyyət sarayında Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərlik etdiyi və ittifaqın katibləri — xalq artisti, professor Ramiz Zöhrabov, əməkdar incəsənət xadimi Eldar Mansurov, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova, əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşova, həmçinin bəstəkarlar Aygün Səmədzadə, Gövhər Həsənzadə daxil olduğu münsiflər heyətinin iştirakı ilə “Ötən illərin mahnıları” adlı I Retro Musiqi Festivalı keçirilmişdir.

***

2008-ci il dekabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təşkilatçılığı ilə müəssisə və təşkilatlarda çalışan istedadları üzə çıxarmaq məqsədi ilə özfəaliyyət kollektivlərinin ifaçıları arasında noyabr ayında startı verilən peşəkar bəstəkarların retro mahnılarından ibarət “Ötən illərin mahnıları” adlı I Retro Musiqi Festivalı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında qala-konserti ilə işini başa çatdırmışdır.


2009-cu il avqustun 14-də Dövlət Sərhəd Xidmətinin Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Sərhəd Qoşunlarının yaradılmasının 90 illik yubleyinə həsr olunmuş “Sərhədlərimizin keşiyində” mövzusunda müsabiqəyə yekun vurulmuşdur. Bəs­təkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Eldar Mansurovun rəhbərlik etdiyi münsiflər heyətinin yekdil qərarı ilə, musiqisi İlham Abdullayevə, sözləri isə Ədalət Əsgəroğluna məxsus “Sərhədçiyəm” mahnısı birinci yerə layiq görülmüşdür. Nərminə Nağıyevanın Rəşad Kəsəmənlinin sözlərinə bəstələdiyi “Bizim sərhəd qoşunları”, həmçinin sözləri və musiqisi Çingiz Mustafayevə məxsus “Sərhəd” mahnıları ikinci yerə layiq görüldülər. “Sərhədçi Andı” (musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğlu) və “Sərhədçilər” (musiqisi Mehriban Əhmədova, sözləri Fikrət Qoca) mahnıları da üçüncü yerə layiq görüldülər.

***

2009-cu il oktyabrın 2-də Azərbaycan Bəstəkarlar İttifaqının Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə Sumqayıt şəhərinin yaradılmasının 60 illiyi münasibətilə “Sumqayıt şəhərinə həsr olunmuş ən yaxşı mahnı” mövzusunda keçirdiyi müsabiqəyə yekun vurulmuşdur. Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Eldar Mansurovun rəhbərlik etdiyi, əməkdar incəsənət xadimləri, bəstəkar Mobil Babayev, musiqişünas Həcər Babayeva, ABİ-nin məsləhətçisi, musiqişünas Sevda Hüseynovadan ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunan 10 əsərin arasından qalibləri müəyyən etmişlər.

 

 

2010-cu il martın 29-30-da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Hünər” V Vətənpərvərlik Mahnıları Festivalı keçirilmişdir. Festivalın münsiflər heyətində nazirliyin nüma­ yəndələri ilə yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri — İttifaqın məsul katibi Lalə Hüseynova, bəstəkarlar, xalq artisti Faiq Sücəddinov, İlham Abdullayev təmsil olunmuşlar.

***

2010-cu il dekabrın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Ötən illərin mahnıları” retro musiqi festivalının 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.

***

BƏSTƏKARLARIMIZIN UŞAQLARA TÖHFƏLƏRİ

Prezident İlham Əliyevin 2009-cu ili ölkəmizdə “Uşaq ili” elan etməsi ilə əlaqədar bir sıra təşkilatlarda, mədəniyyət ocaqlarında bəstəkarlarla uşaqların görüşləri keçirilmişdir. Uşaq musiqi məktəblərində də bəstəkarlarla görüşlərin keçirilməsi artıq bir ənənəyə çevrilmişdir. Bu tədbirlər gənc nəslin təlim-tərbiyəsi, musiqi təhsilinin problemləri baxımından önəmli olmaqla yanaşı, bəstəkarların uşaqlarla ünsiyyətinə, bəstəkar yaradıcılığının uşaqların musiqi həyatında daha yaxından iştirak etməsinə şərait yaradır.

***

“Uşaq ili” ilə əlaqədar olaraq İ.Əbilov adına Mədəniyyət Mər­kəzində bəstəkar, xalq artisti Oqtay Zülfüqarovla görüş (2009) keçirilmişdir. Mərkəzin bədii rəhbəri Mirəhməd Əsgərov uşaq mahnılarının müəllifi kimi tanınan bəstəkarın yaradıcılığından, kiçik yaşlılarda estetik tərbiyənin aşılanması və ölkəmizin musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən danışmışdır. “Aysel” uşaq ansamblının ifasında bəstəkarın uşaq mahnıları səsləndirilmişdir.

***

Bu silsilədən olan maraqlı tədbirlərdən biri — bəstəkar, əməkdar incəsənət xadimi Sərdar Fərəcovla görüş — Q.Qarayev adına 8 saylı Uşaq Musiqi Məktəbində (2009) keçirilmişdir. Bəstəkarın yaradıcılığı haqqında məktəbin direktoru Kamal Paşazadə və musiqişünas Natiq Vəliyev, bəstəkar Rəna Qədimova söz açmışlar. Tədbirdə bəstəkarlar Adilə Yusifova, Məmmədağa Dadaşov iştirak etmişlər. Tədbirin aparıcısı gənc musiqişünas Leyla Əliyeva idi.

***

LAYİQLİ DAVAMÇILAR

Uşaqlara və gənc istedadlara diqqət və qayğı ilə yanaşmaq, onların qabiliyyətlərini düzgün istiqamətə yönəltmək, onları yetişdirib ərsəyə çatdırmaq, xeyli zəhmət tələb etsə də, böyük savab hesab edilir. Bu nəcib əməl yüksək peşəkarlıq, fədakarlıq, səbr və uşaqlara böyük məhəbbətlə yanaşmanı tələb edir.

2008-ci ilin 11 yanvar tarixində Bəstəkarlar İttifaqı tərəfindən keçirilən uşaq musiqisinə və bununla bağlı olan problemlərə həsr olunmuş elmi konfrans bir daha göstərdi ki, gənc nəslin musiqi tərbiyəsi, uşaqların dünyagörüsünün formalaşması və yaxın gələcəkdə Azərbaycanı dünya səviyyəsində təmsil edə biləcək gənclərin yetişməsi bəstəkarlarımızın diqqət mərkəzindədir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə öz çıxışında uşaq musiqisi mövzusunun çox ciddi, əhatəli və vacib olduğunu vurğuladı. Konfransın elmi-praktiki əhəmiyyətini qeyd edərək, şagird və tələbələrin bu tədbirdə fəal iştirakını əlamətdar bir hal kimi qiymətləndirdi.

…Konfransda məruzələrdən başqa istedadlı gənclər də ifaçılıq qabiliyyətlərini nümayiş etdirdilər. Onlar təkcə ifaçı kimi deyil, həm də səslənən əsərlərin qısa şərhi ilə öz biliklərini göstərdilər.

…Son illərdə gənc ifaçıların inkişafı, onların repertuarını zənginləşdirmək məqsədilə Azərbaycan Respublikasının Mədə­niyyət və Turizm Nazirliyi iki müsabiqə keçirmişdir — xor musiqisi və nəfəs alətlərinin ansambl musiqisi. Həmin müsabiqədə F.Nağıyev, E.Dadaşova, A.Yusifova, İ.Abdullayev, A.Dadaşov, S.Fərəcov, F.Allahverdi, R.Qədimova kimi bəstəkarlar mükafatçılar sırasında olmuşlar.

…Uşaq və gənclər üçün nəzərdə tutulmuş müasir Azərbaycan bəstəkarlarının əsərləri demək olar ki, bütün janrları əhatə edir. Bu cəhət bir daha sübut edir ki, bu gün də yüksək tələblərə cavab verən gənc nəslin hərtərəfli musiqi inkişafı öz aktuallığını itirməyib. Son illərdə yazılan əsərlərin içində Kukla Teatrının tamaşalarına musiqi, uşaq operaları, kantatalar, xor-vokal silsilələr, fortepiano silsilələri, cizgi filmlərinə musiqi, xalq çalğı alətləri üçün və ayrı-ayrı alətlər üçün ansambl əsərləri, mahnılar və digər əsərlər vardır.

Bu əsərlərin müəllifləri uzun illər ərzində uşaqlarla müntəzəm şləyən bəstəkarlardır — R.Zöhrabov, O.Zülfüqarov, O.Rəcəbov, R.Şəfəq, C.Zülfüqarov, S.İbrahimova, E.Dadaşova, İ.Abdullayev, A.Yusifova, C.Abbasov və başqaları.

…Qeyd etmək lazımdır ki, bizim gənclərimiz Azərbaycan musiqisinin gələcəyinə bir körpüdür və bu körpünün möh­kəmləndirilməsi bizdən asılıdır.Bunun üçün də tədris prosesini daha yüksək pilləyə qaldırmaq lazımdır. Bizim sabahkı musiqi gələcəyimizə ən gözəl investisiya bugünki musiqi təhsilinin yüksək keyfiyyətidir.

***

Bəstəkar və musiqişünaslarımızın uşaqların estetik tərbiyəsinə həsr olunmuş tədbirlərin təşkili ilə bağlı fəaliyyəti mütəmadi davam edir. 2012-ci ilin dekabrın əvvəllərində Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən tədbir də xüsusi qeyd olunmalıdır.

Bəstəkarların uşaqlar üçün yazılmış əsərlərin, eləcə də uşaq yaradıcılığının təbliğində məqsədyönlü fəaliyyəti olan əməkdar incəsənət xadimləri İmruz Əfəndiyevanın və Elnara Dadaşovanın təqdimatında mövzu ətrafında müzakirələr aparılmış, uşaqların ifasında bəstəkarlarımızın əsərləri böyük həvəslə səsləndirilmişdir.

Bu kimi tədbirlərin keçirilməsi bir daha sübut edir ki, gənc nəslin musiqi-estetik tərbiyəsi bu gün cəmiyyətimiz üçün ən actual məsələlərdən biridir və Azərbaycan Bəstəkarlar İttifaqı bu prosesdə öz önəmli mövqeyini nümayiş etdirir.

Gənc nəslin yaradıcılığı

Azərbaycan Bəstəkarlar İttifaqının prioritet fəaliyyət isti­qamətlərindən biri də gənclərin yaradıcılığı ilə bağlıdır. Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı (7.07.2011) ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını dəstəkləyir, Azərbaycan Bəstəkarlar İttifaqının gənc və fəal üzvləri bu Dövlət Proqramının həyata keçirilməsində yaxından iştirak edirlər.

Azərbaycan Bəstəkarlar İttifaqının sıraları daim genişlənir, gənc bəstəkar və musiqişünaslar təşkilatın üzvü qəbul olunurlar. İttifaqın İdarə heyəti istedadlı gənc bəstəkar və musiqişünaslarla yaradıcılıq işi aparır, onları istiqamətləndirir. Bəstəkarlar İttifaqı mütəmadi olaraq gənclərin yaradıcılığına həsr olunmuş festivallar, plenumlar, konsertlər, konfranslar və simpoziumlar keçirir. Onların əsərləri xarici ölkələrdə də yayılır. Gənc bəstəkarlar Azərbaycan Bəstəkarlar İttifaqının keçirdiyi simfonik, kamera, xor, vokal-simfonik, uşaq musiqisi, xalq çalğı alətləri orkestri üçün yazılmış yeni əsərlərə həsr olunan bütün plenumlarda, festivallarda, müsabiqələrdə iştirak edir, onların ən yaxşı əsərləri televiziya və radio dalğalarında səsləndirilir.

Bəstəkarlar İttifaqında “Gənclərlə iş” bölməsi fəaliyyət göstərir. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri Azər Dadaşov və Cəlal Abbasovun rəhbərlik etdiyi bu bölmənin təşəbbüsü ilə gənc bəstəkarların, hətta İttifaqın üzvü olmayan tələbə-bəstəkarların əsərlərinin dinləyişi keçirilir, xarici ölkə bəstəkarlarının yeni əsərləri ilə tanışlıq və müzakirələr aparılır, müxtəlif tədbirlər həyata keçirilir. Bəstəkarlar İttifaqı gənc bəstəkarlara daim qayğı göstərir və onların fəaliyyətini əlaqələndirir.

2007-2012-ci illər ərzində Bəstəkarlar İttifaqına qəbul olunmuş bəstəkarlar sırasında gənc bəstəkarlar üstünlük təşkil edir; onlardan Firudin Allahverdinin, Nərminə Nağıyevanın, Kəmalə Əlizadənin, Aliyə Məmmədovanın, Rəna Qelinin adlarını çəkmək olar. 2007-ci il 14-15 noyabr tarixlərində Kamera və Orqan Musiqisi Zalında Gənc bəstəkarların yaradıcılığına baxış-konsertdə Elmir Mirzəyev, Rüfət Ramazanov, Lalə Cəfərova, Rüfət Xəlilov, Arzu Məmmədova, Xədicə Zeynalova, Firudin Allahverdi, Aliyə Məmmədova, Pikə Axundova, Məmməhüseyn Təhmasib və Rəna Gelinin əsərləri səsləndirilmişdir.

GƏNC BƏSTƏKARLARIN SƏNƏT MÜBADİLƏSİ

Rеspublika Prеzidеntinin sərəncamı ilə 2007-ci ilin “Gənclər ili” еlan еdilməsi yaradıcı təşkilatların, о cümlədən də Azərbaycan Bəstəkarlar İttifaqının üzərinə böyük vəzifələr qоymuşdur.

Təşkilatın “Gənclərlə iş” üzrə bölməsi yеnidən bərpa оlunmuş və gərgin işə başlamışdır. Bu bölmənin qarşısında çоx böyük məqsədlər durur. Məhz Bəstəkarlar İttifaqı bəstəkar və musiqişünasların təhsildən sоnrakı talеyində оnların pеşəkar sənətkar kimi püxtələşib fоrmalaşmasında, inkişafında və yaradıcılığının təbliğində müstəsna rоl оynayır.

Azərbaycan Bəstəkarlar İttifaqı mütəmadi оlaraq gənc bəstəkarların əsərlərindən ibarət xüsusi plеnumlar, baxışlar və müsabiqələr kеçirir.

Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Hеyətinin sədri, prоfеssоr Firəngiz Əlizadənin təşəbbüsü ilə avqust və sеntyabr aylarında “Gənclərlə iş” üzrə bölmənin artıq 4 dinləyişi kеçirilmişdir.

Dinləyişlərdə xüsusi maraq dоğuran əsərlərin arasında Еlmir Mirzəyеvin “Ölüm fuqası”nı (2 sоpranо, 2 kоntrabas və zərb alətləri üçün) qеyd еtmək оlar. Almaniyanın musiqili tеatrının sifarişi ilə yazılmış və ifa оlunmuş bu əsərin mətnini yəhudi şairi Paul Cеylanın 1948-cı ildə yazdığı şеir təşkil еdir. Pоstmоdеrnizm cərəyanının ifadə vasitələrinə müraciət еdən bəstəkar əsərin fəlsəfi məzmununu оrijinal tərzdə əks еtməyə nail оlmuşdur.

Azərbaycan Bəstəkarlar İttifaqının tədbirlərində fəal iştirak еdən istеdadlı gənc bəstəkarlar Rüfət Xəlilоv, Xədicə Zеynalоva və Rüfət Ramazanоvun əsərləri maraq dоğurur. X.Zеynalоvanın “Оktеt” (simli alətlər, flеyta, klarnеt, truba və zərb alətləri üçün) əsəri xоş təəssürat yaradır. R.Xəlilоvun flеyta, klarnеt və pianо üçün “Triо”su səlis yazı üslubu ilə sеçilir. R.Ramazanоvun pianо üçün “Musiqi anları” özünəməxsus janr rəngarəngliyi ilə diqqəti cəlb еdir.

Təqdim оlunmuş bəzi əsərlərin mеlоdik və ritmik xüsusiyyətlərində ənənəvilik qabarıq şəkildə özünü büruzə vеrir.  Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə namizədlər — Pikə Axundоvanın (pianо üçün Sоnata), Nərminə Nağıyеvanın (baritоn və instrumеntal ansambl üçün Rоmans), Kəmalə Ələsgərlinin (pianо üçün Sоnata), Cəmalə Nəsirоvanın (pianо üçün Prеlüdlər) təqdim еtdikləri əsərlər bu qəbildəndir. Maraqlı tapıntıları ilə diqqəti cəlb еdən gənc bəstəkarlardan biri də Firudin Allahvеrdidir. Оnun “Açarlar və qapılar” (flеyta, klarnеt, viоlinо, viоlоnçеl və pianо üçün) əsərində bir nеçə dövrün еstеtik təsəvvürlərinin sintеz şəklində qavranılması üzə çıxır. Müəllifin əsərin əvvəlində еpiqraf kimi təqdim еtdiyi C.Ruminin fəlsəfi məzmunlu şеirləri musiqidə öz aydın bədii həllini tapmışdır.

Ümumiyyətlə, bir sıra gənc bəstəkarların əsərlərinə prоqramlılıq xasdır. Bu qəbildən Kəmalə Əlizadənin “Dеprеssiv illüziyalar” və Rəna Gеlinin “Mоusе’s Talе” frоm “Alicе’s”” əsərləri dinləyicidə müəyyən bir еmоsiоnal оvqat yaradır.

Öz pеşəsinə məsuliyyətlə yanaşan gənclərdən biri də Aliyə Məmmadоvadır. Оnun bölmənin iclasında dinlənilən “Simli kvartеt”i aydın lakоnik fоrması, dramaturji inkişaf xətti və pеşəkarlıq səviyyəsi ilə sеçilərək müsbət rəy qazandı.

Müasir yazı tеxnikasında qələmini sınamağa cəhd göstərən gənc bəstəkar Turan Təhmasibin pianо üçün “Variasiyalar”ı maraqla qarşılandı.

Azərbaycan Bəstəkarlar İttifaqının “Gənclərlə iş” bölməsinin iclaslarında tələbə-bəstəkarlara da öz əsərlərini təqdim еtmək imkanı vеrilir. Dinləyişlərdə Bakı Musiqi Akadеmiyasının IV kurs tələbələri — Tahir Ibişоvun “Gizli məna haqqında pоеma”sı, Lеyla Şahbazоvanın “Variasiyalar”ı, Fərid Nağızadənin viоliоno və pianо üçün “Pоеma”sı, Türkər Qasımzadənin viоlinо, viоlоnçеl və pianо üçün “Triо”su səsləndi. Bu tələbə gənclərin akadеmik fоrma və janrlarda təqdim еtdikləri əsərlərdə bəstəkarlıq sənətinin ciddi qayda-qanunlarına əməl еtməklə yanaşı axtarış cəhdləri özünü büruzə vеrir. Xüsusilə, T.İbişоvun “Gizli məna haqqında pоеma”sı diqqəti cəlb еdir.

Gənc bəstəkarlarla yanaşı bölmənin iclaslarına dəvət оlunmuş gənc musiqişünasların dinləyişlərdə iştirak еtməsi həm оnların öz maraq dairələrinin gеnişlənməsi, həm də qarşılıqlı fikir mübadiləsi еtmək baxımından çоx səmərəlidir. Gənc musiqişünaslar – Turan Məmmədəliyеva, Ülkər Əliyеva və Lalə Mеhdiyеva həmkarlarının əsərlərini diqqətlə dinləyərək öz səmimi rəylərini bildirdilər.

Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyi, xüsusilə, Firəngiz xanım Əlizadə gənclərin yaradıcılığına, о cümlədən “Gənclərlə iş” bölməsinin fəaliyyətinə çоx böyük önəm vеrir.

***

2008-ci il aprelin 18-də “Gənclik” Beynəlxalq Turizm Mərkəzində “Gənclik — gələcəyin səsi” mövzusunda II respublika görüş-seminarı keçirilmişdir. 100-ə yaxın yaradıcı gəncin qatıldığı tədbirdə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri, son 5 ildə ölkə daxilində və xaricdə keçirilən yaradıcılıq müsabiqələrinin, festivalların, olimpiadaların, sərgilərin qalibləri ilə yanaşı, digər istedadlı gənclər də iştirak etmişlər.

2009-cu ildə Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalında gənc bəstəkarların yaradıcılığı “Gənclər avanqardda” adlı konsert proqramında təqdim olunmuşdur.

ABİ-nın 75 illiyinə həsr olunmuş müsabiqədə gənc bəstəkar Rüfət Xəlilovun simfonik orkestr üçün “Rapsodiya” əsəri I mükafata layiq görülmüş və həmin əsər yubiley tədbirlərinin yekun konsertində ilk dəfə ifa olunmuşdur.

2011-ci ildə “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində “Muğam və avanqard” adlı konsertin təşkili də əlamətdar olmuşdur. Bu konsertdə “Con tempo” ansamblının və Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin solistlərinin ifasında yalnız gənc bəstəkarların kamera əsərləri səsləndirilmişdir.

Hesabat dövründə Azərbaycan Bəstəkarlar İttifaqının təqdimatı ilə bir neçə gənc bəstəkar və musiqişünas Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülmüşlər. Onlardan Səid Qəni,Ayaz Qəmbərli, Türkər Qasımzadə, Tahir İbişov və Kərəm Əkbərlinin adları qeyd olunmalıdır. Bu gənc bəstəkarlar İttifaqın üzvləri olmasa da, onların əsərləri mütəmadi olaraq, ABİ-nın plenum və festivallarında ifa olunur.

2011-ci ilin avqust ayında Bəstəkarlar İttifaqının sədri F.Əlizadənin təqdimatı ilə iki gənc bəstəkar — Səid Qəni və Firudin Allahverdi Davos Beynəlxalq Festivalına dəvət almış və sifarişlə yeni əsərlər yaratmışlar. Həmin əsərlər Festival çərçivəsində bir neçə dəfə İsveçrə musiqiçiləri tərəfindən ifa olunmuşdur. ABİ-nin tövsiyəsi ilə bir neçə gənc bəstəkar və sənətşünas Gənclər və İdman Nazirliyinin mükafatlarına layiq görülmüşlər. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 10 gənc bəstəkar Prezident təqaüdü alır, İtaliya, Almaniya və ABŞ-da təhsilini davam etdirir.

2011-ci il noyabrın 2-də Azərbaycan Bəstəkarlar İttifaqının “Gənclərlə iş” bölməsində gənc kinematoqrafçılarla görüş keçirilmişdir. Tədbirdə kinorejissor Tariyel Vəliyev və onun tələbələri, o cümlədən Azərbaycan Bəstəkarlar İttifaqının gənc üzvü Firidun Allahverdiyev, gənc bəstəkar Ayaz Qəmbərli, Tahir İbişov, həmçinin Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin magistrləri iştirak etmişlər.

Azərbaycan Bəstəkarlar İttifaqının təqdimatı ilə gənc bəstəkar, musiqişünas və ifaçılardan ibarət 30 nəfərlik nümayəndə heyəti 2012-ci ilin noyabr ayında keçirilən “İstedadlı və Yaradıcı Gənclərin II Respublika Toplantısı”nda iştirak etmişlər.

***

Gənclərlə bağlı ən önəmli tədbirlərdən biri — 2012-ci il 12-16 iyun tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi Qurtuluş Gününə həsr olunan Gənc bəstəkarların əsərlərindən ibarət Plenum olmuşdur. Plenumda üç gün ərzində gənc bəstəkarların müxtəlif janrlarda yazılmış yeni əsərlərindən ibarət konsert proqramları dinlənildi.

Plenum çərçivəsində “Con Tempo” ansamblının (bədii rəhbər Nizami Zeynalov), Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor) konsertində gənc Azərbaycan

bəstəkarlarının Ceyhun Allahverdiyev, Vasif Allahverdiyev, Aliyə Məmmədova, Rüfət Xəlilov, Firudin Allahverdi, Səid Qəni, Ayaz Qənbərli, Tahir İbişov, Günay Mirzəyeva, Kərəm Əkbərov, Kamran Nəsirov, Kəmalə Əlizadə və Azər Hacıəsgərlinin əsərləri maraqla qarşılanmışdır.

Plenum “Dəyirmi masa” ilə başa çatmışdır. Konsertlərin aparıcılığı da gənc musiqişünaslara — sənətşünaslıq üzrə fəlsəfə doktorları Leyla Zöhrabova, Səadət Təhmirazqızı və Jalə Qulamo­ vaya həvalə olunmuşdur.

…”Gənc bəstəkarların əsərlərindən ibarət plenum” yeni nəsil musiqiçilərimizin ictimaiyyətə təqdimatı baxımdan əlamətdar hadisə oldu.

Plenumun keçirilməsi Azərbaycanda gənc bəstəkarlara göstərilən qayğının bariz nümunəsi kimi çox diqqətəlayiqdir. Plenumda əsərləri dinlədikcə bir daha qürur hissi duyduq ki, gənc nəsil müasir musiqiyə necə böyük həvəslə yanaşır, dünya arenasına qatılmağa çalışır. Bu gənclərin əksəriyyəti xaricdə təhsil alır, əsərləri dünya musiqi orkestrlərinin ifasında səslənir. İnanırıq ki, onlar XXI əsr Azərbaycan musiqi mədəniyyətinin layiqli təmsilçisi kimi professional musiqi incəsənətimizi yüksək səviyyədə inkişaf etdirmək naminə yeni-yeni nailiyyətlər qazanacaqlar.

***

Ümumiyyətlə, ənənəvi olaraq keçirilən gənc bəstəkarların əsərlərindən ibarət plenum respublikanın musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirmişdir. Bu kimi plenumlar gənclərin əsərlərinin səsləndirilməsilə yanaşı, onlara tanınmış bəstəkarların tövsiyələrini də dinləmək, gənc bəstəkarlara yaradıcılıqlarını daha da inkişaf etdirmək imkanı yaradır.

Elmi-praktik konfranslar

Görkəmli bəstəkarlarımızın və musiqişünaslarımızın yara­ dıcılığına həsr olunmuş konfranslarla yanaşı, eləcə də musiqi elminin aktual problemləri ilə bağlı elmi-praktik konfranslar Azərbaycan Bəstəkarlar İttifaqının mütəmadi keçirdiyi təd­birlərdəndir.

***

2011-ci ildə Bakıda “Muğam aləmi” Beynəlxalq festivalı çər­çivəsində təşkil ediləcək simpoziuma hazırlıq ərəfəsində Azər­baycan Bəstəkarlar İttifaqında “Ü.Hacıbəyli: Şərqin muğam-məqam sistemləri müqayisəli təhlildə” mövzusunda elmi konfrans (19 noyabr 2010-cu il) keçirilmişdir. Simpoziumda musiqişünaslar seçilmiş mövzu üzrə çıxışlar etmişlər:

“Səfiəddin Urməvinin (XIII əsr) və Üzeyir Hacıbəylinin (XX əsr) risalələrində bəzi lad problemlərinin müqayisəli təhlili”, “Azərbaycan musiqisində ladların qarşılıqlı əlaqələrinin tədqiqi məsələləri”, “Şifahi ənənəli professional musiqidə millilik və universallıq (Azərbaycan və Hindistan musiqisi nümunəsində)”, “Üzeyir Hacıbəyli və Azərbaycan muğamlarının səs sistemi məsələsi”, “Yaxın və Orta Şərqin musiqi sistemində lad strukturlarının qarşılıqlı müqayisəsi” və digər mövzularda məruzələr dinlənilmişdir.

***

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə Bakıda II Beynəlxalq Muğam Festivalı çərçivəsində keçiriləcək simpoziuma hazırlıq məqsədi daşıyan ikinci konfrans (7 fevral 2011-ci il) “Şərqin muğam-məqam sistemləri müqayisəli təhlildə” mövzusuna həsr olunmuşdur. Burada Şərq musiqisinin, xüsusilə muğam sənətinin aktual məsələləri müzakirə olunmuşdur. Konfransda “Azərbaycan musiqisində məqamların qarşılıqlı əlaqələrinin tədqiqi məsələləri”, “Yaxın və Orta Şərqin musiqi sistemlərində məqam strukturlarının qarşılıqlı müqayisəsi”, “Azərbaycan və İran “Humayun” muğam-məqam sistemlərinin müqayisəsi (Üzeyir Hacıbəylinin elmi nəzəriyyəsi əsasında)”, “Muğam və dini musiqinin məqam əsasları”, “Müasir kompyuter texnologiyaları və Azərbaycan məqamlarının mədəni irs kimi saxlanılması” və digər mövzularda məruzələr dinlənilmişdir. Simpoziumda çıxış edəcək azərbaycanlı məruzəçilər müəyyən olunmuşdur.

Azərbaycan Bəstəkarlar İttifaqında Azərbaycan musiqi ənənələrinin qorunması silsiləsindən romans-qəzəl janrına həsr olunmuş (21 may 2012) elmi-praktiki konfransın da keçirilməsi əhəmiyyətli olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, ABİ-nın katibi, xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, Vahid Poeziya Məclisinin sədri Rafiq Əliyev, Bakı Musiqi Akademiyasının professor Tərlan Quliyev, sənətşünaslıq namizədi Zümrüd Dadaşzadə çıxış edərək, Azərbaycan musiqisində romans-qəzəlin rolundan, ədəbi qəzəl kimi musiqili qəzəlin də mürəkkəb lad və ritm qanunlarına söykənməsindən, xüsusi olaraq, ritm problemlərindən və ifa zamanı düzgün tələffüz qaydalarından söz açmışlar. Konfransda qeyd edilmişdir ki, musiqi tarixində Azərbaycan — muğam, simfonik muğam, caz-muğam və romans-qəzəl kimi janrların vətəni kimi tanınmışdır.

Musiqili qəzəl janrının ənənələrinin dirçəldilməsinin actual bir mövzu kimi gündəmə gətirilməsi ilə bağlı olaraq, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və musiqili qəzəl janrının Azərbaycanda inkişaf yolları” mövzusunda elmi-praktik konfrans (27 sentyabr 2012-ci il) keçirilmişdir.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə konfransın aktual mövzuya həsr edildiyini, qəzəl janrının inkişaf etdirilməsinin vacibliyini vurğuladı: “Ü.Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” romansları örnək olaraq bu janrda yeni əsərlər yazmağa sövq edir. Bir bəstəkar kimi çox istərdim ki, bu musiqi janrında yeni əsərlər meydana çıxsın”. Konfransda filologiya elmləri doktoru, professor Tərlan Quliyevin “Klassik Şərq və Azərbaycan musiqişünaslığında qəzələ münasibət”, bəstəkar-musiqişünas Nərgiz Şəfiyevanın “Ü.Hacıbəylinin musiqili qəzəllərində əruzun təzahürünə dair”, AMEA-nın müxbir üzvü, professor Teymur Kərimlinin “Azərbaycan muğam mətnlərinin poetik xüsusiyyətləri”, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadənin “Ü.Hacıbəylinin qəzəl-romanslarının musiqi-mətn əlaqələrində intonasiya uyğunluğu”, qəzəlxan şair, tədqiqatçı Hacı Ələmdar Mahirin “Müasir şeirimizdə qəzəl” və Xalq artisti Canəli Əkbərovun “Rast” muğamına bir nəzər” mövzularında məruzələri dinlənildi, müzakirələr aparıldı.

Təqdimatlar

Azərbaycan Bəstəkarlar İttifaqında yeni kitabların təqdimatının keçirilməsi ənənəvi hal almışdır. Bu silsilədən musiqişünas-alimlər Ramiz Zöhrabovun, Zemfira Səfərovanın, Zemfira Qafarovanın, Lalə Hüseynovanın, Mina Hacıyevanın, Lətifəxanım Əliyevanın və başqalarının kitablarının təqdimat mərasimləri maraqlı tədbirlərdəndir və həmişə olduğu kimi, bu tədbirlər də dövri mətbuat səhifələrində işıqlandırılmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar incəsənət xadimi Zemfira Səfərovanın dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş “Ölməzlik” kitabının təqdimatı 2010-cu il sentyabrın 30-da keçirilmişdir. Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə təşkil olunan tədbirlər sırasında 3 dildə nəşr olunan bu kitabın təqdimatının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

Mərasimdə çıxış edən kitabın müəllifi Zemfira Səfərova yeni nəşrin ərsəyə gəlməsində ona yaxından köməklik göstərmiş Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyliyə, kitabın redaktoru Nazim İbrahimova təşəkkür etmiş, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir. Tədbirdə Üzeyir Hacıbəylinin əsərləri səsləndirilmişdir.

***

IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli: sələfləri və xələfləri” adı altında tədbir (2012) keçirildi. Tədbirdə “Azərbaycanın musiqi tarixi”nin I cildi (qədim dövrlərdən XX əsrə qədər; müəlliflər Z.Səfərova, L.Kazımova, R.Rzaquliyeva, G.Vəzirova, Ü.Talıbzadə, K.Dadaşzadə, M.Kərimli, S.Ağayeva) və musiqişünas-alim, AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın “Dedim, dedilər…” məqalələr toplusu təqdim olundu.

Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq “Azərbaycanın musiqi tarixi” kitabının hazırlanmasında böyük bir kollektivin zəhməti olduğunu vurğuladı.

Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva beynəlxalq festival çərçivəsində təqdimatı gerçəkləşən kitabı uğurlu layihə kimi qiymətləndirdi.

Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi-tədqiqat əsəri əsasında musiqi məktəbləri və texnikumları üçün hazırlanmış dərs vəsaitinin təqdimat mərasimi (2010) keçirilmişdir. Təhsil Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə səyləri nəticəsində ərsəyə gələn dərs vəsaitinin tərtibçisi Bakı Musiqi Akademiyasının məktəb-studiyasının direktoru, Əməkdar İncəsənət Xadimi, professor Tərlan Seyidovdur. O, öz çıxışında qeyd etdi ki, dərsliyin uşaqlar üçün olması əsas məsələdir. Bunun üçün Üzeyir Hacıbəylinin elmi əsəri uşaqların qavrayışına adaptasiya olunmuşdur. Bu, bütövlükdə ölkəmiz üçün gərəkli bir işdir. Çünki bu layihə hətta birinci sinif şagirdlərinin belə Üzeyir Hacıbəyli dühasını dərk etməsinə zəmin yaradır.

 

Azərbaycan Bəstəkarlar İttifaqında dahi bəstəkar Qara Qarayevə həsr olunmuş “Qara Qarayev tələbələrinin xatirəsində” kitabının təqdimatı (2010) keçirilmişdir. Bəstəkar və musiqişünas Nərgiz Şəfiyevanın tərtibçisi və redaktoru olduğu bu kitabda SSRİ və Azərbaycan xalq artisti, Dövlət Mükafatları Laureatı Qara Qarayevin 40 illik pedaqoji fəaliyyəti zamanı onun sinfini bitirən tələbələrinin xatirələri cəmlənmişdir. Tələbə bəstəkarların xatirələri sırasında onun ənənələrini davam etdirən, artıq dünya miqyasında tanınan görkəmli bəstəkarlarımız arasında SSRİ xalq artistləri Rauf Hacıyev, Arif Məlikov, xalq artistləri Hacı Xanməmmədov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Sevda İbrahimova, Tofiq Bakıxanov, Polad Bülbüloğlu, Oqtay Zülfüqarov, Musa Mirzəyev, Firəngiz Əlizadə və başqalarının adı çəkilməlidir. Tələbələri Qara Qarayevi həm müəllim, həm də insan kimi həmişə böyük hörmət və ehtiramla yad ediblər. Tədbirdə dahi bəstəkarın əsərlərindən nümunələr səslənmiş, həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunmuşdur.

***

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti, sə­nətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun “Азер­байджанская профессиональная музыка устной традиции: мугамы-дастгях и зерби-мугамы” kitabının təqdimatı (2010) Azərbaycan Bəstəkarlar İttifaqında əhəmiyyətli hadisələrdən biri olmuşdur.

Kitab iki hissədən ibarətdir. “Мугамы дастгях” adlanan I hissədə şifahi ənənəli prоfessiоnal musiqi janrı оlan muğam­ larımızın tariхindən, muğamda şöbə və guşələrin, rəng və təsnifin mahiyyətindən bəhs оlunur. “Rast”, “Çahargah” muğam dəstgahlarından daha ətraflı söhbət açılır. Muğamların nоt yazısı üzərində aparılan lad хüsusiyyətləri, pоetik mətn, melоdiya, ritmik quruluş və s. bu istiqamətdə təhlilər öz əksini tapır.

Kitabın II hissəsi — Azərbaycan zərbi muğamlarına həsr edilib. Burada da zərb muğamlar barədə ətraflı məlumat verilmiş, müəllif tərəfindən nоta köçürülmüş “Mənsuriyyə”, “Heyratı”, “Simayi-şəms”, “Оvşarı”, “Qarabağ şikəstəsi”, “Heydəri”, “Arazbarı” və “Kəsmə-şikəstə” zərbi muğamlarının üzərində də lad хüsusiyyətləri, pоetik mətn, ritmik quruluş, melоdik çalarlar və s. baхımdan təhlillər aparılmışdır. Tədqimat mərasimində kitabın elmi redaktоru AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, prоfessоr Rəna Məmmədоva, rəyçi sənətşünaslıq doktoru, prоfessоr Gülzar Mahmudоva, Хalq artisti Tоfiq Bakıхanоv, pedaqоji elmlər dоktоru, prоfessоr Vidadi Хəlilоv, prоfessоr Ülviyyə İmanоva və başqaları çıхış edərək Ramiz müəllimin elmi yaradıcılığının böyük əhəmiyyətindən və təqdimatı keçirilən yeni kitabının dəyərindən danışdılar.

***

Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi-tədqiqat əsəri əsasında musiqi mək­təbləri və texnikumları üçün hazırlanmış dərs vəsaitinin təqdimat mərasimi (2010-cu il oktyabrın 6-da) keçirilmişdir. Təhsil Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə səyləri nəticəsində ərsəyə gələn dərs vəsaitinin tərtibçisi Bakı Musiqi Akademiyasının məktəb-studiyasının direktoru, Əməkdar İncəsənət Xadimi, professor Tərlan Seyi­dovdur. Təqdimat mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə kitabın nəşrini dahi bəstəkar Ü.Hacıbəylinin 125 illik yubileyinə böyük töhfə adlandırmışdır.

***

Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq namizədi Lalə Hüseynovanın “Azərbaycan Bəstəkarlar İttifaqı: böyük yolun tarixi (1934-2009)” kitabının təqdimatı 2012-ci il aprelin 24-də olmuşdur. Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə təqdimatın açılışında çıxış edərək demişdir ki, kitab Bəstəkarlar İttifaqının tarixində mühüm hadisə olmuşdur. Azərbaycanda dahi Üzeyir Hacıbəylidən qaynaqlanan bəstəkarlıq tarixi çox maraqlı hadisələrlə zəngindir. Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş kitabın müəllifi və tərtibatçısı, Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova uzun illər material toplamış, çox böyük iş görmüşdür. Kitabda arxiv materiallarından, dərc olunmuş məqalələrdən, fotoxronikadan istifadə edilmişdir.

Muzey Mərkəzində Bakı Musiqi Aka­demiyasının professoru, fəlsəfə elmləri doktoru Mina Hacıyevanın “Üzeyir Ha­cıbəyli musiqi təfəkkürünün fəlsəfi mədəniyyəti”, “Qara Qarayev təfəkkürünün fəlsəfəsi” və “Firəngiz Əlizadə musiqisinin fəlsəfi dünyası” kitablarının təqdimat mə­rasimi olmuşdur (2011-ci il noyabrın 15-də). Tədbirdə BMA-nın professoru, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova XX əsr Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri Ü.Hacıbəylivə Q.Qarayevin milli musiqimizin inkişafında, dünyada tanınmasında əvəzsiz xidmətlərindən danışmışdır. Akademik Teymur Bünyadov, professor İmran Cəfərzadə, Xalq Artisti Tofiq Bakıxanov və başqaları Azərbaycan, rus, ingilis dillərində nəşr edilmiş kitabların məziyyətindən danışmışlar.

 

Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, xalq artisti, “Şöhrət” ordenli, professor Ramiz Mustafayevin 85 illiyinə həsr edilən musiqişünas, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarovanın “Ramiz Mustafayev” monoqrafiyasının təqdimatı olmuşdur (2011). Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, xalq artisti, professor Tofiq Bakıxanov, xalq artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimi, professor Aida Tağızadə, sənətşünaslıq namizədi, BMA-nın professoru Leyla Məmmədova bəstəkarın həyat və yaradıcılığından söhbət açmış, onun Azərbaycan musiqi tarixində əhəmiyyətli işlərindən, xor musiqisinin inkişafında önəmli fəaliyyətindən bəhs etmişlər.

Azərbaycan Bəstəkarlar İttifaqında əməkdar İncəsənət xadimi Sərdar Fərəcovun “Üzeyir işığında” kitabının təqdimatı olmuşdur (2011). Tədbiri açan ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş “Üzeyir işığında” kitabını yüksək sənətkarlıqla yazılmış nadir kitab kimi dəyərləndirmişdir. Sərdar Fərəcov həm bəstəkar, həm dəmusiqişünas kimi, elmi yaradıcılığının böyük hissəsini məhz Üzeyir Hacıbəyli irsinə həsr etmişdir.

***

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Lətifəxanım Əliyevanın “İslam ənənəsi və Azərbaycan musiqisi” kitabının təqdimat mərasimi 2011-ci il noyabrın 29-da Azərbaycan Bəstəkarlar İttifaqında keçirilmişdir. Təhsil Nazirliyinin müvafiq əmri əsasında dərs vəsaiti kimi çap edilmiş kitab ali məktəblərin müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur. Tədbirdə çıxış edən ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, akademik Vasim Məmmədəliyev və başqaları yeni elmi əsəri yüksək qiymətləndirmişlər.

***

Bəstəkar, sənətşünaslıq namizədi Adilə Yusifovanın yeni diski və kitabının “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində təqdimat mərasimi (2008) də maraqlı tədbirlərdən olmuşdur. “Bəstəkar Adilə Yusifovanın musiqi dünyası” adlanan konsert-təqdimatın aparıcısı — Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq namizədi Lalə Hüseynova tədbir iştirakçılarına bəstəkarın yaradıcılığı haqqında məlumat vermiş və 2 diskdən ibarət albomu təqdim etmişdir.

Bəstəkarlar İttifaqının konsert salonunda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına Xorunun diskinin təqdimatı (2012) keçirilmişdir. 1932-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Radiokomitəsində yaradılmış xorun ilk bədii rəhbəri Cahangir Cahangirov olmuşdur.

1948-ci ildən xora Xalq Artisti Ramiz Mustafayev rəhbərlik etmişdir. Kollektiv yarandığı gündən Azərbaycan xalq mahnılarını və Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişdir. Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Xoru Cahangir Cahangirovun adını daşıyır. Kollektivin bədii rəhbəri və baş rejissoru C.Cahangirovun yetirməsi Şəhla Ələkbərovadır.

***

Azərbaycan Bəstəkarlar İttifaqının II Beynəlxalq Muğam Festivalı ərəfəsində muğamların not yazılarından ibarət məcmuələrin təqdimatı ilə bağlı təşkil etdiyi daha iki tədbir qeyd olunmalıdır. Bunlardan biri Bakı Musiqi Akademiyasının professoru, kamança ifaçısı Arif Əsədullayevin “İnstrumental muğam” not kitabının təqdimatına (2010) həsr edilmişdir. Təqdimatı keçirilmiş muğamların not yazılarından ibarət ikinci nəşr isə Naxçıvanda fəaliyyət göstərən tanınmış tarzən və pedaqoq Əkrəm Məmmədliyə məxsus “Azərbaycan muğamları” adlı not məcmuəsi olmuşdur.

Görüşlər

Son illərdə Azərbaycan Bəstəkarlar İttifaqında yaranmış ənənəvi tədbirlərdən biri də “Müasirlərlə dialoq” silsilə görüşlərin keçirilməsidir. Ziyalılarımızın xalqa tanıdılması, onların tövsiyələrindən bəhrələnmək, cəmiyyət və şəxsiyyət anlayışı hər zaman olduğu kimi bu gün də aktualdır. Bəstəkarlar İttifaqının “Müasirlərlə dialoq” adlı yeni layihəsinin ilk qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar olmuşdur (2010). Anarın və görüşdə iştirak edən bəstəkar və musiqişünasların dialoqunda görkəmli yazıçının təkcə bədii yaradıcılığı haqqında deyil, eyni zamanda onun Azərbaycan və dünya, şəxsiyyət və cəmiyyət, bugünkü ziyalılarımız barədə fikirləri də maraq doğurmuşdur. Yaradıcı gənclərə münasibətini bildirən xalq yazıçısı bu gün Azərbaycan ədəbiyyatında yüksək peşəkarlığa malik yeni nəsil yetişdiyini, poeziyada Hüseyn Cavid, nəsrdə İsa Hüseynov yolunun davamçılarının olduğunu vurğulamışdır. O, yaradıcılığa şeirlə başladığını, Puşkindən, Abaydan tərcümələr etdiyini söyləmiş və yeni şeirlərini oxumuşdur.

***

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Müasirlərlə dialoq” layihəsi çərçivəsində növbəti tədbir çərçivəsində tanınmış kinorejissor, xalq artisti Eldar Quliyev ilə görüş (2010) olmuşdur. Görüş görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsini anma günü münasibətilə təşkil edilmişdir. Tədbirdə Eldar Quliyevin atası haqqında çəkdiyi “Nəğməli ömür” sənədli filmi nümayiş olunmuşdur.

***

“Müasirlərlə dialoq” layihəsi çərçivəsində Əməkdar Elm Xadimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovla görüş (2011) keçirilmişdir. Görüşdə “Tarixin izi ilə…Yaqub Mahmudov” sənədli televiziya filmi (AzTV-nin istehsalı) nümayiş olunmuşdur. Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə Y.Mahmudovun alim, ziyalı, siyasi xadim kimi çoxşaxəli fəaliyyətindən danışmışdır. O, bildirmişdir ki, Yaqub Mahmudovun rəhbərlik etdiyi AMEA-nın Tarix İnstitutunda son zamanlar böyük işlər görülmüş, tariximizin daha dəqiq araşdırılması və təbliği istiqamətində mühüm addımlar atılmışdır. “Müasirlərlə dialoq” silsiləsindən növbəti qonağımız Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, Azərbaycan Memarlar İttifaqının katibi, əməkdar memar, professor Gülçöhrə Məmmədova oldu (2011). Səmimi dialoq xarakterli görüşdə G.Məmmədova bir memar kimi, bəstəkar və musiqişünaslarla xüsusilə Şəkidəki Kiş abidəsinin bərpa işləri ilə bağlı fikirlərini bölüşmüşdür.

Azərbaycan Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” silsiləsindən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov ilə görüş (2011) keçirilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə A.İbrahimovun yaradıcılığı barədə məlumat vermişdir. Onun əslən Şuşa şəhərindən olduğunu qeyd edən natiq, fırça ustasını səsin şəklini çəkən rəssam kimi səciyyələndirmişdir. A.İbrahimov Vatikanda sərgisi açılmış ilk azərbaycanlı rəssamdır, onun milli koloritlərlə zəngin olan əsərləri həmçinin Almaniya, Fransa, Rusiya, İran, Türkiyə və digər ölkələrdə də rəğbətlə qarşılanır. Tədbirdə rəssamın çəkdiyi rəsmlərin fotogörüntüsü nümayiş olunmuşdur.

***

Azərbaycan bəstəkarları ilə müxtəlif təşkilatlarda, təhsil müəs­sisələrində keçirilən görüşlər onların yaradıcılığının təbliği və mu­siqisinin geniş dinləyici auditoriyasında tanıdılmasına xidmət edir. Azərbaycan Dövlət Diplomatiya Akademiyasında Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə ilə görüş (2009) keçirilmişdir. Akademiyanın prfessor, müəllim və tələbə heyəti adından qonağı salamlayan rektor Hafiz Paşayev, bəstəkarın həyat və yaradıcılığı barədə görüş iştirakçılarına məlumat vermişdir. Daha sonra YUNESKO-nun təşkilatçılığı ilə çəkilmiş F.Əlizadənin dünya musiqi sənətindəki fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilmişdir. Görüşün yaddaqalan məqamlarından biri də Azərbaycanın xarici siyasətinin gələcək təminatçıları olan gənc diplomatlarımızın bəstəkara ünvanladıqları suallar olmuşdur.

***

2012-ci ildə F.Əlizadə ilə daha bir sıra görüşlər keçirilmişdir. Bakı Musiqi Kollecində görüş bəstəkarla dialoq şəklində qurulmuş (aparıcı — əməkdar incəsənət xadimi Həcər Babayeva), iştirakçılar tərəfindən əsərlərinin yaranma tarixi və musiqi mədəniyyətimizin inkişafı ilə bağlı verilən sualları F.Əlizadə əhatəli cavablandırmışdır. Tədbirdə bəstəkarın F.Əlizadənin yaradıcılığı haqqında filmdən (rejissor Cahangir Zeynallı) — ayrı-ayrı əsərlərinin premyeralarını əks-etdirən kadrlar nümayiş olunmuşdur.

Azərbaycan Bəstəkarlar İttifaqi bu gün

Fəaliyyət göstərdiyi böyük hadisələrlə zəngin zaman kəsiyində Azərbaycan bəstəkarlarını və musiqişünaslarını öz sıralarında birləşdirən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi kimi ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır. Azərbaycan Bəstəkarlar İttifaqı öz missiyasını bu gün də da­vam etdirir. Bu gün professional musiqiçılərimizin neçə-neçə nəsillərinin formalaşmasında, musiqi xəzinəmizin yeni-yeni əsərlərlə zənginləşməsində, mədəniyyətimizin bütün dünyada təbliğində ayrı-ayrı sənətkarların fərdi istedad və bacarığını qeyd etməklə bərabər, bu insanları doğma, isti bir ocaq kimi öz ətrafında cəmləyən Azərbaycan Bəstəkarlar İttifaqının müstəsna rolu vardır. Bəstəkarlar İttifaqında hər il bir sıra tədbirlər: plenumlar, baxışlar,müsabiqələr, bəstəkarların yaradıcılıq gecələri və ya müəllif konsertləri, musiqişünasların yeni kitablarının təqdimat mərasimləri və s. keçirilir. Bir ənənə olaraq, bu tədbirlərdə həm yaşlı, orta, həm də gənc nəslin bəstəkarları öz yeni əsərləri ilə iştirak edirlər. Bu, Azərbaycan Bəstəkarlar İttifaqının həyatıdır və gündən-günə davam edir.

Yanvarın 3-də İstanbulun məşhur Camal Reşit Rey konsert salonunda Amerikanın ulduz skripkaçısı Hillari Han xalq artisti, professr Firəngiz Əlizadənin skripka və fortepiano üçün «İmpuls» əsərinin premyerasını təqdim etmişdir. Qeyd edək ki, Hillari Hanın Türkiyədən sonra «İmpuls»un premyerasını, yanvarın 5-də Almaniyada “Baden-Baden Feştpilhaus” teatrında, yanvarın 18-də Fransanın lion şəhərində «Auditoriya de Lion» konsert salonunda, həmçinin yanvarın 24-də Hollandiyanın Eyndhoven şəhərində «Muziekgebouw»da, yanvarın 26-da Londondakı «Viqmor Holl»da, fevralın 6-da İslandiyada təşkil ediləcək kamera musiqisi festivalında «Ameliya Plantation» kilsəsində baş tutacaq premyeralarda Hillari Hanı fortepianoda Kori Smit müşayiət etmişdir.

Dekabrın 3-də «Nant» Universitetinin musiqi fakültəsinin tələbələri ilə görüşən bəstəkarımız onlara müasir musiqidən ustad dərsləri keçmişdir. Onu da xatırladaq ki, «Utopik» ansamblı tələbələrin müasir musiqini daha da dərindən dərk etmələri üçün hər il dünyanın ən tanınmış bəstəkarlarını bu universitetdə qonaq edirlər. Bu dəfəki görüş zamanı Mişel Grizard (gitara), Fransua jirar (violonçel) Firəngiz xanımın gitara üçün 1994-cü ildə bəstələdiyi «Fantaziya», həmçinin violonçel üçün «Oyan!» (2005) əsərlərini tələbələr qatrşısında ifa etmişlər.

«Utopik» ansamblı həmçinin dekabrın 5-də «Renaudières Carquefou» uşaq musiqi məktəbində Firəngiz xanımın əsərlərindən ibarət konsertlə çıxış etmişlər. Dekabrın 6-da isə Nantın məşhur «Qraslen» Teatrında dünya şöhrətli bəstəkarımızın müəllif konserti olmuşdur. Konfransın bağlanışı kimi dekabrın 7-də «Qraslen» Teatrında baş tutan qala konsertdə müasir musiqinin görkəmli nümayəndələri Klod Debüssi, Moris Ravell,həmçinin F.Əlizadənin əsərləri ifa olunmuşdur. Daha sonra İtaliyada F.Əlizadənin əsərlərindən ibarət musiqi həftəsi təşkil edilmişdir.

******

Yanvarın 18-də Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə 20 Yanvar Faciəsinin 23-cü ildönümünə həsr olunan anım tədbiri keçirilmişdir. Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda baş tutan tədbirdə İttifaqının “Oazis” simli kvartetinin çıxışı, həmçinin Rəssamlar İttifaqının üzvləri Rövşən Məmmədov, Rəfael Muradov, Oqtay Quliyev və Bayram Qasımxanlının rəsm əsərlərindən ibarət sərgi nümayiş olunmuşdur.

******

Yanvarın 29-30-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) III Beynəlxalq muğam simpoziumu ərəfəsində “Azərbaycan muğamlarInda və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda konfrans təşkil olunmuşdur. Tədbiri açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə artıq ənənəvi olaraq iki ildən bir ölkəmizdə keçirilən beynəlxalq muğam festivalının böyük maraq doğurduğunu və bu tədbirin milli musiqi irsimizin təbliğindəki mühüm rolunu diqqətə çatdırmışdır. Yanvarın 30-da keçirilən konfransın ikinci günündə Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Akif Quliyevin “Azərbaycan muğam rənglərinin dramaturji əhəmiyyəti və ifaçılıq məsələləri” və başqa məruzələr dinəlilmişdir.

******

Fevralın 1-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Gənclər Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir. Tədbirdə ABİ-nin katibləri Sərdar Fərəcov, Cəlal Abbasov, Lalə Hüseynova və Aliyə Məmmədova çıxış edərək gənc bəstəkarları qarşıdan gələn 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə təbrik etmişlər. 
“Dəyirmi masa” da ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, 2012-ci ildə gənc bəstəkarların əldə etdikləri nailiyyətlərdən söhbət açılmış, onların problemləri müzakirə olunmuşdur.Tədbirdə gənc bəstəkarlardan Ayaz Qəmbərlinin “Qovuşma”, Türkər Qasımzadənin “Süd rəngli çalarlar”, Tahir İbişovun “Göy üzərində səma” və s. əsərləri dinlənilmiş, bu əsərlər ətrafında maraqlı fikir mübadiləsi aparılmışdır.

******

Fevralın 5-də böyük Azərbaycan bəstəkarı və pedaqoqu, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Qara Qarayevin anadan olmasının 95 illiyi münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət edildi. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Dahi bəstəkarın məzarı üzərinə gül dəstələri qoyuldu, xatirəsi yad olundu.
Anım mərasimini aparan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə dahi musiqiçinin yaradıcılığının böyük məktəb olduğunu vurğuladı, Qara Qarayevin yaratdığı musiqi ənənələrindən söz açdı. Qeyd olundu ki, bu ənənələri yaşatmaq musiqiçi kimi hər birimizin borcudur. F.Əlizadə bəstəkarın pedaqoji fəaliyyətindən də danışdı: “Qara Qarayev tələbələrinə hər zaman deyirdi ki, müəllim dərsdə necədirsə, həyatda da o cür olmalıdır. O, tələbə üçün nümunə olmağa çalışırdı”. 
Daha sonra bəstəkar, xalq artisti, professor Sevda İbrahimova, xalq artisti, professor Musa Mirzəyev, xalq artisti, baletmeyster Rəfiqə Axundova Qara Qarayevlə bağlı xatirələrini bölüşdülər.

******

Fevralın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış bəstəkar, xalq artisti, “Şöhrət” ordenli Faiq Sücəddinovun yaradıcılığına həsr edilmiş müəllif konserti keçirildi.
Konsertdən əvvəl bəstəkar Faiq Sücəddinov ABİ-nin Üzeyir Hacıbəyli adına konsert salonunda həmkarlarının, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, musiqisevərlərin qarşısında ifa etməyin çox şərəfli və məsuliyyətli olduğunu demiş, həmçinin bu salonda Qara Qarayev, Tofiq Quliyev, Vasif Adıgözəlov kimi görkəmli sənətkarların fortepiano çaldığını vurğulamışdır. Konsert Faiq Sücəddinovun fortepianoda “Vətən” balladasının ifası ilə başlamışdır.

******

Fevralın 11-də Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, pedaqoq, ictimai xadim, Dövlət mükafatları laureatı Qara Qarayevin 95 illik yubileyi münasibətilə konsert təqdim edildi.
Tədbiri Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə açaraq Qara Qarayevin mədəniyyət tariximizdə rolundan, Azərbaycan musiqisinin dünyada tanınmasında müstəsna xidmətlərindən danışdı, musiqi sənətimizin uğurlarından bəhs etdi. Dahi bəstəkarın yubileyi münasibətilə tədbirlərin davam edəcəyini deyən F.Əlizadə təqdim olunan konsertin özəlliyini vurğuladı.

Sonra söz musiqiyə verildi. Beynəlxalq müsabiqə laureatı Səidə Tağızadə bəstəkarın «Piano üçün prelüdlər»ini ifa etdi. «Don Kixot» simfonik qravürlərindən «Səyahət» adlı parça ifa olundu. Tofiq Şıxıyevin fortepianoda müşayiəti ilə səslənən ifada Ümidə Abbasovanın çıxışı (skripka) təsirliliyi, emosionallığı ilə xüsusən fərqləndi. 
Konsertin premyerası sayılan romanslar Nərgiz Şəfiyevanın müşayiəti ilə səsləndi. Qeyd edək ki, Nərgiz Şəfiyeva bu romansların mətnini tərcümə edib və musiqiyə uyğunlaşdırıb.

******

Fevralın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə bu gün Azərbaycan xalqının Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı kədərli anlarını yaşadığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, bizim həyatımız təkcə bayram və xoş hadisələrdən ibarət deyildir. Xocalı soyqırımı hər birimizin unutmadığı dəhşətli faciələrdən biridir. Xocalı bizim tariximizin unudulmayan qanlı səhifəsidir. 
Qeyd edilmişdir ki, Azərbaycan bəstəkarları da xalqımızın şad və kədərli günlərinə hər zaman sadiq qalaraq öz əsərlərində bu anları yaşatmağa çalışmışlar. Onların yaradıcılıqlarında Xocalı mövzusuna müraciət edərək müxtəlif janrlarda əsərlər yaratmışlar. Bunlardan Məmməd Quliyevin “Simfoniya-Rekviyem”, Azər Rzayevin “Bakı-90” əsərlərini xüsusi qeyd etmək istərdim.

******

Fevralın 27-də Azərbaycan Bəstəkarlar İttifaqının «Musiqişünaslıq» bölməsinin iclası keçirilmişdir. Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarovanın iştirakı ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə edilmişdir. Bu barədə məlumat verən Z.Qafarovanın sözlərinə görə, bu ilin sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının təqdimatı ilə bir çox görkəmli bəstəkarlar haqqında monoqrafiyaların çap edilməsi planlaşdırılır. «Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə Mədəniyyət və Turizm Nazirliyi qarşısında görkəmli bəstəkarlarımız Qara Qarayev, Cövdət Hacıyev, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Vasif Adıgözəlov barədə monoqrafiyaların çap olunması ilə bağlı məsələ qaldırmışıq. Bu monoqrafiyaların əksəriyyəti demək olar ki, hazırdır və onların ilin sonunadək işıq üzü görməsini nəzərdə tutmuşuq. Bundan başqa bir çox tanınmış bəstəkarlar haqqında kiçik həcmli broşürlərin də çap olunmasını planlaşdırırıq. Bu silsilədən Emin Sabitoğlu, Əşrəf Abbasov, İsmayıl Hacıbəyov, Fərhəng Hüseynov, Məmməd Quliyev, Məmməd Saleh İsmayılov, o cümlədən Sevda İbrahimova, Oqtay Zülfüqarov, Dadaş Dadaşov, Oqtay Rəcəbov, Mobil Babayev, Azər Dadaşov, Rauf Əliyev, Tahir Əkbər, Sərdar Fərəcov , Faiq Nağıyev, Aydın Əzimov, Cəlal Abbasov, Azad Zahid, həmçinin tanınmış musiqişünaslar Zemfira Qafarova, Zemfira Səfərova, Gülnaz Abdullazadə, İmruz Əfəndiyeva, Aida Tağızadə, Səadət Abdullayeva barədə broşürlərin hazırlanması üçün bir çox musiqişünaslara tapşırıqlar verilmişdir.

İstəyirik ki, gənc nəslin nümayəndələrinin, ümumiyyətlə geniş ictimaiyyətin bu görkəmli musiqi xadimləri barədə məlumatları olsun. Düşünürük ki, həmişə olduğu kimi, bu nəşrlər də Mədəniyyət və Turizm Nazirliyi çap olunacaq əsərlərin siyahısına salınacaqdır».

******

Martın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” ordenli bəstəkar Musa Mirzəyevin müəllif konserti təşkil olunmuşdur. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov M.Mirzəyevin zəngin yaradıcılığından söz açmışdır.
Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Musa Mirzəyevin müxtəlif illərdə bəstələdiyi əsərlər səslənmişdir.
Orkestrin bədii rəhbəri və baş dirijoru, xalq artisti Teymur Göyçayev, solistləri isə əməkdar artist Aygün Zeynalova və respublika müsabiqələri laureatı Maqsud Musazadədir.
Konsert böyük maraqla qarşılanmışdır.

******

“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı

9-19 mart tarixlərində Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıının təşkilatçılığı ilə paytaxtımızda “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı təşkil olundu. “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, YUNESKO-nun “Sülh naminə incəsənət xadimi” adına layiq görülmüş professor Firəngiz Əlizadənin böyük zövq və səriştə ilə quruluş verdiyi festival konsertlərində respublikanın aparıcı musiqi kollektivlərinin, muğam və vokal ifaçılarının eyni səhnədə növbələşən çıxışları, Azərbaycan və dünya klassik musiqi incilərini səsləndirmələri Beynəlxalq Muğam Festivalının əsl qayəsinin canlı nümayişi oldu.
Martın 9-da Bakıda, Heydər Əliyev Mərkəzində “Muğam aləmi” III Beynəlxalq muğam festivalının təntənəli açılış mərasimində çıxış edən edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu məqamlara toxunmuşdur. Çıxışında festival iştirakçılarını salamlayan Mehriban xanım artıq üçüncü dəfədir ki, qədim muğam sənətinin dünyanın müxtəlif ölkələrindən gələn ifaçıları, sənətkarları, incəsənət xadimlərini, alimləri, musiqisevərləri bir araya toplasından məmnunluq duyduğunu dilə gətirmişdi: “Əziz dostlar, festival günləri biz birlikdə məşhur ustadları və gənc ifaçıları dinləyəcəyik. Gənclər muğam müsabiqəsində iştirak edəcəklər. Bakı Beynəlxalq Muğam Mərkəzində ustadların çıxışları, Filarmoniyada, Opera və Balet Teatrında, digər konsert salonlarında simfonik muğamlar, muğam operaları səslənəcəkdir. Bakı caz klubunda muğamla cazın nadir sintezini dinləmək imkanı yaradılacaqdır. Azərbaycan muğamının qədim ənənələri və tarixi ilə yanaşı, müasir ifa sənətinin imkanları göstəriləcəkdir. Eyni zamanda, muğamın ölkəmizin XX əsrdə musiqi mədəniyyətinin bütün janrlarına nə dərəcədə təsir göstərdiyinin şahidi olacağıq. Mən ümidvaram ki, festival proqramı özündə Azərbaycanda qonaq olan ölkələrin rəngarəng muğam məktəblərinin ənənələrini, uğurlarını, nailiyyətlərini də bizə göstərəcəkdir. Ən əsası odur ki, Beynəlxalq muğam müsabiqəsi yeni adlar, yeni istedadlar aşkar edəcək və muğamın həm ölkəmizdə, həm dünyada daha yaxşı tanınmasına, daha geniş yayılmasına töhfəsini verəcəkdir.
Builki festival bir neçə yeniliklə seçilir. Birinci yenilik ondan ibarətdir ki, muğam müsabiqəsi təkcə xanəndələr arasında keçirilmir, həmçinin instrumental muğam sənətini də əhatə edəcəkdir. Digər yenilik ondan ibarətdir ki, demək olar, ölkəmizin bütün regionlarında fəaliyyət göstərən musiqi məktəblərinin şagirdləri bu festivalda iştirak edəcəklər. Onlar məşhur xanəndələrlə, ölkəmizə gələn qonaqlarla birgə çıxış edəcəklər və əlbəttə, bu da gənc istedadlar üçün əvəzolunmaz bir təcrübədir.
Əvvəlki illərdən fərqli olaraq bu il festival təkcə Bakı şəhərində deyil, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qəbələdə, Şamaxıda, Şirvanda və ölkəmizin digər şəhər və rayonlarında keçiriləcəkdir.
Dünyada muğama maraq artmaqdadır. Biz bunu festivalda iştirak edən ölkələrin sayının artmasında da görürük. Bu il festivala 24 ölkə qatılıb. Festival çərçivəsində keçirilən elmi simpoziumda xaricdən gələn çoxsaylı ekspertlər və alimlər də iştirak edəcəklər”.
Mehriban xanımın çıxışından sonra hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, 24 ölkədən, o cümlədən Türkiyə, İtaliya, İspaniya, Misir, Hindistan, Çin, İran, Tunis, Mərakeş, Liviyadan gəlmiş qonaqların iştirak etdikləri tədbir geniş konsert proqramı ilə davam etmişdir.

Builki festivalın əsas yeniliklərindən biri ondan ibarət idi ki, təkcə paytaxt Bakıda deyil, respublikamızın daha səkkiz regionunda, ölkəmizin böyük mədəniyyət mərkəzlərində — Naxçıvan, Gəncə, Şamaxı, Ağcabədi, Qəbələ, Şirvan, Ağstafa və Lənkəran şəhərlərində Beynəlxalq Muğam Festivalının konsertləri keçirildi. Burada festivalın xarici qonaqları ilə yanaşı, azərbaycanlı muğam ifaçılarının, yerli musiqi kollektivlərinin, bölgələrdə muğamın tədrisi ilə məşğul olan ustadların və onların şagirdlərinin geniş proqramlarla çıxış etmələri festivalın yaddaqalan məqamlarıdır.
III Beynəlxalq Muğam Festivalındakı yeni cəhətlərdən biri də ustad-şagird ənənələrinin önə çəkilməsi və Azərbaycan muğamlarının ustad sənətkarların və onların yetirmələrinin ifasında səsləndirilməsi oldu.
Bakıda Beynəlxalq Muğam Mərkəzində festivalın əsas konsertlərində biz yeddi Azərbaycan muğam dəstgahını belə varislik ənənəsində dinlədik: “Rast” Zabit Nəbizadə və Mirələm Mirələmov, “Şur” Mənsum İbrahimov və Təyyar Bayramov, “Zabul Segah” Arif Babayev və Babək Niftəliyev, “Çahargah” Fehruz Səxavət və Arzu Əliyeva, “Bayatı-Şiraz” Alim Qasımov və Fərqanə Qasımova, “Şüştər” Nuriyyə Hüseynova və Rəvanə Ərəbova, “Hümayun” Nəzakət Teymurova və Vəfa Vəzirova. Festivalın ilk muğam konsertində isə bu ənənənin daha bir gözəl örnəyini gördük. Mələkxanım Əyyubova və Aqil Məlikovun və onların yetirmələrinin-Kamilə Nəbiyeva, Ariz Hüseynov, Qızılgül Babayeva, Gülnar Qüdrətli, Məftun Səfərli, Ağaniftulla Məmmədli, Mirpaşa Şükürov, Əli Hacızadə, Günay İmamverdiyevanın ifasında yeddi muğamın səsləndirilməsi Azərbaycan muğam sənətinin yaşarılığının bariz sübutudur.
Əlbəttə ki, ustadın öz şagirdi ilə eyni səhnəni paylaşması çox fərəhləndirici haldır. Digər tərəfdən, yaş hədləri müxtəlif olan bu gənc ifaçılar üçün öz ustadları ilə bir səhnədə çıxış etməsi, dönə-dönə tamaşaçıların alqışlarını qazanması, ustadın şagirdə ən böyük xeyir-duasıdır. Qədimdən gələn bu ənənənin müasir dövrdə bu şəkildə davam etdirilməsi gənc ifaçılar üçün əsl sənətkarlıq məktəbidir.
Festivalın iştirakçıları arasında dəfələrlə ölkəmizə təşrif buyuran görkəmli sənətkarlarla yanaşı, ifalarını qiyabi olaraq dinlədiyimiz, eləcə də adlarını ilk dəfə eşitdiyimiz ifaçılarla da tanış olduq. İraqdan Hüseyn əl-Ədhəmi, Misirdən Ayişə Reduan kimi böyük sənətkarların çıxışları artıq azərbaycanlı muğamsevərlərə yaxşı tanış olsa da, Tunisdən Lotvi Buşnak, Özbəkistandan Munojat Yolçiyeva kimi səsi dünyanın böyük səhnələrindən gələn şöhrətli ifaçılar Azərbaycana bu ilk səfərlərində dinləyicilərin rəğbətini qazandılar. Ənənəvi makam ifaçıları olan Mərakeşdən Abdessalam Bajedub və “Əndəlus gəncləri” qrupunun, Türkiyədən “Anadolunun səsləri” ansamblının, İrandan Parvaz Homay və ansamblının, Liviyadan “Turasu Libya Makam” qrupunun, Hindistandan raqa ifaçısı Mita Panditin, Çindən “Uyqur mukamları”nın ifaçıları “Gözəl qızlar” ansamblının çıxışları özünəməxsus xüsusiyyətlərilə muğam arealını gözümüz qarşısında canlandırdı.

Belə maraqlı konsertlərin biri də martın 15-də İçərişəhərdəki Muğam Klubda olmuçdur. “Azərbaycan muğamının dostları” mövzusunda keçirilən görüş-konsert də ilk olaraq amerikalı musiqiçi Cefri Verbok çıxış etmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bildirmişdir ki, Cefri Verbok ABŞ universitetlərində Azərbaycan muğamı haqqında məruzələr oxuyur, milli musiqi alətlərimiz olan tar, kamança və udda muğamlarımızı ifa edir.
Sonra Məhəmməd əl-Zərruq əl-Mədhun (müğənni), Bəhlul Səid Əbu-Arqub (müğənni), Əbdürrəzzaq Əhməd əl-Fədh (violin, ud), Hişəm Məhəmməd əl-Bəkkəy (qanun), Adil Səlim Şəxtur (zərb aləti), Mahmud Muxtar Mətuqdan (dəf) ibarət Liviyanın “Turasu Libya Makam” qrupu çıxış etmişdir.
“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən Beynəlxalq Elmi Simpozium da muğamşünaslığın inkişafına təkan verən bir amil kimi qiymətləndirilməlidir. Üçüncü Beynəlxalq “Muğam aləmi” elmi simpoziumunun martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində keçirilən açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə Simpoziumu açıq elan edərək bildirmişdir ki, Azərbaycan xalqının musiqiyə, xüsusilə muğama olan sevgisi bütün dünyaya məlumdur və muğamın UNESCO tərəfindən yüksək qiymətləndirilməsi, eyni zamanda, Azərbaycanın birinci xanımının onun inkişafına böyük töhfəsi bu gün artıq öz bəhrəsini verməkdədir.
Ənənəvi olaraq iki ildən bir ölkəmizdə keçirilən beynəlxalq muğam festivalının böyük maraq doğurduğunu söyləyən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə demişdir ki, milli musiqimizin təbliğində belə tədbirlərin mühüm rolu vardır..
Sonra elmi simpozium öz işini bölmə iclaslarında davam etdirmişdir.
Firəngiz Əlizadənin və UNESCO-nun nümayəndəsi jan Dürinqin sədrlik etdikləri “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda iclasda, ümumilikdə, 5 məruzə dinlənilmişdir.
İclasda almaniyalı alim Elsner Yurgenin “Muğam-reallıq və ümumiləşdirmələr”, yaponiyalı professor Geniçi Tsugen “Yapon qaqakusu və qədim uyğur musiqisi bir-biri ilə əlaqəlidirmi?”, qazaxıstanlı tədqiqatçı Saida Yelemanovanın “Qazax şifahi ənənəli professional musiqisinin vokal-instrumental spesifikasının öyrənilməsi problemi və bəzi tipoloji cəhətləri”, tunisli tədqiqatçı Mahmud Gettatın “Tunis maalufunda Nuba: morfoloji orqanoloji yanaşma” və türkiyəli alimlər — Rəcəb Uslu, Burçin Uçaner və Əmrah Hatipoğlunun birgə işi olan “Türkiyə sufi musiqisində məqamlar və alətlər” mövzularında məruzələr təqdim edilmişdir.

Martın 13-də simpozium işini Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda iclasla davam etdirmişdir.
“Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının bədii rəhbəri, ABİ-nin sədri, Xalq Artisti, Firəngiz Əlizadənin və almaniyalı alim Elsner Yurgenin sədrlik etdikləri iclasda ümumilikdə 6 məruzə dinlənilmişdir.
Martın 14-də simpozium işini Azərbaycan Bəstəkarlar İttifaqında “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda plenar iclasla davam etdirmişdir.
UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar İncəsənət Xadimi Suraya Ağayeva, tunisli alim Mahmud Gettatın sədrlik etdiyi iclasda ümumilikdə 6 məruzə dinlənilmişdir.
Martın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında simpoziumun yekunlarına həsr olunmuş “dəyirmi masa” və elmi məclisin bağlanış mərasimi keçirilmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və ABİ-nin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində təşkil olunmuş elmi simpoziumun yüksək səviyyədə başa çatdığını vurğulamış, müxtəlif ölkələri təmsil edən alimlərin məruzələrində muğam sənətinin özəlliklərindən geniş söhbət açıldığını diqqətə çatdırmışdır.
Martın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Üçüncü Beynəlxalq muğam müsabiqəsinin püşkatma mərasimi keçirilmişdir.
Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən bu müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, İran, Tacikistan, Belçika, Türkmənistan, Hindistan, Çin və Mərakeş musiqiçiləri iştirak edirlər.
Azərbaycanı müsabiqədə Arzu Əliyeva, Aytən Məhərrəmova, Mirələm Mirələmov, Ariz Hüseynov, Səbinə Ərəbli, Abgül Mirzəliyev (xanəndələr), Aysu Sadıqova (qanun), Şəhriyar İmanov (ud), Şəhriyar Musayev (kamança), Bəhruz Zeynalov (tar), Pərviz Quliyev (balaban), Təbriz Yusifov (kamança) təmsil ediblər.
Martın 15-də Üçüncü Beynəlxalq muğam müsabiqəsinin instrumental muğam ifaçılığı üzrə başlamış birinci turun seçimlərində Azərbaycandan Pərviz Quliyev, Təbriz Yusubov, Şəhriyar İmanov, Bəhruz Zeynalov, Şəhriyar Musayev və Aysu Sadıqova, Türkmənistandan Orazmurat Annanepesov, Mərakeşdən “Əndəlus gəncləri” qrupu, İordaniyadan Yaqub Smairat, Tarik Əlcundi, Belçikadan Vinsent Vilkin, Hindistandan Surindeh Singh və Türkiyədən “Səda” qrupu iştirak etmişlər.
Üçüncü Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin sədri Azərbaycanın Xalq Artisti, professor Səyavuş Kərimidir.
İnstrumental muğam ifaçılığı üzrə müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycandan Nazim Kazımov, Xalq Artisti Ağasəlim Abdullayev, Türkiyədən Əhməd Misirli, Misirdən Habib Yammine, ABŞ-dan Cefri Verbok yer almışlar.
İnstrumental muğam ifaçılığı üzrə müsabiqənin birinci turunda fərqlənən Şəhriyar İmanov, Bəhruz Zeynalov, Pərviz Quliyev, Şəhriyar Musayev, Surindeh Singh (“Raqa qrupu”, Hindistan), Tarik Əlcundi, (İordaniya) instrumental muğam ifaçılığı üzrə ikinci turda çıxış etmək hüququ qazanmışlar.
Martın 18-də Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Üçüncü Beynəlxalq muğam müsabiqəsi başa çatmışdır.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilən tədbirdə Xalq Artisti, professor Səyavuş Kərimi qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.
Xalq Artisti müsabiqəyə güclü iştirakçıların qatıldıqlarını və seçim turlarında çətinlik çəkdiklərini vurğulamışdır. Bildirmişdir ki, bu səbəbdən də qaliblərin adını müəyyən etsək də onların hansı pillələrdə qərarlaşması qala-konsertdə açıqlanacaqdır.
Sonra müsabiqənin ikinci turundan keçmiş iştirakçıların adları açıqlanmışdır.
İnstrumental muğam ifaçılığı üzrə Azərbaycandan Şəhriyar Musayev, Pərviz Quliyev, Şəhriyar İmanov, Bəhruz Zeynalov, Hindistandan “Raqa” qrupu, solo muğam ifaçılığı üzrə isə Azərbaycandan Mirələm Mirələmov, Ariz Hüseynov, Türkiyədən “Səda” qrupu, Mərakeşdən “Əndəlus gəncləri” qrupu və İrandan “Nasim e Tarab” qrupu qalib adını almışlar.
Bildirilmişdir ki, hər iki nominasiya üzrə xüsusi mükafatların sahibləri də müəyyən edilmişdir. İnstrumental muğam ifaçılığı üzrə müsabiqənin iştirakçılarını Azərbaycanın Xalq Artisti, professor Səyavuş Kəriminin sədrliyi ilə Azərbaycandan Əməkdar İncəsənət Xadimi Nazim Kazımov, Xalq Artisti Ağasəlim Abdullayev, Türkiyədən Əhməd Misirli, Misirdən Habib Yammine, ABŞ-dan Cefri Verbokdan ibarət münsiflər heyəti seçmişdir.
Solo muğam ifaçılığı müsabiqəsinin iştirakçılarını isə Xalq Artisti, professor Səyavuş Kəriminin sədrliyi ilə Azərbaycandan xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Fransadan jan Dürinq, Tunisdən Mahmud Gettat, Tacikistandan Abduvali Abduraşidovun daxil olduqları münsiflər heyəti qiymətləndirmişdir.
Martın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasimi olmuşdur.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə iştirakçıları Novruz bayramı münasibətilə təbrik etmişlər.
Diqqətə çatdırılmışdır ki, builki festivala 24 ölkədən iştirakçı qatılmışdır. Bu fakt muğam sənətinə və festivalına ildən-ilə artan marağın göstəricisidir.
Sonra muğam müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

******

Aprelin 5-dən 7-dək Tatarıstanın paytaxtı Kazan şəhərində «Avropa- Asiya» XI Beynəlxalq Musiqi Festivalı keçirilb. Festivalda yerli əsərlərlə yanaşı 24 ölkənin, o cümlədən Azərbaycan, İsveçrə, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxstan, Vyetnam və Çin bəstəkarlarının yaradıcılıq nümunələri ifa olunub. Bu barədə festivalda ölkəmizi təmsil edənAzərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov məlumat verib. Festivaldan xoş təəssuratlarla qayıtdığını bildirən S.Fərəcovun sözlərinə görə, festival iştirakçıları arasında türkdilli xalqların nümayəndələri üstünlük təşkil ediblər.

******

Aprelin 12-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda Qara Qaraeyuv adına «Müasir musiqi» festivalı ərəfəsində “Qara Qarayev musiqisi XXI əsrin musiqi mədəniyyəti kontekstində” mövzusunda elmi konfrans keçirilmişdir. Tədbirdə ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə rəhbərlik etdiyi qurumun zəngin musiqi mədəniyyətimizin dünyada təbliğ edilməsi və Azərbaycan bəstəkarlarının əsərlərinin xarici ölkələrdə tanıdılması istiqamətində gördüyü işlərdən söhbət açmışdır . Bildirmişdir ki, müasir musiqimizin xarici ölkələrdə təbliği istiqamətində keçirilən konsert proqramlarına bir qayda olaraq klassiklərimizin də əsərləri daxil edilir. Bildiyiniz kimi, biz bu vaxtlarda Ukraynada səfərdə olduq və Kiyev şəhərində keçirilən müasir Azərbaycan musiqisi günlərində iştirak etdik. Bu müddət ərzində 17 Azərbaycan bəstəkarının əsərləri yerli və xarici musiqiçilərə təqdim olunmuşdur. Konsert proqramlarına müasir musiqimizlə bərabər klassik bəstəkarlarımızın da əsərləri daxil edilmişdir. Bu konsertlərin ən uca zirvəsini isə dünya şöhrətli bəstəkar Qara Qarayevin skripka və orkestr üçün yazılmış əsərlərinin dünya şöhrətli musiqiçilərin ifasında səslənməsi təşkil etmişdir.
Vurğulanmışdır ki, Q. Qarayevin zəngin musiqisi daim ABİ-nin konsert salonunda müxtəlif ifaçılarımız tərəfindən səsləndirilir, dahi bəstəkarın zəngin yaradıcılığına və fəaliyyətinə həsr olunmuş konfranslar, konsert proqramları təşkil edilir.
Firəngiz Əlizadə müəllimi, böyük pedaqoq Qara Qarayevi daim böyük hörmət və ehtiramla yad edəcəklərini bildirmişdir.
Sonra “Qara Qarayev — yeni bəstəkarlıq məktəbinin yaradıcısı”, “Qara Qarayev yaradıcılığı xarici bəstəkarların gözü ilə”, “Qara Qarayevin harmonik dilinin novatorluğu”, “Qara Qarayev və müasirlik”, “Qara Qarayev şəxsiyyətinin formalaşmasında və professional yüksəlişində ədəbiyyatın rolu”, “Qara Qarayevin əsərlərində süita janrının prinsiplərinin həyata keçirilməsi” və s. mövzularda məruzələr dinlənilmişdir.
Sonda musiqiçilərin ifasında bəstəkarın yaradıcılığından piano üçün prelüdlər, violin və piano üçün sonatalar ifa olunmuşdur.

******

Aprelin 17-də Almaniyanın Ausburq şəhərində Leopold Motsart adına VIII Beynəlxalq Musiqi Müsabiqəsinin açılışı olmuşur. Qeyd edək ki, 2009-cu ildə keçirilən müsabiqənin 132 iştiakçısı ikinci turda dünya şöhrətli bəstəkar Firəngiz Əliadənin məxsusi olaraq bu musiqi yarışması üçün bəstələdiyi «Dastan» əsərini ifa etməklə imtahana çəkilmişdilər. Bu dəfə isə Firəngiz xanım Zubin Meta, Kşiştof Penderetski, Qidon Kremer, Kristian Tilemann, Benjamin Şmid və Maksim Venqerov kimi dünya musiqisinin ən görkəmli nümayəndələri ilə birlikdə müsabiqənin bədii məşvərətçi şurasında təmsil olunurdu.

F.Əlizadənin yaradıcılığı ilə bağlı yeniliklər bununla kifayətlənmir. Belə ki, bu yaxınlarda İrlandiyada «Metomorfozalar» adlı yeni disk işıq üzü görüb. Albomda postsovet ölkələrində yetişib, lakin bu gün bütün dünyaya məxsus olan Dmitrii Yanovski, Sofiya Qubaydullina və Aleksandr Knayfer kimi mötəbər bəstəkarlarla yanaşı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Fiəngiz Əlizadənin «Metomorfozalar» əsəri də daxil edilmişdir. Təqdirə layiq haldır ki, albom məhz Firəngiz xanımını əsərinin ideyası əsasında hazırlanmışdır.

******

Aprelin 25-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Müasirlərlə dialoq” layihəsi çərçivəsində tanınmış yazıçı-publisist, Əməkdar jurnalist, Milli Məclisin deputatı Elmira Axundova ilə görüş olmuşdur. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirdə ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə rəhbərlik etdiyi qurumda mütəmadi olaraq “Müasirlərlə dialoq” layihəsi çərçivəsində respublikanın tanınmış şəxsiyyətləri, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlərin keçirildiyini vurğulamışdır. Bildirmişdir ki, bugünkü tədbirimizin qonağı yazıçı-publisist, Milli Məclisin deputatı, respublikamızın elmi və siyasi həyatında yorulmaz fəaliyyəti ilə seçilən Elmira Axundovadır.
Yazıçı-publisistin jurnalistika sahəsindəki fəaliyyətindən söhbət açan F.Əlizadə bildirmişdir ki, E.Axundova Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən peşəkar jurnalistlərdəndir. Onun Milli Məclisdəki çıxışları daim ölkənin ictimai, siyasi və sosial həyatında mühüm rol oynamışdır. 
“Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin yazılma tarixindən söhbət açan E.Axundova roman-tədqiqatın Ümummilli Liderin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə söhbətlər, tanınmış ictimai-siyasi xadimlər və dövlət adamları ilə müsahibələr əsasında qələmə alındığını bildirmişdir.
Dərin təhlil və müəllif şərhləri ilə müşayiət olunan kitab indiyədək çox az məlum olan faktlar, məxsusi informasiyalarla zəngindir. 
Sonda Elmira Axundova iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.

******

Aprelin 30-da Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilmişdir. Tədbirdə ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin yubileyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirmişdir. Firəngiz Əlizadə tədbirin mühüm əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, konsertdə Qarabağımızdan, yaralı Şuşamızdan olan uşaqlar çıxış edəcəklər. Qarabağı musiqimizin beşiyi adlandıran Firəngiz Əlizadə bildirmişdir ki, məhz Qarabağ torpağından dahi bəstəkarlarımız, müğənnilərimiz yetişmişdir. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi korifeylərimiz Qarabağ məktəbindən dərs almışlar.
Sonra Bülbülcan adına Şuşa şəhər uşaq musiqi məktəbinin şagirdləri geniş konsert proqramı ilə çıxış etmişlər.

******

Mayın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında, ölkəmizin beynəlxalq arenada rolunun artmasında əvəzolunmaz xidmətlərindən danışmışdır.
ABİ-nin sədri Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi və sayğı nümunəsi olan ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin ən uca zirvəsində dayandığını diqqətə çatdırmışdır. Tədbirdə Əməkdar artist Aygün Zeynalovanın ifasında “Yaşayırsan Ulu Öndər” mahnısının və videoklipin təqdimatı olmuşdur. Mahnının musiqisi Əməkdar İncəsənət Xadimi Tahir Əkbərə, sözləri isə Xatirə Rəhimbəyliyə məxsusdur.
Konfransda “Mstislav Rostropoviç və Heydər Əliyev dostluğu” filmindən fraqmentlər nümayiş etdirilmiş, eləcə də Ulu Öndərin milli bəstəkarlıq məktəbinin inkişafındakı xidmətlərindən, onun bəstəkarlarımıza göstərdiyi qayğıdan bəhs edən məruzələr dinlənilmişdir.

******

Mayın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında ölkəmizdə qonaq olan TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kıdırbeklə görüş olmuşdur. Onlar TÜRKSOY layihəsi çərçivəsində görkəmli Qazax bəstəkarı SSRİ xalq artisti Yerkeqali Raxmadievin «Alpamıs» operasının premyerasında iştirak üçün Bakıya gəliblər, hansı ki, TÜRKSOY layihəsi çərçivəsində həyata keçirilmişdi. Qonaqlar bir gün əvvəl Azərbaycan Dövlət Opera və Balet Teatrının kollektivinin ifasında sözügedən operaya tamaşa etmişlər.

Azərbaycan Bəstəkarlarının İttifaqının katiblərinin və İdarə Heyətinin üzvlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan İttifaqın sədri xalq artisti, professor Firəngiz Əlizadə xalqlarımız arasında mövcud olan mədəni əlaqələrdən söhbət açmış, bu istiqamətdə gələcəkdə birgə layihələrin perespektivindən bəhs etmişdir. Görüşdə yaxın vaxtlarda türk bəstəkarlarının əsərlərindən ibarət konsertlərin təşki edilməsi ilə bağlı razılıq əldə olunmuşdur.

Qonaqar həmin gün axşam Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilən simfonk konsertdə də iştirak ediblər. 
Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşvun əsərlərinin ən yaxşı ifası üzrə Azərbaycan Bəstəkarlar ittifaqı və  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə  keçirilən II Respublika Müsabiqəsi başa çatıb. Qeyd edək ki, müsabiqənin I seçim turu aprelin 19-20-də Azərbaycan Bəstəkarlar İttifaqında, II turu isə aprelin 27-də Bakı Musiqi Akademiyasında keçirilib.

I yer

Nilufər Cəfərli-  BMA-nın I kurs tələbəsi Elvin Quliyev-  25 №-li məktəbin 5-ci sinif şagirdi

II yer

Leyla Babayeva-  BMA-nın I kurs tələbəsi Əli Adıgözəlov — 4№-dş məktəbin 4-cü sinif şagirdi Fatma Vəliyeva — 3№-li məktəbin   2-ci sinif şagirdi

III yer

Gülşən Mehdizadə — BMA-nın I kurs tələbəsi Firuzə Hacıbalayeva  — Sumqayıt Musiqi Kollejinin  3-cü kurs tələbəsi

Həvəsləndirici mükafat

Fidan Xəlilova- Qubadlı rayonu Mahmudlu kəndinin musiqi məktəbinin 4-cü sinif şagirdi Nəzrin Cəfərova 16№ musiqi  məktəbinin 2-ci sinif şagirdi

Fəxri Fərman

Leyla Mehdiyeva-  Şuşa Şəhəri Malıbəyli kəndi musiqi məktəbinin 6-cı sinif şagirdi Aytən Nəsibova — 34№-li məktəbin 6-cı sinif şagirdi Simuzər Məmmədova- Astara Pedoqoji Kollejin 2 -ci kurs tələbəsi

«Ən az yaşlı iştirakçı» Diplomu

Nigar Quliyeva-  4№ musiqi məktəbinin 1-ci sinif şagirdi Məmmədova Dilbər  Tariyel qızı — 35№-li musiqi məktəbinin 3-cü sinif şagirdi

Bu müsabiəqinin sonunda  4 saylı və 25 saylı orta musiqi məktəblərinin fortepiano pedoqoqları Nelya Rzayeva və İradə Şəfiyeva da xüsusi mükafata layiq görülüblər. Mayın 8-də Bakı Musiqi Akademiyasında müsabiqə qalibləriini mükafatlandırma mərasimi olub. Mükafatlandırmadan sonra gənc laureatlar Bakı Musiqi Akademiyasının səhnəsində konsert proqrammı ilə çıxış ediblər.

Mayın 17-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda həyatdan köçmüş musiqişünasların yubileyləri münasibətilə elmi konfrans keçirilmişdir.
Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə giriş nitqində bildirmişdir ki, bu gün qeyri-adi bir konfrans keçirilir. Konfrans Azərbaycanın musiqi sənətində öz dəsti-xətti olan musiqişünasların xatirəsinə həsr olunur — Məmmədsaleh İsmayılov (100), Zaxar Stelnik (100), İzabella Abezqauz (90), Xanlar Məlikov (90), Bayram Hüseynli (90), Rəna Fərhadova (85), Əhməd İsazadə (85), Elxan Babayev (65).
F.Əlizadə demişdir: “Onların hamısı Azərbaycan musiqisinin inkişafına böyük töhfə vermişdir və musiqişünaslığa geniş yer ayırmaq bizim onların xatirəsinə ən yaxşı töhfəmiz olardı”.
Bəstəkar Elçin Məmmədov “Musiqili ithaf” əsərini ifa etmişdir.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva “Məmmədsaleh İsmayılov və Fatma Zeynalovanın birgə yazdıqları “İbtidai musiqi nəzəriyyəsi” kitabı haqqında”, sənətşünaslıq doktoru, professor Cəmilə Həsənova “XX əsrin II yarısında Məmmədsaleh İsmayılovun elmi yaradıcılığında muğamşünaslığın inkişafı məsələləri”, Əməkdar incəsənət xadimi, bəstəkar Rühəngiz Qasımova “Zaxar Stelnik – uşaqların qəlbinə yol tapan insan”, bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva “Görkəmli musiqiçi İ. V. Abezqauz haqqında”, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Xanlar Məlikovun pedaqoji metodu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Zöhrabova “Bayram Hüseynlinin yaradıcılığında rəqs musiqisinin tədqiqi”, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Müəllimim Rəna xanım Fərhadova haqqında”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova “Əhməd İsazadə: keçmiş ömür yoluna söz ardı”, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Səadət Seyidova “Azərbaycan musiqişünaslığında Elxan Babayevin rolu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Şirinova “Unudulmaz musiqişünas və müəllim Elxan Babayev” mövzularında məruzələrlə çıxış etmişlər.

******

Mayın 27-də Azərbaycan Bəstəkarlar  İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda 28 May Respublika Gününə həsr olunmuş “Bəstəkar – müəlliflər royal arxasında” adlı  kamera konserti keçirilmişdir. Proqramda Musa Mirzəyev, Ruhəngiz Qasımova, Azər Dadaşov, İlham Abdullayev, Aygün Səmədzadə, Nailə Mirməmmədli, Yalçın Məlikov və Nərminə Nağıyevanın əsərləri səsləndirilmişdir.

******

İyunun 3-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş kamera konserti keçirilmişdir. Konsertdə Sarabəyim Əmiraslanova (vokal), Günəş Cəfərova (violin), Elyar Əliyev (vokal), Tofiqə Axundzadə (piano), Səid Rəsulov (truba), Nilufər Cəfərli (piano), Mehdi Mehdiyev (trombon), Dilbər Məmmədova (piano), Kamran Talıblı (fleyta), Məryəm Vəliyeva (piano) və Atabəy İsmayılov (tar) klassik Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişlər.

******

İyunun 18-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda gərkəmli bəstəkar, Xalq artisti, Cövdət Hacıyevin 95 illiyi münasobətilə tanınmış Əməkdar Müəllim, professor Adilə Yusifovanın “Cövdət Hacıyev — Həyat salnaməsi. Məqalələr. Mülahizələr” kitabının təqdimatı olmuşdur. Tədbirdə unudulmaz bəstəkar Cövdət Hacıyevin çıxışından videoyazı təqdim edilmişdir.
ABİ-nin sədri, Xalq Artisti Firəngiz Əlizadə kitabda bəstəkar haqqında dəyərli araşdırmaların yer aldığını bildirmişdir. O, Cövdət Hacıyevin uzun illər Azərbaycan Dövlət Konservatoriyasına (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) rektorluq etdiyini nəzərə çatdıraraq həmin illərdəki fəaliyyətindən, tələbələrə həmişə dəstək olmasından söhbət açmış və onunla bağlı xatirələrini bölüşmüşdür. Bəstəkarın simfonik, opera və digər musiqi janrlarında əsərlər yazdığını vurğulayaraq bildirmişdir ki, Cövdət Hacıyevin çoxşaxəli fəaliyyəti Azərbaycan musiqisinin tərkib hissəsidir.
Musiqişünas, sənətşünaslıq namizədi, professor Ülviyyə İmanova və digər çıxış edənlər kitabı Cövdət Hacıyevə layiqli bir əsər kimi qiymətləndirmişlər. Bildirilmişdir ki, kitabla tanış olduqda bəstəkarın həyat yolu və fəaliyyəti haqqında faktlar, arxiv sənədləri və fotoşəkillər vasitəsilə ətraflı məlumat almaq mümkündür.
Kitabın müəllifinin məhz Cövdət Hacıyevin tələbəsi olması, onu tanıyan birinin qələmə alması vurğulanaraq bu baxımdan toplunun uğurlu, mənalı və dəyərli bir iş olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, kitabda müəllim ucalığı, müəllimə olan hörmət öz əksini tapmışdır.
Nəfis tərtibatı ilə yanaşı, içindəki materialların da məzmunlu olduğu nəzərə çatdırılaraq bildirilmişdir ki, kitabda sənətkarın fəaliyyəti ilə bağlı bütün məqamlar işıqlandırılmışdır.
Adilə Yusifova əziz müəlliminin xatirəsinə həsr etdiyi kitabın üzərində üç il işlədiyini və təqdimatın məhz Cövdət Hacıyevin doğum gününə təsadüf etdiyini bildirmişdir. Qeyd etmişdir ki, bir çox arxivlərə, o cümlədən Cövdət Hacıyevin şəxsi arxivinə müraciət edərək ərsəyə gətirdiyi kitab 5 fəsildən ibarətdir. Birinci hissədə bəstəkarın həyat salnaməsi, ikincidə Azərbaycan Dövlət Konservatoriyasına rektorluq etdiyi dövr, üçüncü bölmədə bəstəkarın məqalələrinin və çıxışlarının toplusu, dördüncü hissədə onun barəsində yazılar, beşinci fəsildə isə Cövdət Hacıyevin tələbələrinin müəllimləri haqqında fikirləri yer almışdır.
Tədbirdə ABİ-nin “Oazis” simli kvarteti bəstəkarın “Kvartet-poema”sını, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Afaq Abbasova “Ey gül” romansını, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birinci kurs tələbəsi Tofiq Şıxıyev isə piano üçün “Ballada” əsərini ifa etmişlər. Həmçinin bəstəkarın “Sülh uğrunda” simfonik poeması təqdim edilmişdir.

******

İyunun 21-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda görkəmli Polşa bəstəkarı Vitold Lütoslavskinin 100 illik yubileyinə həsr olunmuş kamera konserti keçirilmişdir. 
ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə Polşanın dünya musiqisinə çox məşhur adlar bəxş etdiyini, onların arasında XX əsrin ən gözəl və parlaq bəstəkarlarından Vitold Lütoslavskinin xüsusi yeri olduğunu söyləmişdir. O, bəstəkarın çətin və kəşməkəşli həyat yolu keçdiyini vurğulayaraq bildirmişdir ki, onun həyatı XX əsrin musiqi tarixini əks etdirir. Qeyd olunmuşdur ki, bəstəkarın əsərləri ilə tanış olarkən XX əsrin müxtəlif dövrlərində yaranmış musiqi janrlarını görmək olar.
Vitold Lütoslavskinin daim yeni kəşflərə əl atan bir bəstəkar olduğu, hər bir əsərini yeni bir texnika və üsulla yaratdığı vurğulanmışdır.
Sonra gənc musiqiçilər Leyla Əliyeva, Əyyub Əliyev, Aynur Xəlilova, Elşən Məmmədov görkəmli bəstəkarın əsərlərini ifa etmişlər.
Tədbirdə, həmçinin Vitold Lütoslavski haqqında film nümayiş olunmuşdur. Film bəstəkar Rüfət Xəlilovun təşəbbüsü, Günay Xəlilovanın tərcüməsi və səsləndirilməsi ilə təqdim edilmişdir.

******

Iyulun 11-12-də Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə gənc bəstəkarların plenumu keçirilmişdir. İyulun 11-də Üzeyir Hacıbəyli adına Konsert Salonunda keçirilən ilk konserti açıq elan edən ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə gənc bəstəkarlara öz bacarıqlarını nümayiş etdirmək üçün həmişə şərait yaratdıqlarını söyləmişdir. Bildirmişdir ki, onlar Azərbaycan musiqisinin nümayəndələridir və gələcək musiqimizin taleyini bu gənc bəstəkarların əsərləri müəyyən edir. Nəzərə çatdırılmışdır ki, konsertlər plenuma təqdim edilmiş əsərlərə baxış məqsədilə keçirilir.
Musiqişünas Səadət Təhmirazqızı əsərləri ifa olunan gənc bəstəkarlar haqqında məlumat vermiş və onların musiqiləri ifa olunmuşdur.
Konsert proqramında Ülkər Məmmədlinin piano üçün “Polifonik məcmuə”, əslən Təbrizdən olan Əli Geranmehrin klarnet, violin və violonçel üçün “Pyes”, Kəmalə Əlizadənin piano üçün “Brezza musicale di Venezia”, Kamran Nəsirovun qaboy və piano üçün “Elegiya”, Fərid Fətullayevin piano üçün “3 Prelüd” və Orxan Haşimovun klarnet və piano üçün “Sonata” əsərləri təqdim edilmişdir.
Bu əsərləri Pərvin Rüstəmova, Əziz Qarayusifli, Elgün Ağazadə, Eyyub Əliyev, Rza Abbasquliyev, Leyla Əliyeva və müəlliflər ifa etmişlər.

İyulun12-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda gənc bəstəkarların plenumu çərçivəsində ikinci konsert olmuşdur.
Konsert proqramında Sevinc Əliyevanın piano üçün variasiyaları, Almaniyada yaşayan Xədicə Zeynalovanın violençel üçün “İn Gedanken und Gefühlen” (“Xatirələr və təəssüratlar”), türkiyəli bəstəkar Rohat Cebenin piano üçün “Duyğulu və duyğusuz klasterlər”, Rüfət Xəlilovun klarnet, violin və violençel üçün “2 Pyes”i, Aliyə Məmmədovanın violin üçün “Şövq” və Fərid Fətullayevin “Simli kvartet”i təqdim edilmişdir. Əsərləri müəlliflərin özləri və Eyyub Əliyev, Leyla Əliyeva, Əziz Qarayusifli, Elgün Əlizadə, Osman Eyyublu, Üzeyir Mahmudbəyli, Murad İbrahimov, Elgün Ağazadə ifa etmişlər.
Konsertdən sonra plenumun yekunlarına həsr olunmuş “dəyirmi masa” keçirilmişdir. ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə qeyd etmişdir ki, konsert proqramlarında müxtəlif üslubda yazılmış əsərlər səsləndirilmişdir. Orta və parlaq səviyyəli əsərlər mövcud idi. Musiqilər haqqında rəylər müxtəlif ola bilər. Amma sevinclə deyə bilərəm ki, plenumda zəif əsərlər eşitmədik.
Digər çıxış edənlər də qeyd etmişlər ki, ildən-ilə plenumun keyfiyyəti və səviyyəsi artır, hər dəfə yenilik, yeni adlar və ifaçılar meydana gəlir. Nəzərə çatdırılmışdır ki, gənc bəstəkarlar plenuma yeni üsullara müraciət etməklə milliliyə əsaslanan kamera əsərləri təqdim etmişlər.

******

Avqust ayında ABŞ, İngiltərə, Fransa, Çexiya, Polşa, İsrail və başqa ölkələrin gənc bəstəkarları dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin ustad dərslərində iştirak etmək üçün Berlinə toplaşmışdılar. Müzakirələr zamanı musiqisi Firəngiz xanıma məxsus, Amerika istehsalı olan 4 seyriyalı «The War» (Müharibə) bədii-sənədli filmindən də istifadə olunub. Mütəxəssislərin rəyinə görə, bu filmdə Firəngiz xanımın musiqisi filmin süjet xətti ilə drammatik harmoniya yaradıb.

Yay ərzində Firəngiz xanımın fəaliyəti ustad dərsləri ilə kifayətənmir. Belə ki, tanınmış musiqiçi Coul Saksın rəhbərlik etdiyi məşhur «Continuum» orkestri Braziliyanın müxtəlif şəhərlərində verdiyi konsertlərdə böyük müvəfəqiyyətlə Firəngiz xanımın «Crossing — II» əsərin də ifa etmişdir. Bu arada qeyd edək ki, ABŞ-ın tanınmış musiqişünaslarından biri, «Quardian» qəzetində müasir musiqi haqqında yazdığı silsilə köşə yazıları ilə tanınan məqalələri ilə tanınan Aleks Rossun «The Rest is Noise» adlı yeni kitabı işıq üzü görüb. Fundamental tədqiqat əsəri olan bu kitabda müəllif XX əsr musiqisinin inkişafında böyük töhvələr vermiş A.Şönberq, A.Berq, C,Keyc, O. Messian, D. Şostakoviç və V. Lyutoslavskiy kimi dahi bəstəkarlarla yanaşı Firəngiz xanım haqqında da geniş bəhs olunur. Təbii ki, dünya şöhrətli bəstəkarımızın adının belə bir fundamental kitaba salınması Azərbaycan musiqi mədəniyyəti üçün böyük şərəfdir.

******

Sentyabrın 19-da Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli adına V Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Türk xalqlarının musiqisi” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə qeyd etmişdir ki, bu konfrans həmin mövzuya həsr edilmiş ilk tədbir olsa da, mövzu çox aktualdır.

Konfransda Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə “Türkiyənin bəstəkarlıq məktəbinə bir nəzər”, Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova “Müasir dövrdə türk xalqlarının musiqisi tədqiqat və təbliğat obyekti kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə “Türk xalqlarının mahnılarında arxaik intonasiyaların izləri” və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülnar Qasımova “Özbək ənənəvi musiqisi və müasir dövr” mövzularında məruzələrlə çıxış etmişlər.

Həmin gün axşam Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) türk xalqlarının müasir musiqisindən ibarət kamera konserti olmuşdur. ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə dahi Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı böyük xidmətlərindən söhbət açmışdır. Sonra o, ABİ-nin yeni üzvləri — bəstəkar Pikə Axundova, musiqişünaslar Xatirə Həsənzadə və İmina Əliyevaya üzvlük kitabçalarını təqdim etmişdir.
Daha sonra Əziz Qarayusiflinin ifasında Türkiyə bəstəkarı Özkan Manavın solo klarnet üçün “Taksim” əsəri səslənmişdir. Konsertdə, həmçinin Şəhriyar İmanovun ifasında solo tar üçün “7 məqam”, Mədinə Şahgəldiyevanın (kamança) və Sevinc Kərimovanın (piano) ifasında Dadaş Dadaşovun kamança və piano üçün “Şərq kapriççiosu”, Leyla Əliyeva və Aynur Xəlilovanın ifasında Sərdar Fərəcovun iki piano üçün “Konsert süitası” təqdim edilmişdir. Proqramda, həmçinin tatar bəstəkarı Rəşid Kalimullinin soprano, fleyta, violonçel, piano üçün “Rivayat” poeması, özbək bəstəkarı Rüstəm Abdullayevin piano üçün “Novruz freskaları”, ABİ-nin katibi Aliyə Məmmədovanın solo violin üçün “Şövq”, qazax bəstəkarı Artık Toksanbayevin trio üçün “Steppe sketshes” əsərləri də ifa olunmuşdur. Əsərləri Fatimə Cəfərzadə (soprano), Nicat Salmanov (fleyta), Eyyub Əliyev (violonçel), Leyla Əliyeva (soprano), Aynur Xəlilova (violin), Ümidə Abbasova (violin) səsləndirmişlər.
Tanınmış xanəndə Mütəllim Dəmir Şəfiqə Axundovanın “Neyçin gəlməz” mahnısını oxumuşdur. Onu Şəhriyar İmanov (tar) və Elvin Novruzov (kamança) müşayiət etmişlər.

******

Sentyabrın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) oktyabrın 9-da baş tutan prezident seçkilərinə həsr edilən ümumi yığıncaq keçirilib. İclası açıq elan edən ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə son zamanlar Azərbaycanın dünyanın tanıdığı, hörmət etdiyi, gündən-günə gözəlləşən, inkişaf edən ölkəyə çevrildiyini qeyd edib:

«Azərbaycan 22 ildir müstəqillik əldə edib və qısa müddətdə ölkəmiz böyük uğurlar qazanıb. Azərbaycanın yüksək səviyyədə inkişafı barədə dünyanın ən mötəbər kütləvi informasiya vasitələri mütəmadi olaraq bəhs edirlər. Bütün bunlar böyük öndər, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı — möhtərəm cənab Prezidentin son 10 ildə apardığı məqsədyönlü siyasətin nəticəsidir. Cənab Prezident işlərinin çoxluğuna baxmayaraq, hər zaman Azərbaycan mədəniyyətini, incəsənətini diqqət mərkəzində saxlayıb. Bu qayğının nəticəsidir ki, öz doğma məkanımız olan bu binanı uzun illərdən sonra cənab Prezident bizə qaytarıb. Möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə bu bina əsaslı təmir edilib, müasir texnika, royallarla, fortepianolarla təmin olunub. 2009-cu il sentyabın 1-də cənab İlham Əliyev öz ailə üzvlərinin iştirakı ilə bu binanın əsaslı təmirdən sonra açılışını edib. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, istər bəstəkarlar, istərsə də musiqişünaslar dövlət qayğısını həmişə hiss edirlər. ABİ-nin üzvləri mütəmadi olaraq Prezident təqaüdünə, fəxri adlara layiq görülürlər. İnanıram ki, ABİ-nin üzvləri vətəndaşlıq borclarını yerinə yetirərək seçkilərdə iştirak edəcək və yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər».

Daha sonra söz alan tanınmış musiqişünas, xalq artisti, professor Ramiz Zöhrabov, bəstəkarlar — xalq artistləri Musa Mirzəyev, Faiq Sücəddinov, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova, ABİ-nin katibləri, əməkdar incəsənət xadimi Zemfira Qafarova, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Aliyə Məmmədova, musiqişünaslar — sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmiraz qızı və əməkdar müəllim Natiq Vəliyev cıxışlarında cənab İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildirib və ona səs verəcəklərini vurğulayıblar.

Yığıncağın sonunda iclas iştirakçılarına müraciət təqdim olunub. Müraciətdə deyilir: «Müasir dövrdə doğma vətənimizin həyatın bütün sahələrində inkişafı göz önündədir. Azərbaycan iqtisadi göstəricilərinə görə yüksək nailiyyətlər əldə edib. Ulu öndər Heydər Əliyevin 20 il bundan öncə xalqımızın tərəqqisi naminə başladığı məqsədyönlü siyasətin inkişaf kursu onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi Azərbaycan əmin-amanlıq və sabitlik şəraitində insanlara dinc həyat bəxş edib, uca kainatı — kosmosu belə fəth etməyə qadir ölkələr siyahısındadır. Son illərin möhtəşəm mədəni layihələri bu mühüm sahənin daim cənab Prezidentin diqqət mərkəzində olduğunu bariz surətdə nümayiş etdirir. Azərbaycan incəsənəti dünya miqyasında layiqincə təmsil və təbliğ olunur. Bu baxımdan hörmətli Prezidentimizin musiqi sənətimizin və bu sırada Bəstəkarlar İttifaqının, onun üzvlərinin rifahına yönəlmış taleyüklü qərar və sərəncamları xüsusi əhəmiyyətə malikdir. Biz heç vaxt unutmamalıyıq ki, İttifaqımızın öz tarixi binasına qayıtması, hamımız üçün əziz sayılan bu müqəddəs məbədin hazırkı gözəl siması bilavasitə hörmətli Prezidentimizin adı ilə bağlıdır. Bəstəkarlar İttifaqının 80 illik tarixində ilk dəfə olaraq məhz İlham Əliyevin sərəncamı əsasında İttifaqımızın üzvləri hər il xüsusi təqaüd almaq imkanı qazanıblar. Mübaliğəsiz demək olar ki, hazırda təşkilatımız özünün əsl intibah dövrünü yaşayır.

Bütün bu deyilənləri nəzərə alaraq, biz öz müraciətimizlə hazırkı Prezident seçkilərində yekdilliklə cənab İlham Əliyevin namizədliyini dəstəkləyir və ona böyük etimad bəslədiyimizi bildiririk. Bütün həmvətənlərimizi də bizimlə həmrəy olmağa və səslərini İlham Əliyevə verməyə çağırırıq». ABİ-nin uzvləri müraciəti ruh yuksəkliyi və yekdilliklə qəbul ediblər.

******

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə rəqs kollektivləri üçün yeni əsərlərin yaradılması məqsədilə rəqs musiqisi janrında müsabiqə elan edir. Müsabiqənin şərtləri: Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni əsərlər təqdim edilməlidir. Təqdim ediləcək əsərlər simfonik və ya xalq çalğı alətləri orkestri üçün nəzərdə tutularaq, xalq rəqs musiqisi üslubunda yazılmalı və 5-10 dəqiqəlik vaxt həcmində olmalıdır. Тəqdim olunmuş işlər 2013-cü il noyabr ayının 25-nə qədər Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq. Əsərlər Bəstəkarlar İttifaqının tərtib etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.

******

Sentyabrın 26-da Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivalı çərçivəsində Kamera və orqan musiqisi salonunda Fransanın “Utopik” kvartetinin konserti olmuşdur. Konsertdə Fransa bəstəkarı Klod Debüssinin və Azərbaycanın Xalq Artisti, professor Firəngiz Əlizadənin əsərləri səsləndirilmişdir.
Fransa və Azərbaycan musiqisinin dialoqu şəklində qurulmuş konsert proqramı Klod Debüssinin “Sirinx” əsəri ilə başlamışdır. Bu əsər Azərbaycanda ilk dəfə ifa olunmuşdur.
Sonra konsertdə Azərbaycanın tanınmış şairəsi Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş soprano, fleyta və hazırlanmış royal üçün “Üç akvarel” vokal silsiləsi səsləndirilmişdir. Bu əsəri Fransa vokalçısı Laura Delkampe (soprano) Azərbaycan dilində ifa etmişdir. Onu Jil de Talyö (fleyta), Lüdovik Froxot (piano) və Fransua Jirar (violençel) müşayiət etmişlər.
2012-ci ilin noyabr-dekabr aylarında “Utopik” ansamblının təşəbbüsü ilə Firəngiz Əlizadə ustad dərslərinə, açıq məşqlərə və mətbuat konfranslarına dəvət olunmuşdur. Nant, Paris, Blua, Bordo şəhərlərində müvəffəqiyyətlə keçirilmiş tədbirlər “Grasline” teatrının binasında konsertlə başa çatmışdı. 
Firəngiz Əlizadə yaradıcılığının mahir təfsirçilərindən və fəal təbliğatçılarında biri olan bu ansambl Bakıda bəstəkarın üç əsərini təqdim etmişdir. Həmin əsərlərdən biri bəstəkarın vətənində ilk dəfə səsləndirilmişdir. Bu, XX əsrin məşhur yapon şairi İsikava Takubokunun şeirlərinə soprano, fleyta, fortepiano və çelesta üçün hazırlanmış “Yapon poeziyasından” vokal silsiləsidir.
Konsertdə Firəngiz Əlizadənin məşhur “Habilsayağı” əsəri də ifa olunmuşdur. Bu əsər ilk dəfə 1979-cu ildə Leninqrad Filarmoniyasının səhnəsində səsləndirilmiş, məşhur şirkətlər tərəfindən tanınmış musiqiçilərin ifasında 11 dəfə disklərə yazılmışdır.

******

26 sentyabr – 18 oktyabr tarixlərində Lvov şəhərində keçirilən XIX beynəlxalq müasir musiqi festivalı çərçivəsində oktyabr 13-də Lvov filarmoniyasının S.Lyudkeviç adına konsert salonunda Azərbaycan musiqisi gecəsi təşkil olunmuşdur.    Tədbirin açılışında Lvov Vilayət Şurasının sədri Pyotr Kolodiy və Azərbaycanın Ukraynadakı fövqəaladə və səlahiyyətli səfiri cənab Eynulla Mədətli çıxış etmişlər. Konsertdə Lvov ictimaiyyətinin nümayəndələri, Kiyevdən gəlmiş Ukrayna Mədəniyyət Nazirliyinin və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişdir.

Azərbaycan musiqisi gecəsinində Azərbaycanın əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə “INSO-Lviv” akademik gənc simfonik orkestrinin ifasında Sultan Hacıbəyovun “Karvan” simfonik poeması, Fikrət Əmirov və Elmira Nəzirovanın fortepiano və orkestr üçün “Konsert”i, Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, Fikrət Əmirovun “Azərbaycan kapriçiosu” ilə yanaşı xalq artisti, professor Firəngiz Əlizadənin “Sehirli nağıllar” simfoniyası da səsləndirilmişdir. Azərbaycan musiqisi gecəsi Lvovun aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırmışdır.

******

Məlum olduğu kimi, Almaniyanın təklifi və təşkilatçılığı ilə müasir musiqinin görkəmli nümayəndələrindən olan məşhur amerikan bəstəkarı Con Keycin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq 2012-ci il Keyc ili elan edilib. Bu layihədə hər ölkədən 50 bəstəkar olmaqla Almaniyanın və Amerikanın 100-dək tanınmış bəstəkarları yaxından iştirak etmişlər. “Mega-music” adlanan layihə çərçivəsində Con Keycə həsr edilən əsər hazırlanıb ki, hər bəstəkar öz üslubunu saxlamaqla özündən əvvəlki bəstəkarın not sətirlərini davam etdirib.

Firəngiz Əlizadə də Almaniyalı bəstəkarların siyahısına daxil edilib. Layihə təşkilatçılarının bu seçimi heç də təsadüfi deyildir. Çünki keçmiş SSRİ-də Con Keycin «Sonatalar və interlüdiyalar» əsəri ilk dəfə məhz onun ifasında səsləndirilib. Müasir musiqinin ən yeni texnologiyalarının əks olduğunu “Mega-music” layihəsinin premyerası oktyabrın 17-də Nyu-Yorkda «Miller-Theatre »ın Böyük Zalında dirijor Riçard Qarrikin idarəsi ilə baş tutub. Premyeradan əvvəl isə 22 avqust-13 sentyabr tarixlərində Almaniyanın Leypsiq şəhərində layihədə iştirak edən bəstəkarların əlyazmarının sərgisi təşkil edilib.

******

Oktyabrın 26-da və noyabrın 1-də Xalq Artisti, professor Yaşar İmanovun 80 illik yubileyinə həsr olunmuş konsertlər keçirilmişdir. Oktyabrın 26-da Kamera və Orqan Musiqisi Zalında baş tutmuş konsertdə xalq artisti Teymur Göyçayevin idarə etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında bəstəkarın əsərləri səslənmişdir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında noyabrın 1-də keçirilən tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova yubilyar haqqında məruzə ilə çıxış edərək, ona İttifaqın adından fəxri təbrik ünvanını və gül dəstəsini təqdim etmişdir. Tədbir əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Y.İmanovun simfonik əsərlərindən ibarət konsertlə davam etmişdir.

******

Noyabrın 13-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert zalında Azərbaycanın Xalq Artisti, “Şöhrət” ordenli professor Tofiq Bakıxanovun kamera musiqisi gecəsi keçirilmişdir.  Gecəni giriş sözü ilə açan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova qeyd etmişdir ki, konsert tanınmış bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunmuşdur. Əslən Bakı xanlarının nəslindən olan Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakı şəhərində respublikanın Xalq Artisti Əhmədağa Bakıxanovun ailəsində dünyaya göz açmışdır. O, musiqi fəaliyyətinə skripkaçı kimi başlamışdır. 1953-cü ildə T.Bakıxanov Azərbaycan Dövlət Konservatoriyasını A.N.Amitonun dərs dediyi skripka sinfi, 1957-ci ildə isə başqa bir görkəmli bəstəkarın — Qara Qarayevin kompozisiya sinfini bitirmişdir.
Tofiq Bakıxanov simfonik poemaların, sonataların, uvertüraların, süitaların, müxtəlif musiqi alətləri üçün yazılmış konsertlərin müəllifidir. Onun baletlərindən biri – “Xəzər balladası” 1969-cu ildə Parisdə VII Beynəlxalq musiqi festivalında, habelə Lüksemburq, Monte-Karlo, Moskva, Sankt-Peterburq və Kiyevdə müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Konsertin proqramında T.Bakıxanovun əsərlərini – skripka və fortepiano üçün 1 nömrəli sonatanı Əməkdar Müəllim, Bakı Musiqi Akademiyasının professoru Tofiq Aslanov (viola), beynəlxalq müsabiqələr laureatı, BMA-nın dosenti Maya Sadıqzadə (fortepiano) səsləndirmişlər.
Sonra fortepiano üçün iki prelüdiya (Maya Sadıqzadə), romanslar (solist Leyla Dadaşova (vokal), Kəmalə Mirbabayeva (fortepiano), İkinci Dünya müharibəsində qəhrəmancasına həlak olmuş bəstəkar Məmməd İsrafilzadəyə həsr olunmuş viola və fortepiano üçün “Elegiya” (Tofiq Aslanov – viola, Fəridə Əhmədbəyova — fortepiano) səsləndirilmişdir.

******

Noyabrın 28-də Azərbaycan Bəstəkarlar İttifaqının konsert salonunda bəstəkar, Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının professoru Adilə Yusifovanın “Milli naxışlar” fortepiano üçün konsertlər kitabının təqdimatı oldu. 
Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə çıxış edərək bildirdi ki, toplu “Azərbaycanın bəstəkar və musiqişünas qadınları — xeyir və tərəqqi naminə” layihəsinin ilk nəşridir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan nəşrdə bəstəkar Adilə Yusifovanın milli naxışlarımız, tətbiqi sənət nümunələrimiz və muğamlarımıza həsr etdiyi fortepiano üçün 10 konsert pyesi toplanıb: “Silsilə əsərlər yaratmaq çox çətindir. Adilə Yusifova bu yaradıcılığı ilə bir növ incəsənətin növləri arasında körpü yaradır. “Milli naxışlar” fortepiano silsiləsini müəllif müxtəlif illərdə xalq dekorativ-tətbiqi sənət sərgilərini ziyarət edərkən yaradıb. Peşəkar rəssamlar, sənət ustaları yəqin heç fikirlərinə gətirməzdilər ki, bir gün onların əl işləri musiqi əsərinin bəstələnməsinə təkan verə bilər”.
Qeyd olundu ki, silsilə interlüdiya və postlüdiya ilə açılır, onun əsasını “Tuncay Məlik” adlı qədim Azərbaycan xalq mahnısı təşkil edir. Bunun ardınca 10 musiqi pyesi və rəsm əsəri bir yumağa yığılır. Onlar həm bütöv silsilə şəklində, həm də ayrı-ayrılıqda ifa oluna bilər.

Tədbirdə bəstəkarın “Yanar çıraq”, “Balıqqulaqları”, “Xalq şənliyi”, “Bir ağacın əfsanəsi”, “Çərçivədə çiçəklər”, “Parçaların əlvan şıltaqlığı”, “Qarabağ xalçası” və digər pyesləri Bakı Musiqi Akademiyasının professorları Ülviyyə Hacıbəyova və Fəridə Əhmədbəyovanın ifasında səsləndirildi. Sonda Adilə Yusifova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi, imzası ilə yeni toplusunu musiqisevərlərə təqdim etdi.

******

Dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq Artisti, Əməkdar İncəsənət Xadimi Elza İbrahimovanın 75 illik yubiley gecəsi keçirilmişdir.
AzPRESS xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə bir çox elm və mədəniyyət xadimləri, incəsənət ustaları, musiqisevərlər iştirak etmişlər. Gecədə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynova bəstəkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi sənətinin inkişafına verdiyi töhfələrdən söz açmışdır. Bildirmişdir ki, o, gözəl, eyni zamanda, qadın bəstəkar olaraq mürəkkəb bir dövrdə yaşamışdır. Çünki o dövrdə Tofiq Quliyev, Rauf Hacıyev, Cahangir Cahangirov, Hacı Xanməmmədov kimi güclü bəstəkarlar nəsli vardı.
Qeyd olunmuşdur ki, Elza İbrahimova XX əsrdə formalaşmış bəstəkarlıq məktəbinin bütün pillələrini keçmiş bir obrazı özündə birləşdirmişdir. O, musiqi məktəbində, sonra Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsində təhsil almışdır. Qara Qarayev kimi dahi bəstəkarın məktəbini keçmişdir. Bildirilmişdir ki, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açmış sənətkar ifaçıların rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü dinləyicilərin məhəbbətini qazanmış, onlarda musiqinin bu və ya digər janrına maraq oyatmışdır.
Qeyd olunmuşdur ki, bəstəkarın əlli ildən artıq bir dövrü əhatə edən zəngin yaradıcılığı mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarını əhatə edir.
Elza İbrahimovanın musiqi dünyasında mahnı janrının xüsusi yer tutduğu vurğulanaraq qeyd edilmişdir ki, o, öz nəslinin gözəl mahnı bəstəkarları ilə rəqabət apara biləcək musiqilər yazmışdır. Diqqətə çatdırılmışdır ki, onun mahnılarında nikbinlik hissi özünü göstərir, Vətən eşqi çağlayır.

Vurğulanmışdır ki, Elza İbrahimovanın mahnılarını milli ifaçılıq məktəbimizin bütün korifeyləri, o cümlədən Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, İslam Rzayev, Elxan Əhədzadə və başqa görkəmli sənətkarlar oxumuş, Akif İslamzadə, Flora Kərimova, İlhamə Quliyeva, Natəvan Şeyxova, Elmira Rəhimova, Zaur Rzayev, Mübariz Tağıyev, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, həmçinin dünyanın bir çox ölkələrində tanınmış sənətkarlar ifa etmişlər. Bu gün gənc müğənnilər də onun həmişəyaşar mahnılarını sevə-sevə oxuyurlar.
Nəzərə çatdırılmışdır ki, Elza İbrahimova Azərbaycanın görkəmli poeziya nümayəndələrindən R.Zəka, B.Vahabzadə, R.Heydər, Ə.Əlibəyli, Ə.Kürçaylı, V.Əziz, V.Səmədoğlu, R.Əfəndiyeva, B.Vəziroğlu, Z.Ağayeva və başqalarının sözlərinə musiqilər bəstələmişdir.

Gecədə çıxış edən Rusiya Federasiyasının Dağıstan Respublikasının Axtın Rayon İcra Hakimiyyəti başçısının müavini Almaz Şuayev tədbirdə iştirak etdiyinə şad olduğunu söyləmişdir. Demişdir ki, Elza İbrahimovanın mahnılarını təkcə Azərbaycan müğənniləri deyil, həmçinin Dağıstan sənətçiləri də oxuyurlar. Bəstəkarın xatirəsi hər iki xalqın qəlbində əbədi yaşayacaqdır.
Şair Vahid Əziz bu tədbirin onu 45 il əvvələ apardığını vurğulayaraq bildirmişdir ki, 1968-ci ildə Elza İbrahimova onun “Mehribanım” şeirinə musiqi yazmışdır. O, mahnını isə ilk dəfə korifey sənətkar Şövkət Ələkbərova ifa etmişdir.
Gecədə tanınmış və gənc müğənnilər bəstəkarın “Ey Vətən”, “Gedək üzü küləyə”, “Bilməzdim”, “Gecələr bulaq başında”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Səslə məni”, “Sən yadıma düşəndə” və digər dillər əzbəri olan mahnılarını ifa etmişlər. Onları Gülarə Əliyeva adına “Dan ulduzu” ansamblı və Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri müşayiət etmişdir.
Gecənin qonaqları, həmçinin filarmoniyanın foyesində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən sənətkarın həyat və yaradıcılığına həsr edilmiş sərgi ilə tanış olmuşlar.